Həyata dair baxış bucağınızı dəyişdirəcək və təkminləşdirəcək 25 fəlsəfi kitab

Kitab
Photo

Düşüncə fəaliyyəti olan fəlsəfə, siyasətdən sənətə; dindən elmə qədər hər faktı və qavramı özünün araşdırma nəsnəsi edə bilər. Buna görə də fəlsəfənin və fəlsəfi düşüncə formasının inkişaf etmədiyi cəmiyyətlərdə bir çox başqa sferalar da zəif qalır.

Dolayısıyla, sorğulayan, araşdıran, tədqiq edən fəlsəfi baxış bucağına yiyələnmiş bir zehin formalaşdırmaq həm fərd, həm də cəmiyyət üçün son dərəcə önəmlidir.

Bu cür dünyagörüşə yiyələnməyin ən önəmli metodlarının birincisi, həyatı, dünyanı, insanı və onun istifadə etdiyi fakt və qavramları analizə çıxarıb dəyərləndirən yazar və filosofların mətnləriylə birbaşa təmas qurmaqdır.

Aşağıdakı siyahıda, fəlsəfəylə maraqlanan və sözünü etdiyimiz dünyagörüş formasına çatmağı hədəfləyən hər insanın mütləq oxumalı olduğu 25 fəlsəfi kitab qeyd olunub. İnsan, həyat və dünya barəsində söz söyləmək istəyən hər kəsin oxumalı olduğu 25 kitab... Kitabınız bol olsun, sizə xoş mütaliələr!

Fəlsəfə oxumaq bizi nədən qoruyur?

Qeyd 1. Kitablar xronoloji ardıcıllıqla sıralanmışdır. Bu sıralama onların məzmun keyfiyyətinə görə hazırlanmayıb.

1.“Dövlət”, (E.ə 380) Platon

Alfred Nort Uaytxed (ingilis filosofu və riyaziyyatçısı, 1861-1947) “ Fəlsəfə tarixi Platona nəzərən düşünülən qeydlərdən ibarətdir” söyləyir. Müəllimi Sokratı dialoqlarında danışdıran Platonun bu məşhur kitabı yüz illərdi ki, siyasət və dövlət fəlsəfəsi üzərində baş sındıran, “ideal dövlət, ideal cəmiyyət necə olmalıdı?” deyə soruşan insanların təkrar-təkrar oxuduğu kitabdır. “Dövlət” oxunmasa, siyasət haqqında söylənilən hər şey əksik qalacaq…

2. “Nikomax etikası”, (E.ə 350) Aristotel

Bu kitab, fəlsəfə tarixinin ən məhsuldar filosoflarının başında gələn, yüz illər boyunca fəlsəfi paradiqmaları müəyyənləşdirmiş Aristotelin, oğlu Nikomaxa həsr etdiyi, etik əsəridir.

3. “Şahzadə”, (1532) Nikolo Makiavelli

Bu gün Makiavellist kəlməsini eşidəndə, ağlımıza, siyasi iqtidar və mənfəət uğrunda hər şey edə biləcək, heç bir əxlaqi dəyər tanımayan iblisanə bir tip gəlir. İştə, bu kəlmə, İtaliyalı siyasət filosofu Nikkolo Makiavellinin adından yaranıb.

Makiavelli başqa kitablar da yazıb, ancaq “Şahzadə” adlı kitabı ona bədnam söhrət qazandırmışdır. Makiavelli bu kitabında iqtidar sahibləri üçün çeşidli təkliflər, məsləhətlər dilə gətirir. Ancaq əksəriyyəti bədxassəli olan bu təkliflərin, əslində Makiavellinin ideal idarəçilik təsəvvüründə yeri yoxdur.

Makiavellizm: Şəxsi əxlaq və ictimai maraqlar - Siyasətçilər vicdan məsələsini bir kənara qoymalıdır?

Makiavelli “Şahzadə” kitabında olması gərəkəni deyil, olanı anlatmışdır. Makiavelli bu əsərinə görə, bir çoxları tərəfindən politologiyanın qurucusu hesab edilir. Onun, Marksdan sonra dünya siyasətini ən çox təsirləndirən ikinci düşünər olduğunu söyləmək olar.

4. “İlk fəlsəfə haqqında düşüncələr”, (1641) Rene Dekart

Dekart, bütöv adı “Tanrının varlığını və Ruhun ölümsüzlüyünü incələyən ilk fəlsəfə haqqında düşüncələr” olan “Meditasiyalar” əsərində, başda Tanrı qavramı olmaqla, metafizikanı bütün xətləriylə, geniş şəkildə işləyib.

Dekart bu kitabını “cogito ergo sum” (düşünürəmsə, deməli varam) ideyasının təməli üzərində qurmuşdur.

5. “Leviafan”, (1651) Tomas Hobbs

Tomas Hobbs tərəfindən yazılmış “Leviafan” siyasət, dövlət və hüquq fəlsəfəsinin təməl mətnlərindəndir. Leviafan kəlməsi bu əsərdə, mütləq güc və səlahiyyətlərə sahib dominant bir ölkəni ifadə etməkdən ötrü istifadə edilib. Bu kitab, ictimai müqavilə nəzəriyyəsinin ən əski örnəklərindən biri kimi dəyərləndirilir.

6. “Etika”, (1677) Barux Spinoza

Latınca yazılmış bu kitab, Spinoza vəfat etdikdən sonra nəşr edilmişdir və onun ən məşhur əsəri olmuşdur.

Spinoza yaşamı boyunca bir çox təzyiqə və dışlanmaya məruz qaldı. “Etika” əsəri yayımlanmadan öncə müəyyən çevrələrdə oxunur və müzakirələr yaradırdı, buna görə də Spinozanın özü tərəfindən nəşr edilməsi istənməmişdi. Dövrümüzdə bu əsər Spinozanın əsas əsəri sayılır.

7. “İnsan əqli haqqında esse”, (1690) Con Lokk

“İnsan əqli haqqında esse” yüz illər boyunca Qərb fəlsəfəsinin şahəsərlərindən biri olmaq keyfiyyətini qorumuşdur.

Lokk bu əsərində, bilgilərin qaynağının təcrübədə və hisslərdə olduğunu, ruhun da onlara əsaslanaraq düşüncəni təkminləşdirdiyini irəli sürmüşdür.

8. “İnsan bilgisinin prinsipləri haqqında”, (1710) Gorg Berkli

“İnsan bilgisinin prinsipləri haqqında” adlı kitab, dünyada yalnız ruhların və bu ruhların idealarının var olduğunu, buna rəğmən maddənin mövcud olmadığını önə sürən İngilis filosofu Gorg Berklinin ən önəmli əsəridir.

Ətrafın ağılsız və bayağı düşüncələrindən necə qurtulmalı?

9. “İnsan dərkiyyatı haqqında araşdırma”, (1748) Devid Yum

“İnsan dərkiyyatı haqqında araşdırma” adlı əsərində Devid Yum insan ağlının sərhədləri barədə düşündürücü qavramları və məsələləri araşdırır. Modern fəlsəfənin ən təsirli səbəbiyyət nəzəriyyələrindən birini ortaya qoyur.

10. “İctimai müqavilə”, (1762) Jan-Jak Russo

Məşhur Fransız Aydınlanma filosofu Jan-Jak Russo tərəfindən yazılan “İctimai müqavilə” əsərində, siyasi bir sistemin qurulması üçün ən yaxşı metodun ictimai müqavilə olduğu izah edilir.

11. “Saf Ağlın tənqidi”, (1781) İmmanuel Kant

“Saf Ağlın tənqidi” əsəri bütün fəlsəfə tarixinin ən böyük filosoflarından biri olan İmmanuel Kantın ən önəmli əsərlərindən biri sayılır.

12. “Ruhun fenomenologiyası”, (1807) Gorg Vilhelm Fridrix Hegel

Bu əsər, fəlsəfənin ən çox müzakirə edilən və sürəkli üz tutulan adlarından biri olan böyük Alman filosofu Hegelin təməl mətnlərindən biridir.

13. “Dünya kor iradə və təsəvvür kimi”, (1819) Artur Şopenhauer

“Dünya İstəm (və ya iradə) və Təsəvvür kimi” əsəri Alman filosofu Artur Şopenhauerin ilk dəfə 1819-cu ildə nəşr edilmiş əsəridir.

Şopenhauerin fəlsəfi düşüncələrinin təməlini və məhvər nöqtəsini əmələ gətirən bu əsər eyni zamanda onun şahəsəri hesab edilir.

Artur Şopenhauer: İlk Avropalı Buddist

14. “Qorxu və titrəyiş”, (1843) Soren Aabye Kierkeqor

Ekzistensializmin sələflərindən biri olan Danimarkalı filosof Soren Kierkeqorun önəmli kitablarından biri olan “Qorxu və Titrəyiş” də oxunması gərəkən mətnlərdən biridir..

15. “Kommunist Manifesti”, (1848) Karl Marks - Fridrix Engels

Karl Marks və Fridrix Engelsin birgə yazdığı bu kitab Kommunizmin ilk bəyannaməsidir.

Markla və Engels, “Kommunist Manifesti”ndə söyləyirlər ki, əgər proletariya burjua nizamını, istehsal vasitələrini və özəl mülkiyyəti inqilab yoluyla devirsə, sinifsiz bir ictimai nizamın gerçəkləşmə ehtimalı yaranacaq.

16. “Utilitarizm, (1863) Con Stuart Mill

Faydaçılığın öndə gələn müdafiəçilərindən biri İngilis filosof, məntiqçi və iqtisadçı Con Stuart Mill bu kitabında faydaçılıq düşüncəsini açıqlamışdır.

17. “Böylə buyurdu Zərdüşt”, (1883) Fridrix Vilhelm Nitsşe

Kitabın tam adı belədir: “Böylə buyurdu Zərdüşt: Hər kəsin və heç kimin Kitabı”. Əsər, dahi Alman filosofu Fridrix Nitsşenin öz fəlsəfəsini anlatdığı ən əsas əsəridir. Əsər eyni zamanda xeyli tənqid edilmiş və yanlış anlaşılmışdır.

Faşist, qadın düşməni və yumorsuz - Nitsşe niyə səhv başa düşülüb?

18. “Tractatus Logico-Philosophicus”, (1921) Lüdviq Vitqenşteyn

“Tractatus Logico-Philosophicus”, Avstriyalı dahi filosof Lüdviq Vitqenşteynin ölümündən öncə yayımlanan ilk və yeganə əsəridir.

“Tractatus”un, Vitqenşteynin dünya, gerçəklik, elm, etika, məntiq, din, mistisizm, fəlsəfə, dil və düşüncə sferasında irəli sürdüyü ideyalar, təkliflər və bu ideyaları, təklifləri açıqlamaq üçün istifadə etdiyi altfikirlər, alttəkliflərdən ibarət forması vardır.

19. “Varlıq və Zaman”, (1927) Martin Haydeqqer

“Varlıq və Zaman” Alman filosofu Martin Haydeqqerin 1927-ci ildə yayımlanmış əsəridir. Ekzistensializmin ilk və ən önəmli mətnidir. 20-ci əsrin fəlsəfəsinə güclü təsir göstərmişdir. Haydeqqerin külliyyatı içində, onun ana fikirlərini izah edən əsas əsər məhz budur.

20. “Varlıq və Heçlik”, (1943) Jan-Pol Sartr

Əsər ilk dəfə 1943-cü ildə yayımlanmışdır. “Fenomenoloji ontoloji esse” altbaşlığını daşıyır. Bu mətn də ekzistensializmin ən önəmli mətnlərindən biri olaraq qəbul edilir.

Kamyu və Sartrı bir-birindən küsdürən nə imiş?

21. “Açıq toplum və onun düşmənləri”, (1945) Karl Popper

Bu əsər iyirminci əsrin ən təsirli fəlsəfi əsərlərindən biridir. Bertran Rasselin “Demokratiyanın qüvvətli və dərin müdafiəçisi” adlandırdığı bu şahəsər, Platon, Hegel və Marks fəlsəfələrindən doğulan siyasi sistemlərin tənqidinə həsr olunub.

22. “İkinci cins”, (1949) Simon de Bovuar

Feminizmin öndə gələn düşünərlərindən biri olan Simon de Bovuarın bu əsərində, Freydsayağı dünyagörüşdən təsirlənən ekzistensializm hiss olunur. Ekzistensializmdə olduğu kimi, Bovuar da ekzistensiyanın “mənlik”dən öncə gəldiyini düşünürdü. Və bununla da “qadın doğulmaz, qadın yaranar” ideasına gəlib çıxmışdı.

Dövrümüzün ən güclü qadınlarından biri - Simon de Bovuar kim idi?

23. “Minima Moralia”, (1951) Teodor Adorno

Bu əsər filosof, sosioloq, musiqişünas və bəstəkar Teodor Adornonun şahəsəri hesab edilir. Adorno bu kitabında, onu maraqlandıran bütün mövzuları- fəlsəfi məsələlər, gündəlik həyat, siyasət, ədəbiyyat və musiqi, faşizm, irqçilik, zülm, fəhlə hərəkatının tarixi və problemləri və başqa mövzuları işləyib dəyərləndirmişdir. Kitab bəziləri uzun, bəziləri qısa olan parçalar şəklində qələmə alınıb.

24. “Kəlmələr və şeylər”, (1966) Mişel Fuko

Fransız filosof, sosioloq və tarixçi Mişel Fukonun ən önəmli əsərlərindən biri olan “Kəlmələr və şeylər” 1966-cı ildə yayımlandı. Müqayisəli ekonomika, təbiət elmləri və filoloji elmlərlə bağlı yazılmışdı və müəllifinə böyük şöhrət qazandırdı.

25. “Qrammatologiya”, (1967) Jak Derrida

Dekonstruksiya adlanan tənqidi düşüncə metodunun qurucusu olan Fransız filosofu Jak Derridanın bu əsəri də oxunması gərəkənlərdəndir..

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR