İqlim dəyişikliyi qlobal aclığa səbəb ola bilərmi?

Toplum
Photo

1870-ci illərdə baş verən iqlim dəhşəti 3 qitədə aclığa səbəb olmuşdu

50 milyon insanın ölümünü unutmaq asan deyil, amma biz bunu bacarmışıq. 1870-ci illərdə baş verən dünya miqyasındakı quraqlıq Şimali Amerikada, Afrikada və Asiyada kütləvi aclıqlara səbəb olmuşdu, lakin bu barədə hətta heç “Vikipedia”da da hansısa bir məlumat yoxdur.

İndi biz bilirik ki, həmin quraqlıq əvvəllər heç zaman baş verməyən iqlim hadisələrinin kombinasiyası nəticəsində ortaya çıxıb. Nə qədər nadir olsa da, quraqlıq tamamilə təbii idi, ona görə də o, yenə asanlıqla ortaya çıxa bilər.

1875 və 1878-ci illər arasında dəhşətli quraqlıqlar Hindistanı, Çini, Afrikanın bəzi hissələrini və Şimali Amerikanı tar-mar eləmişdi. Ortaya çıxan aclıq 3 qitəni vumuşdu.

Vaşinqon Dövlət Universitetindən elm adamı Deepti Sinq deyir ki, bu insanlıq tarixindəki ən acınacaqlı humanitar fəlakətlərdən biridir.

Hindistanda yerlilər bu fəlakəti Böyük Aclıq adlandırıblar. Həmin dövrdə Hindistan Britaniya İmperiyasının müstəmləkəsi idi və Britaniya siyasəti quraqlığın təsirini daha da gücləndirmişdi. Britanlar gəlir əldə etmək üçün taxılın ixracını davam etdirmiş və yerlilərə yemək üçün çox az şey saxlamışdılar.

Riversayd Kaliforniya universitetindən Mayk Deyvis özünün 2011-ci ildə nəşr etdirdiyi “Axırıncı Viktorian Soyqırımları” əsərində bu aclığı təsvir edib.

Onun hesablamalarına görə, 50 milyon insan ölüb. Əksər tarixi ölüm rəqəmləri kimi bu say da dəqiq deyil. “Datada Bizim Dünyamız” təşkilatı sayın 19 milyon olduğunu qeyd edir, amma o, bəzi ölkələri siyahıya salmayıb. Hər bir halda on milyonlarla insan ölüb, bu, aclığın 1918-ci ildəki ispan qızdırması, dünya müharibələri və bəlkə də 1300-cü illərdəki Qara Ölüm (vəba) qədər təsirli olduğu deməkdir.

İndi Siqh, onun həmkarları və Deyvis quraqlığı detallı araşdırıblar. “Biz bu ərazilərdə quraqlıqların olduğunu bilirdik. Amma onların hansı miqyasda olduğunu bilmirdik”, - Siqh deyib.

İqlim səbəb olub

Araşdırma zamanı atılacaq ən birinci addım hələ hava proqnozunun olmadığı dövrün hava məlumatlarını çıxarmaq idi. Xoşbəxtlikdən Hindistanda Britaniya İmperiyası yağış ölçənlərin qurulmasına kömək etmişdi. Çin kimi digər yerlərdə isə komanda 3 dairənin məlumatları əsasındakı yağıntı hesablarından istifadə ediblər.

“Biz bunun Asiyada son 800 ildə baş verən ən ciddi hadisə olduğunu aşkarladıq”, - Siqh deyir. Aftrika və Şimali Amerikadan olan məlumatlar isə bu cür araşdırma aparmaq üçün yetərli olmayıb. Şimali Çindəki quraqlıq isə son 300 ildə ən pisi olub.

Burada bəzi faktorlar rol oynayıb. Ən aşkar olanı 1877-78-ci illərdəki “El Ninyo”dur. “El Ninyo” zamanı Atlantik okeanı havaya isti buraxır. Nəticədə bu, bəzi yerlərə yağıntılar, bəzi yerlərdə isə quraqlıq yaratmaqla bütün dünyada hava şəraitinə təsir edir.

1980-cı illərdən bəri 1877-78-ci illərdəki “El Ninyo”nun güclü olduğu məlum idi. Siqhin dediyinə görə, indi bizdə daha çox məlumat var. 16 ay ərzində dəniz səthində temperatur yüksək olub. Bu, 1997-98 və 2015-16-cı illərdəki “El Ninyo”dan dəfələrlə böyük rəqəmdir.

Təsirlər arasındakı əlaqə

Amma bu hələ hamısı deyil. 1877-ci ildə ikinci iqlim tsikli Hind Okeanı Dipolu aktivləşib, bu o deməkdir ki, qərbi Hind Okeanı şərqə nisbətən isti olub. Bu bir qayda olaraq Hindistanda mussonlar dövründə baş verir. “Rəsmi rəqəmlərə görə, bu ən böyük Hind Okeanı Dipolu olub”, - Siqh deyir.

1877-ci ildən 1879-cu ilə qədər Atlantik Okeanı da qeyri-adi dərəcədə isti olub. Siqhin söylədiyinə görə, “El Ninyo”dan sonra bu rəsmi rəqəmlərdəki ən böyük göstəricidir.

Hansı faktorların daha həlledici rol oynadığını müəyyən etmək üçün, komanda qlobal dənizlərin su səthindəki temperaturu və Atlantik Okeanında təkcə “El Ninyo”nu stimulyasiya etməklə iqlim modeli çıxarıblar. Onlar müəyyən ediblər ki, 3 iqlim tsiklinin aid olduğu qlobal xüsusiyyətlərdən istifadə etməklə, quraqlığı izah edə bilərlər.

Kolorado Atmosfer Araşdırmaları Milli Mərkəzinin klimatoloqu İsla Simpsonun fikrincə, belə qədim dövrdə olan bir hadisə barəsində detallı məlumat çıxarmağa nail olmaq olduqca qeyri-adi bir şeydir: “Onların əllərində olan məlumatla əllərindən gələnin ən yaxşısını eləmələri doğrudan da alqışa layiqdir”.

Tarixi xəbərdarlıq

Quraqlıq istixana effektinin iqlimə təsir göstərməsindən xeyli əvvəl baş verib. Siqhin fikrincə, əndişə doğuran səbəb də məhz budur: “Bu bir dəfə baş veribsə, deməli yenə baş verə bilər. Nə qədər tez-tez baş verəcəyini isə biz bilmirik”.

Bundan başqa, iqlim dəyişikliyinin daha sərt quraqlıqlara səbəb olacağı gözlənilir, əslində bu elə indi baş verməkdədir.

Danimarka Roskild Universitetinin elm adamı Oliver Rubinin dediyinə görə, yaxşı xəbər odur ki, bu gün dünya quraqlıqlara daha çox dayanıqlıdır, çünki məhsullar daha dayanıqlı, ticarət isə dinamikdir: ”Amma yenə də o cür quraqlıq bu gün baş versəydi, bunun aclığa və yoxsulluğa dağıdıcı təsirləri olardı”. Lakin çoxlu insan aclığa məruz qalsa da, ölümcül aclığın qarşısını almaq mümkündür. “Bu gün bizim gördüyümüz müasir aclıqlar münaqişə çıxarmaq gücündədir”, necə ki, Şimali Sudanda və Somalidə hökumətlər və təşkilatlar aclığın qarşısını almaqda aciz qalıblar.

Vaşinqton Beynəlxalq Ərzaq Siyasəti Araşdırmaları İnstitutundan Pol Doroşun söylədiyinə görə, böyük aclıq hallarında təchizatı paylaşdırmaqla, ticarət yerlərdə ərzaq qıtlığının müəyyən qədər qarşısını ala bilər. Amma buna baxmayaraq, belə olarsa, qiymətlər qalxacaq, ona görə də təhlükəsizlik şəbəkələrinin qurulması mütləqdir. 2000-ci illərdən etibarən Efiopiya bu cür təhlükəsizlik şəbəkələri qurub, ona görə də 1970 və 80-ların aclıqları təkrar yaşanmayıb.

Doroşun dediyinə görə, əgər məsuliyyətli idarəçilik olsa, hətta çox böyük ərzaq qıtlığı belə aclığa səbəb olmamalıdır: “Aclığın bəraəti yoxdur”.

Maykl Marşal

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR