Üçüncü dünya müharibəsində heç kim qalib olmazdı

Yuval Noah Harari

Toplum

Təzəlikcə?

Bəli. Onlar iddia edirlər ki, yeni nəsil mənəviyyatsızdır, qadınlara hər yerdə kişilərlə birlikdə olmağa icazə verirlər və s. Bugün sinaqoqda qadınlarla kişilər arasında kəskin fərq qoyulur. Ultra-ortodoks bölgələrdə sən hətta qadın şəkli belə görə bilməzsən. Yaxınlıqdakı bölgələrdən birində məşhur bir hadisə baş vermişdi. Bilbordlarda xoşbəxt ailələrin yaşadığı yeni mənzillər reklam edilirdi. Amma bu ailələr ancaq Yəhudiliyin saflığını qoruyan kişilər və oğlanlardan ibarət idi! Amma sən 2000 il əvvəlki Sinaqoqda qazıntı işləri aparanda, qadın və kişilər arasında fərq qoyulmasına dair bircə əlamət belə tapa bilmirsən. Hətta Sinaqoqların müəyyən hissələrinin qadın mozaikaları ilə dekorasiya edildiyi aşkar edilib. Belə şeylər dinlərdə tez-tez baş verir, onlar getdikcə daha çox üstünə qoyurlar, amma belə deyirlər: “Biz sadəcə olaraq keçmişə, orijinal saflığa qayıdırıq”.

Siz kitabınızda qadınlarla bağlı məsələyə toxunmamısınız. Bugünkü qadın hərəkatının tarixi əhəmiyyətinin olduğunu düşünürsünüzmü?

#metoo hərəkatı daha geniş bir hərəkatın bir parçasıdır. Keçən əsrdə bütün dünyada baş vermiş nəhəng feminist inqilabı insanlıq tarixindəki ən vacib və uğurlu sosial inqilablardan biridir. Çünki qadınların siyasi, iqtisadi və hüquqi statusu kişilərdən xeyli aşağı olduğu bir iyerarxiya mövcud idi. Feminist inqilabı bunu görünməmiş səviyyədə dəyişdirdi. Daimi və təbii hesab olunan şeylər tamamilə dəyişdi. Və bu hədsiz az zorakılıqla müşayiət olundu. Rusiya, Fransa, Çin, İran inqilablarında böyük zorakılıqlar yaşanmışdı. Feministlər demək olar ki, heç kimi öldürməli, yaxud qurban verməli olmadılar. Müsbət dəyişiklik üçün zorakılığa ehtiyac duymaq məcburiyyətində olmadığına görə bu möhtəşəm nümunədir.

Qadınların səsvermə hüququ qazandığı ilk ölkə - Yeni Zelandiya

Siz 1950-70-ci illər dövrünü “Çe Gevara anı” adlandırırsınız. Kommunizm, kapitalizm kimi ideologiyaları isə insanın yaratdığı dinlər kimi görürsünüz. Bu narrativlərə baxdığınız zaman onlardan hansısa biri sizi cəlb edirmi?

Bu hekayələri insanlar uydurub. Hekayələr vasitədir. Siz ortaq hekayələr, ortaq uydurmalar qurmadan insani nizam yarada bilməzsiniz. Bu, bütün hekayələrin eyni olduğu demək deyil. Hekayəni ölçən xətkeş hekayənin qarşısını aldığı, yaxud səbəb olduğu əzabı ölçür. Məsələn, Futbol üzrə Dünya Kuboku... Futbola baxmaqdan ötrü ən birinci sən insanları futbolun qanunlarına inandırmalısan, futbol qaydaları insan ixtirasıdır. Burda pis heç nə yoxdur. Amma əgər xuliqan rəqib komandanın fanatını döyür, yaxud öldürürsə, indi olur pis hekayə. Halbuki sən bunun uydurma hekayə olduğunu yadında saxlamalı və buna görə heç kimi öldürməməlisən. Eyni şey liberalizm, faşizm, kommunizm kimi böyük hekayələrə də aiddir.

Onda bəs insanın yaratdığı hansı hekayə sizi ən çox cəlb edir?

Tarixi qeydlərə baxıldığında, mən heç bir şübhəyə qapılmadan liberal hekayənin ən yaxşısı olduğunu deyərdim. Onun özünəməxsus problemləri və qüsurları var, o, qırğınlardan və qorxunc şeylərdən xali deyil, məsələn, demokratiya qurmaq üçün liberalizm adına İraqın işğalı çox axmaq bir qərar idi. Amma ümumilikdə daha böyük şəkilə baxdığımız zaman o, son bir neçə əsrdə insanlıq üçün ən yaxşı hekayət olub.

Liberalizmə kapitalizm daxildirmi?

Onun kapitalizmlə ittifaqı mövcuddur, onlar sərf edən məqamlarda müttəfiqdirlər... Onlar azad bazarda görüşürlər. “Liberalizm” kəlməsi azadlıq, müstəqillik kəlməsindən (liberty, freedom) gəlir. O, azadlığın ən yüksək dəyər olduğuna inanır, insanlara özlərinin istədiyi kimi düşünməyi, özləri üçün qərarlar çıxarmağı, ürəklərindən keçəni və s. eləməyi təşfiq edir. Liberalizm bazarda kapitalizmə ehtiyac duyur. İdeya budur ki, iqtisadiyyatda ən ali ixtiyar sahibi müştərinin arzularıdır. Müştəri hər zaman haqlıdır və biz əmtəələrin və maliyyə xidmətlərinin azad hərəkət etməsinə icazə verməliyik; insanlar öz qərarlarını özləri verməlidir, həmçinin biz azad informasiya mübadiləsinə ehtiyac duyuruq və s. bütün bunları liberalizm və kapitalizmin təbii ittifaqı mümkün edir. Amma onlar hələ də bir-birindən çox fərqlənirlər.

Nə mənada fərqlənirlər?

Liberalizm kapitalizmin dəyər vermədiyi bir çox şeyə dəyər verir. Kapitalizmin baxış bucağı çox daha dardır. İndi ən böyük təhlükələrdən biri onların yoldaşlığa son qoymalarıdır; bu, məni başladığımız nöqtəyə qaytarır. Əgər siz son onilliklərdə Türkiyə və Çin kimi ölkələrdə liberalizmin genişlənməsinə baxsanız, görərsiniz ki, dövlətlər vətəndaşlara azadlığı liberal dəyərlərə sadiq olduqlarına görə deyil, kapitalist ideala inandıqları üçün veriblər. Onlar düşünüblər: sən insanlara nə geyinəcəkləri, nə ixtira edəcəkləri ilə bağlı nə qədər çox azadlıq versən, iqtisadiyyat möhkəmlənəcək. Bir çox hökumətlər öz ölkələrini liberalizmə görə deyil, kapitalizmə görə liberallaşdırırlar. Bu ikisi 20-ci əsrdə birlikdə iş görürdülər, amma indi onların yolu ayrılır. İqtisadiyyat üçün getdikcə daha çox insan əhəmiyyətsizləşdiyinə görə, lazımsız sinfin meydana çıxmasına görə, liberalizm və kapitalizm arasındakı müttəfiqlik bağları qırıla bilər. Azadlıq vermədən də artıq uğurlu iqtisadiyyat qurmaq mümkün ola bilər.

Liberallar nə üçün öz dəyərləri uğrunda yenidən mübarizə aparmalıdırlar?

Kommunizmə və sosializmə baxdığınız zaman onların insanlıq üçün real alternativ ola biləcəyini düşünmüsünüzmü? Yoxsa bərabərçi, insani sistemin mümkünsüz olduğunumu düşünürsünüz?

Sosializmin və kommunizmin dünyaya göstərdiyi təsir çox böyük olub. 19-cu əsrin sonlarında Britaniya və ABŞ kimi ölkələrin demək olar ki, sosial rifah xidmətləri yox idi. Təqaüd verilmirdi, sosial təhlükəsizlik mövcud deyildi, kütlələr üçün çox kiçik investisiyalar yatırılır, yaxud çox cüzi kömək göstərilirdi. Vəhşi kapitalizm dövrü idi... Kapitalizm daim insanlara tənzimləmə və etik standartları unutmaq üçün təzyiq göstərirdi.

Bu necə dəyişdi?

Əsasən sosializm və kommunizm sayəsində. Bir təsir intellektual idi. Sosializm ideyaları insanlara kommunist diktaturası qurdurmadı, ancaq onları daha bərabərçi və sadəcə hamı üçün bir cəmiyyət qurula biləcəyinə inandırdı. Digər vacib təsir qorxu idi. 1917-ci il Rus İnqilabından sonra kommunistlərin İtaliyanı, Almaniyanı, Fransanı ələ keçirə biləcəyinə dair daimi qorxu vardı... Bunun qarşısını almaqdan ötrü işçi sinfini rifahla, təhsil və sosial xidmətlərlə yanına çəkməyə ehtiyac duyulurdu. Sosializm tamamilə məğlub olmayıb; məğlub olan SSRİ-dəki, Kubadakı, Çindəki ifrat kommunist eksperimentlər oldu. Lakin bir çox sosialist idealları və təcrübələri liberal demokratik kapitalist cəmiyyətləri ilə qarşılıqlı əməkdaşlıq etdi. Hətta ABŞ - ən ifrat kapitalist cəmiyyəti – 19-cu əsrlə müqayisədə indi tamamilə fərqli bir ölkədir.

Kitabınızda siz Homo Sapiensi ksenefob məxluq kimi xarakterizə edirsiniz. Amma elə israillilər də var ki, Tel-Əviv küçələrində fələstinlilərlə çiyin-çiyinə Netanyahu hökumətinə etiraz edirdilər... Biz təzəlikcə təyyarədə əfqan mühacirin ölkədən deportasiyasının qarşısını almaq üçün mübarizə aparan gənc isveçli qadını gördük... Biz hamımız necə, eyni cür növ ola bilərikmi? Homo Sapienslərin ksenefob təbiətində fərq varmı?

Xeyr, Homo sapienslər ksenefobdurlar, amma eyni zamanda təhsilə də həssasdırlar. Biz başqa bir heyvandan fərqli olaraq, hədsiz daha çox şey öyrənə bilirik. Doğru təhsillə istənilən cür dəyərləri və davranışları, hətta təbiətən insana aid olmayan dəyərləri və davranışları əxz eləmək mümkündür. Millətçilik yaxşı nümunədir

Necə ki?

İnsanlar sosial baxımdan qəbilə heyvanlarıdır: siz tez-tez millətçiliyin insan varlıqlarının irsi qəbilə instiktlərinə xitab etdiyini eşidirsiniz. Bu cəfəngiyyatdır! Qəbilə instinktləri bizim Şimpanzelər kimi kiçik dəstələrdən ibarət insanlar halında yaşadığımız xudmani icmaların tərkibinə uyğun gələrdi. Sağ qalmaq üçün onlardan asılı olduğunuza görə, onlara sədaqətli olmaq çox təbii idi. Bu hələ də bugünün ailələrinə, yaxud kiçik hərbi birliklərə uyğun gəlir. Amma millətlər yaxın icmalar deyillər. Türkiyədə 80 milyon insan yaşayır elə deyil?

Millətçilik, onun mühafizəkar, liberal və radikal formaları

Bəli.

80 milyonu kim tanıyır!? Siz digər türklərin 99%-ini tanımırsınız və onlarla heç vaxt rastlaşmayacaqsınız. Türkiyə böyük ölkədir və əksər türklər Türkiyədəki əksər şəhərləri görməyəcəklər. İnsanlardan ötrü özlərinin heç vaxt olmadıqları yerlərdə yaşayan yad insanlara sədaqətli olmaq hissiyatı olduqca qeyri-təbiidir.

Onda insanlar millətçi duyğuları necə yaradırlar?

Çünki onlar uşaqlıqdan nəhəng təhsil maşınıyla tərbiyə olunurlar. Bu onları millət kimi mücərrəd ideya ilə identifikasiya etdirir. Mən bunun pis olduğunu demirəm; bunda bir çox müsbət xüsusiyyətlər də var. Empatiyanı artırır və bu yaxşıdır. Amma insanlar bir insanın özünü bütöv bəşəriyyətlə identifikasiya etməsinin qeyri-təbii olduğunu deyirlərsə, onda bu da əsassız fikirdir. Guya isveçlilərin isveçlilərə qayğı göstərməsi təbiidir, isveçlilərin əfqanların qayğısına qalması isə qeyri-təbii!

Kitabın immiqrasiya ilə bağlı fəslində isveçlilərin adı çəkilir. İsveç, Norveç kimi ölkələr qurmaq üçün uğrunda bu qədər qurbanlar verdikləri, əziyyət çəkdikləri demokratiyaları necə qorumalıdırlar? Doğru olan nədir?

İmmiqrasiya müzakirələrində hər iki cəbhənin haqlı nöqtələri var. Bu, xeyirin şərə qarşı mübarizəsi deyil. İmmiqrasiyaya qarşı çıxan insanların heç də hamısı irqçi və faşist deyillər; həmçinin onların hamısı günahsız da deyil. Biz indi qlobal dünyada yaşayırıq və indi sən özünün insanlığın digər hissəsinə görə daşıdığın məsuliyyəti tamamilə kəsib ata bilməzsən.

Bəzi analitiklər iddia edirlər ki, Avropa Birliyinin Türkiyəyə qarşı soyuq münasibəti onun demokratikləşmə cığırından çıxmasına gətirib çıxardı. Onlar həmçinin bunun uzunmüddətli perspektivdə AB üçün də əlverişsiz olduğunu deyirlər. Siz necə, fikirləşirsinizmi ki, bu itirilmiş fürsətdir?

Avropa Birliyi indi dağılır. AB Türkiyəni qəbul etməyə nəzər salmazdan çox əvvəl Macarıstan və Polşanı sıralarına daxil etmişdi. İnteqrasiya olduqca uğurlu alınmışdı. Amma indi bu ölkələr avtoritar rejimlərə çevrilirlər və birliyin özünün mövcudluğunu təhdid edirlər. Ən son arqument –özünə görə sübutu da var – budur ki, AB çox fərqli dünyagörüşləri və dəyərləri olan ölkələri hədsiz çox tez özünə qatmaqla səhvə yol verib. İqtisadi artım, inkişaf, sülh və az immiqrasiya dövründə hamı xoşbəxt idi. İqtisadiyyat, immiqrasiya sahəsində çətinliklər yaşananda və Rusiya baş qaldıranda isə vəziyyət dəyişdi. Onlar qəfildən fərqinə vardılar ki, Qərbi və Şərqi Avropa ölkələri yola getmirlər və AB dağıla bilər.

Sekulyarların din, millət və seksə yanaşması nədir?

Siz demisiniz ki, insan axmaqlığı tarixdəki ən həlledici amillərdən biridir. Bu populist erasında nüvə müharibəsi, yaxud üçüncü dünya müharibəsi ola bilərmi?

Üçüncü dünya müharibəsinin nəticələri dəhşətli olardı, heç kim qalib olmazdı. Soyuq Müharibə dövründə ən azından toqquşan ideologiyalar vardı. Ona görə də sən insanların özlərinin yüksək ideallarına görə kütləvi intihara əl ata biləcəyini təsəvvür edə bilərdin. Amma populist hərəkatları xarakterizə edən cəhət – bütün hay-küyə rəğmən – odur ki, insanlar öldürməyə və ya ölməyə o qədər də həvəsli deyillər.

Siz bu qənaətə necə gəlmisiniz?

Breksit məsələn... Əvvəlki əsrlərdə bu qərarın verilməsi üçün yüzminlərlə insanın öldüyü, yaralandığı böyük müharibə lazım olardı. İndi cəmi bircə nəfər insan hansısa lunatik fanatik tərəfindən öldürülüb. Siz Şotlandiyaya, Kataloniyaya baxın... Emosiyalar aşıb daşır, amma keçən əsrdəki kimi yox. Bir əsr əvvəl milyonlarla avropalı bir birlərini qətl edirdilər. İsrailə baxın, bütün millətçi və dini hay-küyə rəğmən heç kim ölmək üçün sinov getmir. Bir əsr əvvəl millətçiliyin pik vaxtında bu cür ölüm kultu vardı: “Biz millət üçün ölmək istəyirik!”. İndi ortalıqda ancaq suiqəsdçi bombaçılarıyla İŞİD qalıb. Dünyada əksəriyyət hətta özlərinin idealları üçün ölməyə belə həvəsli deyil. Bu yaxşı əlamətdir. Böyük müharibə riski 0 faiz deyil. Amma o böyük ehtimalla böyük ideoloji toqquşmaya görə deyil, səhv hesablamaya görə ortaya çıxa bilər.

Siz belə nəticəyə gəlmisiniz ki, biz Homo Sapiensin sonuncu fəsliyik. Sizcə bizim bu dünyadakı rolumuz necə oldu? Biz uğur hekayəsiyik, yoxsa uğursuzluq? Əgər siz insanlığın psixiatrı olsaydınız, diaqnozunuz necə olardı?

Biz özümüz üçün çox yaxşı, planetin geri qalanı üçün isə çox pis işlər görmüşük. Biz çox güclüyük, sayımız çoxdur. Amma ekoloji sistem çökür. Başqa hevanların və bitkilərin kökü kəsilir. Biz bu dünyanın idarəçisi kimi başqalarını vecinə almayan diktator kimi davranmışıq. İnsanın mövcudluğunun və əzabının dərin köklərini başa düşməkdən ötrü biz 50, 000 il əvvəldəkindən daha ağıllı deyilik. Biz Daş Dövründdə olduğumuzdan çox daha ağıllıyıq, amma o qədər də xoşbəxt deyilik. Bu mənada insan orta yaş böhranındadır. Tipik, uğurlu adam... Onun pulu, hakimiyyəti var, amma reallıqda o nə qazanıb? Mənim fikrimcə, insanlıq güc, hakimiyyət dalınca qaçmağa biraz fasilə verməlidir. Biz artıq kifayət qədər varlıyıq, hətta onunla nə edəcəyimizi belə bilmirik. Biz indi özümüzdəki məmnuniyyətsizliyin dərin səbəblərini dərk etməkdən ötrü daha çox vaxt və çaba sərf etməliyik. Daha çox güc əldə etmək bizi daha da məsuliyyətsiz edəcək.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR