Stereotip nədir və onlardan necə qurturmalı?

Emosional İntellekt
Photo

Stereotiplər nə işə yarayır?
Biz onlardan niyə qaçmalıyıq?

Stereotip qısaca nə deməkdir? Sadə dillə desək, stereotiplər bəzi insanların müəyyən qruplara irqlərinə, milliyətlərinə və seksual oriyentasiyalarına görə aid etdikləri xüsusiyyətlərdir. Lakin bunlar həmin qrupların hədsiz bəsit formada fərqləndirilməsidir.

Məsələn, bir nəfər hansısa bir ölkədən olan bir neçə insanla qarşılaşır, bu insanlar ona sakit və ehtiyatlı görsənirlər və bu insan da belə bir qənaətə gəlir ki, həmin ölkədən olanların hamısı sakit və ehtiyatlıdırlar.

Bu cür ümumiləşdirmə qrup daxilində müxtəlifliyə imkan vermir və əgər bu qrupa aid edilən stereotiplər mənfidirsə, onda qrup nəticə etibarilə damğalana və ayrı-seçkiliyə məruz qala bilir. Deyilənə görə, hətta müsbət stereotiplər də məhdudlaşdırıcı təbiətlərinə görə zərərli ola bilərlər. Buna görə də mənfi və ya müsbət olmasından asılı olmayaraq, stereotiplərdən yan keçmək lazımdır.

Stereotiplər Ümumiləşdirmələrə Qarşı

Bütün stereotiplər ümumiləşdirmə olduğu halda bütün ümumiləşdirmələr stereotip deyillər. Stereotiplər bir qayda olaraq insan qruplarının hədsiz bəsitləşdirilməsinə əsaslanaraq dövr edirlər. Məsələn, ABŞ-da irq qrupları riyaziyyatdakı, atletikadakı və rəqsdəki bacarıqlarına görə stereotiplərə məruz qalırlar. Bu stereotiplər o dərəcədə güclü oturuşublar ki, istənilən sıravi amerikalıdan ən yaxşı basketbol oynayan irq qrupunun hansı olduğu soruşulsa, tərəddüd etmədən cavab verər.

Qısaca desək, kiminsə ağzından bir stereotip çıxırsa, kimsə də bunu təkrar edirsə, həmin cəmiyyətdə artıq mədəni mif yaranmış olur.

Digər tərəfdən isə, bir adam cəmiyyətə hələ nüfuz etməmiş bir etnik qrup haqqında ümumiləşdirmə apara bilər. Tutalım, bir qadın hansısa bir etnik qrupdan olan bir neçə nəfərlə rastlaşır və onların əla aşpazlar olduğunun fərqinə varır. Bu yoldaşlarla qarşılaşmadan sonra, o, məsələni hədsiz sadələşdirərək bu qərara gələ bilər ki, bu etnik qrupdan olan istənilən kəs əla aşpazdır.

Bu mənada o, ümumiləşdirmədə günahkar ola bilər, amma kənardan baxan bir müşahidəçi onun nəticəsini stereotip adlandırmazdan əvvəl diqqətlə düşünməlidir, çünki ABŞ-da elə bir etnik qrup yoxdur ki, bütün üzvləri əla aşpazlar hesab olunsunlar.

Stereotiplər Çaşdırıcı Ola Bilərlər

Stereotiplər hansısa spesifik cinsə, irqə, dinə, yaxud ölkəyə aid oluna bildikləri kimi tez-tez bir kimliyin müxtəlif aspektlərini də özlərində ehtiva edirlər. Bu məfhum interseksonallıq kimi məşhurdur. Qaradərili gey məsələn, özündə həm irqin, həm cinsin, həm də cinsi oriyentasiyanın xüsusiyyətlərini əks elətdirə bilər. Bu stereotip bütövlükdə qaraları deyil, Afrikan Amerikalıların spesifik hissəsini əhatə etsə də, qaradərili gey kişilərin hamısının eyni cür olduğuna eyham vurmaq problematikdir. Qaradərili gey kişinin kimiliyini ifadə edən çox sayda digər amillər var ki, onun boynuna uydurma xüsusiyyətlər qoyulmasına gətirib çıxarır.

Stereotiplər həm də ona görə dolaşıqdılar ki, irqə və cinsiyyətə əsaslandıqları halda bir qrupun üzvlərinə müxtəlif cür yanaşa bilərlər. Ümumilikdə, Asiya Amerikalılarına müəyyən stereotiplər aid edilir, lakin Asiya Amerikalıları cinsiyyətə görə fərqləndiriləndə, Asiya Amerikalı qadına bir cür, kişilərə isə başqa cür yanaşıldığını görürük. İrqə və genderə aid edilən stereotiplər bir irq qrupuna aid olan qadınları cazibədar, kişiləri isə tamam əksi kimi xarakterizə edə bilər.

Hətta irq qrupuna görə xarakterizə edilən stereotiplər həmin qrupun üzvləri milliyyətinə görə fərqləndiriləndə yetərsiz ola bilər. Belə stereotiplərə misal kimi Afrika qaralarının Karib qaralarından, bunların ikisinin də Amerika qaralarından fərqləndirildiyini göstərmək olar. Bu cür uyğunsuzluq stereotiplərdəki mahiyyət əskikliyini və onların mühakimə etmək üçün faydalı alətlər olmadığını göstərir.

Stereotiplər hansısa məqamda faydalı ola bilərlərmi?

Stereotiplər həm pozitiv, həm də neqativ olur, lakin hətta pozitivləri də zərərlidir. Çünki bütün stereotiplər məhdudlaşdırıcı xüsusiyyətə sahibdir və fərdi qiymətləndirmək üçün yetəri qədər effektiv deyillər. Bir uşaq hədsiz ağıllı hesab olunan irq qrupuna aid ola bilər. Ancaq əslində, bu uşaq öyrənə bilməmək qabiliyyətindən əziyyət çəkirsə və məktəbdə yoldaşlarına çatmaq üçün dəridən qabıqdan çıxırsa, necə? Onun müəlliməsi uşağın sinifdə ən yaxşı olması stereotipini qəbul edib, çünki o “ağıllı qrupdan” gəlir. Müəllimə belə hesab edə bilər ki, uşağın zəif qiymətləri tənbəlliyinə görədir, buna görə də o, heç vaxt uşağın dərslərini öyrənə bilməmək bacarıqsızlığını aşkara çıxara və onu məktəbdə illər boyu davam edən iztirabdan xilas edə bilməz.

Stereotiplərdə Həqiqət Payı Varmı?

Tez-tez stereotiplərin kökündə həqiqətin yatdığını deyirlər, bu düzgünmü mühakimədir? Belə deyən insanlar adətən öz stereotiplərinə haqq qazandırmaq istəyirlər. Stereotiplərdəki əsas problem onların hansısa insan qrupu haqqında irsən hansısa davranışın olduğunu irəli sürməsidir. Ərəblər filan cürdürlər. Hispaniklər başqa cürdürlər. Fakt isə budur ki, elm bu cür ehkamları dəstəkləmir. Əgər insan qrupları müəyyən fəaliyyətlərə görə tarixi nöqteyi nəzərdən qabağa düşüblərsə, şübhəsiz sosial faktorların burada böyük rolu olub.

Ola bilsin, bir cəmiyyət insan qruplarına hansısa təcrübəni həyata keçirməyə imkan verməyib, başqa fəaliyyətlərə isə imkan verib. İllər ötdükcə qrupun üzvləri icazə verilən peşə sahəsinə görə əlaqələndiriliblər. Onlar öz peşələrində hansısa irsi səbəblərdən qaynaqlanan istedada görə yox, sadəcə buna icazə verildiyinə görə irəliləyiblər. Stereotip yayan kəslər sosial faktorları inkar edirlər və əslində irsən mövcud olmadıqları təqdirdə insan qruplarıyla müəyyən bacarıqlar, faəliyyətlər, yaxud davranışlar arasında bağlılıq axtarırlar.

Yekun Vurarkən

Növbəti dəfə hansısa insan qrupu haqqında stereotip irəli sürərkən, özünün aid olduğun insan qrupu haqqında düşün. Bu qrupa aid olan stereotiplərin siyahısını çıxar. Bu stereotiplərdən hansı sənə aiddir? Böyük ehtimalla sən cinsiyyət, irq, seksual oriyentasiya və millətin mənşəyi haqqında adətən sənin aid olduğun qrupla əlaqələndirilən stereotiplərlə razılaşmayacaqsan. Məhz buna görə də ayrıca fərdləri mühakimə eləmək daha doğrudur, nəinki onların aid olduqları qrupları.

Mənbə: www.thoughtco.com

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR