Uşaqlığa kimin haqqı çatır?

Kitab
Photo

Valeria Luiselli yeni romanında nədən bəhs edir?

Parul Sehgal/The New York Times

2014-сü ildə Amerika Birləşmiş Ştatları-Meksika sərhəddindəki yiyəsiz uşaqların sayında artım müşahidə edildi – körpələr və kiçik uşaqlar da daxil olmaqla, çoxu Mərkəzi Amerikadan olan 80.000 uşaq, bir ildən az müddətə saxlanıldı. Onlar, miqrantları idman məşğuliyyəti kimi ovlayan ranço sahiblərindən qaçaraq, insan qalıqları ilə dolu cığırlar boyunca səyahət etdilər. Bəzi hesablamalara görə, qızların və qadınların 80 faizi Meksikadan keçərkən təcavüzə uğradı. Çoxlu sayda adam ya yolda öldü, ya da itdi.

Meksikalı romançı Valeria Luiselli bu xəbərləri yaxından izləyir və uşaqları təsvir etmək üçün istifadə olunan dilin – qeyri-qanuni miqrantlar, əcnəbilər – onları necə effektiv şəkildə qeyri-insaniləşdirdiyinə təəccüblənir. Onların bir çoxu Qvatemala, El Salvador və Hondurasdakı silahlı qruplaşmaların zorakılığından qaçmışdı. Luiselliyə maraqlı olan bu idi ki, nə üçün kimsə onlara qaçqınlar və ya sadəcə uşaqlar demir? O, könüllü olaraq məhkəmə tərcüməçisi kimi işə başlayır, sığınacaq üçün əsas ola biləcək sorğunu doldurmaqda uşaqlara kömək edir və o vaxtdan bu işdən ilhamlanaraq iki kitab yazır.

“Mənə necə sona çatacağını de: 40 suallıq bir esse” (2017) adlı kitabda, o, yaşıl kart üçün müraciət etdiyi zaman yaşadığı təcrübə ilə uşaqların təcrübəsinin mübadiləsini aparmışdı. “İtkin uşaqlar arxivi” (Lost Children Archive), onun uzun müddətdir gözlənilən yeni romanı və ingilis dilində yazılmış ilk kitabı, əvvəlki kitabda soruşduğu sualları ortaya qoyur: Qaçqın uşaqlara diqqəti cəlb etmək üçün ən yaxşı yol nədir? Başqalarının əzabından sənət yaradılmasına haqq qazandırmaq mümkündürmü? Əgər belədirsə, onu möminlikdən və ruhsuz əxlaqilikdən yer üzündə necə qorumaq olar?

Üçüncü dünya müharibəsində heç kim qalib olmazdı

Qərbli yazarlar qaçqın böhranına əsasən miqrant xarakterlərin ehtiyatlı və mürəkkəb bədii portretləri ilə diqqətli şəkildə cavab verməyə başladıqdan sonra, bunlar, bir çox müasir bədii əsərlər üçün həyəcan oyadan problemlərdir: məsələn, Donal Rayanın (“From a Low and Quiet Sea”) Liza Hellideyin (“Asymmetry” ), Cenni Erpenbekin (“Go, Went, Gone”) əsərlərinə baxa bilərsiniz.

Tipik tərz Luiselli tərzi deyil. Üç şux və inadkar romanın və bir esse toplusunun müəllifi kimi, o, ciddi və sərbəst təsəvvürə malikdir. Hər bir layihənin öz təcrübəsi var – mətnlərin palimpsesti (“Sidewalks”) və ya oxucu ilə serial formatında əməkdaşlıq (“The Story of My Teeth”). Hekayə onun əlində həqiqətən yenidən romana çevrilir – elektrikli, möhkəm, cəlbedici, yeni. Habelə o, miqrant hekayəsinin yeni bir forma tələb etdiyinə inanır: sonu olmayan bir hekayəni başqa cür necə danışa bilərəm?

“İtkin uşaqlar arxivi” uydurma miqrantın deyil, xoşbəxt olmayan evli cütlüyün səyahəti ilə başlayır. Hər ikisi tək valideyn olan təhkiyəçi və əri, Nyu-Yorkun səslərini katoloqlayan bir layihə üzərində işləyərkən tanış olurlar. “Biz bir-birimizə vurulduq, - təhkiyəçi deyir, - tamamilə, ağılsızca, aşkarcasına və tələsikcəsinə, qayanın quşa aşiq ola biləcəyi kimi. Qayanın kim olduğunu və quşun kim olduğunu bilmədən”.

Demokratik məktəblər uşaqlar üçün necə bir dünya yaradır?

O çox keçmədən başa düşür ki, əri ondan uzaqlaşır və sanki onu çoxdan itirmiş kimi yas tutaraq acgözlüklə ərini seyr edir – “onun səhərlər kofe düzəltdiyi, səs parçaları hazırladığı və bəzən mənimlə sevişdiyi həm xırdaçı, həm də intuitiv proses”. Əri Arizonadakı apaçilərin ata-baba yurduna səyahət etmək üçün yeni layihə planlaşdırdıqda, qadın da özünü ona qoşur. O, sərhəddə səsləri qeydə alacaq və eyni zamanda dostunun itkin düşmüş sənədsiz qızlarını axtaracaqdır. (Bu hekayənin real həyatdakı ilham mənbəyi “Mənə necə sona çatacağını de” əsərində üzə çıxır – qvatemalalı iki gənc bacı, Long İsland-də, yaxalarına analarının telefon nömrəsi tikilmiş halda sərhədd boyu gəzirlər).

“İtkin uşaqlar arxivi” amerikan yol romanının bir dönüş ilə yenidən nağıl edilməsidir. Bu versiyada evdən hansısa uçuş yoxdur – səyahət evliliyin xilas edilməsi üçün edilmişdir və qiya vurub ağlayan uşaqlar yedəkdədir. Luiselli, uşaqların mükəmməl xronikaçısıdır və təhkiyəçinin 5 yaşlı qızı ilə ərinin 10 yaşlı oğlu özlərini inanılmayacaq dərəcədə həqiqi hiss edirlər – gözüaçıq, əvəzolunmaz, son dərəcə qəribə. “Nə vaxtsa inək sağan ilk adamı düşünün”, oğlan xüsusilə kiməsə səslənmədən yüksək səslə heyrət edir; “Necə də qəribə adam olub”. Kitab qaçqın uşaqların hekayəsini danışmaq üçün yola çıxaraq, təhkiyəçinin dinclik tapmayan enerjisi tərəfindən canlandırılan yeni, kövrək, parçalanan bir ailənin həyatının, güclü həvəslərin, həsrətlərin arxivinə çevrilir.

Öz uşaqları onun köməyinə çatır. O görür ki, onlar, əksəriyyəti itkin düşmüş qaçqın uşaqlardan “itkin uşaqlar” olaraq bəhs edirlər. Bu halda, o belə bir termin qəbul edir: “onlar (itkin uşaqlar deyil), uşaqlıq hüququnu itirənlərdir”. Biz onun, dilin zorakılıq və bərpa vasitəsi kimi necə istifadə edildiyini anlamağa başladığını görürük. Onun müəyyən forma axtardığını görürük və sonra qəfildən, sanki belə bir formanın necə mümkün olacağını göstərəcəkmiş kimi, kitab yol səyahətinin dolambaclı ritimlərindən titrək iyirmi səhifəyə, tək cümləlik zirvəyə doğru qalxır.

İrlandiyada körpə uşaqları bişirib yeməyi təklif edən yazıçı : Conatan Svift

Təhkiyəçinin öz uşaqları itkin düşür. Onlar qaçıb gedərək fikirləşirlər: “Ana bizi itkin uşaqlar haqqında düşündüyü kimi düşünməyə başlayacaq. Hər vaxt və bütün qəlbi ilə. Ata təqib etdiyi digər bütün əks-sədaların əvəzində bizim əks-sədamızı tapmağa çalışacaq”. Beləliklə, bu uşaqları qaçqın uşaqların rutin olaraq üzləşdiyi qorxulara baş çəkdirməklə – uşaqlarımızın romanda hiss etdiyi kimi; uşaqlar xilas olmağı gözləyirlər – Luiselli sadəcə başqalarının həyatında nə qədər ağrı və qurban qəbul etməyə hazır olduğumuz haqqında danışır. O, insanların öz ailələrinə ciddi qayğı göstərməsi, digərlərinin iztirablarındakı öz günah payını öyrənməsi üçün lazım olanları dramatikləşdirir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR