Dünya iqtisadiyyatını 2021-ci ildə nə gözləyir?

Toplum
Photo

Dünya iqtisadiyyatı 2021-ci ildə: Kimlər qalib gələcək və kimlər məğlub olacaq

Koronavirus dünya iqtisadiyyatına misli görünməmiş zərbə vurub. Qlobal iqtisadiyyat 2020-ci ildə Ümumi Daxili Məhsulda (ÜDM) ikinci dünya müharibəsindən sonrakı ən böyük tənəzzülə məruz qalıb. Milyonlarla insan işini itirib və ya məzuniyyətə çıxmalı olub. Dövlətlər zərərin qarşısını almaq üçün iqtisadiyyatlarına trilyonlarla dollar əlavə yem vermək məcburiyyətində qalıblar.

Bununla belə, 2021-ci ildə bərpanın olub-olmayacağı da qeyri-müəyyəndir. Çin iqtisadiyyatı yenidən güclü şəkildə inkişaf edir, amma dünyanın bir çox zəngin ölkələri 2022-ci ilin əvvəlinə qədər özlərinə tam gəlməyə bilərlər.

Bərabərsizlik çox yayğınlaşıb. Birləşmiş Ştatların 651 milyarderi xalis gəlirini 30%-ə, 4 trilyon dollara qədər artırsa da, inkişaf etməkdə olan ölkələrdə 250 milyona qədər insan tam aclıqla üzləşə və dünya işçi qüvvəsinin yarısından çoxu dolanışığını itirə bilər.

2020-ci il COVID-dən başqa hansı vacib elmi hadisələrlə yadda qaldı?

Asiyanın üstünlüyü

Pandemiyanın öhdəsindən gəlmək sürəti dünya iqtisadiyyatının performasına böyük təsir göstərəcək. Virusun yeni təhlükəli ştammları ilə vaksinlərin tədarükü arasındakı yarışda erkən qalibiyyətin qazanılacağına heç kim zəmanət verə bilməz. Hətta mövcud vaksinlərin əksəriyyətini əldə edən zəngin ölkələr belə 2021-ci ilin sonuna qədər kollektiv immunitetin yaranmasına imkan verəcək sayda insanın peyvənd olunmasına nail olmaya bilərlər. Yetərincə vaksin əldə edə bilməyəcək inkişaf etməkdə olan ölkələrdə isə virusun daha böyük sürətlə yayılacağı ehtimal edilir. Bu mübarizədə ən böyük qaliblər böyük ehtimalla COVID-19-un öhdəsindən erkən gələn Çin və Cənubi Koreya kimi ölkələr olacaq. 2021-ci ildə Çin iqtisadiyyatının 8% böyüyəcəyi ehtimal edilir, bu, əksər uğurlu Qərb dövlətlərinin hələ pandemiyadan əvvəlki rəqəmlərindən ikiqat çoxdur.

Əslində, Çinin ixrac yönümlü iqtisadiyyatı Qərb ölkələrindəki karantindən faydalanıb. Qərblilərin əyləncə və səyahət kimi xidmətlərə olan tələbi ola bilsin ki, aşağı düşüb, amma məişət avadanlıqlarına və tibbi təchizata olan tələbi daha da artıb. Tramp administrasiyasının tətbiq etdiyi yüksək tariflərə baxmayaraq, Çinin ABŞ-a ixracatı rekord səviyyələrə qalxıb.

Çin Atlantikdə yeni azad ticarət zonası və özünün Avropa ilə Afrikadakı ticarət yolları boyunca Asiyadakı iqtisadi təsirini genişləndirir. Ölkənin yüksək texnologiyalara qoyduğu invesitisiyalar onun yarımkeçiricilər kimi komponentlərə görə, Qərbdən asılılığını azaldacaq. Çin indi əvvəl gözləniləndən ikiqat tez müddətə, 5 ilə ABŞ-ın dünya iqtisadiyyatındakı birinciliyini təhvil ala bilər.

Çin Xalq Respublikası 70 yaşında: İqtisadi möcüzə necə baş verdi?

Hər tərəfdə qəliz vəziyyət

ABŞ, Birləşmiş Krallıq və Qitə Avropası ölkələri üçün vəziyyət ürəkaçan deyil. 2020-ci ilin yayındakı qısa bərpadan sonra, onların iqtisadiyyatı yenidən durğunlaşıb. Buna pandemiyanın ikinci dalğasının səbəb olduğu qədər, onun gətirdiyi sərt karantin rejimləri də səbəb olub. ABŞ-da məsələn, məşğulluq və artım nə vaxt gəldi tətbiq olunan karantin rejimləriylə deyil, pandemiya ilə sıx əlaqədədir, nəticədə də biznesə və istehlaka olan etimad kəskin şəkildə aşağı düşüb. Gələn il hansısa həddə bərpa olacaqsa belə, 2022-ci ildə iqtisadiyyatın 5% kiçik olacağı bildirilir, o da hələ hansısa böhran baş verməsə.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının ÜDM proqnozları (2021-ci ilin 4-cü rübünün 2019-cu ilin 4-cü rübüylə müqayisəsi)

Bununla belə, 2021-ci ilin ən böyük məğlubları böyük ehtimalla inkişaf etməkdə olan ölkələr olacaq. Onlar həm kifayət qədər vaksin almaq üçün iqtisadi resurslardan, həm də nəhəng saydakı COVID xəstələrini müalicə etməkdən ötrü ictimai səhiyyə sistemlərindən məhrumdurlar. Üstəlik onlar Avropada və Birləşmiş Ştatlarda kütləvi işsizliyin qarşısını almaq üçün nəzərdə tutulan irimiqyaslı dövlət subsidiyalarını da verə bilmirlər. Qərbdəki tənəzzülə görə, xammala olan tələbat aşağı düşdüyündən və iri borcların öhdəsindən gəlmək üçün varlı ölkələrdən gələn kiçik yardımlar da kəsildiyindən bu ölkələr bundan belə karantinlərin öhdəsindən gələ bilməyəcəklər.

Əvvəllər sürətlə inkişaf edən Braziliya və Hindistan kimi ölkələr də çətinliklərlə üzləşiblər. Qara bazarda işləyən on milyonlarla yoxsul işçi kəndlərinə qayıtmağa məcbur olub, şəhərlərdəki gecəqondular kütləvi yoxsulluqla, hətta aclıqla üzləşirlər.

Yeri gəlmişkən, Afrikanın ən zəngin ölkəsi olan Cənubi Afrika yoluxmalardakı kəskin artımın öhdəsindən gəlmək üçün yetəri qədər vaksin almaqda xeyli gecikmiş ola bilər. COVAX proqramına üzv olmaqla, ölkə kollektiv yanaşma ortaya qoyub. Bu proqram yoxsul ölkələrin vaksinlərdən kənarda qalmaması üçün nəzərdə tutulub, amma nəticələr əldə etməyə hələ var.

Qərb sivilizasiyası necə çökə bilər?

Yeni parçalanma

Pandemiyanın iqtisadi təsirləri də özünü cəmiyyətdə müxtəlif cür göstərib. Əksərən yüksək əməkhaqqı verən şirkətlərdə tam ştat işləyənlər maaşı xərcləməyə yer olmadığından kifayət qədər pula qənaət edə biliblər.

Xüsusilə ABŞ-dakı ifrat zənginlər “Amazon”, “Netflix” və “Zoom” kimi şirkətlərin pandemiya uğurlarının gətirdiyi fond birjasındakı böyük yüksəlişindən xeyir götürüblər, bu proses böyük ehtimalla davam edəcək. İndi iqtisadiyyatın qarşısında duran əsas sual budur ki, iş yerlərini saxlayanlar və yüksək maaş alanlar gələn il əvvəlki xərcləmək vərdişlərini qaytaracaqlarmı, yoxsa davamlı qeyri-müəyyənlik şəraitində yığdıqlarını saxlayacaqlar?

İşsiz qalanlar, biznesini itirənlər, yaxud da məcburi məzuniyyətə çıxmalı olanlar yeni iş tapmaqda, əvvəlki maaşlarını bərpa etməkdə çətinlik çəkəcəklər – xüsusilə də onu nəzərə almalıyıq ki, pandemiyadan sonra topdan satış və qonaqlama kimi aşağı maaşlı işlərin tam bərpa olunması çətin olacaq. Bu qrupa əksər gənclər, qadınlar və etnik azlıqlar aiddir.

Zəngin dövlətlərin çox sayda işçini məşğulluğa cəlb etmək və məzuniyyətə göndərmək üçün istifadə edilən irimiqyaslı subsidiyaları ixtisar edəcəcəyinə görə, bərabərsizlik arta bilər. Birləşmiş Krallığın maliyyə kansleri Rişi Sunak özünün noyabrdakı xərclərinə dair açıqlamasında bu barədə açıq niyyətini ortaya qoyub. ABŞ-da yardımın göstərilməsinə dair əlavə xərclər barədəki çıxılmaz vəziyyətdən son anda çıxmaq mümkün oldu, indi Respublikaçılar Trampın idarəçiliyi illərində yol verilən israfa baxmayaraq, böyük ehtimalla Bayden administrasiyasının xərclərini ixtisar etməyə çalışacaqlar. Avropada hələ təzəlikcə pandemiyadan əziyyət çəkən üzv ölkələrə Avropa Birliyinin maliyyə yardımının göstərilməsiylə bağlı görünməmiş sazişə nail olunub, amma paketin uzadılması və alacaqlar barədə gərginlik yəqin ki, davam edəcək.

Əməkdaşlıq post-pandemiya dünyasında nizam-intizamı asanlaşdıra bilərdi. Lakin pandemiya dövründə beynəlxalq əməkdaşlıq zəif olub və iqtisadi dartışmalar dünyadakı azad ticarət barədəki öhdəliklərə daha da çox xələl gəririb – Britaniyanın “Breksit”iylə başlamaq heç də yaxşı start deyildi. Daxildə yüksək vergilərin tətbiq edilməsi yoluyla zənginliyin və maaşın paylaşdırılması Qərb dövlətlərinə pandemiyanın qurbanlarıyla məşğul olmaq üçün daha çox resurs imkanları verərdi, amma davamlı tənəzzül şərtlərində bu, siyasi cəhətdən çətin olacaq.

Əvvəlki pandemiyalar özləriylə sosial qarışıqlıqlar gətirmişdi. Gəlin ümid edək ki, bu dəfə COVID-19-un meydana gətirdiyi ümumi bərabərsizliyin öhdəsindən gəlmək üçün biz müdrik davrana və daha ədalətli dünya qura biləcəyik.

Theconversation.com

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR