“Balkonlu” olmaq niyə təhlükəlidir?

Hər şeydən biraz
Photo

Hətta normal çəkiyə malik insanlar da göbək nahiyəsinin piylənməsindən ehtiyat etməlidirlər.

Elə dövrlər olub, yekə qarın güc-qüvvətin, yeyib-içməyin, zənginliyin rəmzi sayılıb. Amma indi dövr dəyişib. Çox adam sağlamlığın əlamətlərindən xəbərdardır, ona görə də artıq fiziki görünüşə böyük əhəmiyyət verilir. “Balkonlu” olmaq xüsusilə kişilər üçün ağrılı mövzudur. Amma bu barədə məlumatlı olmaq sizə sağlamlığınızı qorumaq istiqamətində faydalı ola bilər.

Beləliklə, başlayaq.

Əvvəllər insanlar bədən quruluşalarına görə rişxənd obyekti olmamaqdan ötrü artıq çəkidən xilas olmağa çalışardılar. Amma son illərdə qarın piyindən qurtulmaq üçün əsas səbəb başqadır: sağlam olmaq arzusu. Araşdırmalar göstərir ki, qalın qarın piyi ürək-damar xəstəlikləri, şəkər və xərçəng riskini artırır. Əgər Siz öz boyunuza görə normalçəkili olsanız belə, artıq piy bu xəstəliklərə tutulmaq ehtimalınızı çoxaldır.

Bu, bizim bədənimizdə piyin harada toplanmasından asılıdır. Biz öz metabolizmamıza (maddələr mübadiləsi) bütün bədənimizi əhatə edən bir şey kimi baxırıq, amma əslində reallıq budur ki, məhz müəyyən daxili orqanlar bizim çəki almağımızı və ondan xilas olmağımızı müəyyənləşdirir. Əgər piy bu orqanlara təsir edən nahiyələrdədirsə, deməli, sizin sağlamlığınız üçün təhlükə yarana bilər.

Piy bərabər paylanmır

İki növ piy var. Biri dəri səthinin altında yerləşir. Bu, olduqca faydalı piydir, ondan hamımızda var, biz ona ehtiyac duyuruq. Bədənimiz bu növ piydən yanacaq kimi istifadə edir.

Digəri, təhlükəli olanı isə daxili orqanları əhatə edən piydir. Belə ki, vücudun daxilində toplanan piy hüceyrələri var və onlar sizin orqanlarınızı əhatə edirlər.

Qarın piyi daxili orqanlarla əlaqəli olmağa meyllidir, xüsusilə kişilərdə. Qadınlar adətən çəkini yançaqlarda və budlarda toplayırlar, çünki bu, onlarda körpə dünyaya gətirmək üçün təkamüldən irəli gələn bir faktor kimi inkişaf edib. Amma təəssüf ki, əgər sizin uşaq dünyaya gətirmək kimi bir niyyətiniz yoxdursa, buradakı piyin də əhəmiyyəti yoxdur.

Qarındakı piy hüceyrələrinin belə görünür, metabolizmaya daha çox təsiri var, çünki o nahiyədəki qan axını birbaşa ciyərlərə doğru hərəkət edir. Bütün hüceyrələr nəyisə xaric edirlər, bütün hüceyrələrin xilas olmağa ehtiyac duyduqları artıqlar və qalıqlar var, adipositlər də (piy toxuması toplayan hüceyrə) bu mənada istisna deyil.

Sizin qarnınızda piy toplandıqca daxili orqanlardakı piy hüceyrələri genişlənir və sonda onlar piyli asidləri və digər molekulları ciyərə göndərməyə başlayırlar. Bir haldakı ciyər qandakı şəkər səviyyəsini tənzimləyir, çox saydakı kimyəvi siqnallar metabolizmada xaos yaradırlar. Belə qüsurlu qan şəkərləri isə ifrat insulin miqdarının yaranmasına səbəb olur, nəticədə bədən daha çox çəki qazanır, bu da axırda diabetə səbəb olur.

Ciyər piylənməsi böyük ehtimalla digər orqanların piylənməsindən daha çox təsirə malikdir, ancaq ürəkdə və mədəaltı vəzidə (insulin burada yaranır) piyin toplanması da qeyri-sağlam maddələr mübadiləsinə səbəb olur.

Bu sadəcə nəzəriyyədir

Biz maddələr mübadiləsinə dair çoxlu biliklərə sahib olsaq da, ciyər barədəki bu nəzəriyyə hələ sübut olunmayıb. Gerçək, canlı insan üzərində qarın piyinin maddələr mübadiləsi sisteminə necə təsir etdiyi üzərində təcrübə aparmaq olduqca çətindir.

Biz bilirik ki, bütün digər faktorları nəzarətdə saxlasan belə qarındakı ifrat piylənmə təhlükəlidir. Xüsusilə ciyərdəki piylənmə bir insanın sonradan maddələr mübadiləsində problemlər yaşayıb-yaşamayacağını böyük ölçüdə müəyyən edə bilir, hətta bu insan obez olmasa belə. Normal çəkiyə malik olsanız da, əgər qarnınız genişdirsə, sizdə ölüm riski iki dəfə çoxdur.

Bəs qarnınızın lazımı ölçüdə olduğunu necə biləcəksiniz?

Bu, müəyyən qədər sizin boyunuzun hündürlüyündən asılıdır. Əgər siz qadınsınızsa, qarnınız 79 sm və ya bundan az olması təhlükəsizlikdə olmağınız mənasına gəlir, əgər 89 sm-dən çoxdursa, siz təhlükədəsiniz. Kişilərdə 94-102 sm arası normal sayılır.

Yanbızın belə olan nisbəti sağlamlığı müəyyən etməkdə hətta daha uyğun göstərici sayılır, lakin insanlar arasında bədən quruluşunun müxtəlif cür olması səbəbindən nəyin sağlam, nəyin qeyri-sağlam olması hələlik dəqiq müəyyən olunmayıb. Əksər tədqiqatlar kişilərdə bu nisbətin 0.9, qadınlarda isə 0.8 göstəricisindən aşağı olmanın ideal olduğunu iddia edir, hərçənd bu rəqəmlər spesifik etnik qruplara uyğun şəkildə adaptasiya edilməlidir.

Yaxşı xəbər budur ki, əgər siz hədsiz çox çəkiyə sahib deyilsinizsə, azacıq arıqlamaq xəstəlik riskini xeyli azalda bilir. Daha sağlam olmaq üçün kino ulduzları kimi ideal çimərlik bədəninə sahib olmağınıza ehtiyac yoxdur.

Pis xəbər isə odur ki, siz təkcə bir nahiyədəki piylənməni əridə bilməzsiniz. Bütün o reklamlar sizə yalan deyir. Qarındakı piydən qurtulmağın yolu piydən bütünlüklə xilas olmaqdır. Bunun etməyin yeganə yolu isə kalori qəbuluna diqqət etmək və kalori yandırmağın qayğısına qalmaqdır.

Qarşıdan yay gəlir. “Balkon”dan xilas olmaq üçün bundan yaxşı fürsət ola bilməz. Kiçik addımlarla başlayın, qida qəbuluna nəzarət edin, çoxlu kalori yandırmağa çalışın, həqiqətən istəyin, bir də görəcəksiniz ki, “balkon”unuz yoxa çıxıb. O zaman sağlam və yüngül insan olmağın zövqünü yaşayacaqsınız!

Qaynaq: www.popsci.com

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR