İmpressionizm İncəsənət Hərəkatının tarixi (1870 – 1900)

Sənət
Photo

İmpressionizm cərəyanını necə müəyyən etmək olar?

• Qalın rəng ləkələrini və nöqtələri ehtiva edən rəsm əsərlərini axtarın; dalğalı fırça toxunuşları, sizdə, rəssamın əsəri tələsik bitirdiyinə dair təəssürat yaradacaq.

• Bir İmpressionist rəsminə çox yaxınlaşın və böyük, anlaşılmaz bir qarışıqlıq kimi görünəcək, bir neçə addım geri çəkilin və gözləriniz bulanıqlığa uyğunlaşacaq.

• Aydın xəttlər və çox detal yoxdur. Sərbəst fırça toxunuşları, bir rəngi digərinə hardasa heç bir sərhəd olmadan qarışdıraraq mövzunu müəyyənləşdirir.

• Rəssamlar təbiətdəki günəş işığı, duman, sis, bulud və suyun əks olunması arasındakı qarşılıqlı əlaqəni tutaraq rəsm etməyə heyran idilər.

• Tipik parlaq rəngli ləkəli sıçrayışlarla boyanmış mövzular, rəsmlərdə parıltılı bir təsirə malikdir.

• Rəsmlərdəki mövzuların çoxu çayları, dəmir yollarını, fabrikləri, şəhərləri, dəniz və təbiət mənzərələrini əks etdirən açıq sahələrdir. Sahildə dincəlmək və ya qayıqla gəzintiyə çıxmaq, kafelərdə yığışmaq kimi istirahət fəaliyyətlərində şəhərin sosial həyatına dair xüsusi bir vurğu edildiyini də görəcəksiniz.

• Əgər rəsm bu cərəyana xarakterik olmayaraq daxili məkandadırsa, bu cəmiyyətin orta sinfinin – cəmiyyətin zənginlərinin, yoxsullarının deyil - yeyib içərkən, rəqs edərkən, teatr izləyərkən asudə vaxtlarını keçirdiyi zamanların təsvirləridir.

Eduard Mane

İmpressionism cərəyanının adı necə yaranıb?

"İmpressionizm" sözünün mənşəyi Klod Monenin rəsmlərindən birinə verdiyi bir ada borcludur. Bu ad bir dəqiqədən çox çəkməyən qərəzli bir qərar ilə müəyyənləşdi - qısa anları tutmağa yönəlmiş bir sənət tərzi üçün mükəmməl bir adlandırma idi. Klod Mone bu hekayəni belə danışırdı; Fransız limanı Le Havre-nin rəsmi üçün məndən bir başlıq istədilər. Onun tərəddüdlü cavabı var idi: “Təəssürat burax!” Onun sözlərinə görə, əsərdəki sujet Le Havre-nin əsl təəssüratından başqa bir şey deyildi. Rəsm sərgiyə çıxmamışdan öncə ‘Sunrise’ adlanacaqdı.

Bütün tənqidlərinə qalib gəlmiş rəssam: Eduard Mane

Klod Mone

İmpressionism harada yarandı və nə səbəb oldu?

Klod Monenin, həyatında heç olmasa bircə dəfə görməli olduğun 10 füsunkar əsəri

XIX əsrin ortalarında, Qərbi Avropanın sənayeləşməsi müəyyən iş saatlarını təyin etdi. Bu, böyüyən orta sinifin, bu gün etdiyimiz kimi, planlaşdırılmış məzuniyyətlərə çıxa biləcəyi anlamına gəlirdi. Fransada, sahilə getmək ya da bir bağ evinde dincəlmək, çirkli şəhərlərindən, basırıq fabriklərdən və emalatxanalardan qaçmaq istəyən şəhərlilər üçün moda idi. Bu şəhərlilərin çoxu varlı idi və sabit gəlirə, boş vaxtların modern yaşayış tərzinə öyrəşməmişdilər. Rəsmlərlə suvenir kimi maraqlanan müntəzəm gəlirə malik yerlilərin həyat fəaliyyətlərini, gündəlik həyatlarını təsvir edərək sənədləşdirmək sənətçilərə kommerisiya fürsəti sundu. Həmin dövrdə parislilər, Yunan-Roma yüksək sənəti və ya muzey və sənət akademiyaları üçün yaradılan İncildəki mövzuların yerinə, öz çağdaş həyatları ilə əlaqədar olan səhnələrin təsvirlərini axtarırdılar.

Kamil Pissaro

XIX əsr Fransanı onun əsərlərində aydın seyr etmək olar: Kamil Pissarro

İnqilabi bir dəyişiklik olan boya tyubiklərinin (tube) ixtirası 1840-cı illərdən bəri boyama prosesini səssizcə dəyişdirmişdir. Artıq sənətçilər açıq havada etdikləri etüdlərini studiyalarda bitirmirdilər. Açıq hava rəsmlərini ilk tətbiq edənlərdən biri, 1858-ci ildə görüşdükləri zaman Klod Moneye böyük təsir göstərmiş Eugène Boudin'dir. İllər keçdikdən sonra Mone İmpressionizmin lideri və qurucusu olacaqdı. Nəhayət, bu açıq rəngli sənətin populyarlığını təbliğ edən və kütləvi auditoriyaya gətirən, bir başa təbiətdən öyrənən Monenin eksperimental üslubu, müəyyən məqamlarda işıqları rəngli şəkildə qeyd etməyə yönəlmişdir.

Klod Mone İmpressionist rəssamlar olaraq, Piyer-Ogüst Renuar, Alfred Sisley və Frédéric Bazille ilə birlikdə 1874-cü ildə ilk dəfə rəsmlərini özəl sərgidə nümayiş etdirdilər.

Alfred Sisley

Piyer Ogüst Renuar bir dəfə “boya tyubikləri olmasaydı İmpressionizm olmazdı” demişdi. Yeni ixtira, boyanın uzun müddət saxlanmasını təmin edirdi. Sənaye inqilabı sənətkarların ətrafındakı dünyanı dəyişməklə yanaşı, istifadə etdikləri vasitələrə də təsir etdi. Rahatlıqla daşına bilən boya tyubikləri, İmpressionistlərin günün fərqli vaxtlarında çeşidli işıq və hava durumlarında, açıq havada rəsm etmək təcrübələrini asanlaşdırmışdı. Onlar inanılmaz dahiyanə (tənqidçilərə görə isə, ‘tənbəl’) rəsm texnikası yaratdılar. Rəssamların hər zaman etdikləri kimi, palitra üzərindəki rəngləri qarışdırmaqla çox işləmək əvəzinə, onlar tyubiklərdəki rəngləri bir başa kətana tətbiq edirdilər. Qoy izləyicinin gözləri bütün lazimi rəngləri özü qarışdırsın! Bədii tənqidçi, Louis Leroyun buna cavabı belə olmuşdur "nə rahat usta işidir. Hələ rüşeyim halında olan divar kağızı bu dəniz mənzərəsindən daha çox bitmiş sayıla bilər.

Hər bir rəsm sənətçinin aşiq olduğu bir nöqtəni göstərir - Alfred Sisley

Yeni nəslin üsyançıları

Kimsə, ‘mister’ Renuara bir qadının gövdəsinin, bir cəsəd kimi yaşıl və al ləkələrlə çürüyən ət kütləsi olmadığını nəzakətli şəkildə söyləyə bilərmi?” Bu, Renuarın Nude in the Sunlight’ (Günəş işığı altında çılpaq) əsəri haqqında tənqidçi Albert Wolff’un rəyi idi. Eyni İmpressionist rəsmin digər bir tənqidində Louis Enault yazır: "Bu böyük işdəki çılpaq qadına baxmaq çətindir; onun al rəngli bədəni çox uzun müddət asılan ov ətinin rəngidir və kimsə həqiqətən onun əyninə paltar keçirməlidi."

Pyer Ogüst Renuar

İmpressionizmin nəhənglərindən: Pierre-Auguste Renoir

Impressionist rəssamlar Romantizmə olan bağlılığa üz çevirmişdilər. Onlara görə, izləyicilərin gözündəki vizual reaksiyanı qarışdırmaq, onların duyğularını qarışdırmaq üçün vacib idi. Həmçinin onlar Neoklassik rəngkarlığın formaları və aydın xəttlərindən uzaqlaşdılar. Impressionistlər duyğudan və formadan daha çox, əhəmiyyət və mənanı rəng ilə ehtiva edirdilər, əsas vurğu rəng üzərində idi. Ənənəvi olaraq - yüksək sənətə aid olmağı iddia edən əsərlər - onlar "boyanmamış" kimi görünməyə meylli idi. İmpressionist əsərlərdə rast gəlinən qalın boya ləkələri xam-işlənməmiş-kimi qəbul olunurdu, kətan üzərində fırçanın görünən izlərini buraxmaq isə sənətin əksi sayılırdı.

Berte Morisot

İmpressionizmə qarşı düşmənçilik 19-cu əsrin ən məşhur məhkəmə işlərindən birində başa çatıb. Məhkəmənin mərkəzində James Abbott McNeill Whistler tərəfindən, qara və qızılının içərisində gecə mənzərəsi: The Falling Rocket (1875) adlı rəsm idi. Məhşur müasir şüar "Sənət uğrunda sənət" Whistlerin rəsmində nümunə olmuşdu. Əsərində, sənətdə yaranmaqda olan abstraksiyanı əvvəlcədən rəsm etməklə bərabər, eyni zamanda “nocturne” (musiqili gecə mənzərəsi, duyğulu melodiya) adı da, rəssamın öz təcrübəsinə aydın və misilsiz diqqət çəkdi. Məhkəmədəki digər tərəf Viktoriya dövrünün aparıcı və hörmətli tənqidçisi olan John Ruskin sənət haqqındakı mühafizəkar fikirləri ilə tanınırdı. Yalançı mühakimə məhkəməsi Ruskinin Whistler rəsminin nəzərdən keçirilməsinə səbəb oldu. Ruskin bu cür əsərlərin bir gün 100 milyon dollar dəyərində olacağını bilsəydi qəzəblənərdi.

Bu gün dünyanın dört bir yanında heyranlıqla qarşılanan, tənqidçilər və xalq tərəfindən çirkin və yarımçıq kimi istehza edilən İmpressionist tərzini təsəvvür etmək çətindir. İmpressionist sənət əsərləri, Fransa Akademiyasının Paris Salonu tərəfindən dəfələrlə rədd edilib. Bu görə, Mone və digər İmpressionistlər rəsmlərini 1874-1886-cı illər arasında müstəqil sərgi salonlarında sərgiləyirdilər. Onların sərgiləri sənət dünyasını təəccübləndirdi.

Sonrakı şok isə, Post-İmpressionizm, Neo-İmpressionizm, Fauvizm və Abstrakt sənəti kimi digər "müasir" incəsənət hərəkatlarının formasını alanda olacaqdı.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR