Depressiyaya niyə düşürük? (2-ci hissə)

Toplum

Depressiyanın müalicəsində yeni yollara ehtiyacımız var

Bu araşdırmalarla tanış olduqdan sonra heyrətlənmişdim və onları tamamilə həzm etmək üçün zamana ehtiyacım vardı. Kirş düşünür ki, əldə etdiyi 1.8 xallıq qazanc kliniki baxımdan mənasızdır və dərmanların faydalarını haqlı çıxarmır. Mən onun araşdırmalarını inandırıcı hesab edirəm, lakin onun gəldiyi nəticə ilə bir qədər razılaşmıram. Tanıdığım insanlar var ki, onlar üçün bu kiçik lakin real fayda yan təsirləri üstələyir, onlara mənim tövsiyyəm dərman qəbulunu davam etdirməkdir.

Bununla belə, araşdırdıqda aydın olur ki, dərmanlar qaneedici olmaqdan uzaqdır. Təkzibedilməz bir faktı etiraf etmək üçün nüanslı və dürüst müzakirəyə ehtiyacımız var: fakt budur ki, xeyli sayda insana antidepresantlar sadəcə ya heç bir köməklik göstərmir, ya da kiçik və müvəqqəti rahatlıq verir. Həmin insanlara yardım etmək üçün seçimlər menyusunu radikal şəkildə dəyişdirməliyik.

Biologiyaya fokuslanmağımız bizi düşünməyə vadar etdi ki, depressiya və narahatlıq hissi insanın beyin və ya genlərindəki nasazlıqdan qaynaqlanır – bu, aradan qaldırılması gərəkən bir patologiyadır. Lakin bu problemlərin sosial və psixoloji səbəblərini öyrənən elm adamları onları fərqli şəkildə görməyə meyillidirlər. Onlar depressiyaya nasazlıqdan daha çox, qismən və ya böyük ölçüdə bir funksiya, ehtiyaclarımızın ödənmədiyini göstərən bir siqnal kimi yanaşırlar.

Xarakterimizi genetikamız müəyyənləşdirir?

Hər kəs bilir ki, insanın anadangəlmə fiziki ehtiyacları vardır – su, ərzaq, sığınacaq, təmiz hava kimi. Bəşər övladının anadangəlmə psixoloji ehtiyaclara sahib olduğuna dair də eyni dərəcədə açıq sübutlar vardır: həyatımızda məxsusluq, məna və məqsədə sahib olmaq, dəyərli olduğumuzu hiss etmək, təhlükəsiz gələcəyə malik olduğumuzu hiss etmək. Mədəniyyətimiz xeyli sayda insan üçün bu başlıca ehtiyacların ödənməsində daha az yaxşıya doğru gedir – və bu, hazırki ümidsizlik epidemiyasının ən mühüm itələyici güclərindən biridir.

Həyatımızdakı bir çox faktorun depressiyaya (sadəcə fərəhsizlik deyil: tam depressiya) səbəb ola biləcəyini qəti şəkildə göstərən böyük elm adamları ilə reportajlar hazırlamışam. Yalqızlıq, mənasız hesab etdiyiniz bir işdə işləməyə məcbur olmaq, maliyyə baxımından təhlükəli gələcəklə üzləşmək – bunlar başlıca bir psixoloji ehtiyacın ödənmədiyi şərtlərdir.

“Kədər istisnası”nın qəribə nümunəsi – və onun dərin nəticələri

Psixiatriyanın bəzi bölmələrinin bu qavrayışlara cavab vermədə üzləşdikləri çətinliklər, 1970-ci illərdən bəri davam edən debatla müşahidə edilə bilər. Həmin onillikdə, Amerikan Psixiatriya Birliyi ilk dəfə ABŞ-da depressiyaya (xüsusilə “major depressiv pozuqluq”) necə diaqnoz qoyulduğunu standartlaşdırmaq qərarına gəldi. Komitə tərəfindən doqquz simptomluq siyahı – məsələn, davamlı ruh düşkünküyü və maraq və ya həzz itkisi – tərtib edildi və ölkə boyu həkimlərə bildirildi ki, əgər pasientlərdə bu simptomlardan beşi bir neçə həftədən artıq müşahidə edilərsə, gərək həmin şəxslərə ruhi xəstə diaqnozu qoyulsun.

Bununla belə, təlimatlar bütün ölkə boyu tətbiq olunduğuna görə, bəzi həkimlər bir az qəribə bir problemlə üzləşdilər. Bu təlimatlara əsasən, sevdiyi birini itirən hər şəxs – dərdli adam – ruhi xəstə kimi təsnif olunmalı idi. Depressiya ilə kədərin simptomları eyni idi.

Buddizm sevgililər üçün necə faydalı ola bilər?

Psixiatriya səlahiyyətliləri bu vəziyyətə qəribə bir çarə tapdılar. Onlar “kədər istisna”sı adlandırılan bir şey icad etdilər; həkimlərə pasientin sevdiyi birinin yaxın zamanda öldüyü hallar xaricində nəzarət siyahısından istifadəni davam etdirməyi tapşırdılar. Həkimlər öz xəstələrinə depressiyanın nəzarət siyahısı ilə təyin ediləcək bir beyin xəstəliyi olduğu demişdilər – lakin indi, unikal şəkildə, bu izahın əhatə etmədiyi bir həyati vəziyyət mövcud idi.

Belədə də bəzi həkimlər soruşmağa başladılar ki, nə üçün dərin ümidsizliyin dərmanlarla müalicə edilməsi gərəkən bir psixi xəstəlik nişanəsi olmadığı yeganə vəziyyət kədər olmalıdır? Əgər işini itirsən necə? Bəs evini, icmanı? Depressiyanın bəzi həyat şərtlərinə uyğun bir cavab ola bilərliyi fikrini bir daha nəzərdən keçirdikdə – Arizona Dövlət Universitetinin sosial iş məktəbində dosent işləyən Joanne Cacciatore-un mənə dediyi kimi – depressiya barəsindəki nəzəriyyələrimiz “tam sistematik nəzərdən keçirilmə”ni tələb edir.

Psixiatriya səlahiyyətliləri bunu etmədilər, əvəzində sadəcə kədər istisnasından canlarını qurtardılar. İndi dərdli insanlara dərhal ruhi xəstə diaqnozu qoyula bilir. Cacciatore-un araşdırması göstərir ki, uşağını itirən valideynlərin təxminən 33 faizi ölümdən sonra ilk 48 saat ərzində antidepresant və ya sakitləşdirici vasitələr qəbul edirlər.

Psixoloji və sosial məzmunun depressiyanın başa düşülməsində çox mühüm olduğunu qavradıqdan sonra, bu krizə indi etdiyimizdən fərqli şəkildə necə cavab vermək gərəkdiyi barədə təkliflər irəli sürürük. Haqqında danışdığımız kambocalı həkimlərin “antidepresant” qavramı (bax:birinci hissə-tərc.) onların mədəniyyətinə yad olan bir ideyanı – sizin beyin kimyanızı dəyişdirməyi ehtiva etmir. Bu, depressiv insana həyatını dəyişdirmək üçün güc verən cəmiyyətlə əlaqəlidir.

Bütün dünya üzrə, bu qavrayışları öz işlərinə inteqrasiya etməyə çalışan alim və həkimlərin getdikcə də böyüyən bir qrupu ilə görüşlər keçirmişəm. Onlara görə, depressiyanı azaldan hər şey antidepresant kimi qəbul edilməlidir.

İnsan təbiəti barəsində psixologiyanın 10 bədbin tapıntısı

Nə ilə mübarizə aparacağımızı bilmək üçün, psixi pozuqluqların səbəbləri haqqında daha çox düşünməliyik. Depressiya və təşvişin elmi sübutu olan 9 səbəbini müəyyən edə bildim. Onlardan 7-si ayrılma formalarıdır: digər adamlardan, mənalı işlərdən, təbii dünyadan, qorxusuz və təhlükəsiz uşaqlıqdan, statusunuzdan və sizin üçün məna kəsb edən bir gələcəkdən. 2 səbəb isə biolojidir: genlərimiz və real beyin dəyişiklikləri.

Bunları “kimyəvi balansızlıq”, tipik stenoqrafiya kimi təsvir etmək hazırda çox çətindir; Toronto universitetinin nevro-alimi Marc Lewis mənə bunu “sinaptik budama” kimi düşünməyin daha məntiqli olduğunu bildirdi – beyniniz istifadə etmədiyiniz sinapsları (iki sinir hüceyrəsi arasındakı qovşaq-tərc.) saxlayır və ağrılı bir reaksiya çox uzun çəkdikdə, beyniniz sinapsları saxlayaraq qaranlıq düşüncələrdən uzaqlaşmağı çətinləşdirə bilər.

Həmin alimlər soruşurdular: bu səbəblərlə əlaqəli olan antidepresantlar, sadəcə onların simptomlarından daha çox, nəyə bənzəyə bilərdi?

Sosial resept: yeni müalicə forması

1990-cı illərdə Şərqi Londonun kasıb bir hissəsində, Dr. Sam Everington narahatedici bir şeylə üzləşmişdi. Xəstələr onun yanına depressiya və narahatlıq hissi ilə gəlirdilər. “Biz tibb məktəbinə getdiyimiz vaxt,” – o deyirdi: “hər şey biotibbi (həm tibb, həm də biologiya ilə əlaqəli-tərc.) idi, bu səbəbdən depressiya kimi təyin etdiyiniz şey nevrotransmitterlərdi (onlara görə idi)”. Çarə həmin dövrdə dərmanlar idi. Lakin bu, onun gördüyü reallıqla uzlaşmırdı.

Everington hiss etdi ki, pasientləri ilə oturub danışdıqda və həqiqətən də onları dinlədikdə, onların əzabları məna kəsb edir – onların çoxu çox yalnız və maddi baxımdan qorxu altında idilər. Everington kimyəvi antidepresantların əleyhdarı deyildi. Lakin o hiss etdi ki, onlar onun xəstələrini depressiyaya salmaqda birinci yerdə gələn əsas səbəblərə cavab vermir. Bu səbəbdən o, fərqli bir yanaşma sınaqdan keçirdi və depressiya ilə mübarizədə yeni bir yanaşmaya öncüllük etdi.

Günlərin bir günü Everingtonun cərrahi klinikasına Lisa Cunningham adlı bir pasient gəldi. O, yeddi il ərzində öz evinə qapanmış, depressiya və təşviş üzündən şikəst qalmışdı. Klinikanın işçiləri ona istədiyi təqdirdə dərman reseptləri yazmağı davam edə biləcəklərini, amma eyni zamanda bir qrup terapiya seansı yazacaqlarını da bildirdilər. Klinikanın arxasında parka bitişik bir parça ərazi vardı və kolluqdan ibarətdi. Lisa oranı gözəlləşdirmək üçün, həftədə iki dəfə olmaqla bütün günorta boyu, təxminən iyirmi nəfər depressiv adamdan təşkil olunmuş qrupa qoşuldu.

Özün haqqında bilmədiyin 10 şey

Orada keçirdiyi ilk gün Lisa depressiya üzündən xəstə olduğunu fiziki olaraq hiss etdi. Başqaları ilə söhbət etmək qəribə idi. Uzun müddətdən sonra ilk dəfə idi ki, Lisanın danışmağa nəyisə vardı və bu, onun necə depressiv və narahat olduğu barədə deyildi. Həftələr və aylar – və nəhayət illər – keçdikdə, Everingtonun pasientləri bağbanlığı öyrəndilər, barmaqlarını torpağa qoydular. Onlar öz problemi haqqında danışmağa başladılar. Lisa qrupdakıların birinin ictimai nəqliyyatda yatdığını öyrənəndə çox qəzəbləndi – nəticədə onun evlə təmin edilməsi üçün yerli məmurlara təzyiq göstərməyə başladı. O bu işdə müvəfəqiyyət qazandı. Uzun müddət ərzində ilk dəfə idi ki, Lisa başqası üçün nəsə edirdi.

Lisanın mənə dediyi kimi, baxça çiçək açmağa başladıqca, içindəki insanlar da çiçək açmağa başladı. Everingtonun layihəsi İngiltərədə çox təsirli oldu, lakin dərman mərkəzli müalicəyə fokuslanmağa meyilli olan statikaçılar tərəfindən ciddi şəkildə analiz edilmədi. Norveçdə oxşar bir proqramda aparılan araşdırma göstərdi ki, bu üsul kimyəvi antidepresantları iki dəfə çox effektivdir. Belə yanaşmalar təklif edən sadə, lakin inkişaf edən araşdırma orqanının bir parçası heyrətamiz nəticələr doğura bilər.

Bu, depressiya ilə bağlı olan daha geniş sübutlarla uzlaşır. Bilirik ki, sosial təmas depressiyanı azaldır. Təbii dünya ilə təmasın, habelə günəş işığına məruz qalmağı artıran şeylərin antidepresant təsirə malik olduğuna dair bəzi sübutlar vardır.

Everington bu yanaşmanı “sosial resept yazma” adlandırır. O inanır ki, bu yanaşma işləyir, çünki tam olmasa da, depressiyanın bəzi sosial və ətraf mühit səbəbləri ilə əlaqəlidir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR