Kant, Sənətçi və Bədii Azadlıq

Sənət
Photo

Sənət sənin gördüyün yox, başqalarını görməyə vadar etdiyindir”- Edgar Degas

XIX əsrin müasir sənətçisi bir əvvəlki əsrə nisbətən fərqli bir estetik mənzərə ilə üzləşdi. XVIII əsrdəki "sənət" in tərifi kilsənin, dövlətin və ya aristokratiyanın təsdiqi sayılırdı. Bir sənət əsərinin "mövzu" və ya "məzmun" anlayışı müştərisi və ya himayədarı tərəfindən təsdiqlənmiş olmalıydı. "İncəsənət" və "sənətçi" bu təriflər çərçivəsində idi və mədəni istehsalçı müəyyən bir azadlığa malik idi, lakin son nəticədə, sənət sahələrinə nəzarət edənlərin əksəriyyəti sənətkarlara cavabdeh idi. Fransada sənətin sərgiləndiyi sistemin arxasındakı güc dövlət ilə yaxından əlaqəli olmaqla yanaşı həmçinin, sənət əsərinin sərgilənməsi, sujetin müxtəlifliyi və stil baxımından seçilməsi ciddi juri heyətləri tərəfindən izlənilirdi. Sənətin hərtərəfli nəzarəti Fransada XIX əsrdə çox da təəccüblü sayılmırdı, ancaq sonra qaydalar dəyişəndə pərişan vəziyyət yaşandı.

Artıq əsrin sonlarına gəldikdə, sənətçi ənənəvi dəstək sistemindən çox şey itirmişdi, rəssam özünün dəyişgən, azad və müstəqil bir “dahi” olaraq müəyyənləşməsi ilə üz üzə qaldı. Söz azadlığı və “təbii haqqlar”ın ifadəsinə icazə verilən dahinin bir ideyası - fərdin azad və müstəqil insan olaraq - Aydınlanma konsepsiyasının bir məhsulu kimi dəyərləndirilirdi. Kantın estetika konsepsiyası içərisindəki sənətçinin rolu yeni forma yaratmaq məcburiyyətində olan mədəni bir istehsalçıdan ibarət idi. Onun rolu yalnız təsəvvürün azadlığını təmin edən "dahi" olmaqdır. Burada bədii təcrübəyə yeni bir dəyər əlavəsi və sənətin emosional aspektlərinin yeni bir təsdiqlənməsi var. Sənətin ifadəli funksiya anlayışı, yeni anlayış olan “həssaslıq”la, hiss etmək və ifadə etmək qabiliyyəti kimi, əlaqəsiz deyildir. Bundan əlavə, qəhrəman, tanrı və dahi hesab olunan yeni Romantik sənətkarlara görə, bədii yaradıcılığa yeni bir əhəmiyyət verildi. Dahi, müstəsna intellektuallığı və mənəvi keyfiyyətləri ilə, qaydaları pozan və sonrakı rəssamlar üçün yeni imkanlar yaradaraq yol açanlardan biri olmalıydı.

Edgar Degas, A Cotton Office in New Orleans, (1873)

On doqquzuncu əsrdə, adi ehtiyyatsızlıqlara görə siyasi təhlükə ilə üzləşən bir vaxt, üstəlik ənənəvi himayədar dəstəyini itirmiş sənətçidən indi isə xalq və hökumətin dəyişən birləşməsi üçün işləməsi gözlənilirdi. Rəssam həm də, insanları inqilab əsrində necə davranmalı olduqlarını öyrətmək kimi dövlətin ehtiyac duyduğu məsələlər və sənətçi tərifinin müstəqil və azad “dahi” sözü ilə əvəz oluması arasında parçalanmış halda idi. Rəssamın Kantın estetik konsepsiyasındakı rolu, Critique of Judgment (1790), (Mühakimənin Tənqidi) əsərində də görüldüyü kimi, o, yeni forma yaratmaq məcburiyyətində olmuşdur. Sənətçi indi təsvir və məzmun yaratmaqda himayədar və müştəri “əmrlərindən” azad olmuşdu. Onun indiki rolu təsəvvürünə sərbəst üfüqlər verən “dahi” və nadir individual olaraq müəyyənləşməyə başlamışdı.

Fransada Romantizm

Kantın fəlsəfəsinin nəticəsi, rəssamı “yaradıcı”ya yüksəltmək və sənətçi orijinallığını ucaltmaq idi, ən azından mədəni istehsalçıların özlərinin zehinlərində. Sənət aləmində, bədii təcrübə üçün yeni bir dəyər və sənətçinin duyğularını ifadə etməsi mənasında, sənətin emosional aspektlərinin yeni bir ifadəsi var idi. Qeyd edək ki, qadınlar ədəbi sənətlərdə adətən özlərini ifadə etməkdə məhdudlaşdırılıblar, o vaxtdan bəri həmçinin onlar vizual sənətdə də duyğularını ifadə etməkdə az və ya çox uğurlu şəkildə əngəlləniblər. Üstəlik, indi qəhrəman, tanrı, və dahi sayılan yeni Romantik sənətçilərə, ümumi olaraq kişi cinsinə mənsub olanlar haqqındakı hekayələrə yeni əhəmiyyət əlavə olunmuşdu. Bu dahilər qeyri-adi bilik və bacarıqları ilə sənətdə qaydaları pozur və yeni imkanlar yaradırdılar. Belə azadlıqlar yalnız əsrlər boyu kişilərə verilmişdi və "özlərini ifadə edən" qadınlar əxlaqsız, ədəbsiz hesab edilmiş və sosial ölümə məhkum edilmişlər. Yalnız Corc Sand kimi müstəqil və zənginlik imtiyazları olan qadınlar "azadlığa" yaxınlaşa bilmişdilər.

Emmanuel Kant’ın fikrincə, dahi “zehni qabiliyyətin təbii vergisi sayəsində sənətdə qaydalar yarada bilir ”. Gözəl sənət yalnız orijinal sənət istehsal edən "dahi məhsulu" kimi mümkündür. Orijinallıq və ya orijinal olmaq bacarığı, bir dahini digər sənət əsərlərini təqlid etmək və ya həqiqi dünyanı yenidən yaratmaq ehtiyacından ayırır. Sənətçi və ya dahi, eyni zamanda özünü ümumi ehtiyaclara və ya dövlətin tələblərinə cavab vermək ehtiyacı da hiss etmir artıq. “Sənətə hökm etmək” cəsarətinin istisnası, avangardın daha sonrakı nəzəriyyələrinə görə, yaratdıqlarını artıq anlamayan sənətçini cəmiyyətin geri qalanından uzaqlaşdırır. Modern sənətçi artıq cəmiyyətin inteqrasiya olunmuş üzvi deyil və hər sənət əsərinin əsl mövzusu sənətçinin özüdür. Belə bir azadlıq üçün ödəniləcək qiymət var əlbəttə və real həyatda çox az sayda sənətçi insanların ona üz döndərməsinə yaxud tanınmamağa istəkli olar və ya abstrakt prinsiplər üçün ac qalmağı gözə almaqda maraqlı olardı.

Birdən birə sənətçilər daha despot himayədar üçün işləyən, onun təsəvvürlərinin illustratoru və interyer dekoru ilə məşğul olan sənətkar deyildir. Sənətçi, oyun oynaması lazım olan bir “dahi” olaraq yenidən yaradıldı. "Oyun" Kantın estetikası içərisində əsas konsepsiya rolunu oynayır. Oyun, sənətdə Sənaye İnqilabındakı texnologiya ilə eyni rolu oynayarkən, davamlı şəkildə tərəqqi və ya sənətdə dəyişikliyin yaranmasını təmin edir. Texnologiya kimi, sənət də özünə cavab verir və öz qaydalarını təkamülə uğradır. İnkişaf Aydınlanma “məzhəb”inin bir hissəsi idi və tarixin bir texnoloji məqsədinin olduğuna dair inancı olan sistemə bağlı idi. XIX əsrin ortalarında sənət tənqidçiləri və sənətşünaslar texnologiya anlayışını fikirlərində tutaraq, sənətin də eyni məqsədə doğru irəliləyərək inkişaf etdiyini görürdülər. Kant’ın fikirləri - onun yazılarında nəzərdə tutulmuşdur- bir əsr daha, təkamül qavrayışını inkişaf elətdirən və Aydınlanmanın pozitiv tərəflərinə inanmağa davam edən bir əsr boyunca yenidən şərh edildi.

Həqiqi bir Romantizm sənətkarı, Kantın sənətçisi, Aydınlanmanın rasional qaydalarının davamçısı deyil əksinə qayda pozanları idi. Ancaq Aydınlanmanın idealları – azadlıq və fərdiyyətçlik- mədəniyyətdəki qüsurlar mövzusundakı məyusluqdan sonra uzun illər yaşadı. Əgər İnsanlar ümid edildiyi kimi rasional olmadıqları təqdirdə, o zaman qanunlar ilə məhdudlaşdırılmalıdır. Fransa ticarət bərabərliyi və nizam halında bir imperatorluğa çevrildi. Rəssam isə XIX əsrdə, bir evsiz insan kimi, getdikcə tənzimlənən son dərəcə təhlükəli bir cəmiyyətin həqiqətən azad bir üzvü oldu. Bu yazının ən əhəmiyyətli mövqeyi- Kantın davamçılarından olan Friedrich Schiller’in məhşur “Sənət Azadlığın Qızıdır” ifadəsidir. Bir zamanlar azadlığın canlandırıcı ifadəsi olaraq görülən Fransız İnqilabı müxalif rəhbərliyə və qanlı bir terrora çevrildi. Schiller, daha sonra azadlığı dəstəklədiyi üçün Kantı tənqid edərdi, eyni zamanda onu aydın şəkildə apolitik bir keyfiyyət halına gətirdi. Buna görə Schiller'in missiyası, bundan sonra Kantın təkliflərini həqiqi dünyaya qaytarmaq olacaq.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR