Bill Qeyts: İqlim Fəlakətinin Qarşısını Necə Almaq Olar – niyə elm kifayət etmir

Kitab - müəllif
Photo

“Microsoft”un həmtəsisçisi böhrana son qoymaq üçün elmə və texnologiyaya göz dikib… amma ölkələr öz aralarında əməkdaşlaq edə bilərmi?

Bill Qeyts özünün “Microsoft” proqram təminatı ilə həyatımızı dəyişdirib, onun xeyriyyə fondunun poliyonu, vərəmi və malyariyanı aradan qaldırmaq üçün gördüyü işlər saysız-hesabsız insan həyatını xilas edib, indi isə o, iqlim dəyişiklinə qarşı mübarizəylə həyatımızı xilas etməyi təklif edir.

Qeytsin bir neçə gün əvvəl nəşr olunan “İqlim Fəlakətinin Qarşısını Necə Almaq Olar” kitabı onillər boyu davam edən fəlakətli təcrübələrin təsirlərinin qarşısını almaq üçün vacib olan transformasiyanın detallarını əks etdirir. Qeytsin hesablamalarına görə, biz hər il atmosferdən 51 milyard ton istixana qazını silməliyik. Əgər bunu etməyə müvəffəq olmasaq, onda bu, bizə Covid-19-un səbəb olduğu 1,5 milyon insan həyatından daha baha başa gələ və onun rəqəmlərinə görə, bir əsr əvvəl İspan Qripinin səbəb olduğundan da daha çox ölümə səbəb ola bilər.

Bir texnoloq kimi Qeyts 51 milyard ton istixana qazından xilas olmaq və 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olmaq üçün cədvəl tərtib edib. Biz bərpaolunan enerjini çoxaltmalı, fossil yanacağını isə azaltmalıyıq (bu emissiyalarda ixtisar edilməsi lazım olan təxminən 27%-i əhatə edir), öz mallarımızı istehsal etmək (31%), öz qidamızı yetişdirmək (18%), səyahət eləmək (16%) və evlərimizi isti, yaxud soyuq saxlamaq metodlarımızı dəyişdirməliyik.

Bill Gates ənənəvi olaraq bu il oxuduğu ən yaxşı 5 kitabı təqdim edib

Buna nail olmaq üçün Qeyts təkliflər paketi irəli sürüb, əgər Böyük Britaniya görsə, paket nöqtəbənöqtə BMT-nin bu il iqlim dəyişikliyi ilə bağlı Qlazqoda keçirəcəyi konfransın rəsmi gündəliyinə daxil edilə bilər. O, yeni yaşıl sövdələşmə, karbon qiymətləndirmə və gücləndirilmiş korporativ məsuliyyət təklif edir. Amma Qeytsin ən vacib təklifləri yeni texnologiyalarla bağlıdır. Onun səhiyyə ilə bağlı qlobal təşəbbüsləri xəstəliklərlə mübarizə aparmaq üçün necə elmi həll metodlarından ibarətdirsə - o yazır: “mənə problem göstərin, onu həll etmək üçün texnologiya axtaracam” – burda da onun əsas marağı “Manhetten Layihəsi”nə və ya Aya enişə bərabər texnoloji kəşfdədir.

Qeyts problemin miqyası və təxirəsalınmazlığı məsələsində haqlıdır. Qlobal karbon emissiyaları 1990-cı ildəkiylə müqayisədə 65% daha çoxdur və özünün təmtəraqlı ritmiylə, ingilis, şotland şampanı hazırlayan şərabçı hekayələriylə müşayiət olunan “qlobal istiləşmə” termini qasırğaların, fırtınaların, daşqınların və kəskin quraqlıqların intensivliyini, planetimizi milyon illər ərzində görünməyən temperaturlara düçar olmasını adekvat şəkildə izah etmir. Eyni zamanda termin (bu kitabın da göstərdiyi kimi) nə tarixin ən böyük bazar uğursuzluğunu, nə də dünyanın indiyə qədər üzləşdiyi qlobal miqyasdakı ən mürəkkəb kollektiv fəaliyyət problemini əks etdirmir.

• Qeyts problemin miqyası və təxirəsalınmazlığı məsələsində haqlıdır. Qlobal karbon emissiyaları 1990-cı ildəkiylə müqayisədə 65% daha çoxdur

Bizim dünyanın 800 milyon yoxsul insanını elektrik enerjisindən məhrum edə bilməyəcəyimizi qəbul etməklə o, planın başlanğıc nöqtəsində təmiz enerji yaratmağı və xərcləri ixtisar etməyi təklif edir. Artıq elmi nailiyyətlər günəş, külək, dalğa enerjisində, batareya ehtiyatında, elektrik maşınlarında və s. qiymətlərin heyrətamiz səviyyədə aşağı düşməsinə töhfə verib. Ancaq əgər biz lazımi təmiz enerji vermək istəyiriksə, daha irəliyə getməliyik. Qeyts özünün enerji qiymətlərində “bərpaolunan portfoliyo standartı” adlandırdığı şeyi və iqlimlə bağlı tədqiqat və inkişafı təcili şəkildə beşqat artırmağı tələb edir. Buraya həmçinin nüvə birləşməsi və nüvə parçalanması da daxildir: termal enerji (yeraltındakı qızmar qayalardan enerji hasil etmək); karbon mineralizasiyası; okeanları deasidifay etmək üçün dəniz əsaslı karbon ixtisarı; xüsusi maşınlardan istifadə etməklə birbaşa hava ələ keçirmək. Ən müasir günəş panellərinin belə günəş enerjisinin cəmi dörddə birini hasil edə bildiyini nəzərə alsaq, biz bərpaolunan enerjinin çatışmazlıqlarını, mövsümü fərqlilikləri və enerjini anbarlamaq üçün yüksək xərc kimi problemləri təcili şəkildə həll etməliyik.

İnsanlar nə vaxt yemək əvəzinə həblə qidalana biləcək?

Amma biz bütün enerji, nəqliyyat və istehsalat sahələrində emissiyalar yenidən atmosferə buraxılmazdan əvvəl onları saxlamaq üçün çox iş görməliyik: onları yerin dərinliyində mühafizə etmək, beton kimi uzunömürlü məhsula çevirmək, hətta betonu əvəz etsin deyə əhəng yaratmaqçün CO2-ni kalsiumla qarışdırmaq olar.

Bütün bu ölçülər götürülərsə, dünyanın qarşısına qoyduğu xalis sıfır karbonuna nail olmaq mümkündür. Hərçənd əgər siyasət sadəcə müasir problemlərin səbəb və məntiqinə söykənsəydi, biz təkcə iqlim böhranını həll etməzdik, Covid-19 və digər infeksion xəstəlikləri də müalicə edərdik.

Ona görə də biz hər şey belə açıq-aşkar ortadadırsa, niyə belə ləng hərəkət etdiyimizi özümüzdən soruşmalıyıq. Onu da soruşmalıyıq ki, ətraf mühitin çirklənməsindən onillər boyu əziyyət çəkməkdənsə, zəngin ölkələr niyə yoxsul dövlətlərdə yumşalma və adaptasiya tədbirlərini maliyyələşdirməyiblər, niyə dünya birgə çıxış etməkdə uğursuzluğa düçar olub?

Qeyts apaçıq elmi siyasətdən üstün tutur – “Mən politoloqdan daha çox mühəndis kimi düşünürəm” – və onun nöqteyi nəzəri, elmə və məntiqə dair heyratamiz inancı bu dəfə mənə görkəmli iqtisadçı Con Maynard Keynesin iqtisadi rasionallığını xatırladır. Onun iqtisadi düşüncədəki yanaşmaları dünyaya 1930-lardakı kütləvi işsizlikdən və depressiyadan çıxış yolu göstərmişdi. Amma o, dövrünün siyasi liderlərini inandıra bilməmiş və məyusluqla siyasəti “yararsızların sağqalması” kimi yamanlamışdı. “Problem təkcə yeni ideyalar yaratmaqda deyil, həm də köhnələrdən xilas ola bilməməkdir”, - deyə, o bildirmişdi.

Qeyts bunu deyəcək qədər təvəzökardır: “Mənim iqlim dəyişlikliyi siyasəti üçün həllim yoxdur”, amma o, özü də yaxşı bilir ki, axtardığı həll yolu mütləq şəkildə siyasi qərarlardan keçir. İlk baxışda təkzibedilməz kimi görünən elmi sübutlar güclü maraqlar tərəfindən tapdalana, bürokratik etinasızlıq səbəbindən kənara atıla və öhdəliklərinə əməl etməyən qeyri-kompetent və zəif siyasi liderlər tərəfindən məhv edilə bilər. Yaxud da onlar geopolitik rəqiblərin və ya sadəcə dövlətlərin milli suverenliyin mütləqiyyətçi və geridəqalmış baxışlarından asılı ola bilərlər. Nəticədə qlobal problemi həll etməli olan çoxtərəfli əməkdaşlıq ortaya çıxmır, üstəlik iqtisadi və ətraf mühit prioritetləri arasındakı, həmçinin inkişaf etmiş və inkişaf etməkdə olanlar arasındakı real gərginlik həll olunmur.

İqlim dəyişikliyi sivilizasiyanı məhv edə bilər?

Mən 2009-cu ildəki Kopenhagen iqlim dəyişikliyi sammitini xatırlayıram. O zaman Böyük Britaniyanın və Avropanın saziş barədə həvəsi ABŞ-ın qanuni öhdəliklər götürmək barədə etinasızlığı nəticəsində iflasa uğramışdı, bura Çinin dərin şübhələri, Hindistanın və digər inkişaf etməkdə olan ölkələrin tələblərin onların inkişafına zərbə vuracağına dair inancları da aid idi. Onlar öhdəliklərdən yayınmaq üçün elə qərarlı idilər ki, Avropanın təktərəfli şəkildə emissiyaları 50% aşağı salmaq barədə təklifini belə rədd etmişdilər. İxtilaf o qədər dərin idi ki, Avstraliyanın baş naziri Kevin Rudd – o, ambisiyalı saziş üçün cəsarətlə irəli çıxmışdı – çinli rəsmini yumruqlamasın deyə fiziki şəkildə əngəllənmişdi.

2015-ci ildə imzalanan Paris sazişi Kopenhagendəki bir çox çatışmazlıqları aradan qaldırdı. Saziş qlobal hədəfə çatmağı planlaşdırırdı: tempraturun sənayedən əvvəlki səviyyədən 2 dərəcə yuxarı qalxmasının qarşısını almaq – 1,5 dərəcədə arzuedilən idi. Hər bir ölkənin öz emissiyalarını davamlı surətdə gözdən keçirməsi, monitorinq etməsi, hesabat verməsi üçün yeni öhdəliklər təyin edilmişdi. Biz böyük iqtisadiyyatlara karbon tullantılarının azaldılması üçün öhdəlik qoya bilməsək də, onlar öz ambisiyalarını hər beş ildən bir gücləndirməyə razılaşmışdılar.

Noyabrda Qlazqoda keçiriləcək İqlim Dəyişikliyi Konfransının əhəmiyyəti odur ki, 70 ölkənin karbon emissiyalarını sıfırlamaq barədə öhdəlik götürməsi ilə yanaşı, digər ölkələr öhdəliklərini təqdim edəcəklər - bu, illər sonra proqresə nail olmaq üçün bir fürsətdir. Bu həm də elə bir anda baş verir ki, elm daha dəqiq, texnologiya daha rentabelli, fəaliyyətsizliyin qiyməti isə çox barizdir. Bundan başqa, Prezident Bayden və onun yeni iqlim səfiri Con Kerri Amerikan liderliyinin qayıtdığın bəyan edir, korporasiyalar və şəhərlər dəyişikliyə həvəslidirlər.

Qeytsin texnologiyaya daha çox maliyyə yatırmaqla bağlı təkiliflərinə əlavə olaraq, mən Qlazqoda 4 əsas cəbhədə irəliləyiş olacağını proqnozlaşdırıram.

Birincisi, maliyyənin stimullaşdırılmasını qlobal miqyasda koordinasiya etməkdir ki, bu, koronavirusdan sonra iqtisadiyyatın bərpası üçün mütləqdir. Bunun əsasında ekoloji baxımdan dayanıqlı infrastrukturun genişlənməsi və milyonlarla lazımi yeni iş yerlərinin yaradılması üçün yeni "yaşıl" sövdələşmə dayanmalıdır.

İkincisi, bütün dünyada tətbiq ediləcək yeni korporativ qanunları razılaşdırmaq lazımdır. Bu qanunlar qlobal şirkətlərə özlərinin karbon hesabatlarını, onların əməliyyatlarının ətraf mühitə təsirlərini əks etdirən məlumatları ortaya qoymağa, həmçinin ənənəvi biznes fəaliyyətini qıraraq sıfır karbon iqtisadiyyata keçmək planlarını nəşr etməyə təşviq etməlidir.

Üçüncüsü, biz fossil yanacağına verilən subsidiyaları azaldacaq sazişlər imzalamaqla və Baydenin sərhəd nəzarəti mexanizmləri barədə planını (ilk dəfə idxala və ixraca karbon vergisi qoymaqla) qəbul etməklə karbon üçün qiymət qoymaq hədəfini irəli sürməliyik.

Alimlər siyasətçilərin öhdəsindən necə gəlməlidirlər?

Və dördüncüsü meşələrin bərpasından tutmuş, hazırda Dünya Resurs İnstitutunun təşviq etdiyi torpaqdan daha effektiv istifadəyə qədər təbiət əsaslı həll yolları barədə razılığa gələ bilərik. Bunu həyata keçirməklə söz verilən 100 milyard dollarlıq yaşıl iqlim fondunu reallaşdıra bilərik. 10 il əvvəl planlaşdırılan bu fond iqlimin yaxşılaşması üçün ödənişlərin toplanılmasını və paylaşdırılmasını, həmçinin inkişaf etməkdə olan ölkələrin adaptasiyasını nəzərdə tuturdu.

Amma Paris Sazişinin işə düşməsi üçün – istiləşməni 1.5 dərəcə azaltmaq üçün – ölkələrin 2030-cu ilə qədər karbon emissiyalarını yarıbayarı azaltması tələb olunur. Dəyişiklik üçün həm də böyük neft kimi maraq tərəfləri təmsil olunmalıdır. Məsuliyyətsiz demoqoqların populist millətçi və proteksionist ritorikası həll olunmalıdır. Yeri gəlmişkən, məsuliyyətin artırılmasının qızğın tərəfdarları məsuliyyəti paylaşmağın niyə hər xalqın maraqlarına uyğun olduğunu və koordinasiya olunmuş qlobal fəaliyyətin niyə üzləşdiyimiz ətraf mühit problemlərinə son qoyacağını göstərməyi bacarmalıdırlar. Uğur o zaman gələcək ki, real hegemon ölkələr güclərini başqaları üzərində tətbiq etməkdənsə, ondan başqalarıyla birgə istifadə etməyə razı olduqlarını nümayiş etdirəcəklər.

Qordon Braun – Böyük Britaniyanın keçmiş baş naziridir.

theguardian.com

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR