İlk vaksinin yaradılmasının qorxulu və maraqlı tarixi

Toplum
Photo

İlk vaksin necə yaradıldı: qorxulu eksperiment

Qızılca milyonları öldürməyə adət etmişdi. Təsadüfi bir kəşf ilk vaksinin yaradılmasına və insan sağlamlığında transformasiyaya gətirib çıxardı.

Qızılca murdar xəstəlik idi.

Bədənin ağrıyar, hərarətin artar, boğazın gələr, baş ağrılarından və təngnəfəslikdən əziyyət çəkərdin”, - epidemioloq və Vaksinlərin Tarixi saytının rerdaktoru Rene Nayera deyir.

Amma ən pisi hələ bu deyildi.

Hələ bu azmış kimi, bütün bədəniniz qorxunc şəkil dəyişikliyinə məruz qalardı - baş dərinizdə, ayaqlarınızda, boğazınızda, hətta ciyərlərinizdə irin qabarcıqları yaranar və bir neçə gün ərzində quruyaraq tökülməyə başlayardı”, - Nayera qeyd edir.

Qlobal ticarətin yüksəlişi və imperiyaların genişlənməsiylə qızılca dünya miqyasında cəmiyyətləri darmadağın etmişdi. Qızılcaya tutulan hər üç yetkin adamdan biri, on körpədən isə səkkizi ölümə məhkum idi. 18-ci əsrdə təkcə Avropada hər il 400,000 insanın bu xəstəlikdən öldüyü hesab edilir.

İspan qripi və koronavirus: 100 il sonra eyni faciəni təkrar necə yaşadıq?

Limanlar xüsusilə təhlükəliydi. 1721-ci ildə ABŞ-ın Boston şəhərində yayılan qızılca əhalinin 8%-ni məhv etmişdi. Hətta sağ qalsaydın belə, xəstliyin təsirləri qalıcı idi, o, bəzilərini kor edər, bəzilərində isə iyrənc çopurlar qoyardı.

Nayeranın dediyinə görə, qaysaqlar töküləndə səni çopur-çopur edər və eybəcərləşdirərdi – hətta bəzi insanlar çopur yaşamaqdansa, intiharı üstün tutardılar.

Müalicələr faydasız üsullarla əcaib üsullar (yenə də faydasız) arasında dəyişirdi. Bunlara insanları isti otaqlarda və ya bəzən soyuq otaqlarda yerləşdirmək, yemiş yeməkdən çəkindirmək, xəstələri qırmızı parçalarla örtmək və 17-ci əsr təbibinin fikrincə, xəstəyə hər 24 saatda bir “12 şüşə kiçik pivə” vermək daxil idi. İntoksikasiya ən azından ağrını səngidə bilərdi.

Buna baxmayaraq, cəmi bircə həqiqi müalicə üsulu da vardı. İnokyulasiya və ya variolasiya kimi bilinən metod qızılcadan əziyyət çəkən kəsdən qaysağın götürülərək sağlam insanın dərisinə yeritməyi nəzərdə tuturdu. Başqa bir metodda isə qızılca toxumaları buruna üfürülürdü.

18-ci əsrdə Avropaya və Amerikaya Onesimus adlı kölə edilmiş adam tərəfindən gətirilməzdən əvvəl ilk dəfə Afrikada və Asiyada tətbiq edilmiş inokyulasiya metodu adətən xəstəliyi zəiflədirdi. Amma həmişə yox. Bəzi insanlar tam şəkildə qızılcaya yoluxur və bütün inokyulasiya edilənlər xəstəliyin daşıyıcısı olmaqla, onu görüşdükləri adamlara yoluxdururdular. Daha yaxşı həll yolu tələb olunurdu.

Cennerin müdaxiləsinə qədər qızılcanın müalicəsi ya faydasız idi, ya da ki, əcaib (Foto: Getty Images)

1700-ci illərdə aqrar İngiltərədə bir qrup insanın qızılcaya qarşı immunitetinin olması müəyyən dairələrə yaxşı məlum idi. Qulluqçular mal-qaradan keçən və xırda çapıqlar əmələ gətirməklə özünü yüngül formada göstərən inək qızılcası deyilən xəstəliyə yoluxurdular.

Vaksinlər milyonlarla insanın həyatını necə xilas edib?

1774-cü ildə İngiltərənin qərbində qızılca epidemiyasının hökm sürdüyü bir vaxtda fermer Benjamin Cestin yeni bir şeyi sınaqdan keçirmək qərarına gəldi. O, inəyin məməsinin üzərindəki inək qızılcası toxumalarından götürdüyü qaysaqları arvadının və oğlanlarının dərisinə yeritdi. Onların heç birisində qızılca müşahidə edilmədi.

Amma yalnız uzun illər sonra insanlar Cestin deyə bir kəsin işindən xəbər tutdular. Peyvəndləmənin kəşfinə və ən vacibi, onun populyarlaşdırmağına görə ad çıxaran bu zat oxşar müşahidələr aparmış və oxşar qənaətlərə gəlmişdi.

Edvard Cenner isə Qlouçesterşirin Berkli şəhərciyində işləyən əyalət həkimi idi. O, Londonda dövrünün məşhur cərrahlarından birindən dərs almışdı. Cennerin qızılcanı müalicə etməyə marağının onun uşaqlıqda məruz qaldığı qızılca inokyulasiyası ilə bağlı təcrübədən irəli gəldiyi bildirilir.

 1796-cı ildə fermerlərdən və qulluqçulardan bəzi nümunələr götürməklə, Cenner eksperiment keçirmək qərarına gəldi.

Deyilənə görə, həmin hadisə Cennerdə çox ağrılı iz buraxıb, onun motivasiyasının arxasında müəyyən qədər şəxsi əzab-əziyyətləri dayanırdı, - Dr. Cennerin Ev Muzeyinin meneceri Ovn Qauer deyir: O düşünürdü ki, nəsə alternativ, təhlükəsiz və daha az qorxulu olan bir şey tapmalıdır”.

1796-cı ildə fermerlərdən və qulluqçulardan bəzi nümunələr götürməklə Cenner eksperiment keçirmək qərarına gəldi. Bu ölümcül eksperiment ola bilərdi. Uşaq üçün.

O gənc qulluqçu Sara Nelmsin əllərindən inək qızılcası qaysaqları götürmüş və 8 yaşlı Ceyms Fipsin dərisinə yeritmişdi. Beş günlük yüngül xəstəlikdən sonra Cenner bu qərara gəldi ki, oğlanı qızılca qabarcığından hazırlanmış maddə ilə inokyulasiya etmək olar. Beləcə nə Ceyms, nə də onunla ünsiyyətdə olan kəslər qızılcaya yoluxdular.

Eksperiment baş tutsa da, bugünün standartları ilə bu, etik mənada problemli idi.

Edvard Cenner heykəldə oğlunu peyvənd edərkən əbədiləşdirilib (Foto: Getty Images)

Məsələ kliniki sınaqda deyildi, səni narahat edən onların peyvənd etmək üçün seçdikləri adamlar idi”, - Mançester Universitetinin immunologiya üzrə professoru Şeyla Kruikşank deyir.

Cennerin özünün də kəşfin arxasındakı elmdən xəbəri yox idi. Qızılcanın variola virusu tərəfindən yaradılması barədə anlayış mövcud deyildi və bədənin immun sisteminin necə işləməsi hələ də sirr olaraq qalırdı.

İnsanlar arasında peyvəndlə bağlı narahatlıq nədən qaynaqlanır?

Onların immunitet yaratmaq, antitel yaratmaq, yaddaş yaratmaq üçün əsaslandıqları bir çox şeylər barədə konseptləri yox idi, - Kruikşank deyir: bu həm ağlasığmaz, həm də müəyyən dərəcədə qorxulu idi”.

 “Cenner öz vaksinindən pul qazanmağa çalışmırdı, onun belə marağı yox idi”, - Ovn Qauer

Bununla belə, Cenner başa düşürdü ki, onun qızılca vaksininin – inək qızılcası mənasını verən Latıncadan gəlmə “vaccinia” adını vermişdi – tibbi transformasiyaya uğratmaq və həyatları xilas etmək potensialı var. O, onu da başa düşürdü ki, xəstəliyin öhdəsindən ancaq mümkün olduğu qədər çox insanı peyvənd edərsə gələ bilər.

Cenner öz vaksinindən pul qazanmağa çalışmırdı, onun belə marağı yox idi, - Qauer deyir: O sadəcə insanların bu haqda bilməsini və bunu bölüşməsini istəyirdi”.

O, bağındakı köntöy yay evini Vaksin Məbədinə çevirmiş və yerliləri bazar günləri kilsədən sonra peyvənd olunmağa çağırırdı.

O, başqa təbiblərə yazaraq, vaksinin materialını təklif edir və onlara bunun özləri tərəfindən həyata keçirməyi təklif edirdi ki, insanlar inandıqları yerli tibb mütəxəssisləri tərəfindən peyvənd olunsunlar, - Qauer bildirir: Bu, vaksin propoqandası baxımından indilərdə aktual olan mövzudur və düzgün insan tərəfindən düzgün mesajın çatdırılmasının vaksinin insanlar arasında qəbul edilməsini ehtiva edir”.

19-cu əsrdə qızılcanın təkcə Avropada 400,000 adamı qətlə yetirildiyi düşünülür (Foto: Getty Images)

Cenner öz tapıntılarını nəşr edəndən sonra kəşf xəbəri bütün Avropada yayıldı. Daha sonra, İspaniya Kralının dəstəyi sayəsində bütün dünyaya.

IV Kral Çarlz öz ailə üzvlərini qızılca səbəbindən itirmişdi, digərləri – qızı Mariya Luiza daxil olmaqla, - xəstəlikdən sağ qurtulandan sonra çopur qalmışdılar. O, Cennerin vaksini barədə xəbər tutandan sonra təbibin İspan İmperiyasının ən ucqar bölgələrində qlobal ekspedisiya təşkil etməsini maliyyələşdirdi. Hərçənd ədalətli olsaq, dünyanın bu bölgələri elə avropalı müstəmləkəçilərin qızılcanı ilk dəfə təqdim etdikləri yerlər idi.

1803-cü ildə gəmi Cənubi Amerikaya yola düşdü. Göyərtədə vaksin daşıyıcısı olan 22 yetim var idi.

Vaksinin kütləvi istehsalı üçün başqa yol yox idi, ona görə də onu uşağa verirdilər, - Nayera qeyd edir: Uşaq toxuma yaradır, bir-iki gün sonra bunu ondan götürüb digər uşağa verirdilər, proses sonacan belə davam edirdi”.

Uşaqlar yetimxananın direktoru İzabel de Zendala u Qomezin nəzarətindəydilər, o, missiyaya töhfə vermək üçün öz oğluna da gətirmişdi.

 “Cenner bütün bunları nəylə məşğul olduğunu tam qavramadan etmişdi”, - Rene Nayera

Qüvvələri bölüşdürən ekspedisiya Kariblərdən, Cənubi və Mərkəzi Amerika boyunca keçməklə və nəhayət, Atlantikdən keçməklə Filippinlərə çatdı. Kəşf olunmasından sonrakı 20 il ərzində Cennerin vaksini milyonlarla insanın həyatını xilas etmişdi. Beləcə, qızılca peyvəndləməsi tezliklə bütün dünyaya yayılmışdı. O, yalnız 1979-cu ildə tamamilə ləğv edilmişdi.

Şəxsən bu mənə Covıd-19 vaksini ilə bağlı ümid verir, - Nayera bildirir: İndi bizim viruslarla və immun sistemiylə bağlı 200 illik biliyimiz var, amma Cenner bütün bunları nə ilə məşğul olduğunu tam qavramadan etmişdi”.

Qauerin dediyinə görə isə Cenner onun ən böyük elm qəhrəmanlarından biridir: “Onun əzmi və yeniliyi dünyanı dəyişdirdi, saysız-hesabsız insanın həyatını xilas etdi və etməkdə də davam edir”.

Bbc.com

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR