Donald Tramp ABŞ-ı avokadosuz qoyacaq

Toplum
Photo

Avokadonun qiyməti rekord həddə bahalaşıb

Bilge.az “Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhədləri bağlamaq niyyətində olduğunu deyəndən sonra, ABŞ-da avokado meyvəsinin qiyməti 34% bahalaşıb.

2 apreldə Meksikada bu meyvənin əsas istehsalat bölgəsi olan Miçoakan ştatında avokadonun 10 kiloqramlıq bağlaması 15,16 dollardan 20,38 dollaracan bahalaşıb. Bu, 2009-cu ilin aprel ayından etibarən meyvənin satışında qeydə alınan ən rekord qiymətdir.

Bahalaşma Trampın Meksika ilə sərhədin bağlanması ehtimalını dilə gətirməsi ilə əlaqələndirilir. “Mən bu addımı atmaq barədə hələlik bəyanat verməmişəm. Amma bunu etməyə hazıram”, - 2 apreldə ABŞ prezidenti bəyan edib. Prezidentin sözlərinə görə, bu, Meksikadan miqrant axınının qarşısını almaq üçün vacibdir.

Əgər sərhəd tam, yaxud müəyyən həddə bağlansa, bu, ABŞ-a avokado gətirilməsində çətinliklər yaradacaq. Buna görə də ticarət şəbəkələri bacardıqları qədər tez müddət ərzində sazişlər bağlamağa çalışırlar.

Bununla belə, sərhədin bağlanmayacağı ehtimal edilir. Bir müddət əvvəl də Donald Tramp Meksika ilə sərhəddə divarın tikilməsi üçün 5 milyard dollarlıq vəsaitin təmin olunmasını qanunverici orqandan keçirə bilməmişdi. Məhz bu səbəbdən Konress növbəti maliyyə ili üçün büdcə çıxara bilməmişdi, nəticədə də federal hökumətin işi bir neçə həftə ərzində müəyyən həddə dayandırılmışdı.

Bilge.az

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR