Film və televiziya sahəsində inqilab edən 5 qadın

Sənət
Photo

Biz onlar haqqında nadir hallarda eşitsək də, film və televiziya sahəsində cığır açan o qədər qadın var ki, haqlarında cild-cild kitablar yazmaq olar. Faktiki olaraq, 19-cu əsrdən bəri kino yaradıcılığının hər bir sahəsində qadınlar təmsil olunublar, Alisa Qay-Blaş isə ümumiyyətlə, bu sənət növünü yaradanlardan biri olub.

Lakin film sahəsi böyük biznesə çevrildikdən sonra, qadınlar getdikcə meydandan çıxdaş ediliblər. Onlar da kənara atılanlar həmişə necə ediblərsə, elə, qoyulan məhdudiyyətlərdən kənarda yeni fürsətlər tapmağa çalışıblar. 1953-cü ildə İda Lupino Hollivudda yeganə yüksək-profilli qadın kinorejissor idi. 1956-cı ildə o, televiziyaya yönəldi və demək olar, bir də çevrilib arxasına baxmadı.

Bu heyrətamiz pionerlər çiyinlərində ağır yük daşısalar da, mədəniyyətimizdə bu gün də aktual olan yeni üfüqlər açdılar. Bu gün onların hekayətlərindən bəhs edəcəyik. Biz onların adlarını bilməliyik.

Alisa Qay-Blaş

Fransa doğumlu Qay-Blaş təkcə dünyanın ilk qadın kinorejissoru deyildi: o həmçinin kinonun özünün ortaya çıxmasında rolu olanlardan biri idi. Bir çox tarixçilər onun 1896-cı ildə çəkdiyi “Balqabaq pərisi” filmini faktiki olaraq ilk bəddi film hesab edirlər. Və bundan savayı o, hər bir janrda təqribən 1000 film çəkmişdi, o, yazıçı, rejissor, prodüser, kinematoqraf, səhnə tərtibatçısı və quruluşçu rejissor kimi fəaliyyət göstərirdi. Qay-Blaş Amerikanın ilk istehsalçı şirkətlərindən biri olan “Solax Studios”un əsasını qoymuş və idarə etmişdi.

Qadınlar sənət tarixində necə təmsil olunublar və yaxud da yanlış təmsil olunublar?

Bəs niyə biz onun haqqında eşitməmişik? Məsələ burasındadır ki, onun əri olduqca uğurlu bir şirkət olan “Solax”ı “Blaché Features”ə çevirdi və şirkətin özününkü olduğunu iddia etdi. Alisa əksər vaxt bərabərhüquqlu (hətta bundan daha artığı) partnyor olsa da, əri çoxları tərəfindən hər iki təşəbbüsün arxasında duran beyin kimi qəbul olundu. Ən axırda “Blaché Features” muflis olanda, Alisanın əri özünə Hollivudda yeni işlər tapdı. Alisaya isə bütün qapılar bağlandı.

Lakin xoşbəxtlikdən bu, onun hekayəsinin sonu deyildi, çünki o bundan sonra heyrətamiz, qayda-qanunsuz avtobioqrafiyasını “Alisa Qay-Blaşın xatirələri”ni (The Memoirs of Alice Guy-Blaché) yazdı. Özünün pioneri olduğu kültürdən uzaqlaşdırılmasına qeyzlənən Alisa öz iti ağlı ilə israrla haqqını istəyir və adının tarixə yazılmasını tələb edirdi.

Molli Haskell

1960-lar və 1970-lər adətən film yaradıcılığının qızıl dövlərindən biri kimi romantikləşdirilir. Amma kimlər üçün?

Qadınların səsvermə hüququ qazandığı ilk ölkə - Yeni Zelandiya

1974-cü ildə Molli Haskell – onda “Village Voice”un tənqidçisi idi – bizə alternativ perspektiv təklif etdi. Onun kinodakı kritik sınağı “Ehtiram göstərməkdən zorlamağa: Filmlərdə Qadınlarla Davranış” sillə təsiri göstərmişdi. Arvadlar, sevgililər və analar; fahişələr, nevrotiklər və sadəlövhlər: o qeyd edirdi ki, bunlar kişilərin əksəriyyət təşkil etdiyi film sənayesində getdikcə çoxalan qadın obrazlarıdır.

“Ehtiram göstərməkdən zorlamağa” daim yanan bir məşəl, kino məktəbi standartı idi, o, nəyinsə düz olmadığını düşünərək, filmlərə deyinərək baxanlar üçün böyük rahatlıq gətirmişdi... Yazdığı 7 kitab və minlərlə tənqidi məqalə ilə o, bizlərə baxdığımızın sadəcə olaraq hekayənin yarısı olduğunu öyrədirdi. Necə baxdığımız isə digər yarısı idi.

Nora Efron

Delia, Halli və Emi Efron bacılarının hamısı böyüyüb yazıçı olacaq və bu yolda ssenarist olan analarının deyimini əsas tutacaqdılar: “Hər şey kopyadır”. Amma bu dərsi ən ciddi mənimsəyən bacılardan ən böyüyü Nora olacaqdı. Onun “New York” və “Esquire” üçün olan ağıllı, birinci şəxsin dilindəki məqalələri Noranı Yeni Jurnalistikanın aparıcı şəxslərindən biri kimi tanıtmış və 1870-lərdə başlayan “Orgiyada Şəbbu gülləri” kimi bestseller kitablar üçün bazis rolunu oynamışdılar.

Nəyə görə qadınlar kino tarixindən çıxdaş ediliblər?

1975-ci ilə o və Karl Bernşteyn, Karlın məşhur kitabı “Prezidentin bütün adamları” kitabının kinoya adaptasiyası üçün Bob Vudvardla əməkdaşlıq etməyə başladılar. Və bundan sonra o, – hər şey kopya olduğu üçün – qalmaqallı bioqrafik “Ürək yanğısı” romanında özlərinin evliliyini sənədləşdirdi, sonradan o, romanı Mayk Nikolsla birgə Meril Stripin baş rolda oynadığı filmə adaptasiya etdi.

1990-cı ildə onun “Harri və Salli Görüşəndə” üçün yazdığı kristal ssenari... ona Oskar nominantlığı qazandırdı və romantik komediyaların dəbə minməsinə gətirib çıxardı. Həyatının son illərində isə o, bizə “Toni”yə nominant göstərilən tamaşa “Bəxtəvər oğlan”ı, “Mən heç nə xatırlamıram və digər məsələlər” adlı bestseller kitabını və Oskara nominasiya olan “Culi və Culiya” filmini hədiyyə etdi. Mövzular nə qədər geniş olursa olsun, kök eyni qalırdı: o özünün ehtiraslarını qiymətləndirir və bizimkiləri başa düşürdü.

Culi Daş

“Tozun qızları” filmini çəkmək Culi Daşın 10 ildən çox vaxtını alıb. Bu, Cənubi Karolinada yaşayan və Qərbi Afrikalı qullardan gəlmə bir ailənin heyratamiz kinematorafik portretidir. Xüsusilə qaradərili qadınları yüksəldən filmin sujeti düzxəttli olmadığına görə, studiyalar təkrar-təkrar onda kommerisya potensialı görmürdülər. Bununla belə, o, maliyyə toplamağa müvəffəq oldu, film tamamlananda isə şedevr kimi qiymətləndirildi.

Roman keyfiyyətində 10 möhtəşəm film

Hazırda “Netlix”də olan filmə baxarkən, adamda “Tozun qızları: Afrika-amerikan qadınlar filminin yaranması” kitabını oxumaq arzusu yaranır. Kitab isə təkcə filmin mürəkkəb ssenarisini ehtiva etmir, həmçinin onda açıqlayıcı müsahibələr və filmdə çəkilən Dəniz Adasına dair vacib fon detalları da öz əksini tapıb.

Culi sekvelə maliyyə tapmaq üçün çalışarkən, əsərin roman şəklində olmasına görə pərəstişkarlar minnətdar idilər. Çünki “Tozun qızları” kimi də tanınan əsər olduqca gözəl və xatirələr oyadan bir üslubda yazılmışdı, o, tarixi ənənələri qiymətləndirir və qadınların yeni nəslinə müsbət təsir göstərirdi.

Gven İlfill

Hələ 9 yaşı olakən, Qven jurnalist olmaq arzusunda idi. Hətta onda belə, o müşahidə etmişdi ki, “dünyanın dəlixanadan ibarət olduğunu və buna görə açıqlamaya ehtiyac duyduğunu bilir”.

Elm dünyası qadınların haqqını yetərincə verirmi?

O, jurnalist fəaliyyətinə “Boston Herald American”da repartyor kimi başladı, sonra isə “New York Times”ın Ağ Evdəki müxbiri olmağacan irəlilədi. Qven 1994-cü ildə “NBC News”un konqressdəki müxbiri olmaq üçün “Times”-ı tərk etməyə tərəddüd edirdi. Amma o, “Washington Week”də bir Afrikan-Amerikan qadın kimi ictimai məsələlərə dair şou proqram aparmağa nail olmaqla – digər nailiyyətləriylə birgə - və vitse-prezidentlərin debatında moderator olmaqla, saysız-hesabsız qadına ilham qaynağı oldu.

Onun 2009-cu ildə nəşr etdiyi bestseller kitabı - “Cığır açmaq: Obama dövründə siyasət və irq”də İlfill ağrılı şəkildə qaradərili siyasətçilərin siyasi proses barədə nə düşündüklərini gözlər önünə sərirdi. Özünəməxsus qərəzsiz üslubda yazılan hər bir fəsildə namizəddən və onların opponentlərindən tutmuş, onların sələflərinə və təsisçilərinə qədər olan şəxslərin fikirləri öz əksini tapmışdı. O, heç vaxt bir tərəfi o birisindən üstün göstərməyə çalışmırdı, məqsəd ədalət və faktlar arasında rasional orta yolu tapmaq idi.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR