İnsanlar mənə yaxınlaşıb o kitabdan böyük zövq aldıqlarını söyləyirlər

Müsahibə

Kimsəsiz adada vallar: Müsahibə

Sue: Və sonra əslində bir neçə il ömrün qaldığı söyləndi. Stiven, gəl hekayənin bu nöqtəsində duraq və növbəti valı dinləyək.

Stiven: “ Valkyrie Valkyrie”, Birinci Pərdə. Bu Melchior və Lehmanlı əski valdır. Müharibədən əvvəl 78-lik vallarda çıxarılmış və 60-cı illərin əvvəllərində LP-ə transfer edilmişdi. 1963-ci ildə Motor Neyron xəstəliyi diaqnozu qoyulduqdan sonra içinə düşdüyüm qaranlıq və dünyadan qopuq ruh halına uyğun bir insan kimi Vaqnerə qayıtdım. Təəssüf ki, mənim səs sintezatorum kifayət qədər yaxşı tərbiyələnməyib, onun adının başlanğıcını yumşaq “W” ilə tələffüz edir. Təqribi olaraq düzgün tələffüz etməsi üçün bu adı hərf-hərf, V-A-R-G-N-E-R kimi söyləməliyəm.

“Ring Cycle”nin dörd operası Vaqnerin ən böyük əsərləridir. 1964-cü ildə bacım Filippa ilə onlara tamaşa etməyə Almaniyaya, Bayrota getdim. O zamanlar “Ring”ə yaxşı bələd deyildim və ikinci opera olan “Valkyrie”nin mənə göstərdiyi təsir çox güclü oldu. Bu Volfqanq Vaqnerin əsəriydi və səhnə demək olar qaranlıq idi. Sieqmund, Sieqlindenin həyat yoldaşı və düşməni Hundinqin evinə sığınınca yenidən qarşılaşırlar. Mənim seçdiyim bölümdə, Sieqlinde Hundinq ilə keçirdiyi zorakı evlilikdən danışır. Təbriklərin ortasında salona ahıl bir adam daxil olur. Orkestr bu zaman “Ring”dəki ən nəcabətli temalardan biri olan Valhalla motivini ifa edir, çünki o tanrıların lideri və Sieqmund və Sieqlindin ataları Votandır. Votan bir ağacın gövdəsinə qılınc saplayır. Qılınc Sieqmund üçün nəzərdə tutulub. Pərdənin sonunda Sieqmund onu çəkir və ikisi də meşəyə qaçırlar.

Sue: Stiven sənin haqqında oxuyanda belə aydın oldu ki, ömrünün sonuna bir neçə il qalması barədə üzərinə qoyulan ölüm hökmü səni həyata daha böyük istəklə bağlayır.

Stiven: Xəstəliyin ilk təsiri məni ruhən çökdürmək idi. Çox sürətlə vəziyyətimin pisləşdiyini görürdüm. Hər hansı bir fəaliyyətlə məşğul olmağın, ya PhD üzərində çalışmağın bir anlamı olmayacağını düşünürdüm, çünki PhD-mi bitirməyə kifayət edəcək qədər yaşayıb-yaşamayacağımı bilmirdim. Ancaq daha sonra vəziyyətim düzəlməyə başladı. Halım yavaş-yavaş yaxşılığa doğru dəyişməyə başladı və xüsusən də, Kainatın Bing Bang zamanı bir başlanğıca sahib olması gərəkdiyini vurğulayaraq elmi fəaliyyətimdə irəliləməyə çalışdım.

Sue: Bir müsahibəndə indi xəstəlikdən öncəki vəziyyətinə nisbətən daha xoşbəxt olduğunu söyləmişdin.

Stiven: Şübhəsiz ki, indi daha xoşbəxtəm. Motor neyron xəstəliyinə yaxalanmadan əvvəl həyatımdan bezmişdim. Fəqət erkən ölüm düşüncəsi həyatın həqiqətən yaşanmaya dəyəcək dəyər olduğunu qavramağıma səbəb oldu, insanın edə biləcəyi çox iş var, istənilən insanın. Vəziyyətimə rəğmən insan bilgisinə təvazökar, fəqət önəmli bir tövfə verdiyimi düşündüyümdən, gerçək uğur qazandığımı hiss edirəm. Şübhəsiz ki, mən çox şanslıyam, ancaq yetərincə zəhmət çəkib çox çalışarsa, hər kəs oxşar uğur əldə edə bilər.

Sue: Əgər motor neyron xəstəliyinə tutulmasaydın, indi əldə etdiyin nailiyyətləri əldə edə bilməyəcəyini söyləyəcək qədər kəskin mühakimə yürüdərdinmi? Yoxsa belə qənaəti bəsitlik hesab edərdin?

Stiven: Yox, motor neyron xəstəliyinin hər hansı bir insan üçün avantaj ola biləcəyini düşünmürəm. Ancaq bu hal mənim üçün digər insanlarda olduğundan daha az dezavantaj yaratdı, çünki idealarımı həyata keçirməyimi əngəlləmədi. İstədiyim, Kainatın necə işlədiyini qavramağa çalışmaq idi.

Sue: Xəstəliyi qəbullanmağa çalışarkən sənin üçün digər ilham qaynağı da bir qonaqlıqda tanış olduğun və aşiq olub evləndiyin Ceyn Uayld adlı gənc xanım idi. Uğurlarının nə qədərini ona borclu olduğunu söyləyə bilərsənmi?

Buddizm sevgililər üçün necə faydalı ola bilər?

Stiven: Şübhəsiz, o olmasaydı bu vəziyyətin öhdəsindən gələ bilməzdim. Onunla nişanlı olmaq məni içinə düşdüyüm depressiya bataqlığından çıxardı. Əgər evlənməli olsaq, mənim iş tapmağım və PhD-mi bitirməyim gərəkirdi. Gərginliklə işləməyə başladım və bundan xoşlandığımın fərqinə vardım. Vəziyyətim pisləşdikdə Ceyn təkbaşına mənə qulluq etdi. O mərhələdə heç kim bizə öz köməyini təklif etmirdi və qıraqdan kömək almaq üçün məvacib ödəmək imkanımız da yoxuydu.

Sue: Və siz birlikdə həkimlərə meydan oxuduz, sadəcə yaşamağa davam etdiyin üçün deyil, həm də uşaqlarınız olduğu üçün. 1967-ci ildə Robert, 70-ci ildə Lusi və daha sonra 79-cu ildə Timoti doğuldu. Həkimlər şoka düşmüşdülər, hə?

Stiven: Əslində mənə diaqnoz qoyan həkim məndən ümidini üzmüşdü. Çarə olmadığını düşünürdü. İlk yoxlamadan sonra onu daha görmədim. Atam mənim həkimim oldu və tövsiyyələr üçün ona üz tutdum. O, mənə xəstəliyin irsi olduğu barədə heç bir işarənin olmadığımı söylədi. Ceyn mənə və iki uşağa diqqət etməyi, baxmağı bacardı. Ancaq üçüncü uşağımız Tim doğulandan sonra mənə qulluq etsin deyə tibb bacısı çağırmağa məcbur qaldıq.

Sue: Ancaq sən və Ceyn artıq bərabər deyilsiz.

Stiven: Mənim traxeostomiya əməliyyatımdan sonra iyirmi dörd saat ərzində tibb bacısına ehtiyacım olurdu. Bu ailə həyatımızın üzərinə getdikcə gərginlik yüklədi. Sonda mən başqa məkana köçdüm və indi Kembricdəki yeni mənzildə yaşayıram. İndi ayrı yaşayırıq.

Sue: Yenə bir az musiqi dinləyək.

Stiven: The Beatlesdən “ Please me, Please me Please me, Please me”. İlk dörd ciddi seçimdən sonra bir az yüngül melodiyalar dinləməyə gərək duyuram. Mənim üçün və bir çox başqa insanlar üçün Beatles olduqca köhnəlmiş və sönükləşmiş Pop səhnəsinə təzə hava gətirdi. Mən bazar axşamçağıları Radio Luxembourgda Top Twenty-ni dinləyərdim.

Sue: Üzərinə yığılan bütün şöhrət nişanlarına rəğmən - və Kembricdə İsaak Nyutonun kürsüsü olan Lucassian Professor of Physics statusuna sahib olduğunu xüsusi olaraq qeyd etməliyəm - elmi fəaliyyətinlə bağlı elmi-kütləvi kitab yazmağa qərar verdin. Bunun bəsit səbəbi olduğunu düşünürəm. Pula ehtiyacın var idi.

Stiven: Elmi-kütləvi bir kitabın yüngülvari gəlir gətirəcəyini düşündüyümdən, “Zamanın qısa tarixi”ni yazmağımın əsas səbəbi ondan zövq almağım oldu. Son iyirmi beş il ərzində üzə çıxan kəşflərdən həyəcan duyurdum və onları insanlara anlatmaq istədim. Onun bu qədər əhəmiyyətli olacağını gözləmirdim.

Eynşteynin beyni və zəkamızı gəliştirmək

Sue: Fəqət kitab bütün rekordları qırdı və ən çox satılan kitablar siyahısında uzun müddət qaldığı üçün Guinness Book Of Records-a daxil oldu. Hələ də ən çox satılan kitablar siyahısındadır. Heç kim dünyada nə qədər satıldığını dəqiq bilmir, fəqət on milyonu aşdığına şübhə yoxdu. İnsanlar onu alır, ancaq bu sual aktualdı: oxuyurlarmı?

Stiven: Bernard Levinin 29-cu səhifədə qaldığını bilirəm, fəqət xeyli sayda insanın daha irəli getmiş olduğunu da bilirəm. Dünyanın hər tərəfindən insanlar mənə yaxınlaşıb o kitabdan böyük zövq aldıqlarını söyləyirlər. Onu bitiməmiş, ya da oxuduqları hər bölümü anlamamış ola bilərlər. Ancaq ən azından kəşf edə biləcəyimiz və dərk edə biləcəyimiz rasional qanunlarla yönəldilən bir Kainatda yaşadığımıza dair ideyayla tanış oldular.

Sue: İlk olaraq xalqın təxəyyülünə xitab edən və kosmologiyaya maraq yaradan mövzu qara dəliklərlə bağlı oldu. “Əvvəllər heç kimin getmədiyi yerlərə cəsarətlə getmək” və başqa məqamlarla bağlı “Star Treks”i izlədinmi? Xoşuna gəldimi?

Stiven: İlk gənclik illərimdə xeyli sayda elmi-fantastik janrda kitab oxumuşam. Ancaq indi bu sahədə özüm də çalışdığım üçün elmi-fantastik əsərlərin çoxu mənə bir az bəsit görünür. Əgər bu işi tutarlı bir fiziki rəsmin parçasına çevirmək məsuliyyətindən azadsızsa, fərqli kosmoslar arasında baş verən gəzintilər haqqında və ya insanları şüalandırmaq haqqında yazmaq çox asandır. Həqiqi elm daha həyəcanlıdır, çünki o gerçəktən mövcuddur. Elmi-fantastika yazıçıları, fiziklər bu barədə düşünmədən əvvəl heç zaman qara dəliklərdən söhbət açmamışdılar. Ancaq indi bəzi qara dəliklər haqqında olduqca bol dəlillərə sahibik.

“Nəsnələr necə işləyir” kitabının müəllifi fizik: Düsturları yox, prosesi dərk etmək vacibdir (Müsahibə)

Sue: Əgər qara dəliyin içinə düşsək, nə baş verər?

Stiven: Elmi-fantastika oxuyan hər kəs bir qara dəliyə düşsək, nə baş verəcəyini bilir. Spaqetti forması alarıq. Fəqət ən maraqlısı odur ki, qara dəliklər tamamilə qara deyil. Onlar nizamlı sürətlə zərrəcik və radiasiya yayırlar. Bu qara dəliyin yavaş-yavaş buxarlaşmasına yol açır. Ancaq qara dəliyin özünə və içindəkilərə sonda nə olduğunu bilmirik. Bu həyəcanlı araşdırma sahəsidir, ancaq elmi-fantastika yazıçıları hələ ki, bu mərhələyə yetməyiblər.

Sue: Barəsində danışdığın radiasiyaya Houkinq Radiasiyası deyilir. Qara olmadıqlarını sübut etməyə sən can atdın, ancaq qara dəlikləri kəşf edən sən deyildin. Ancaq sənin Kainatın başlanğıcı mövzusuna daha yaxından nəzər salmağına təkan verən məqam onların kəşfiydi, deyilmi?

Stiven: Bir ulduzu qara dəliyə dönüşdürəcək çöküş prosesi bir çox yöndən Kainat genişləməsinin əks zamanlısına bənzəyir. Bir ulduz olduqca aşağı sıxlıq vəziyyətindən çox yüksək sıxlığa malik vəziyyətə çökür. Kainat isə çox yüksək sıxlığa malik vəziyyətdən daha alçaq sıxlıqlara doğru genişləyir. Önəmli bir fərq var: biz qara dəliyin dışındayıq, ancaq Kainatın içindəyik. Hər ikisinin də xarakterik cəhəti istilik radiasiyasıdır.

Sue: Qara dəliyə və içindəkilərə axırda nə olduğunu bilmədiyini söyləyirsən, fəqət mən, nəzəriyyə necə olarsa-olsun, bir astronavt da daxil olmaqla, qara dəlikdə ortadan qeyb olan hər nəsnənin nəticədə Houkinq Radiasiyası olaraq yenidən axın prosesinə qayıdacağını söylədiyini sanırdım.

Stiven: Astronavtın kütlə enerjisinin qalanı qara dəliyin bayıra yaydığı radiasiya olaraq yenidən axın prosesindən keçəcəkdir. Fəqət astronavtın özü, ya da özünü əmələ gətirən zərrəciklər qara dəlikdən çıxmayacaq. Buna görə ən maraqlı məsələ, orada onlarla nə baş verdiyidir. Yox olurlar, yoxsa başqa bir kainata mı keçirlər? Bu mənim ən çox öyrənmək istədiyim məsələdi. Bunu bilmək istəyirəm, yoxsa ki, qara dəliyin içinə tullanmaq fikrim yoxdur.

Sue: Stiven, sən intuisiyaya güvənərək, yəni, bəyəndiyin, səni cəzb edən bir nəzəriyyə yaradaraq onu isbatlamağa mı çalışırsan? Yoxsa bir elm adamı kimi zehni yolunu həmişə məntiqi nəticəyə doğru açmağa mı məcbursan? Onu əvvəlcədən təxmin etməyə girişmək doğru metod deyil səncə?

Elm insanı “bilgili cahil” dirmi?

Stiven: Əhəmiyyətli dərəcədə intuisiyaya söykənirəm. Bir nəticəni təxmin etməyə çalışıram, ancaq sonra onu isbatlamağıma gərək var. Və bu mərhələdə əksərən əvvəlcədən düşünmüş olduğum məsələnin doğru olmadığını və ya real vəziyyətin heç bir zaman ağlıma gəlməyən fərqli vəziyyət olduğunu görürəm. Qara dəliklərin bütövlükdə qara olmadığını tapmağım belə oldu. Halbuki mən fərqli məqamı isbatlamağa çalışırdım.

Sue: Yenə musiqi.

Stiven: Mosart həmişə ən sevdiyim bəstəkarlardan biri olub. O, inanılmaz sayda musiqi əsəri yaradıb. Bu ilin əvvəllərində əllinci ad günümdə mənə Mosartın bütün əsərlərinin toplandığı CD hədiyyə verildi. İki yüz saatdan artıq davam edir. Hələ də onu dinləməklə məşğulam. Ən böyük əsərlərindən biri “Requiem” dir. Mosart “Requiem”i bitirmədən öldü və bu əsər bir şagirdi tərəfindən Mosartın geridə qoyduğu melodiya parçalarının əsasında tamamlandı. Dinləməyə hazırlaşdığımız introit introit bütövlükdə Mosart tərəfindən yazılan və orkestr üçün hazırlanmış tək bölümdü.

Sue: Nəzəriyyələrini böyük ölçüdə bəsitləşdirsək - ümid edirəm, buna görə məni bağışlayarsan, Stiven - anladığım qədəriylə, sən bir zamanlar bəlli yaradılma nöqtəsi, böyük partlayış olduğuna inanırdın. Fəqət indi durumun belə olmadığına inanırsan. Başlanğıc və son olmadığına, Kainatın öz-özünü daşıdığına inanırsan. Bu kainatın mövcudluğunda yaradılış faktının olmadığını, bu səbəbdən də hansısa Tanrıya gərək duyulmadığını vurğulamaq anlamına mı gəlir?

Stiven: Hə, xeyli bəsitləşdirdin. Hələ də Kainatın real zamanda, böyük partlayış anında başlanğıca sahib olduğuna inanıram. Ancaq digər bir zaman növü, xəyali bir zaman da var ki, orada Kainatın başlanğıcı və sonu yoxdur. Bu kainatın başlanma şəklinin fizika qanunları tərəfindən müəyyənləşdiyi anlamına gəlir. Tanrının, Kainatın bizim dərk edə bilməyəcəyimiz, rastgələ şəkildə işləməli olduğuna qərar verdiyini irəli sürməyə məcbur deyilik. Bu tapıntı Tanrının mövcud olub-olmadığı barədə heç bir qənaət irəli sürmür, əlbəttə, sadəcə Kainatın rastgələ olmadığını vurğulayır.

Sekulyarların din, millət və seksə yanaşması nədir?

Sue: Onda belə sual edim, əgər Tanrının mövcud olmadığı ehtimalı varsa, elmin ötəsindəki bütün yaşantıların, insanların sənə bəxş etdiyi, hətta özünün də ilhamlandığın sevgini və etibarı necə izah edərsən?

Stiven: Sevgi, inam, etibar və əxlaq fizikadan fərqli kateqoriyaya aiddilər. Fizika qanunlarından insanın həyatda necə davranmalı olduğu barədə heç bir təklif, tövsiyyə çıxarıla bilməz. Fəqət fizika və riyaziyyatla bağlı məntiqi düşüncənin, seçim etməli olduğu əxlaqi davranışlarda, insana istiqamət verəcəyinə, yol göstərəcəyinə ümid bəsləyə bilərik.

Sue: Ancaq mənə elə gəlir ki, xeyli sayda insan sənin Tanrını rədd etdiyini düşünür. Bəs, bunu inkar edirsənmi?

Stiven: Araşdırmalarımın sərgilədiyi əsas qənaət budur ki, Kainatın başlayış şəklinin Tanrının şəxsi arzusuyla baş verdiyini söyləməyə məcbur deyilik. Ancaq hələ də bu sual aktualdır: Kainat nə üçün mövcuddur, niyə mövcud olmağa məcburdur? Əgər ürəyiniz istəsə, bu sualın cavabını Tanrının iradəsiylə əlaqələndirə bilərsiz.

Sue: Yeddi nömrəli valı dinləyək.

Stiven: Mən operaya çox düşkünəm. Qlyuk və Mosartdan Vaqnerə, Verdidən Pucciniyə qədər bütün səkkiz valımı operalardan seçməyi düşündüm. Ancaq sonda bu sayı ikiyə endirdim. Biri gərək Vaqner olaydı, digərinin isə Puccini olmasına qərar verdim. “ Turandot Turandot” onun indiyə qədərki ən böyük operasıdır, ancaq onu bitirmədən vəfat etdi. Seçdiyim bölümdə Turandot qədim Çində bir şahzadənin Moğollar tərəfindən təcavüzə uğradığını və qaçırılmasını nəql edir. Bunun intiqamı olaraq Turandot onun taliblərinə üç sual ünvanlayır, əgər cavab verə bilməsələr öldürüləcəklər.

Sue: Milad bayramının sənin üçün hansı anlamı var?

Stiven: Amerikalıların şükranlıq günü kimi bir bayramdır. İnsanın ailəsi ilə birlikdə keçirəcəyi və keçən ilə təşəkkür göndərdiyi zaman sayılır. Bu eyni zamanda da tövlədə doğulan bir uşaqla simvolizə edilən gələn ilə umidlə üz tutmaq zamanıdır.

Sue: Bu mövzuyla bağlı maddi baxımdan hansı hədiyyələri istərdin? Yaxud belə soruşum, bu günlər ərəfəsində, istədiyi hər nəsnəyə sahib insan olacaq səviyyədə varlı-hallı insan sayılarsanmı?

Stiven: Mən surprizləri tərcih edirəm. Əgər xüsusi hədiyyə istəsək, bizə hədiyyə almaq istəyən şəxsin fərdi xəyal gücündən özgürcəsinə istifadə etmək haqqına qəsd edərik. Ancaq şokoladlı yer göbələklərini çox sevdiyimi aşkarlamağın elə bir zərəri olmaz, zənnimcə.

Sue: Stiven, sən indiyə qədər, gələcəyin barədə təxminlər yürüdənlərin sandıqlarından otuz il daha artıq yaşadın. Heç bir zaman uşaq atası olmayacağını söyləmişdilər, fəqət uşaqların oldu və onlara atalıq etdin, ən çox satılan kitablar siyahısına düşən bir kitab yazdın, elmə, məkan və zaman barədə inanclarımızı dəyişdirən yeni yanaşmalar gətirdin. Bu planetdən ayrılmadan öncə hansı planların var?

Stiven: Bütün bunların gerçəkləşməsinin səbəbi, böyük miqdarda yardıma tuş gələcək qədər şanslı olmağım idi. Həyata keçirdiyim işlər xoşuma gəlir, ancaq köçüb getmədən öncə hələ görmək istədiyim çox iş var. Şəxsi həyatım barədə danışmayacağam, ancaq elmi sferada cazibə qüvvəsinin kvant mexanikası və təbiətin digər qüvvətləriylə necə birləşdirilə biləcəyini öyrənmək istərdim. Fərdi olaraq isə, qara dəlik buxarlandığında ona nə olduğunu bilmək istərdim.

Sue: İndi isə son val.

Stiven: Bunu sizə tələffüz etdirməyə məcburam. Mənim səs sintezatorum Amerikan dillidir, Fransızcası yoxdur. Bu Edit Piafın “ Je ne regrette nien Je ne regrette nien” (heç nədən peşman deyiləm) mahnısıdır. Bu melodiya demək olar mənim həyatımın məzmununu ifadə edir.

Sue: İndi isə söylə, Stiven, bu səkkiz valdan sadəcə birini özünlə apara bilsəydin, hansını seçərdin?

Stiven: Mosartın “Requiem”ini seçərdim. Valkman diskimin batareyası bitənədək onu dinləyə bilərəm.

Sue: Bəs hansı kitabı götürərdin? Əlbəttə, Şekspirin bütün əsərləri və İncil orada səni gözləyir.

Şekspirə aid ən məşhur sitatlar hansılardır?

Stiven: Sanıram ki, Gorg Eliotun “Middlemarch”ını götürərdim. Deyəsən, Virginia Vulf onun yetkin insanlar üçün yazıldığını söyləmişdi. Hələ böyümüş olduğuma əmin deyiləm, ancaq onu oxumağı təcrübədən keçirə bilərəm.

Sue: Bəs hansı lüks nəsnə?

Stiven: Bolluca krem brule (creme brulee) aparmaq istərəm. Bu şirniyyat mənim üçün əsl lüksdur.

Sue: Deməli, şokoladlı yer göbələyi deyil, əvəzinə bolluca krem brule. Dr. Steven Houkinq, “Tənha Ada valları”nı dinləməyimizə imkan yaratdığınız üçün sizə çox təşəkkür edirəm. Yeni iliniz də qutlu olsun.

Stiven: Məni seçdiyiniz üçün sizə də təşəkkür. Tənha adamdan hamınızın yeni ilini təbrik edirəm və burada özümü sizə nisbətən daha yaxşı hiss etdiyimi iddia edə bilərəm.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR