Dünyada peyvəndləmə ilə bağlı vəziyyət nə yerdədir?

Hər şeydən biraz
Photo

Koronavirusa qarşı vaksin gələn aydan dünya üçün əlçatan olacaq

Avropa və Amerikanın səhiyyə qurumları yaxın həftələrdə kütləvi peyvəndləmə ilə bağlı qərar verəcək.

İlk koronavirus vaksini yaxın həftələrdə əlçatan olacaq, Avropa və Amerikanın səhiyyə qurumları peyvəndləmənin ilin sonundan tez başlayacağına əmindirlər.

Birləşmiş Krallığın “Pfizer” və “BioNTech”in müştərək yaratdığı vaksini əldə edən ilk ölkə olacağı gözlənilir, ilk peyvəndləmə prosesinin dekabrın 7-nə qədər həyata keçiriləcəyi gözlənilir.

ABŞ-da isə Ərzaq və Dərman Administrasiyasının dekabrın 10-da baş tutacaq konsultasiya iclasından sonra peyvəndləməyə start verilə bilər.

ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Antoni Fauci “NBC”-yə açıqlamasında belə deyib: “Biz böyük ehtimalla, demək olar ki, 100% dekabrın sonundan əvvəl prioritet qrupu peyvəndləyəcəyik”.

Almaniya rəsmiləri bütün hazırlıqların görülüb qurtardığını, Avropa Birliyi icazə verən kimi, dekabrdan etibarən əhalini peyvəndləməyə başlayacaqlarını bildirib.

Alimlər siyasətçilərin öhdəsindən necə gəlməlidirlər?

Biz “Pfizer/BioNTech” peyvəndinin dekabrın ortasında təsdiq ediləcəyini gözləyirik”, - deyə Almaniyanın səhiyyə naziri Cens Spahn bildirib.

Avropa Birliyində dərmanlara lisenziya verən Avropa Təbabət Agentliyi (ATA) dekabrda “Pfizer/BioNTech” peyvəndinimi, yoxsa onun rəqibi olan “Moderna”nımı seçəcəyini müəyyənləşdirəcək. Qərar qəbul edildikdən sonra, bloka üzv olan 27 ölkədə yeni ildən əvvəl kütləvi peyvəndləmə prosesi həyata keçirilə bilər.

Amma ona qədər keçilməli olan maneələr də var, ATA-nın iş prinsiplərindən xəbərdar olanlar bilirlər ki, bircə səhv prosesi bir xeyli geriyə sala bilər.

“Breksit” keçidinin rəsmən başa çatdığı 1 yanvar tarixinə qədər Birləşmiş Krallıqda ATA-nın tənzimləməsi texniki olaraq keçərlidir. Amma 2012-ci ildə tənzimləməyə dəyişiklik edilib, belə ki, Birləşmiş Krallıqda ictimai səhiyyə ilə bağlı hansısa təcili hadisə baş verərsə, ölkənin dərmanlara nəzarət qurumu AB-nin tənzimləmə orbitindən kənara çıxa bilər.

ATA məlumat verib ki, vaksinin rəsmiləşdirilməsi ilə bağlı müraciətlər daxil olan kimi elan verəcək və bundan sonra vaksinin təsdiqlənməsi prosesi barədə detallı cədvəl təqdim edəcək.

Qiymətləndirmə sahəsindəki inkişafdan asılı olaraq, agentlik ən yaxşı vaksin namizədləri ilə bağlı ayın axırında və ya gələn ilin əvvəlində qərara gələcək.

Rəsmilər indi çətin bir tapşırıq qarşısındadırlar: onlar ictimai səhiyyəyə olan nəhəng ehtiyac məsələsiylə, bəzi ölkələrdə artıq mübahisə mövzusuna çevrilən peyvəndləmə prosesinə əhalini inandırmaq məsələsi arasında balans yaratmalıdırlar. Cəmiyyətin peyvənd olunmağa həvəssiz olması, səhiyyə orqanlarının pandemiyanın genişlənməsinin qarşısını almaq cəhdlərinə əngəl ola bilər.

Bilmək və inanmaq arasında

ATA prosesi sürətləndirmək üçün təzyiq altındadır, agentliyin iş təcrübəsi barədə xəbərdar olanlar deyirlər ki, buna səbəb Birləşmiş Krallıq və ABŞ-da vaksinin daha erkən təsdiq edilməsi ehtimalının yüksək olmasıdır.

Ancaq ATA yaydığı bəyanatda “siyasi təzyiq hiss etmədiyini” bildirib.

Tövsiyyələr başqa bir şeyə deyil, məhz vaksinin təhlükəsizliyi, keyfiyyəti və effektivliyinə dair elmi sübutların gücünə əsaslanacaq ”, - deyə bəyanatda qeyd edilib: "Peyvəndləmənin vaksinin yarada biləcəyi istənilən riskdən daha faydalı olduğu dəlil-sübutla müəyyən olunan kimi prosesə icazə veriləcək ".

Dünya miqyasında peyvənd olunacaq şəxslərin siyahısında ilk olaraq ön cəbhədə mübarizə aparan tibb işçiləri və həssas pasiyentlər yer alacaq, daha kütləvi peyvəndləməyə isə gələn ildən tez başlanılmayacağı bildirilir. Sıravi insanlar da inanırlar ki, peyvənləmənin geniş miqyasda aparılması əldəki məhsulun kəmiyyətindən asılı olacaq, əksəriyyətin fikrincə, kütləvi peyvəndləməyə gələn ildən tez başlamaq mümkün olmayacaq.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR