Antik Yunanıstanda qeybət: gücsüzlərin güclü silahı

Hər şeydən biraz
Photo

Fiona Makhardi London Roehampton Universitetinin Klassika professorudur. O, “Afina Mədəniyyətində Qisas” (2008) kitabının müəllifidir.

Antik Yunanıstan ədəbiyyatının mərkəzində dəhşətli intiqam mövzuları dayanır. Qisasçılar öz düşmənlərinə heyrətamiz fiziki bacarıqlarla qalib gəlirdilər: Axilles dostu Patroklusun qisasını almaq üçün yeganə döyüşdə Hektoru öldürmüşdü; qisas almaq üçün hiyləgərlik və yalan da böyük rol oynayırdı, necə ki, Medeya öz sədaqətsiz əri Casondan qisas almaq üçün zəhərli paltarın köməyilə Kreonu və onun qızını öldürmüşdü. Bəs fiziki gücü, əsrarəngiz bacarıqları və ya yaxın adamları olmayanlar necə qisas ala bilirdi? Güclü ailə bağları olmayan aşağı statuslu qadınlar Antik cəmiyyətdə ən zəiflərdən sayılırdılar, amma onlar nifrətəlayiq düşməni məğlub etmək üçün çox güclü silaha sahib idilər: qeybətə.

Bekara qeybətçilik və ya şayiə antik şairlər tərəfindən şəxsiyyətlərdə təcəssüm etdirilib. Homer dastanlarında şayiə Zevsin elçisi kimi göstərilir, o, ağızdan ağıza kütlələr arasında yayılır. Hesiod da şayiəni ilahi bir şey kimi təsvir edirdi, amma eyni zamanda ondan nəsə ehtiyatlı, “zərərli, yüngül, amma dözülməsi çətin və xilas olmaq üçün müşkül” olan bir şey kimi bəhs edirdi. Dördüncü əsrdə yaşamış afinalı natiq Esxin qeybətə belə görünür ki, şəhərdə spontan şəkildə yayılan şəxsi məsələlər barədə bir şey kimi istinad edir. Həyatın bütün sahələrindəki antik insanların, qadınlar və kişilərin, azadlar və qulların, gənc və qocaların qeybət etdikləri, onu şəhərin bütün künc bucaqlarına yaydıqları düşünülürdü. Cəmiyyətin çoxsaylı üzvləri qeybətlə məşğul olduqlarına görə, aşağılar və yuxarılar, zəiflər və güclülər arasındakı fərq aradan qalxırdı.

Aristotel qeybətçiliyin əsasən vaxt öldürmək üçün xırda, əyləncəli məşğuliyyət olduğunu desə də, onun məzlumun əlində zərərverici niyyətlə istifadə oluna biləcəyini də deyirdi. Afinalıların Afina məhkəmələrində qeybətdən necə istifadə etdiklərinə nəzər salanda, məzlumların sözlərdən silah kimi istifadə etdikləri xüsusilə gözə çarpır, çünki Afina məhkəməsində məhkəməyə cəlb edilənlər sübutlara əsasən deyil, xarakteristikaya əsasən mühakimə edilirdilər. Peşəkar hakimlər olmadığına görə, çıxış edənlərin məqsədi özlərini vicdanlı bir vətəndaş kimi göstərməklə, müttəhimin xarakterini hakimlərin qarşısında alçaltmaq idi. Qeybətin gücü antik məhkəmə iştirakçısını qorxudurdu, onlar məhkəmə hakimlərinin qulağına çatması ehtimalı olan həqiqətə uyğun olmayan fikirlərdən və ziyankar opponentlərinin bilərəkdən yaydıqları mənfi hekayələrdən ehtiyat edirdilər.

Antik Yunanıstanın seksual yaşamı barədə bəzi gerçəklər

Bizim Antik natiqlərdən öyrəndiyimizə görə, dükanlar və bazarlar saxta şayiələrin yayılması üçün münasib ictimai məkanlar idi, kütlələr burada toplaşdığından rəqiblər qarşı tərəfi burada gözdən salırdılar. Demosfenin yazdığı bir hadisəyə görə, Diodorus iddia edir ki, onun düşmənləri ictimai fikri öz xeyirlərinə dəyişmək niyyətilə saxta məlumat yaymaq üçün sözgəzdirənləri bazar yerlərinə göndərirlər. Demosfenin özü rəqibi Meidiası pisniyyətli şayiələr yaymaqda ittiham etmişdi. Və deyilənə görə, Kallimaxus bazar yerlərində toplaşan qələbəliyə öz rəqibinin əlində necə pis rəftara məruz qaldığına dair kədərli əhvalat danışırdı. Bu hallarda qeybətcillər saxta məlumatı şəhər boyunca ona görə yayırdılar ki, məhkəmələrdə qalib olmaq üçün burada toplaşan fərdlərdə müəyyən təəssürat yarada bilsinlər.

Afinanın hüquq məhkəmələri kişilərin əlində olduğundan, qadınlar onların əvəzinə hərəkət edəcək kişi tanışlara ehtiyac duyurdular. Bununla belə, Antik mənbələr göstərir ki, qeybət qadınların əlində düşmənə hücum etmək üçün yararlı bir vasitə idi. “Aristogeytona Qarşı 1” məhkəmə işində öz rəqibinin pis xarakterini nümayiş etdirməkdən ötrü natiq Aristogeytonun cəlb olunduğu insidentə onun Zobiya adlı yad qadına olan zorakı və naşükür davranışını təsvir edir, o, darda olarkən qadın açıq-aşkar onun dadına çatmışdı, o isə gücünü bərpa edəndən sonra qadını fiziki zorakılığa məruz qoymuş və qul kimi satacağı ilə hədələmişdi. Zobiya vətəndaş olmadığından, onun Afinanın hüquq dairələrinə çıxışı yox idi. Bunun əvəzinə isə qadın məruz qaldığı ədalətsizlik barədə tanışlarına danışmaqla, qeyri-rəsmi kanallardan bacardığı qədər istifadə etmişdi.

Qadın cinsi və ictimai status baxımından aşağı mövqedə olsa da, Zobiya qeybətdən Aristogeytonun ona qarşı rəftarının alçaqcasına və zorakı olduğunu bütün şəhərdə yaymaq üçün istifadə etmişdi. Məhkəmədə çıxış edən kişi iddiaçı kişilərdən ibarət məhkəmə jürisinə Aritogeytonun pis xasiyyətini açıb göstərməkdən ötrü bu qeybətdən istifadə etmişdi. Beləliklə, məhkəmədə qadınların qeybətindən rəqibi gözdən salmaq üçün effektiv şəkildə istifadə edilirdi – məhkəməyə çıxışı olmayan aşağıstatuslu qadın isə qeybət vasitəsilə qisas ala bilirdi.

Hedonizm və Epikür haqqında nə bilirik?

Qadın qeybətinin qeyd olunduğu daha bir nümunə “Lisias 1 Eratosfenin Qətli barədə” məhkəmə işidir. Bu nitqdə müdafiəçi Efiletusun rəsmən Erastosfeni öldürdüyü iddia olunur, çünki o, onu öz qadını ilə sevişərkən tutub. Efiletusun danışdığı əhvalata görə, o, evinə çathaçatda yaşlı bir qadın ona yaxınlaşıb və arvadının Erastosfenlə ona xəyanət elədiyini deyib. Bu əhvalat müəyyən mənada Efiletusun güman olunan saf xarakterini açmaq funksiyası daşıyır, o, onun arvadının sədaqətsizliyini aşkarlayan kiməsə ehtiyac duyur, ikinci bir tərəfdən isə əhvalat həm də ona görə əhəmiyyət daşıyır ki, o, Eratosfenin pis xarakterini göstərir, onun düzəlməz xəyanətkar olduğunu yaşlı qadın təsbit edir.

Efiletusa görə, yaşlı qadın onun yanına özbaşına gəlməmişdi, onu Eratosfenin aldadılmış sevgilisi göndərmişdi. Nitqin bu yerini yazarkən, Lisias Antik Yunan ədəbiyyatında intiqamla bağlı lüğətə üz tutur, burada tərk edilən qadınlar öz sevgililərinə qarşı kinli və düşmən mövqedə və onların davranışından həqarətə uğramış kimi təsvir edilirdilər. Burada eyham vurulan budur ki, qadın Eratosfenin Efiletusun arvadı ilə olan əlaqəsinə dair şayiə yayıb, məqsədi də bu olub ki, kimisə ya qanunu kanallarla və ya öz gücü ilə Eratosfenə qarşı qaldırsın. Bu cür səhvi cəzalandırmaq üçün bacarığı və düşmənə qarşı çıxmaq gücü olmayan qadın danışığın gücü ilə qisas almağa nail ola bilərdi.

Afinalılar düşmənlərinə qarşı hücuma keçmək üçün qeybətdən qədərində istifadədən yaxşı xəbərdar idilər və buna görə də onlar hüquq məhkəmələrində öz rəqiblərinə qarşı iftira atmaq üçün qeybətdən ehtiyatla istifadə edirdilər. Cəmiyyətin aşağı təbəqəsindən olanların yaydığı şayiələr daxil olmaqla, hüquqi məsələlərdə qadınların qeybətinə istinad, bunu deməyə əsas verir ki, afinalılar qeybətin qaynağını ayrı-seçkiliyə məruz qoymurdular, öz rəqiblərini aradan qaldırmaq üçün qeybətin üstünlüklərindən yararlanırdılar. Rəsmi leqal kanallara çıxışı olmayan qadınlar, qeyri-vətəndaşlar və qullar onları incidənlərə qarşı qisas almaq məqsədiylə qədərində istifadə etməklə qeybətdən güclü bir silah kimi istifadə edirdilər.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR