"İnək" (1969) – İran kinosunun qabaqcıl şedevri

Sənət
Photo

Senzura istər rejimin ideoloji mövqeyinə qarşı tənqidləri əngəlləmək, istərsə də ‘laxlayan əxlaqi anlam’ olaraq qiymətləndirilən şeyləri aradan qaldırmaq üçün İran kinosunda həmişə sabit bir amil olmuşdur. Mədəni və siyasi kontekst milli kinoya məhdudiyyətlər qoymağa davam edir. Lakin dahi iranlı film sənətçi nəsilləri heç vaxt senzuranı maneə kimi qiymətləndirməyib, ölkənin zəngin mədəni kimliyini şərh etmək üçün yeni kinematik yollar oymağa davam ediblər. İranlı rejissorlar tərəfindən hazırlanan film forması, öz təsirini fars şeirindən tutmuş italyan neo-realist hərəkatına qədər alıb. Bədii üsyan, lirik vizual dil ilə yanaşı, təzyiq və yoxsullaşmanın sosial məzmununu ifadə etmək üçün kəskin fokusa (diqqət nöqtəsinə) malik idi. 1960-cı illər İran film sənətində yeni dövr hesab edilirdi. Bu, Forugh Farrokhzadın "The House is Black" ("Ev qaradır", 1963) adlı mükəmməl qısa sənədli filmi ilə Ebrahim Golestanın "The Brick and the Mirror" ("Kərpic və güzgü", 1964) adlı orjinal filminin hazırlandığı on il idi. Buna baxmayaraq, Yeni İran Filminin (‘cinema motefavet’) başlanğıcı əsasən Dariush Mehrjuinin "Gaav"ı (The Cow, "İnək", 1969) ilə əlaqələndirilir. Həm təəccüblü bir insan dramı, həm də dağıdıcı kino kimi fəaliyyət göstərən "İnək", Qərbin diqqətini çəkdi və İranın müasir sosial mövzularını araşdırmaq üçün daha çox film sənətçisinə ilham verdi.

1968-ci ildə İran hökuməti senzuranın tələblərini həyata keçirmək üçün Sənət və Mədəniyyət nazirliyi təsis etdi (1980-ci illərdə senzura filmlərə istehsala qədər nəzarət edirdi). Cənab Merhrjui İran Şahından maliyyə dəstəyi almasına baxmayaraq, filmin son versiyası İran kəndini "neqativ" təsvir etdiyi üçün dərhal qadağan edildi. Pəhləvi rejimi hesab edirdi ki, "Gaav"ın vizyonu özlərinin modernləşmə vizyonu ilə ziddiyyət təşkil edir. Filmin yerli nümayişinə yalnız ona filmdə əks olunan hadisələrin Şah rejimindən çox-çox əvvəl baş verdiyini ifadə edən bir inkar bəyanatı daxil edildikdən sonra icazə verildi. "Gaav" İrandan çıxarıldı və 1971-ci ildə Venesiya Film Festivalında (FIPRESCI) tənqidçi mükafatına layiq görüldü (və Berlin Film Festivalında da bir mükafat qazandı).

"İnək"də yazıçı/rejissor Darius Mehrjui (UCLA fəlsəfə məzunu və kino tələbəsi) İtaliyanın neo-realizm həssaslığı ilə absurdist xalq nağılı həssaslığını qarışdırır. Burada İranın sosial-iqtisadi vəziyyətinin inanılmaz dərəcədə realistik təsviri var və eyni zamanda, bəzi möhtəşəm sürrealistik və ürküdücü ştrixlər da mövcuddur. Açılış səhnəsində iki abstrakt fiqur görürük – biri insan, digəri heyvan – hərəkətli və bir-birinə qarışan. Hesab edirəm ki, bu obraz, nağılın mərkəzi fikrini çatdırır. Hekayə kiçik bir kənddən sərgərdan uşaqlar səhnəsi ilə açılır. Onları zehni əngəlli bir uşağa amansızca təcavüz edən yetişkin bir zorakı müşayət edir. Seyrək əhalisi olan kənd passiv seyirci kadrları, eşşək arabası, it, kənddəki bütün canlı fəaliyyətlərin baş verdiyi yerlər olan gil yığınları və daş evlər, məscid və göl vasitəsilə vizuallaşdırılır. Pəncərəsindən bütün hərəkətlərə diqqət yetirən orta yaşlı bir xarakter yüngül komedik ştrix gətirir. Kənd əhalisinin (xüsusilə də qadınlar və yaşlılar) üzləri yoxsulluğun çətin reallıqları ilə yüklənmiş görünür. Aydın olur ki, kəndə qərarları İslam (Ali Nassirian) verir. Böhran vaxtı Başçı və digərləri ona baxırlar. Kəndin tək canlı amilləri bunlardır: Masht Hassan (Ezzatolah Entezami) və onun inəyi.

Hassan hamilə inəyinə bir uşaq kimi pərəstiş edir, onu açıq sahələrdə otarmağa aparır və uzun iş günündən sonra yuyur. Hassanın inəyə olan sevgisi həyat yoldaşına olan məhəbbətindən çoxdur (ona sadəcə "qadın" deyə müraciət edir). İnəyə sahib olması da kənddə Hassana fərqli bir kimlik və sosial status verir. Bu kimliyə qarşı təhdid uzaq üfüqdə duran təhlükə ilə ifadə olunur. Hassan inəyini otarmaq üçün kənara çıxararkən görür ki, yaxınlıqdakı kənddən (‘Bolouris’ adlanan) üç adam, kiçik bir dağlıq ərazidə müəyyən məsafədən onun inəyinə baxır. O, bu hadisəni mal-qara oğurlayan qrupdan şübhələnən kəndlilərə çatdırır. Cənab Mehrjui bu ilkin çəkilişlərdə Boloruislə əlaqədar baş verən qorxunc hissləri çatdırsa da, kəndlilərə təqdim etdikləri real təhlükə qeyri-müəyyənliklə örtülmüşdür. Hassan Bolourisdən gələn basqından qorxaraq, inəyin axurunda yatır. Ertəsi gün Hassan inəyin təhlükədə olmadığını müəyyən etdikdən sonra işinə gedir.

Günün növbəti saatlarında Hassanın arvadı görür ki, inək axurda ölü vəziyyətdə uzanıb və onun bərk çığırtıları hər kəsi kəndə gətirir. Kəndlilər bu şok xəbəri sevimli Hassana necə çatdırmaq barədə müzakirələr aparırlar. İslam təklif edir ki, Hassana inəyin dolaşıb öldüyünü desinlər. O, həmçinin inəyi köhnə quyuda dəfn etməyi təklif edir. İslam və həmkəndliləri, qurduqları planların, Hassan tədricən dəli olduğu zaman, işləri necə daha pisləşdirdiyini başa düşürlər.

"İnəy"in ssenarisi məşhur İran yazıçısı Qholam Hossen Sa'edi tərəfindən yazılıb. Psixiatriya sahəsində ixtisaslaşmış Sa'edi İranın uzaq kəndlərinə Cəlal Əl-Əhməd kimi tanınmış İranlı mütəfəkkirlər ilə səyahət edib və səfərləri ilə bağlı bir çox etnoqrafik məqalələr yazıb. İranlı amerikalı professor Hamid Dabaşi "İran kinolarının ustaları və şah əsərləri" adlı kitabında Sa'edinin "Bayalın matəmliləri" adlı qısa hekayə toplusunun kənd həyatının simvollarını və reallıqlarını əsaslandırmaqda ağır təsirini qeyd edir. Mehrjui və Sa'edinin "İnək" ssenarisi kəndin dinamikasını aydın şəkildə təqdim edir və eyni zamanda Hassanın transformasiyasında (sonrakı hissədə) Kafkaesk hissi oyandırır. Bu filmə ilk dəfə baxdığım zaman, mənə maraqlı gəldi: ‘filmə necə yanaşmaq olar?’ və ya ‘hadisələrin mənası nədir?’"İnək" tək bir fikirin təmsilçisi kimi hazırlanmamışdır.

Film təsvirlərin dağıdıcı və metaforik mənasını tamamlayaraq, müxtəlif yollarla şərh edilə bilər. Bəzi tənqidçilər filmi tez-tez öz xalqını aldadan rejimlər haqqında ibrətli hekayə adlandırırlar. Bəzi insanlar Hassanın taleyini iranlı kəndlilərin taleyi kimi qiymətləndirir, kimlikdən məhrum edilmiş və hökumət qurumları tərəfindən yolundan azdırılmış; bəziləri Hassanı senzura üsullarını çaşdırmaq surətiylə İran kinosunun təmsili kimi görürlər. Filmdə kəndlilərin xarici təhdidə qarşı duyduğu qorxu oğurluq və yalançılıq fəaliyyətləri ilə yanaşı yerləşdirilir. İnək öldükdə günah "pis göz"ün və ya kənar adamların üstünə atılır. (Bütün bədbəxtliklər üçün)"kənar" tərəfləri bu ittiham prosesi, əxlaqi cəhətdən qınanmaz hərəkətlər törətməyi davam etdirərkən, müxtəlif səviyyələrdə şərh edilə bilər. Sosial baxımdan, kəndlilərin 'kənardan' təhlükə ilə bağlı xülasəsi hökumətin hər bir səhvdə günahı milli sərhədlər xaricindəki tərəflərə atmasına bənzəyir. Şərh seçimimiz nə olur-olsun, "İnək" əsasən hərəkətli insan dramı kimi özünü göstərir.

Direktor Mehrjuinin zəngin estetik həssaslığı və Sa'edin dərin psixoloji tədqiqatı Hassanın şəxsi təcrübələrindən əldə etdiyimiz emosional gücü vəcdə gətirmir.İnəyin əhəmiyyətini həm sosial, həm də şəxsi baxımdan vurğulayan rejissor ikinci hissədə ağır təsir göstərə bilir. Bununla belə, rejissor hekayəni çox qaranlıq əraziyə keçirmir. Burada Merhrjuinin kəndlilərinin çaşqın üz ifadələrini necə tərtib etdiyi məsələsində "Fellini-esk" ştrix var. Məsafədən görünən reaksiyalar kiçik və gizli yumor hissi əmələ gətirir. O bizə icazə verir ki, ), hətta Hassan ilə olan emosional əlaqəmizi kiçiltmədən Hassanın transformasiyasının formasını itirmiş təbiətini başa düşək (o yerdə ki, o elan edir: ‘Mən Hassanın inəyiyəm’). Filmin narahat edici tərəfi təkcə Hassanın dəliyə çevrilməsində deyil, kənd icmasının ona necə reaksiya verməsindədir. Özlərini davamlı olaraq Hassanın ruhi xəstəliyini həll edə bilməyəcək vəziyyətdə gördükcə, icma sanki yavaş-yavaş onun illuziyasına qarışır.

Adam öz kimliyindən uzaqlaşdıqca, kəndlilər hansısa bir qərara varmaq üçün öz sərhədlərini aşırlar. Nəhayət, üsyançı adam/heyvan aradan götürüləcək bir yükə çevrilir. Bu narahatedici anlayış, İslamın hissiyyatını itirərək inadkar Həsənlə heyvan kimi davranması zamanı kulminasiyaya çataraq kəskin şəkildə ifadə edilir. Film müvəffəqiyyətinə görə əsas xarakter kimi Ezzatolah Entezaminin möhtəşəm performansına da borcludur.

Mohsen Mahmalbaf, Abbas Kiarostami və digərlərinin milli post-inqilabçı kinosunun sələfi kimi xidmət göstərən "İnək" ("Gaav",100 dəqiqə) filmi İran kinosunun orjinal əsəridir. Film həm də riqqətli kinematik təcrübə ola bilər və fəlsəfi dünyagörüşü baxımdan dərindən düşünülmüşdür.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR