Avropanın ən hündür göydələni ucqar kənddə tikiləcək

Toplum
Photo

Kənddə 320 metrlik göydələn tikmək planı birmənalı qarşılanmayıb

Bilge.az xəbər verir ki, “Bestseller” memarlıq şirkəti Danimarkanın 7000 əhalisi olan Brande kəndində 320 metr hündürlüyündə göydələn tikmək planını açıqlayıb.

Bu, iddialı plan açıqlanana qədər Jutland aqrar bölgəsində yerləşən Brande kəndinin mövcudluğundan Danimarkada çox az adamın xəbəri olub. “Bestseller” şirkətinin tikəcəyi bu göydələn təkcə Danimarkanın deyil, Londondakı “Shard” göydələnindən 10,4 metr ucaq olmaqla, Qərbi Avropanın ən hündür binası olacaq. 60 kilometr məsafədən görünəcək binanın tikintisinə yerli şura artıq razılıq verib.

"Bestseller" şirkətinin rəsmisi bu göydələnin bölgə üçün faydalı olacağını və onun "Brandeni xəritədə layiq olduğu yer"ə qaytaracağını deyib.

Bununla belə, göydələnin tikilməsinə qarşı olan yetərincə müxalif də var. Onlar Brande kimi aqrar zonalarda belə göydələnlərin tikilməsinin təbii mənzərəni pozacağına inanırlar.

Danimarkalı memar Trine Kammer bu nəhəng tikilinin “nəhəng, saf mənzərə” hissini dağıdacağını deyib.

Bu cür böyük tikili dünyanın klaustrofobik dərəcədə kiçik göstərəcək. Sakit bir meşədə gəzdiyim vaxt “Bestseller” niyə mənə özünü xatırlatmalıdır?”, - deyə o sual verib.

Qeyd edək ki, bu, aqrar bölgədə tikilməsi planlaşdırılan ilk göydələn deyil. 1991-ci ildə Yaponiyada inşaat bazarının zirvədə olduğu dövrdə çöllüyün ortasında 41 mərtəbəli “Sky Tower” göydələni tikilmişdi.

Bilge.az

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR