Bill Qeytsin bu yay oxumağımızı tövsiyyə etdiyi kitablar

Hər şeydən biraz
Photo

Bill Qeyts tövsiyyə edir: kitablar

Bill Qeyts sizə bu yay bir qədər ciddi düşünməyi məsləhət görür. Bu mövsümdə oxumaq üçün ən yaxşı kitabların illik siyahısı üçün, Qeyts mühüm suallar qoyan beş vacib və təsirli kitab seçib: “Bir dahinin zehni necə işləyir? Yaxşı insanların başına niyə pis şeylər gəlir? Bəşəriyyət hardan gəlib və haraya gedir?”

Lakin çimərlik oxucuları da narahat olmasın. Qeyts, notlarını açıqlayan yazıya əlavə edir: “Bütün bu kitablar oxumaq üçün əyləncəlidir və onların əksəriyyəti olduqca qısadır”. Qeytsin bu yay oxumağınızı istədiyi beş kitab bunlardır:

Walter Isaakson “Leonardo da Vinçi”

Qeyts, 1990-cı illərdə Leonardo da Vinçinin mövcudluğunu davam etdirən jurnallarından birinin fəxri sahibi oldu və onun rəssam-ixtiraçıya olan mətfunluğu hələ də davam edir. “Oxuduğum hər hansı digər Leonardo kitabından daha çox, bu kitab onu qüsursuz bir insan kimi görməyinizə və nə qədər özünəməxsus olduğunu başa düşməyinizə kömək edir” – Qeyts İsaaksonun bioqrafiyası barədə yazır: “Leonardonun bir çox bacarıqlarına və bir neçə uğursuzluğuna nəzər yetirdikdə, hər şeydən üstün olan xüsusiyyət, əlavə olaraq, heyrət və maraq duyğusudur”.

Keyt Bouler “Hər şey bir səbəbdən baş verir: və seydiyim digər yalanlar” (Everything Happens for a Reason: and Other Lies I’ve Loved, Kate Bowler)

Qeytsin bu ilki siyahısında seçdiyi yeganə memuar, Boulerin dördüncü dərəcə kolon xərçənginə qarşı mübarizə hekayəsidir, çünki kitab çox vacib bir sual soruşur: Nə üçün? İnanclı bir alim olan Bouler xəstəlik sınaqları boyu yaşadığı kimi iman və tale ilə boğuşur – və bunu yumor hissi ilə edir, Qeyts yazır: “Bu düşüncəli qadının belə ağır mövzulara dürüstlük və yumorla sinə gərdiyini görmək ruhlandırıcıdır”.

Corc Sonders “Linkoln Bardoda” (Lincoln in the Bardo, George Saunders)

Məşhur qısa hekayələrin yazarı Sondersin Avraam Linkolnun oğlu Villinin ölümü ətrafında mərkəzləşən ilk romanı Man Booker Mükafatına layiq görülüb. “Saunders həmçinin Villinin ölümünün və onun nəticələrinin hekayəsini danışmaq üçün tarixi mətnlərdən alınmış nümunələrdən istifadə edir. Onun bu geri dönüşləri keçmişə dair hafizəmizin nə qədər bulanıq ola biləcəyini göstərmək üçün istifadə etmə formasını çox bəyəndim” – Qeyts yazır: “Bu mənə hekayəçilərin tarixi necə formalaşdırdığı ilə bağlı bənzər fikirlərlə maraqlanan muzikal Hamiltonu xatırlatdı”.

David Kristian “Mənşə hekayəsi: hər şeyin böyük tarixi” (Origin Story: A Big History of Everything, David Christian)

“Hardan gəldiyimiz ilə maraqlanan insan təbiəti” – Qeyts yazır, “və mənşə hekayələri insanları ortaq tarix və paylaşılan məqsəd duyğusu ilə birləşdirir”. Kristianın kitabı ruhunu özünün onlayn sinifi – Böyük Tarixdən (Big History) alır. Qeyts Kristianın Böyük Tarixini kainatımızda həyatın mənşəyi və təkamülü ilə bağlı “bütün zamanların sevimli kursu” kimi təsvir edir.

Hans Roslinq “Faktikilik: Dünya barədə səhv etməyimizin on səbəbi – və işlər nə üçün sən düşündüyündən daha yaxşıdır” (Factfulness: Ten Reasons We’re Wrong About the World - and Why Things Are Better Than You Think, Hans Rosling)

İsveçli həkim və statistikaçı Hans Roslinq, qlobal sağlamlıq istiqamətindəki fikirləri ilə müəyyən izləyici kütləsi formalaşdırdı. O, 2017-ci ildə vəfat etsə də, ondan geriyə oğlu və gəlinin həmmüəllif olduğu və aprel ayında nəşr olunan “Factfulness”qaldı. Roslinq “dünyaya dair əsas həqiqətlərin başa düşülməsinə – həyatın necə daha yaxşı hala gəldiyi və dünyanın hələ harada yaxşılaşdırılması gərəkdiyinə – dair uğurlu yol təqdim edir” – Qeyts yazır: “Bu, dahiyanə bir adamdan uyğun son söz və indiyə qədər oxuduğum ən yaxşı kitablardan biridir”.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR