Amsterdamda 5D porno kinoteatr açıldı

Toplum
Photo

Yeni qadın mer şəhərin fahişəxanaya çevrilməsinə etiraz edib

Bilge.az “Daily Mail” qəzetinə istinadən xəbər verir ki, “5D Porn” adlandırılan kinoteatrda filmlər 3D formatında göstərilsə də, su, qabarcıqlar, külək, işıq effektləri və qar kimi əlavə effektlər də olacaq. Bütün bunlar ekrandakı hərəkətlərlə sinxronlaşdırılacaq. Kinoteatrdakı oturacaqlarda vibrasiya və tərpənmə effektləri də quraşdırılacaq.

Kinoteatrın sahibəsi Natalinin dediyinə görə, bütün filmlər porno-prodüsser Kim Holland tərəfindən 5D kinoteatrı üçün xüsusi olaraq hazırlanıb. Bir film 6 dəqiqə çəkir, kinoteatra bilet isə 12,5 avrodur. Biletə bir baxış daxildir. Kinoteatrda hər saatda 6 seans baş tutacaq.

Natali Britaniya nəşrinə açıqlamasında belə deyib: “Məsələn, bu film Amsterdama gələndə "Qırmızı Fənərlər" küçəsinə baş çəkən bir oğlan və onun seksual macəraları haqqındadır. O, vitrinində fahişələr dayanar məşhur “Bananenbar” striptiz-klubuna baş çəkir, köpüklü vannada sekslə məşğul olur və s. Filmdə çoxlu yumor var. Biz onun qadınları xoşuna gəldiyini gördük. Bu film sadəcə olaraq iş görmək üçün gələn oğlanlar haqqında deyil”.

Qeyd edək ki, bu ilin fevral ayında Amsterdamın yeni meri Femke Halsema şəhərdə seks sənayenin çiçəkləndiyi məşhur "Qırmızı Fənərlər" küçəsində islahat aparılmasına dair çağırış edib. Qadın mer bildirib ki, turist bölgəsinin fahişəxanaya çevrilməsi çox çirkindir və qəbuledilməzdir.

Bilge.az

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR