Demokratik məktəblər - onlar necə işləyir?

Toplum
Photo

Elə bir məktəb düşünün ki, orada uşaqlar və gənclər demokratik vətəndaşlığın bütün haqq və məsuliyyətini dərk edir, fikir azadlığını, təşkilatlanma azadlığını və fəaliyyət seçmək azadlığını, sadəcə, oxuduqlarına əsasən deyil, həqiqi mənada həyata keçirərək əldə edirlər; şagirdlər özlərinə şəxsən təsir edən qaydalara səs verir və qayda pozuntusunda juri vəzifəsi icra edirlər. Şagirdləri demokratik vətəndaşlığa hazırlamaq üçün daha yaxşı bir təhsil forması ola bilərmi? Bir çox insan belə məktəblərin normal işləyəcəyindən şübhə edir. Onlar, bu cür səlahiyyət verilən uşaq və gənclərin, bir qurum kimi məktəblər və fərdi olaraq özləri üçün məntiqli qərarlar verəcəklərindən əmin deyillər. Bununla yanaşı, bir çox belə məktəb var və bütün məqbul ölçülərə görə də uğurlarını sübut ediblər. Bəziləri uzun illərdir mövcuddur və şagirdlərə dörd yaşından gənclik illərinə qədər xidmət göstərirlər. Bu məktəblər, həyatın müxtəlif sahələrində uğur qazanmış yüzlərlə məzun veriblər.

Burada istifadə edilən mənada demokratik məktəb, şagirdlərin öz həyatları, təhsilləri və məktəbləri üçün üzərlərinə məsuliyyət götürə biləcəklərinə etibar edilən məktəbdir. Belə bir məktəbdə, şagirdlər öz fəalliyyətlərini və birlikdə işləmək istədikləri adamı seçirlər. Onlar, təklif olunan dərslərdən istədiklərini alıb-almamaqda hər zaman azaddırlar. Bu cür məktəblər, geniş yaş diapazonunda şagird qəbul edir (ümumiyyətlə, dörd yaşından yetkinliyə çatana qədər) və şagirdləri yaşa görə ayırmır, beləcə də şagirdlər özlərindən böyük və kiçik olan digərləri ilə qarşılıqlı təsir vasitəsiylə öyrənirlər.

"Demokratiya ilə uyğun gələn bir təhsil sistemi qurmaq üçün radikal dəyişiklik lazımdır. Bu, avtoritarlıqdan, sonu olmayan və könüllülüyə əsaslanan seçimdən uzaq bilik bombardımanından kənarlaşmağı tələb edir. Başa düşülməlidir ki, hansısa demokratiyada, zorla öyrənmək beyin yumaqla eynidir və yalnız könüllülüyə və seçimə əsaslanan öyrənməyə təhsil deyilir".

Ronald Meighan

"Təhsil - deyə bəhs edilən şey əsasən təhsil deyil, ritualdır. Reallıq budur ki, tərbiyə edildiyimizi dərk etsək, tərbiyə edilmiş olarıq".

David P. Gardner

Niyə əksər yaxşı şagirdlərin məktəbə həvəsi yoxdur?

Demokratik məktəbdə personal, idarə etmək üçün deyil, yardım etmək üçün mövcuddur. Onlar məktəbin yetkin üzvləridir, məktəbə təcrübə və müdrikliklərini, məktəb və şagirdlər üçün vədlərini təqdim edirlər. Bəzi demokratik məktəblərdə, personal hər şagird və personalın bir səs hüququnun olduğu prosedur vasitəsilə işə götürülür və ya işdən çıxarılır, beləliklə tələbələrin ehtiyaclarına cavab verməyənlər qəbul edilmir. Personal, sözün geniş mənasında öyrədir, amma adətən özlərinə "müəllim" demirlər, çünki bilirlər ki, şagirdlər oyun oynayarkən, kəşf edərkən, bir-biri ilə çalışıb sosiallaşarkən, yetkinlərdən daha çox, bir-birilərindən nələrsə öyrənirlər. Demokratik məktəblər, demokratik formada idarə edir. Məktəbdə adətən həftədə bir dəfə hər şagird və personalın səs verdiyi iclaslar keçirilir. Hər yaşdan olan məktəb üzvlərindən ibarət jurinin iştirak etdiyi məktəb iclaslarında, məktəbin bütün davranış qaydaları müəyyən olunur və bunları həvəsləndirmə yolları məsələsi üzərində dayanılır. Bir sözlə, demokratik məktəb, şagirdlərin qarışıq yaşlarda olan yoldaşları ilə öyrənmə üstünlüyünə malik olduqları, özlərinin idarə etdiyi öyrənməyə əsaslanan demokratik şəkildə idarə olunan məktəbdir.

Demokratik məktəblər, tələbələri testdən asılı saxlamır; çünki onlar hər insanın təhsilinin misilsiz və şəxsi olduğunu qəbul edir və bunu motivasiya və öz iradələrinə müdaxilə olaraq görür. Müraciət zamanı, tələbələri SAT və ACT kimi testlərlə seçən kollec və ya universitetlərə girmək istəyən və məzuniyyətdən sonra təhsillərini də davam etdirməyi planlaşdıran şagirdlərin, bunda heç də çətinlik çəkmədikləri məlum olub. Demokratik məktəblərin uğurunun ən böyük sübutu məzunların aldığı mükafatlar və məzuniyyətdən sonra davam edən sistematik tədqiqatlarıdır. Amerikadakı ən böyük (və ən qədimlərdən biri) demokratik məktəblərdən olan Sudbury Valley-in məzunları tərəfindən aparılmış və tamamlanmış üç tədqiqat vardır. Boston College araşdırmaçıları tərəfindən aparılan birinci tədqiqat, 1986-cı ildə American Journal of Education-da (Amerika Təhsil Jurnalı) dərc olunub. Digər iki tədqiqat bu yaxınlarda məktəbin özü tərəfindən aparılıb və Sudbury Valley School Nəşriyyatı tərəfindən nəşr edilib: "Etimadın irsi"; "Sudbury Valley təcrübəsindən sonrakı həyat və səadətin arxasında"; "Sudbury Valley məzunlarının həyatları".

Ümumiyyətlə, tədqiqatlar, məktəbin məzunlarının ali təhsillərində və karyeralarında böyük uğur qazandıqlarını göstərir. Bu məzunlar, həyatın bir çox müxtəlif sahələrinə dağılıblar və Sudbury Valley-də qazandıqları şəxsi məsuliyyət və özünə-nəzarət hissinin bitməyən öyrənmə həzzinin və demokratik dəyərlərin hər zaman faydasını gördüklərini bildirirlər. Sudbury Valley-in 2008-ci ildəki 40-cı il dönümündə məzunların etdiyi çıxışlardan təşkil olunmuş 14 qısa videodan ibarət "Məzunların həyatları" adlı seriyalı yayından daha çox sübut əldə edilə bilər. Bu videolarda, həyatın müxtəlif sahələrindən olan bir çox insan məktəbdəki və məzuniyyətdən sonrakı təcrübələri haqqında danışırlar.

Uşaqlara fəlsəfə öyrətmək onların riyazi və oxuyub-yazma bacarıqlarını artırır

Digər iki araşdırma, məktəbdə tələbələrə verilən demokratik iştirak imkanı ilə onların özlərinə və öyrənməyə qarşı mövqeləri arasındakı əlaqəni sənədləşdirib. Bunlardan biri, keçmiş məktəb müfəttişi Derry Hannam tərəfindən 12 ingilis məktəbində keçirilən və Hannam Hesabatı kimi tanınan araşdırmadır. Bu araşdırma, şagirdlərin məktəb idarəçiliyində iştirakının özünəhörmət, məsuliyyət götürmə və öyrənmə motivasiyasına müsbət təsir etdiyini bildirir. İsraildə aparılan digər araşdırma isə, ənənəvi məktəblərdə müntəzəm olaraq müşayət edilən elmə maraqdakı enişin demokratik məktəblərdə müşayət olunmadığını göstərir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR