İmpressionist Edqar Deqa

Sənət
Photo

Edqar Deqa

Yaratdığım hər bir əsər refleksiya və böyük masterlərin işlərini öyrənməyin nəticəsidir.” Edqar Deqa

19-cu əsrdə yaşamış fransız İmpressionist rəssam və heykəltaraş Edqar Deqanın əsərləri illərlə bədii sənət mənzərəsini şəkilləndirməyə kömək etəsə də, Deqa hər zaman özünü ‘realist müstəqil’ rəssam hesab etmişdir. Rəssam ən çox da “balaca meymun qızlar ” adlandırdığı balerinaların təsvirlərinə görə məhşurdur.

Edqar Deqa, École des Beaux-Arts –rəssamlıq akademiyasında - təhsil almışdı. O ənənəvi yanaşmalarla impressionist həssaslıqları birləşdirən mükəmməl bir portret rəssamı kimi tanındı. Həm rəssam, həm heykəltaraş olan Deqa qadın rəqqasələrin hərəkət anlarını tutmaqdan zövq alaraq bir mərkəz ətrafında qeyri adi künc və ideayalarla oyunlar qururdu. Onun işləri Pablo Picasso da daxil olmaqla, bir sıra müasir rəssamlara təsir göstərmişdir.

İmpressionizmin nəhənglərindən: Pierre-Auguste Renoir

Rəssam 1834-cü il iyulun 18-də Parisdə, Fransada anadan olmuşdur. Kübar ədası ilə orta sinif cəmiyyətinin üzvü olan ailəsində Edqar Deqanın atası Auguste bankir, anası Celestine, New Orleansdan olan Amerikalı idi. Uzun illər de Gas ailəsi, əslində onların sahib olmadığı əsilzadə köklərinə işarə edən "de" sözönündən istifadə edərək, öz soyadlarını "de Gas" kimi tələffüz etmişdilər.

The Bellelli Family

Yetişkin insan kimi Edqar Deqa soyadını orijinal yazılışa dəyişdi - Edgar Degas. O, həm də musiqiçi ailəsindən gəlirdi; anası həvəskar opera muğənnisi, atası isə musiqiçiləri evinə dəvət edərək yaradıcılıq gecələri keçirən musiqi azarlısı idi. Deqa klassik təhsilini, yalnız oğlanlar üçün olan Lycée Louis-le-Grand adlanan, nüfuzlu və ciddi orta məktəbdə almışdı.

Deqa uşaq olarkən çox gözəl rəsm və rəng duyumu talantı sərgilədiyi üçün, bilikli sənət məftunu olan atası oğlunun bacarıqlarını inkişaf etdirməsi üçün dəstək olurdu. 1853-cu ildə, 18 yaşında olarkən Parisdə Luvr muzeyində əsərləri kopyalamaq üçün icazə alır. (19-cu əsrdə gənc rəssamlar istedadlı sənətkar ustaların əsərlərini təkrarlamağa çalışaraq öz texnikalarını inkişaf etdirirdilər) O, həmçinin Rafaelin güclü təsir bağışlayan əsərləri ilə yanaşı Delakrua və Enqrin kimi o dövr üçün müasir sayılan rəssamların işlərindən öyrənirdi.

1855-ci ildə Deqa Parisdə École des Beaux-Arts (əvvəllər Académie des Beaux-Arts) -a daxil oldu. Ancaq, təkcə bir illik tədrisdən sonra, Deqa üç ilini səyahət etmək, rəsm çəkmək və İtaliyada oxumaq üçün rəssamlıq akademiyasını tərk elədi. O, böyük italyan rəssamları Mikelancelo və da Vincinin əsərlərinin nüsxələrini səliqəli çəkərkən, ən müasir rəsmlərinin fərqli bir xüsusiyyəti olan öz xəttlərini, klassik xəttlərə olan dərin heyranlıq duygusu ilə inkişaf elətdirirdi.

Müasir və Çağdaş incəsənət arasındakı fərq

1859-cu ildə Parisə qayıtdıqdan sonra Deqa özünü rəssam kimi tanıtmaq qərarına gəldi. Ənənəvi bir yanaşma alaraq, o, ailə üzvlərinin böyük portretlərini və "The Daughter of Jephtha,"( İftahın qızı), "Semiramis Building Babylon", (Semiramis Binası Babil) və "Scene of War in the Middle Ages."( Orta əsrlərdə müharibə səhnəsi) kimi böyük tarixi səhnələr olan tablolar işlədi. Deqa bu işləri, xalqa açıq olan, fransız sənətçi və akademiklərinin rəhbərlik etdiyi o zamanın çox ciddi sayılan Salon sərgi salonuna təqdim elədi. Sərt və ənənəvi gözəllik ideyalarına və düzgün bədii formalarına baxmayaraq Deqanın rəsmlərini adi laqeydliklə qəbul etdilər.

"Scene of War in the Middle Ages." ( Orta əsrlərdə müharibə səhnəsi)

1862-ci ildə Luvrda rəssam Eduard Mane ile tanış olan partnyorlar tez bir zamanda dostluq rəqabətinə başladılar. Deqa, Manenin sənət qurumlarına qarşı duyduğu tənqidi yanaşmasını, sənətçilərin daha çox modern texnikalara və mövzulara yönəlməyinin gərəkli olduğu inancını paylaşmağa başladı.

Bütün tənqidlərinə qalib gəlmiş rəssam: Eduard Mane

1868-ci ildə Deqa, Eduard Mane, Pyer-Ogüst Renuar, Clod Mone, Alfred Sisley kimi rəssamların tez-tez “Café Guerbois”-a toplaşıb, hansı sənətçilərin müasir sənət ilə məşğul ola biləcəyini müzakirə edən qrupun məhşur üzvü idi. Həmin görüşlər Fransanın tarixində dəhşətli dövrlərlə üst-üstə düşdü. 1870-ci ilin iyulunda Fransa-Prussiya müharibəsi başlamışdı və yüksək vətənpərvər ruha sahib Deqa Fransa Milli Qvardiyası üçün könüllü oldu. 1871-ci il müharibəsinin nəticəsi olan Paris Kommunası, Adolphe Thiers'in qanlı vətəndaş müharibəsində Üçüncü Respublikanı yenidən qurması üçün paytaxtın nəzarətini ələ keçirdi. Bu dəhşətli hadisələr zamanı Deqa New Orleansdakı qohumlarını ziyarət etmək adı ilə uzun bir səfərə çıxaraq Paris Kommunasının qışqırıqlarından uzaqlaşdı.

A Cotton Office in New Orleans

İmpresyonistlərin ortaya çıxması

1873-cü ilin sonlarına yaxın Parisə dönən Deqa, Mone, Sisley və bir çox digər rəssamla yanaşı “Müstəqil Rəssamlar Cəmiyyəti”ni, Salonun nəzarəti olmadan sərbəst sərgilər tərtib etməyə yönəlk bir qrup təşkil etdi. İmpressionistlər kimi tanınacaq rəssamların bu qrupu (Deqa öz işlərini təsvir etmək üçün ‘realist’ terminini üstün tutsa da) 1874-cü il aprelin 15-də ilk impressionist sərgisini keçirdi. Deqanın sərgilənən rəsmləri radikal perespektivlər üzərində qurulmuş müasir qadınların müasir portretləri idi - balerinalar, dərzilər və paltar yuyanlar. Növbəti 12 il ərzində grup səkkiz İmpressionist sərgi tərtib etdi və Deqa bunların hamısında işlərini sərgilərə qoydu.

Portrait of Mlle

Bu illərin ən məşhur əsərləri “Rəqs Sinfi”(1871), “Rəqs Sinfi” (1874), “Ütüləyən Qadın” (1873), “Barda Məşq Edən Rəqqasələr” (1877) idi. 1880-ci ildə o, “On Dörd Yaşlı Balaca Rəqqasə” heykəlini işlədi, bəzi tənqidçilər heykəli unudulmaz şəkildə parlaq əsər adlandırdığı halda digərləri belə əsər yaratdığı üçün onu sərt tənqid etdilər. Deqanın rəsmləri açıq şəkildə siyasi olmasa da, Fransanın dəyişən sosial və iqtisadi mənzərəsini əks etdirir. Onun əsərlərində burjuaziyanın böyüməsi, xidmət sektorunun yaranması və qadınların geniş şəkildə iş yerlərinə getməsi təsvir olunur.

Little Dancer of Fourteen Years

1886-cı ildə Parisdəki səkkizinci və son İmpressionist sərgisində, Deqa müxtəlif hamam səhnələrində çılpaq qadınların təsviri olan on rəsm əsəri sərgilədi. Bu çılpaq rəsmlər sərginin müzakirə mövzusu və mübahisələrin qaynağı idi; bəziləri qadınları "çirkin" adlandırarkən, bəziləri onun təsvirlərinin dürüstlüyünü təriflədilər. Deqa yüzlərlə çılpaq qadın rəsmləri işləmişdi. O, həmçinin balerinaların pərdə arxasındakı qəribə təvazökarlıqları ilə səhnədəki məğrur zərifliklərinin kontrastını çəkməyə davam etdi.

İncəsənət əsərlərinin yaddaşa və yaradıcılığa faydaları nədir?

Deqa həyatının sonuna qədər mənalı ömür yaşadı və bu illər ərzində daha az rəsm çəkməsinə baxmayaraq, öz işlərini hər zaman yüksəyə qaldırmış və həvəskar sənət kolleksiyaçısı olmuşdu. Deqa amerikalı rəssam Mary Cassattda daxil olmaqla bir çox qadını yaxın dostu hesab etsədə heç vaxt evlənmədi. Edqar Deqa 27 sentyabr 1917-ci ildə 83 yaşında Parisdə düyasını dəyişib.

Deqa həmişə ən böyük impressionist rəssamlardan biri kimi qəbul edilərkən, onun irsi, ölümündən sonra onilliklər ərzində qarışdırılıb və ya düzgün dəyərləndirilməyib. Cinsəlliyi vurğulayan tablolarında qadına ikrah kölgələrini andırması, həmçinin onun güclü antisemitizmi, bəzi müasir tənqidçilərdən Deqanı uzaqlaşdırmağa xidmət etmişdir.

After the Bath

Ancaq, erkən dövr əsərlərinin saf gözəlliyi və sonrakı portretlərinin açıq şəkildə modern və aydın özünəməxsusluğu Deqanın irsini qalıcı edir. Deqa haqqında mübahisə edilməz bir şey var ki, o özü, tarixin ən cazibədar cilalanmış və nəfis portretlərindən biri idi. Xaraktercə bir şeyə çox bağlı, diqqətli və planlı olan Deqa zarafat etməyi də sevirdi. “Əgər rəsm çətin olmasaydı, bu qədər əyləncəli olmazdı.”, “Rəsmin necə işləndiyini bilmədiyiniz halda bu rahatdır, ancaq yaratdığınız zaman isə çox çətindir.”

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR