Tarixin ən pessimist filosofu Şopenhauerdən fəlsəfi düşüncələr 2

Fəlsəfə

Tikansız qızılgül yoxdur, ancaq qızılgülsüz tikan xeyli çoxdur.

Heç zaman digər insanların yanında şöhrətli, varlı-hallı (zəngin) insana qarşı çıxma. Çünki, haqlı da olsan hamı ona tərəf keçib səni haqsız çıxaracaq, sənə güləcəklər.

Bir dildən bircə kəlməni çıxarıb uzaqlaşdırmaq, bir milləti, düşüncə fəaliyyətinə yardım edəcək bircə zəruri qavramdan məhrum etmək deməkdir.

Sağlamlıq hər şey deyil, fəqət sağlamlıq olmayanda hər şey heçləşir.

Yıxmaq düzəltməkdən, yalan söyləmək isbatlamaqdan daha asandır.

Evlənmək şəxsi haqlarını iki dəfə azaltmaq, məsuliyyətlərini isə iki dəfə artırmaq deməkdir.

Hər şeydən öncə, kişinin naturası əsasən vəfasızlığa, qadının naturası isə sədaqətə meyillidir. Kişinin eşqi, əldə etmək istədiyi qadına sahibləndiyi andan etibarən aşkar şəkildə azalmağa yönəlir... Bu andan etibarən, gördüyü digər qadınlar onu, sahib olduğu qadından daha artıq cəlb etməyə başlayır..Kişi dəyişiklik istəyir. Fəqət qadının eşqi, məhz həmin birləşmə anından etibarən artmağa başlayır..

“Kişilər qadınlara, qadınlar kişilərə bənzəməz”

Başqalarının bizim haqda nə düşündüyünə aşırı dərəcədə önəm vermək yayğın bir manyaklıqdır.

Həyat özü bərbad bir şeydir. Buna görə də həyatımı, yaşamaqdan çox onun barəsində düşünməklə keçirməyə qərar verdim.

Səhifələrinin arasında gözyaşları, əzablı inilti, dişlərin əsəblə bir birinə çarpması və qarşılıqlı qətletmənin qorxunc hayqırışı olmayan fəlsəfə, fəlsəfə deyildir.

Dünyada, mənim kimi insanlar tərəfindən geridə buraxılan fikirlər və əsərlər həyatdakı ən böyük zövq və təsəlli qaynağımdı. Kitablar olmasaydı, çoxdan məyusluğa qapılardım.

Mümkün olduğu qədər az şey arzulamaq və çox şey öyrənmək istəyirəm.

Vəhşilər bir-birini yeyir, əhliləşmişlərsə aldadırlar və buna da dünyanın gərdişi deyilir.

Bizim anadangəlmə yanlış bir gözləntimiz var, elə sanırıq ki, dünyaya xoşbəxt olmaq üçün gəlmişik.

Hələ də xoşbəxt olmaq mümkündümü?

Böyük zəkaların düşüncələri sıravi başların filtrasiyasından keçə bilməz.

İntellekt ilə iradə arasındakı münasibəti bu cür karikaturizə etmək olar: belində iflic olmuş cılız bir itigözlünü (intellekti) daşıyan nəhəng bir kor varlıq (İradə).

Özgür, müstəqil rəy və qənaətlər azlığa xasdır: qalanları avtoritet və nümunələr yönləndirir.

Əlbəttə insan istədiklərini edir, fəqət insan, nə istədiyini özü müəyyən edə bilməz, bu onun nəzarəti xaricindədi.

Heyvanlara qarşı mərhəmət duymağın xarakterdəki xeyirxahlıqla elə sıx bağlılığı var ki, heyvanlarla qəddar davranan bir kəsin yaxşı insan olduğuna kimsə şahid olmayıb.

Bu dünyanı Tanrı yaradıbsa, onun yerində olmaq istəməzdim, çünki dünyanın səfaləti ürəyimi parçalayır.

Şərəf zahiri vicdandır, vicdan isə daxili şərəf.

Bir insanın çöhrəsi, onun ağzının dediklərindən daha çox şey söyləyir. Ağız, dodaq sadəcə düşüncələri ifadə edir , çöhrə isə sahibinin bütün naturasını göstərə bilər.

Hər şeyi şəxsi qəbul edənlər başqalarına nəyi uduzur?

Əgər özünüzə düşmən qazanmaq istəmirsizsə, öz üstünlüklərinizi digər insanlar qarşısında sərgiləməyin.

Mənim vətənim Almaniyadan daha genişdir və mən bəşəriyyətə yumruğumla deyil, başımla xidmət etmək istəyirəm.

Başqalarına oxşamağa çalışmaqla, öz fərdiyyətimizin dörddə üç hissəsini itiririk.

Ədalətsevərlik əksərən kişilərə xas olan ərdəmdir, insansevərliksə əsasən qadınlara xas olan ərdəm.

Kiməsə sağlığında heykəl qoymaq, xələflərin onu unutmayacağına heç bir ümidin olmadığını göstərir.

Əgər sağlam bir dilənçi varsa, onu xəstə kraldan daha xoşbəxt saymaq olar.

Əslində həyatın gerçək bir dəyəri yoxdur, fəqət biz, ehtiyaclar və illüziyalar vasitəsiylə onun diriliyini, hərəkiliyini qoruyuruq.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR