XIX əsr Fransanı onun əsərlərində aydın seyr etmək olar: Kamil Pissarro

Sənət
Photo

“Hər şey gözəldir, önəmli olan onu şərh etməyi etməyi bacarmaqdır”

“İmpressionizmin atası” sayılan fransız rəssamı Kamil Pissarronu, bu janr tərzinin formalaşmasına verdiyi tövhələrə, təcrübələrə, sərgi tərtibatlarına, gənc rəssamlara qarşı patriarxal münasibətlərinə və qabaqcıl səylərinə görə bu cür adlandırırdırlar. Yahudi və karib mənşəli Pissarro, oğlu rəssam Lusein Pissarro da daxil olmaqla geniş, talantlı soy kökə malik ailənin başçısıydı. Onun nəvəsi Yohim Pissarro 2003-cü ildə Nyu-York şəhərində Müasir İncəsənət Muzeyində rəsm və rəssamlıq kafedrasının kuratoru seçilib və nəvəsi Lelia Londonda yaşayan müvəffəqiyyətli bir rəssamdır.

Pissarro, ümumi insanlar və onların gündəlik həyatları ilə əlaqədə olan mərd anarxist idi. Bu səbəbdən işləri çox müxtəlif mövzuları və motivləri ilə seçilir - ənənəvi kateqoriyalardan qaçan və onun daxili azadlığını sənətkar kimi əks etdirən müxtəlifliyə malikdir. Bir dəfə demişdi: "Başqalarının heç bir şey görmədiyi sadə yerlərdə gözəl şeyləri görənlər bəxtiyardır". Onun praqmatik fəlsəfəsini öz həyat tərzində də görmək olardı.

Rəssam 1830-cu ildə Charlotte Amalie, St. Thomasda (ABŞ) anadan olmuşdu. On iki yaşına kimi - Parisdəki internat məktəbinə gedənə qədər - St. Thomasda yaşadı. Daha sonra ailə biznesində işləmək üçün St. Thomasa geri qayıtdı. Boş vaxtlarının çoxunu limanda yelkənli gəmiləri, yerli faunanı və adanın günlük həyatını rəsm etməklə keçirirdi. 1852-ci ildə 23 yaşında olarkən ilk təsirləndiyi danimarkalı sənətçi Fritz Melbye ilə Venesuelaya qaçmışdı.

Hər bir rəsm sənətçinin aşiq olduğu bir nöqtəni göstərir - Alfred Sisley

1855-ci ildə evinə qayıdan Pissarro bu dəfə ailə üzvlərinin razılığı ilə, École des Beaux-Arts və Académie Suisse kimi müxtəlif rəssamlıq akademiyalarında dərs almaq üçün Parisə gəldi. Müəllimləri arasında realizmin ustası Qustav Kubert və işləri İmpressionizmin mühüm öndəri olan bir sənətçi Çarles-François Dabigni vardı. ‘Barbizon qrupu’ və Jan Baptist Kamil Korotun mənzərələri rəssamın erkən dönəmlərində təsirləndiyi ən mühüm sənətçilər qrupu olmuşdu.

Paisaje_tropical

Parisdə oxuduğu dövrdə Clod Mane, Pyer Ogüst Renuar, Alfred Sisley və Pol Sezan kimi rəssamlarla tanış olur. Bu rəssamları birləşdirən ümumi cəhət sabit boyama texnikalararına alternativlər axtarmaları idi. İmpressionizm adı altında onların yeni yaradılmış ittifaqı Paris Salon sənət qurumu tərəfindən tənqidlərlə qarşılaşdı. 1874-cü ildə Salon tərəfindən dəfələrlə rədd olunduqdan sonra, impressionistlər "müstəqil" rəssamların öz sərgisini keçirmişlər. Pissarro, Edqar Deqa ilə yanaşı, 1874-1886-cı illər arasında keçirilmiş bütün səkkiz impressionist sərgilərdə öz işini sərgiləyən tək impressionist sənətkar idi. Bir sənətçi və master olaraq, Pissarro, İmpressionizmə və gənc rəssamların əməyinə göstərdiyi fədakarlıqda sədaqətli idi.

1870-71-ci illərdə Fransa-Prussiya müharibəsi zamanı Pissarro və Klod Mone, Con Konstabl və J.M.W. Turner kimi rəssamların mənzərə rəsmlərindən təsirlənərək Londona getdilər. Londonda olarkən, Pissarro yerli mənzərələri, yeni Dulwich Kolleci də daxil olmaqla, Lordship Lane Stansiyası və Əziz Stephen Kilisəsini rəsm etdi. 1890-cı ildə yenidən İngiltərəyə gələn rəssam bu dəfə mərkəzi Londonun bir neçə səhnəsini işləmişdi.

“İçinizdə nəcib olan hər şey və bütün ruhunuz ilə bir şey etdiyiniz zaman həmişə surətini tapırsınız”

Pissarro anasının evində xidmət edən Julie Vellay ilə evlənmiş, bu evlilikdən səkkiz uşaqları olsa da biri doğuş zamanı digər qızı isə doqquz yaşında ölmüşdü. Qalan uşaqlarının isə hamısı rəssam idilər, böyük oğlu Lusien, ingilis sənətçi, yazıçı, sosioloq və aktivist olan William Morrisin davamçısı idi.

İmpressionist Edqar Deqa

1868-69-cu illərdəki Pissarronun rəsmlərinin bir çoxu, Louvesiennes'dəki evinin Prussiya əsgərləri tərəfindən işğal edildiyi zaman məhv olunduğu üçün, onun bədii inkişafının dəqiq bir xronologiyasını yaratmaq çətindi.

Entrée du village de Voisins

Lakin, Parisdə saxlanılan keçmişə aid işləri, ömür boyu davam edən rəddedilmədən sonra, rəssama beynəlxalq səviyyədə tanınmaq statusu qazandırdı. Ən çox tənqid olunan rəsmləri bunlardı; Path through the Fields (1879), Landscape, Eragny (1895), and Place du Theatre Francaise (1898).

Place du Theatre Francaise

Pissarro 1903-cü ilin noyabrında Éragny-sur-Epte-də qan zəhərlənməsindən öldü və Parisdəki Père Lachaise qəbiristanlığında dəfn edildi.

Bütün tənqidlərinə qalib gəlmiş rəssam: Eduard Mane

Stil və mövzuları

Jalais Hill

Pissarro Fransanın kənd və şəhər həyatını, xüsusilə Pontoise və onun ətrafındakı mənzərələri, həmçinin Montmartre səhnələrini boyayıb. Éragny-sur-Epte kəndindəki evində, bağçaları və sahələri olduğu kimi, bəlkə də həyatının sonuna doğru yaşadığı, artan göz probleminə uyğunlaşmaq üçün, səhər və axşam günəş işığının, yağışın və sisin dəyişkən şərtləri altında boyayırdı. “Jalais Hill”, “Pontoise” kimi ən erkən dövr əsərləri, geniş bir şəkildə Naturalizm ilə xarakterizə olunur. Mone kimi, Pissarro da xüsusi bir anda işığın ani təsirini təsvir etməyə çalışırdı. Ancaq, həm də, Place du Teatrında olduğu kimi, prospektin Paris meydanını, yerdən yüksək olan sabit nöqtədən görünüşünü göstərən həyatını təsvir etmişdir.

The Garden of Pontoise

Pissarro İmpressionist nəzəriyyəyə əhəmiyyətli töhfələr verməklə bərabər, həm də İmpressionizm texnikasını inkişaf elətdirən rəssam olmuşdu. Fotoqrafiyanın inkişafından təsirlənən impressionistlər, məkan effektləri və yumşaq fokuslanmalardan istifadə edərək bəzən çərçivənin künc hissələrindəki səhnələri bilərəkdən kəsirdilər.

1897-ci ildə Parisdə bir sıra şəhər səhnələri üzərində işləyərkən, Pissarro gənc rəssam Louis Le Bail-ə aşağıdakı məsləhəti vermişdi:

Motiv, forma və rənglər üçün, rəsmdən daha çox müşahidə edilməlidir. Dəqiq rəsm qurudur və bütövlükdə təəssüratı əngəlləyir, bütün duyğuları yox edir. Nəsnələrin konturları üzərində israr etmə, rəsmin təqdim etməsi gərəkən həqiqi dəyər, rəng və fırça toxunuşlarındadır. Hissə-hissə deyil, tonları hər yerə eyni vaxtda qoyaraq boyayın. Göz müəyyən bir nöqtədə sabitlənməməli, ancaq rənglərin ətraflarında meydana gələn rəng əkslərini müşahidə edərkən hər şeyə nəzər yetirməlidir. Hər şeyi bərabər şəkildə davam etdirin; kiçik fırça toxunuşlarından istifadə edin və dərhal düşüncənizi, mənanı qoymağa çalışın. Qaydalara və prinsiplərə uyğun hərəkət etməyin, amma nə müşahidə etdiyinizi (düzgün müşahidə etməyi isə əvvəlcədən öyrənin) və hiss etdiyinizi boyayın.

İmpressionizmin nəhənglərindən: Pierre-Auguste Renoir

1885-1890-cı illərdən etibarən Pissarro Neo-İmpressionist ideyaları ilə təcrübəsini sınadı. “Romantik İmpressionizm” olaraq adlandırdığı tərzdən məmnunluq duymadığı zaman, həyatının son on ilində saf İmpressionizmə qayıtmadan öncə “Elmi İpressionism” adlandırdığı Pointillizmi araşdırdı.

Rue_Saint-Honoré

Həyatı boyu Kamil Pissarro rəsmlərinin yalnız bir neçəsini satmışdı. 2001-ci ildə Pissarronun, Rue Saint-Lazare əsəri (1893) 6.6 milyon dollara satıldı. Pissarronun “Rue St Honore” “Apres Midi”, “Effet de Pluie” yağışlı Parisin küçə səhnələri Madriddə Thyssen-Bornemisza muzeyində sərgilənmişdi. “Rue St Honore” əsəri 1939-cu ildə Almaniyadakı Kassirer ailəsindən faşistlər tərəfindən müsadirə edilmiş və Holokost qurbanlarından sağ qalmış Klod Kassirer tərəfindən ABŞ Federal Məhkəməsində yenidən sahibinə qaytarılması yönündə iddia mövzusudur. Cənab Kassirer alman filosof Ernst Kassirerin əmisi oğlu, Fransanın xaricində İmpressionist hərəkatı dəstəkləyən, galerist və nəşriyyatçılar olan Pol and Bruno Kassirerin qohumudur. Bu gün “Rue St Honore”un dəyəri 20 milyon dollar olaraq qiymətləndirilir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR