Niyə bütün ölkələr koronavirusun aradan qaldırılmasında iştirak etməlidir ? – 16 səbəb

Hər şeydən biraz
Photo

Koronavirusu görməzdən gələn ölkələrdən fərqli olaraq, onun qarşısını almağa çalışan ölkələr daha uğurlu olub, iqtisadiyyatları da daha yaxşı performans göstərib

Ötən il COVID-19 bizə göstərdi ki, böhran təcrübəsini virusun və ya fərdlərin davranışındansa, dövlətlərin davranışı şəkilləndirir. Virus dalğaları ilə bağlı söhbətlər ona çox böyük təsir gücü qazandırdı: son dövrlərəcən yoluxma dərəcələri hökumətlərin aktivliyinə və passivliyinə nəzərən müəyyən edilirdi. Təzəlikcə daha yoluxucu variantların üzə çıxmasından sonra isə, ikinci dalğa haqqında danışmaq yerinə düşə bilər.

Hökumətlər qarşıdakı bir-iki il üçün mübarizə planlarını açıqladıqca, biz onlardan strategiyalarını ən yaxşı işləyən metodları əks etdirən datalara əsasladıracaqlarını gözləyə bilərik. Bu məsələdə ən yaxşı işləyən metodun isə koronavirusu gizlətməkdən, görməzdən gəlməkdənsə, onu aradan qaldırmaq, eliminasiya strategiyasının (sərhədlərə nəzarət, sosial məsafə saxlamaq, maska taxmaq, test və yoluxmaları izləmək və s.) olduğunu deyə bilərik. Covid-i sıfırlamağı məqsəd güdmək, “virusla birgə yaşamaq” yanaşmasından daha müsbət nəticələr verir.

Ölkələrin ən azından COVID-i azaltmaq yanaşmasını həyata keçirməli olduqlarını göstərən 16 səbəbi təqdim edirik:

1. Bu strategiya həyat qurtarır. Təəccüblü deyil ki, virusun yoluxuculuğunun azaldılması COVID-19-dan ölümləri minimallaşdırır. Koronavirusu azaltmaq metodunu həyata keçirən ölkələrdə ölüm göstəricisi bir qayda olaraq bir milyonda on nəfəri təşkil edir, yəni bu ölkələrdə ölüm nisbəti virusla “yaşayan” ölkələrdən yüz dəfə azdır.

2. İcmalarda yoluxmaların qarşısının alınması “COVID-in uzanmasının”, yəni sağ qalanlarda həmişəlik sağlamlıq problemlərinin qalmasının qarşısını alır. Xəstəxanalıq olan əksər insanlarda bu cür sağlamlıq problemləri özünü göstərib, hətta yüngül keçirən insanlarda belə.

3. Koronavirusu azaltmaq strategiyası bərabərliyə töhfə verir. Pandemiya demək olar ki, əksər hallarda ən çox etnik qruplara, yoxsullara və uzunömürlü xəstəlikləri olan şəxslərə ziyan vurur. Xüsusilə müvafiq “təhlükəsizlik şəbəkəsi”nə təminat varsa, COVID-19 bərabərsizliyin qarşısını ala bilər.

4. Koronavirus hallarını azaldan ölkələrdə virusla yaşamağı seçən ölkələrdən fərqli olaraq, iqtisadi kiçilmə prosesi daha az müşahidə edilir. Çin və Tayvan yeganə iki ölkə idi ki, 2020-ci ildə ya neytral, ya da müsbət iqtisadi dinamika baş vermişdi.

5. Yoluxmaların ixtisarı mümkündür və bir çox şəbəkələrdə işləyir. Dünya miqyasında bir çox ölkələr və yurisdiksiyalar, xüsusilə Çin, Tayvan, Vyetnam, Kamboca, Laos, Monqolustan, Sinqapur, Avstraliya və Yeni Zelandiya yoluxmaların azaldılması strategiyasını uğurla həyata keçirirlər. Bu ölkələr coğrafiya, əhali sayı, resurs və dövlət forması baxımından müxtəlifdirlər.

6. Hətta çox güclü lokal yoluxmalar olubsa belə, virusun yayılmasının qarşını almaq mümkündür. Çin bunu Vuhanda nümayiş etdirdi. Avstraliya hökuməti də lokal yoluxmaların kəlla-çarxa çıxdığı dövrdən sonra (yoluxmaların sayında Birləşmiş Krallığı geridə qoymuşdu), koronavirusun yayılmasını əngəlləyə bilmişdi.

7. Əgər eliminasiya strategiyasını tətbiq edən ölkələrin sayı artsa, bu asan metod olar. Beləcə “Yaşıl zonalar”ın yaradılması ilə sərhəd yoxlamaları yüngülləşdirilə və karantindən-azad səyahətlərə icazə verilməklə, sosial-iqtisad qazanclar götürmək mümkün ola bilər. Bu cür açılımlar artıq bəzi Avstraliya əyalətlərində, Atlantik adalarında və Yeni Zelandiyada həyata keçirilir.

8. Effektiv vaksinlərin tədarükü koronavirusun qarşısının alınmasını daha da asanlaşdıracaq. İctimai sağlamlıqla bağlı tədbirlərin görülməsiylə yanaşı, effektiv peyvəndlərin ortaya çıxması bir çox ölkələrdə poliyo və qızılça kimi xəstəliklərin qarşısında alınmasında da həlledici rol oynayıb.

9. Qarşıya qoyulmuş “sıfır-koronavirus” məqsədi güclü motivasiyaya və koordinasiya fokusuna səbəb olur. Virusu görməzdən gəlmək isə aydın bir strategiyanı ehtiva etmir, sürətli yoluxmalara açıq olan ölkələr, məsələn, İrlandiya, müdafiəsiz qalırlar. Nəticə etibarilə ortaya çıxan qeyri-müəyyənlik planlaşdırmanın qarşısını alır, məktəblər, bizneslər, ailə həyatı və s. nəhəng çətinliklərlə üzləşir.

10. Bu, dayanıqlı yoldur. Yoluxmaların qarşısının alınması metodunu tətbiq edən ölkələrdə sərhəd uğursuzluqları və kəskin yoluxmalar baş verdi, amma onlar əksərən yoluxmaları cilovlaya və öz yoluxmalarının qarşısını almaq statuslarını özlərinə qaytara bildilər.

11. Virus mutasiyaya uğrayanda belə, bu strategiya işləyir. COVID-19 yoluxmalarının qarşısını almaq üçün görülən eliminasiya tədbirləri nisbətdə virus mutasiyalarından təsirlənmirlər (halbuki əgər virus qəfil dəyişikliyə uğrayıbsa, testdən keçirilmə nəzəri olaraq daha az təsirli, yoluxmalara nəzarəti həyata keçirmək isə daha çətin olmalı idi).

12. Vaksinlər uzun-müddətli müdafiəyə təminat versələr belə, yoluxmaların qarşısının alınması strategiyası işləməkdə davam edir. Məsələn, əgər vaksinlər birbaşa yoluxmanın qarşısını almaq üçün yetərincə effektiv deyillərsə, eliminasiya metodları yoluxmaları məhdudlaşdıra bilər.

13. Eliminasiya strategiyası daha təhlükəli virus variantlarının əmələ gəlməsini əngəlləyə bilər. Eliminasiya yanaşmaları virusların dövriliyini xeyli aşağı salır. Nəticə etibarilə daha yoluxucu və vaksinlərin qoruyucu effektlərindən yayınan və daha ölümcül olan yeni variantların ortaya çıxması imkanları xeyli azalmış olur.

14. Eliminasiya strategiyasına əməl edən ölkələrdə karantin rejimləri daha az müddət qüvvədə qala bilər. Ərazidə COVID-19-u yayılmasının qarşısını almaq üçün nisbətən qısa və sərt karantinin tətbiqi, virus yoluxmalarının artıq baş vermədiyi təqdirdə nəzarət tədbirlərinin yumşaldılmasına imkan verir. Məsələn, Yeni Zelandiya kimi ölkələrdə karantin rejimləri daha az müddət çəkdi, virusa yetərincə əhəmiyyət verməyən ölkələr isə səhiyyə sistemlərinin yüklənməsinin qarşısını almaq üçün uzun müddət gah karantin rejimi tətbiq etdilər, gah da karantindən çıxmalı oldular.

15. COVID-19 infeksiyasına qarşı sərt nəzarət özüylə birgə digər üstünlüklər də gətirir. Məhdudiyyət tədbirləri qrip kimi digər respirator xəstəliklərin də yayılmasının qarşısını almaqla, xəsətəxanaya yatırmaların və respirator patogenlərindən ölümlərin sayının azalmasına gətirib çıxarıb.

16. Eliminasiya strategiyası optimal uzun-müddətli yanaşmanın müəyyən edilməsinə qədər - ki, hazırda bu qeyri-müəyyən olaraq qalır - yaxşı aralıq strategiya rolunu oynayır. Bir ssenari regional eliminasiya və yaxud "Sars" nümunəsində olduğu kimi qlobal miqyasda kökünü kəsmə tədbirləri ola bilər. Bir başqa məqbul variant da qripdə gördüyümüz kimi sağlamlıq yükünün peyvəndlərlə idarə edildiyi endemik tədbirlər ola bilər.

COVID-19-un eliminasiya strategiyasını həyata keçirilməsilə ortaya çıxan bu üstünlüklər xərclər və potensial mənfi təsirlərlə balanslaşdırılmalıdır. Buna baxmayaq, koronavirusu görməzdən gələn ölkələrdə də bu bədəllər ödənilir, məsələ sadəcə burasındadır ki, bu bədəlləri onlar dəfələrlə artıq ödəməli olurlar.

Balans məsələsində bir çox yurisdiksiyalarda eliminasiya “ən yaxşı pis seçim” kimi görünür. Ümid edirik ki, bütün dövlətlər və Ümumdünya Səhiyyə Təşkilatı pandemiyayla bir və ya iki illik mübarizə tədbirləri çərçivəsində eliminasiya strategiyasını nəzərdən keçirəcəklər.

Maykl Beyker Otaqo Universitetində ictimai səhiyyə professorudur.

Martin Makki London Gigiyena və Tropik Tibb Universitetində Avropa İctimai sağlamlıq fakültəsinin professorudur.

Guardian

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR