Pislik və azad iradə haqqında

Volter

Fəlsəfə
Photo

Xalq insan fitrətinin əslində azğın olduğunu, insanın şeytanın və şərin övladı kimi doğulduğunu ucadan deyir. Heç nə bu qədər xətalı ola bilməz, bunun üçün, dostum, sən hər kəsin azğın doğulduğu barədə moizə oxuyarkən, özün də eyni şəkildə doğulmuş olduğun üçün məni xəbərdar etmiş olursan, bir tülkü və ya bir timsahdan daha çox güvənməməyim barədə sənə. Ah, lakin heç də elə deyil! Mənə inana bilərsən, deyirsən, çünki mən nə kafirəm, nə də münafiq, mən yenidən doğuldum [hidayətə çatdım]. Amma elə isə, bəşər övladının sənin sözünlə ya imansız, ya da münafiq olan digər qismi, hansısa canavarlar birliyindən ibarət olmalı və nə zaman bir luteranla yaxud türklə danışsan səni soyacaqlarından və öldürəcəklərindən əmin olasan gərək, çünki onlar şeytanın uşaqlarıdır. Pis olaraq doğulublar, birincisi "hidayətə çatmamış", ikincisi də soysuzdur. İnsanlara belə demək daha məntiqli və nəcabətli olardı: "Hamınız yaxşı olaraq doğuldunuz, baxın, varlığınızın saflığını pozmaq nə qədər dəhşətli olardı". Fərdlərə necə münasibət göstəririksə, bəşər övladının hamısına da elə davranmalıyıq. Bir dini lider, qalmaqallarla dolu bir həyat yaşayarmı? Soruş ondan: "İlahi qanunlara hörmətsizlik edərək etibarını ayaq altına salmağın mümkünmüdür sənin?" Kralın müşaviri olmaq şərəfinə nail olmuş birinə vəzifəsini xatırladılaraq, insanlara nümunə olması gərəkdiyi söylənilir. Əsgərə cəsarət vermək üçün "Unutma, sən Champagne alayındansan!" - deyilir. Hər bir insana belə deyilməlidir: "İnsan olaraq heysiyyətini unutma".

Və əslində, nə desək də, hər zaman gəlməyimiz gərəkən nöqtə, bütün millətlərdə tez-tez istifadə edilən bu deyimin ifadə etdiyidir: "Özünə qayıt". Yəni? Əgər şeytanın övladı olaraq dünyaya gəlmisənsə, ən başdan günahkarsan, damarlarında axan cəhənnəm içkisidirsə, özünə qayıt" təlqini bu mənaya gəlirdi: şeytani fitrətinlə məsləhətləş, onun ardınca get, hiyləgər, oğru, qatil ol - Sənin atanın qanunu budur.

İnsan pis olaraq doğulmaz, xəstələndikcə pisləşir. Həkimlər ortaya çıxır, "Sən xəstə kimi doğulmusan" - deyirlər ona. Bu qətidir: anadangəlmə xəstəsə əgər, nə deyir desinlər, nə edir etsinlər, həkimlər sağalda bilməz onu; bu məntiqçilərin özləri də xəstədirlər.

Kainatdakı bütün uşaqları bir yerə yığın, onların içində məsumiyyət, nəzakət və qorxudan başqa nəsə görə bilməzsiniz; əgər pis, xain, zalım kimi doğulsaydılar, bunun işarətini verərdilər, eyniylə kiçik milçəklərin dişləməyə və balaca pələnglərin nələrisə qoparıb parçalamağa çalışması kimi.

Bəşər övladına, dovşanlara və göyərçinlərə verdiyindən daha çox hücum silahı verməyən təbiət, onu dağıdıcılığa sövq edən instinkt verə bilməzdi.

Azteklər bizə xoşbəxtlik və yaxşı həyat barədə nə öyrədə bilər

Bu o deməkdir ki, insan pis olaraq dünyaya gəlməmişdir. Bəs, o zaman niyə bəziləri pis niyyət virusuna tutulur? Çünki onların lideri xəstədir və epidemiyanı insan övladının geridə qalanlarına da yoluxdurur, eynilə Kristofer Kolumbun Amerikadan gətirdiyi xəstəliyin bir qadına keçməsi ilə o zəhərin Avropanın bir ucundan digər ucuna yayılması kimi.

Dünyanı ilk həris adam pozdu.

Mənə bu ilk canavarın tək gördüyü işin insanlarda onsuz da mövcud olan təkəbbür, talan, hiylə, zalımlıq mikrobunu ortaya çıxarmaq olduğunu deyəcəksiniz.

Qəbul edirəm, ümumi qayda qardaşlarımızdan bir çoxunun bu xüsusiyyətlərə sahib olduğu şəklindədir, amma onunla təmas edən hər kəsdəmi iyrənc alov, daş və çınqıl vardır?

Aralarında pis olmayan bir çox millət var: filadelfiyalılar (17-ci əsrdə İngiltərədə protestant təriqəti), banyanlar (hind tacirlər) heç kimi öldürməyiblər; çinlilər, tonking xalqı, Laos, Siam, hətta Yapon xalqı bir əsrdən daha uzun müddət müharibə görməmişdir. Nə qədər də, bütün günahların anası acgözlük və tamah Roma, Venesiya, Paris, London, Amsterdam kimi şəhərlərdə həddindən artıq dərəcədə isə də, insanı dəhşətə salan o böyük günahlara ancaq on ildən bir dəfə rast gəlinir.

Əgər insanlar mahiyyət etibarı ilə pis olsaydılar, pis niyyətli olduğu qədər də bədbəxt bir varlığın qulları kimi doğulmuş olsaydılar və bu varlıq insanları öz çəkdiyi iztirabların intiqamını almağa yönəltsəydi, arvadları tərəfindən öldürülmüş ərlər, uşaqları tərəfindən öldürülmüş atalar görərdik, hər gün sübh açılanda qan sormağa gələn dələlər tərəfindən boğazlanmış toyuqları gördüyümüz kimi.

Elə isə dünyada insanların dediyindən və inandığından sonsuz kərə daha az pislik var. Heç şübhəsiz, olan yenə də çoxdur: qorxunc bədbəxtliklər və cinayətlər görürük, lakin şikayət etməyin və şişirtməyin verdiyi həzz o qədər böyükdür ki, ən kiçik bir kəsikdə belə, dünyanın qana bulaşdığını bağırırsınız. Aldadıldınız, yoxsa? Elə isə bütün insanlar yalan yerə and içirlər demək. Bir sıra ədalətsizliklərə məruz qalmış melanxolik bir ruhun bütün kainatın lənətlənmişlərə qapalı olduğunu düşünməsi kimi, operadan sonra xanım dostu ilə axşam yeməyinə çıxan bir dələduz da bədbəxt insanların mövcud olduğunu xəyal edə bilməyəcəkdir.

Volterdən dərslər: Həyat məqsədini necə tapmalı

İnsanın ağıl yürütməyə başladığı zamanlardan bu yana filosoflar, ilahiyyatçıların absurd hiyləgərlikləri ilə içindən çıxmağı müşgül hala saldığı bu məsələni araşdırıblar. Lokk, insanın təbiətini ümumiləşdirmə kimi bir ədəbsizliyə düşmədən çözümləyərək araşdıran bəlkə də ilk şəxsdir. İradənin azad olub-olmadığı üç min ildir, müzakirə edilməyə davam etsin, Lokk məsələnin absurd olduğunu, rəng və hərəkət nə qədər iradəyə tabe isə, azadlığın də o qədər tabe olduğunu göstərmişdir.

Azad olmaq nə ifadə edir? Gücü ifadə edir, ya da daha doğrusu, heç bir mənası yoxdur. İradənin "qadir" olduğunu demək, əslində onun sarı, mavi, girdə yaxud kvadratşəkilli olduğunu söyləmək qədər absurddur. İradə, iradədir.

Azadlıq, gücdür. İndi fikirimizdən keçənləri, amma hər hansı bir akademik termin və ya qəbulla ağlımızı qarışdırmadan, mərhələ-mərhələ təhlil edək.

Deyək ki, sizə ata minmək təklif edilib. Minmək və ya minməmək şəklində açıq bir seçim etmək məcburiyyətindəsiniz, çünki bunun orta (yeri) yoxdur. Təcrübə və tətbiq yolu ilə sübut edildiyinə görə, iradə azad deyil, elə isə ata minəcəksiniz?

Nə üçün? Çünki iradəm belə əmr edir - bunu ancaq cahil bir insan belə deyər. Belə bir cavab cəfəngiyyatdır; ağıl və ya səbəb olmadan heç bir şey etmək olmaz.

Bəs, o halda, iradənizin meydana çıxmasına səbəb olan nədir? Beyninizə təqdim olunan məntiqli fikirmi; dominant və ya qərarlaşdırılmış fikirmi? İndi də belə deyəcəksiniz: dominant bir fikrə qarşı çıxa bilmərəmmi? Xeyr, qarşı çıxmaq üçün də bir səbəb lazımdır, iradəni sarsıdacaq daha da güclü başqa bir səbəb.

Fikirlər və dolayısıyla, iradə əldə edilir. Fikir varsa, iradə vardır; nəticə olaraq, "azadlıq" kəlməsi heç bir mənada "iradə"yə aid deyil.

Məndən soruşursan: fikir və iradə sənin daxilində necə formalaşdı? Cavabım, bununla bağlı nəsə bilmədiyimdir. Dünyanın necə formalaşdığını nə qədər bilirəmsə, fikirlərin necə yaradıldıqlarını da o qədər bilirəm.

Yalnız qaranlıqda – anlaşılamaz avadanlığımıza ilham verən hər şeyə müraciət edə bilərsiniz – əl ilə yoxlayaraq araşdırmağa icazəmiz var.

Demək, "iradə" azad olaraq adlandırıla biləcək bir güc deyil. Azad-iradə, akademiklərin etinasız yanaşdığı, tamamilə mənasız bir kəlmədir; məşğul olmağa dəyməyəcək bir xülya, mifoloji əjdaha.

Bəs, o zaman azadlıq harada yaranır? İstədiyimiz şeyi etmək gücündəmi? Otağıma gedəcəm, qapı açıqdır, girməkdə azadam. Amma deyək ki, qapı bağlıdır və mən olduğum yerdə dayanıramsa, azad şəkildə dayanmış oluram?

Özümüzü açıqlayaq, demək ki, sən o zaman dayanmaq üçün sahib olduğun gücü istifadə edirsən, bu gücə maliksən, amma çölə çıxmaq gücünə deyil.

Bu halda, haqqında cild-cild yazılmış azadlıq, gerçək mənasında, hərəkət etmək gücündən ibarətdir.

"Bu adam azaddır" ifadəsi hansı mənada deyilməlidir? Sağlamlıq, güc, xoşbəxtlik sözlərini hansı mənada istifadə ediriksə, o mənada. İnsan hər zaman güclü, sağlam və xoşbəxt deyil. Böyük bir həvəs, böyük bir mane onu azadlığından və ya hərəkət etmək gücündən məhrum edə bilər.

Azadlıq mifi - insanın deşifrə olunması

Azadlıq və azad iradə sözləri, demək, mücərrədləşdirmələrdir; Gözəllik, yaxşılıq, ədalət kimi ümumi terminlərdir. Bu terminlər, insanların daim yaraşıqlı, yaxşı və ədalətli olduğu mənasına gəlməyi kimi, onların azad olması mənasına da gəlməz.

Bundan başqa, azadlıq hərəkət etmək gücündən ibarət isə bu güc nədir? Bədənimizin bir prosesi və orqanlarımızın faktiki vəziyyətidir. Lebnitz bir həndəsə problemi həll edərkən iflic keçirir; qətiyyən o problemi həll etmək azadlığına sahib deyil. Sakit bir gənc ehtirasla aşiqdir; Qollarında istəkli sevgili var; o anda ehtiraslarını boğmaqda azaddırmı? Qətiyyən deyil. Həzz alma gücünə malikdir, amma çəkinmə gücünə malik deyil.

Demək, Lokk azadlığa güc deməkdə çox haqlıymış. Nə zaman bu gənc ehtiraslarının şiddətinə baxmayaraq çəkinə bilər? Nə vaxt ki daha güclü bir fikir ruhunun və bədəninin yaylarını əks istiqamətə doğru qurar, o zaman.

Amma necə? Heyvanlarda da eyni azadlıq, eyni güc varmı? Nə üçün yoxdur? Onların da hissləri, yaddaşları, sezgiləri və bizimki kimi anlama qabiliyyətləri var, bizim də etdiyimiz kimi ölçü-biçisiz hərəkət edirlər. Eyni bizim kimi, öz hisslərinin doğruluğuna və öz orqanlarının işinə əsasən hərəkət etmək gücünə malik olmalıdırlar.

Əgər bu belədirsə, hər şeyin maşınlardan ibarət olduğunu, kainatdakı hər şeyin əbədi qanunlara məruz qaldığını ucadan deyirik. Yaxşı, hər şeyi milyonlarla yerli-yersiz istəyə məruz qoyardınmı? Ya hər şey nəsnələrin təbiətinin nəticəsidir, ya da mütləq bir ağanın əbədi nizamının işidir; Hər iki halda da, bizlər dünyanın maşınının təkərlərindən ibarətik.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR