Tarixin ən pessimist filosofu Şopenhaurdən fəlsəfi düşüncələr

Fəlsəfə
Photo

Artur Şopenhauerdən aforizmlər

İnsanların ünsiyyətcilliyi cəmiyyətə sevgidən deyil, tənha qalmaq qorxusundan qaynaqlanır.

Təhsil sadəcə anadangəlmə qabiliyyətlərimizi təkminləşdirmək vasitəsidir.

Nə sevgiyə, nə nifrətə yol açmamaq dünyəvi bilgəliyin yarısıdır; heç bir şey söyləməmək və heç bir şeyə inanmamaq da ötəki yarısı.

Tənqidlər, hədəfinə çatdıqları dərəcədə bizi incidirlər. Əgər insan, ona tuşlanan tənqidə gerçəkdən layiq olmadığını qət edərsə, çox asanlıqla və güvən duyğusuyla bu tənqidi görməzdən gələ bilər.

Ətrafın ağılsız və bayağı düşüncələrindən necə qurtulmalı?

Kitablar, bir zehnin ən ari, ən təmiz, ən mükəmməl surətidir və buna görə də hər zaman, qarşılıqlı, canlı ünsiyyətdən, hətta ən böyük beyinlərin fiziki söhbətindən belə daha üstün dəyərə malikdir.

Xainlər arasında bulunmaqdansa tənhalığa qatlaşmaq daha doğru tərcihdir.

Susqunluq ağacının budaqlarında rahatlığın meyvələri yetişir.

Çiçək cavab verdi: Axmağın biri axmaq! Görülməkdən ötrümü açıldığımı düşünüsən? Öz nəşəm üçün açılıram, başqaları üçün deyil, çünki bu xoşuma gəlir. Aldığım həzz, var olmaqdan və açılmaqdan ibarətdir.

Nə etdiyimizə, nəylə məşğul olduğumuza baxaraq kim olduğumuzu öyrənirik. Çəkdiyimiz əzablarla da nəyə layiq olduğumuzu.

Nəyə görə üstün zəkalı insanlar mənəvi və fiziki qüsurlardan əziyyət çəkirlər?

Heç bir şey, hər yönüylə, qüsursuz deyildir.

Dünya, bütün tərəflərdən baxanda görüsən ki, sözsüz, bərbad bir yerdi: estetik baxımdan o karikaturadı, intellektual baxımdan dəlixanaya, mənəvi baxımdan isə fırıldaqçılar pritonuna bənzəyir. Bütövlükdəsə həbsxana kimi bir yerdi.

Sahib olduğumuz nəsnələrin dəyəri barədə az düşünürük. Əlimizdə olmayanlar barədə isə daima.

Dinlər atəşböcəkləri kimidir. Parlamaq üçün qaranlığa gərək duyurlar. Bütün dinlərin ilkin varlıq şərti bəlli dərəcədə yayğın olan cəhalətdir ki, məhz belə atmosferdə yaşaya bilsin.

Kitablar da ayna kimidir. Oraya baxan uzunqulaq özünü mələk kimi görə bilməz.

Əgər fırıldaqçıların oyuncağı və ictimai təlxəklərin əyləncə vasitəsi, xırda təlxəyi olmaq istəmiriksə, tətbiq edəcəyimiz ilk qayda budur: İçəqapanıq və əlyetməz olmaq.

Bir gənc insan gözəl olmasa belə, gəncliyi onu cazibədarlaşdırmağa kifayət edir, gəl ki, ahıl bir adam nə qədər gözəl görünərsə-görünsün, adamı demək olar cəlb etmir.

Bir kəs sizin üçün gerçəkdən çox dəyərlidisə, bunu ondan günah kimi gizləyin. Bu xoş seçim deyil, ancaq düzgün seçimdi. Çünki, insanlar bir yana qalsın, heç itlər belə böyük dostluqlara qatlaşa bilmirlər.

Hər halda, bəşər övladı məndən heç zaman unutmayacağı bir neçə şey öyrəndi.

Bir çox həqiqət məhz ona görə ortaya çıxmır ki, kimsədə o problemləri ələ alacaq və onların üzərinə gedəcək cəsarət bulunmur.

Həqiqət, onu arzulamayanın boğazına sarılan fahişə deyildir. Hətta o qədər çəkingən və məğrur bir gözəldir ki, ondan ötrü hər şeyini fəda etmiş olsan da belə, yenə də öz gözəlliyini sənə bəxş edəcəyinə, lütfünə əmin ola bilməzsən.

Bir çox insanın eqoist sevgisi, nifrətindən daha çox incidicidir.

Xoşbəxt həyat mümkünsüzdü, insanın yaşaya biləcəyi bəlkə də ən yaxşı həyat qəhrəmanə həyatdı.

Şəxsi mənfəətimiz, qarşımıza qoyulan hər hansı bir hökmü, mühakiməni, mülahizəni yanlış çıxarmağa kifayət edir.

Qadınsız yaşaya bilməyəcək bircə kişi tipi var, o da ginekoloqdur.

Dünyaya dair münasibətimizin sağlam təməlləri, dərinliyi yaxud dayazlığı uşaqlıq illərində formalaşır. Bu dünyagörüş daha sonralar diqqətlə cilalana, təmizlənə, mükəmməlləşə bilər, lakin onun cövhəri, nüvəsi dəyişmədən qalır.

Sözüm Avropanın bilgili adamlarına və filosoflarınadı: sizin üçün Fixte kimi boşboğaz birisi bütün zamanların ən böyük filosofu Kanta bərabər sayılır, Hegel kimi yaramaz, həyasız bir şarlatanı isə dərin düşünür kimi göylərə yüksəldirsiz. Buna görə də bəri başdan bilin ki, mən sizinçün yazmıram.

Hər xalq digər xalqları pisləyir və əslində hamısı da haqlıdır.

Bir çox insan, tanışlarını gerçəkdə olduqları kimi görsəydi əgər, sadəcə dəhşətə qapılardı.

Böyük əzablara tuş gələndə balaca əzablar yaddan çıxır. Böyük əzablardan qurtulandasa, indiki balacalarla girinc oluruq.

Özünü çox bədbəxt hiss etməməyin ən yaxşı yolu, çox xoşbəxt olmağı istəməməkdir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR