Hər bir rəsm sənətçinin aşiq olduğu bir nöqtəni göstərir - Alfred Sisley

Sənət
Photo

“Hər bir rəsm sənətçinin aşiq olduğu bir nöqtəni göstərir.”

Edqar Deqanın israrı nəticəsində onun əsərləri 1874-cü ildəki ilk İmpressionist sərgisində yer almışdı.

Alfred Sisley, İmpressionizm hərəkatına və görünüşünün inkişaf etməsinə kömək edən mənzərə rəssamı idi. Fransada doğulmuş Sisley, Mone və Renuar da daxil olmaqla, hərəkatın digər tanınmış rəssamları ilə yanaşı Fransada yaşayan ingilis vətəndaşı idi. Bizness kareyerasına son verərək rəssam olmağı seçən sənətçi yaşayışını təmin etmək üçün rəsmlərini satsa da bütün ömrü kasıblıq içində keçmişdi. Bir çox digər impressionistlərdən fərqli olaraq, rəssamlıq karyerasını demək olar ki, yalnız mənzərələrə yönəldib, fiqur tədqiqatları üzərində və ya mənzərə stilindən kənarda araşdırma işlər işləməmişdir. Rəsmlərindəki mövzularda, yetişkin həyatının çox hissəsini keçirdiyi kiçik fransız kəndində və çevrəsində açıq havada çəkilmiş kənd mənzərələri yer alır. İmpressionist dostları ilə birlikdə, diqqətlə kontrol edilən studio mövzularını deyil, daim dəyişən təbii nəsnələrin boyama texnikalarını populyar etməyə kömək etmişdir. Onun Fransanın uzaq təbii məmləkətlərin təsvirlərindəki qış, yağış, buxar və başqa məhsuldarlıq səhnələri, süni sənaye obyektlərinin kənarlarını yumuşaldan təbii elementlərdir. Əsərləri həyatı boyu geniş ölçüdə qəbul olunmasa da, indiki dövrdə kolleksionerlər tərəfindən yüksək qiymətləndirilərək alınmaqla bərabər, dünyanın ən prestijli sənət kolleksiyalarında yer alırlar. Adı tez-tez Mone və zamanın digər məşhur impressionist rəssamlarının kölgəsində qalsa da, onun impressionist hərəkatına olan töhfəsi əvəzsizdir.

Bridge at Villeneuve-la-Garenne

“Təbiəti sevən və ona güclü duyğuları olan bütün rəssamları sevirəm.”

Alfred Sisley zəngin bir İngilis ipək taciri olan William Sisley və musiqiçi olan Felicia Sell-in yeganə oğlu idi. O, 30 oktyabr 1839-cu ildə Parisdə dünyaya gəlmişdi və həyatının çox hissəsini Fransada keçirsə də, kimliyini Britaniya vətəndaşı kimi qoruyub saxlamışdı.

Düşüncə və zövqümüz incəsənətlə necə bağlıdır?

• 1857-ci ildə Sisley bizness təhsili almaq üçün Londona getdi, ancaq həmin dünyaya aid olmadığını anlayaraq Fransaya qayıtdı və incəsənəti öyrənməyə başladı. 1862-ci ildə Paris École des Beaux-Arts-da (rəssamlıq akademiyasında) atelyedə təhsil almağa başlamışdır və studiyada deyil, açıq havada işləməklə öz təcrübəsini inkişaf etdirmişdir. Bu, Clod Mone, Piyer-Ogüst Renuar və zamanın digər məşhur impressionistləri ilə qarşılaşdığı və dostluq etdiyi məktəb idi.

• Alfred Sisleyin 1860-cı illərdəki ilk əsərləri impressionist tərzinin inkişafına kömək etdi, lakin 1868-ci ilə qədər böyük ictimai incəsənət sərgilərinə qəbul edilmədi. Onun və başqalarının açıq havada işlənilən əsərlərində çox rəng çalarlarının olduğuna görə tənqidçilər tərəfindən qəbul edilmirdi.

• 1870-ildəki Fransa-Prussiya muharibəsinin başlaması ilə atasının biznesi iflas etdi və bundan sonra Sisley yalnız çox az qiymətə sata bildiyi rəsm əsərlərinin ümidinə qaldı.

• Rəssamlıq kareyerasına atasından aldığı vəsait hesabına başlasa da, o, bütün ömrünü ehtiyac içində keçirmişdi. Digər impressionistlər kimi, onun əsərləri ölümünə qədər yüksək qiymətə satılmamışdı.

The dam-loing-canal-at-saint-mammes

• Karyerası boyu Sisley, bədii səylərini maliyyələşdirmək üçün himayədarlara bağlı idi və onların köməyi ilə 1874-cü ildəki ilk müstəqil impressionistlərin sərgisi üçün seriya işlər işləməkdən ötrü Londona səfər etmişdi.

Klod Monenin, həyatında heç olmasa bircə dəfə görməli olduğun 10 füsunkar əsəri

• 1880-ci ildə Sisley və ailəsi Fontainebleau meşəsi yaxınlığında kiçik bir kəndə köçdü, burada incə və dəyişən peyzaj onun ən tanınmış əsərlərinin əksəriyyətini çəkməyə ruhlandırdı.

• Karyerası zamanı Sisley impressionist tərzdə 900-dən çox mənzərə rəsmi çəkdi. Sırf mənzərə rəsmləri çəksə də onun işləri sonrakı illərdə artan intensivliyi və ifadə dərinliyi ilə tanınırdı.

• 1875-ci ildə çəkilmiş 'Qum Yığınları', ən məşhur və tanınan əsərlərindən biridir. Bu gün Çikaqo İncəsənət İnstitunda saxlanılan İmpressionizmin sükunət nümunəsi, poçt kartlarının üzərindən tutmuş yüksək keyfiyyətli print rəsmlərinə qədər tapıla bilər.

Sand Heaps

• Alfred Sisley boğaz xərçəngindən əziyyət çəkirdi və o, 29 yanvar 1899-cu ildə 59 yaşında, ömrünün çoxunu Fransada keçirməsinə rəğmən, fransız vətədaşlığı almadan, mənzərələrinin bir çoxunu işlədiyi Moret-sur-Loing adlı balaca kənddə dünyasını dəyişdi.

Moret-sur-Loing

• Ölümündən sonra, böyük impressionist rəssamlardan biri kimi tanınan Alfred Sisley ömrü boyu çox az tanınmış və yoxsul bir adam kimi ölmüşdü.

“Mən rəsmə hər zaman səmanı çəkməklə başlayıram.”

Fransada Romantizm

• Rəssamın "The Lane of Poplars at Moret" əsəri eyni muzeydən üç dəfə oğurlanıb. Nice şəhərindəki des Beaux-Arts muzeyi üçündə də əsəri tapa bilmiş və bu günə qədər nümayiş etdirməyə davam edir.

The Lane of Poplars at Moret

• 1893 və 1894-cü illərdə Sisley Moret-sur-Loing kəndindəki Qotik dövründən qalma bir kilsəni müxtəlif işıq vəziyyətləri altında və hava növlərində fərqli baxış bucaqları ilə seriya şəklində işləmişdi. Seriya eyni vaxtda Mone tərəfindən çəkilmiş Rouen kilsəsinin daha məşhur seriyası ilə müqayisə edilə bilər. Sisley, Monenin planlarını eşitmişdi ve Moneni əhatə edən ictimai diqqəti öz avantajına yönəltmək istədiyi üçün bu seriya işləri işləmiş ola bilərdi. Monenin kilsə seriyası bənzərsiz rənglər və qeyri-müəyyən bina formaları ilə abstrakta doğru yönəlmiş görünən müasir sənətin ən böyük nailiyyətlərindən biri idi. Hər nə qədər Sisley və Mone kareyeraları boyu dostluq etsələr də, Sisleyin əsərləri ümumilikdə bu fransız rəssam əsərləriylə müqayisədə kölgədə qalmışdı. Hər iki rəssam öz rəsmlərində bənzər mövzu, rəng palitrası və eyni üslubu əhatə edib, lakin Sisley əsərləri tez-tez incə və melanxolik hesab olunur.

“Sənətçinin əl qabiliyyətində master olaraq qalması gərəkli olsa da, zamanla ən yüksək nəzakət pərdəsinə qədər yüksələn səth, sənətçiyə aid hissi ötürməlidir.” Alfred Sisley

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR