Dünyanın ən ədəbsiz turistləri hansı ölkələrdəndi?

Toplum
Photo

Ən nəzakətli və nəzakətsiz turistlər bəlli olub

Bilge.az “Lenta.ru”ya istinadən xəbər verir ki, aviasiya və dəmiryolu biletlərinin axtarışı və bronlaşdırılması üzrə onlayn-servis olan “Biletix”in ekspertləri dünyanın ən “pis” turistlərinin kimiyinə aydınlıq gətiriblər. Siyahıda ilk pillələrdə rus, çinli və amerikalı turistlər yer alıb.

“Rusları nəzakətli və ədəbli turistlər” hesab edirsinizmi sualına sorğudakıların 44 faizi mənfi cavab veriblər, respondentlərin 33 faizi isə sualı müsbət cavablayıblar. Yeri gəlmişkən, rus turistləri təkcə başqaları deyil, istirahətdə olan digər ruslar da ədəbsiz hesab ediblər.

Məlum olub ki, ruslarda ən xoşagəlməz cəhətlər onların hovuza səs-küylə hoppanmaları, siqaret kötüklərini dəniz qumuna basdırmalarıdır, çinlilərdə xoşagəlməz cəhətlər isə ucadan danışmaları və asta hərəkət etmələri olub.

Ən nəzakətli turistlər kateqoriyasına yaponlar, fransızlar və almanlar daxil olub.

Bu ilin yanvar ayında Almaniyada keçirilən başqa bir sorğu zamanı respondentlərin demək olar ki, üçdə ikisi rus turistlərdən qıcıqlandıqlarını bəyan etmişdilər. Ruslara olan antipatiyaya əsas səbəb kimi səs-küy salmaları, alkoqlizmə meyilli olmaları, ifrat selfi çəkmələri və kobud rəftar etmələri göstərilmişdi.

Bilge.az

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR