Cəmiyyətin elmə münasibəti

Stiven Houkinq

Hər şeydən biraz
Photo

Bəyənsək də, bəyənməsək də, içində yaşadığımız Dünya son yüz ildə böyük ölçüdə dəyişib. Bəzi insanlar bu dəyişiklikləri durdurmaq, daha saf və sadə çağ olaraq gördükləri keçmiş dövrlərə geri qayıtmaq istəyirlər. Fəqət tarix bizə göstərir ki, keçmiş dövrlər o qədər də gözəl olmayıb. Modern tibb olmadan yaşamaq məcburiyyətində qalmalarına və qadınlar üçün doğuş prosesinin son dərəcə riskli olmasına baxmayaraq, o dövrlərdə seçkin bir azlıq üçün həyat yenə də xoş idi. Ancaq insan nüfusunun böyük əksəriyyəti isə bərbad, çirkin və qısa həyat yaşayırdı.

Nə olursa olsun, insan istədiyi vaxt zamanı daha keçmiş dövrlərə apara bilməz. Bilgi və texniki metodları belə asanlıqla unutmaq mümkün deyil. Gələcəkdə baş tutacaq irəliləyişlər də durdurula bilməz. Hakimiyyətlər araşdırmalara ayırdıqları bütün pulları kəssələr də belə (İndiki hakimiyyət bu barədə əlindən gələni edir) rəqabətin gücü texnologiyanın inkişafını yenə tətikləyəcək. Maddi ödəmələr həyata keçirilsə də, keçirilməsə də, sorğulayan zehinlərin təməl elmlər üzərində düşünməsinin qarşısını kəsmək mümkün olmayacaq. Gələcək dəyişikliklərin qarşısını kəsməyin yeganə yolu yeni prosesləri əzməyə çalışan qlobal və totalitar bir dövlət yaratmaqdır. Fəqət insan intuisiyasi və yaradıcılığı bu istəyin belə uğurlu olmayacağını bizə artıq göstərib.

Elm və texnologiyanın dünyamızı dəyişdirməsini əngəlləyə bilməyəcəyiksə, ən azından bu inkişafın doğru istiqamətdə getməsini təmin edə bilərik. Demokratik cəmiyyətdə bu prosesin əsas anlamı, xalqın gələcəklə bağlı doğru mühakimələr irəli sürməsi üçün elm mövzüsunda təməl bilgilərə sahib olması və həyati əhəmiyyətli qərarları təkcə mütəxəssislərin öhdəsinə buraxmamasıdır. Bu gün xalq elmə qarşı çox qərarsız durumdadır. Elm və texnologiyalar əsasında yüksələn yaşam standartındakı düzənli artımı gözləyir, ancaq bununla yanaşı elmə güvənmir, çünki onu anlamır. Öz laboratoriyasında Frankenşteyn yaratmaq üçün çalışan dəli elm adamının karikaturası bu güvənsizliyi çox aydın şəkildə anladır. Bu əhval həm də “Yaşıllar” partiyasına yönələn dəstəklərin arxasındakı ən önəmli ünsürdür. Fəqət eyni zamanda xalq elmə, xüsusən də astronomiyaya qarşı böyük maraq duymaqdadır. “Kosmos” kimi sənədli serialların və elmi fantastikanın böyük izləyici kütləsi toplaması bunun göstəricisidi.

Bu marağı intensiv vəziyyətə gətirmək və ictimaiyyətə turşu yağışları, istixana təsirləri, nüvə silahları, genetik mühəndislik kimi mövzularda bilgili qərarlar alması üçün ehtiyac duyulan elmi təməli necə yarada bilərik? Aydın məsələdir ki, ilkin təməl məktəblərdə keçirilən tədris prosesində qoyulur. Fəqət məktəblərdə elm barəsində çox zaman quru və maraqsız söhbət açılır. Beləcə, uşaqlar imtahanlardan keçmək üçün əzbərçiliyə yönəlir və elmin ətrafdakı dünyayla əlaqəsini görmürlər. Həm də elm əksərən tənliklər şəklində öyrədilir. Tənliklər riyazi fikirləri tərif etməyin qısa, həssas, bitkin şəkli olsalar da, insanların çoxunu hürküdürlər. Son günlərdə populyar elm kitabı yazdığımda, mənə anlatmışdılar ki, kitabdakı hər tənlik satışları yarıbayarı azaldacaq. Ona görə bircə dənə tənlik qoydum, Eyneşteynin məhşur tənliyini E=mc. Bəlkə də bu tənlik də olmasaydı kitab ikiqat satılacaqdı.

Elm adamları və mühəndislər fikirlərini tənliklər şəklində anlatmağa meyllidilər, çünki miqdarların dəqiq dəyərini bilməyə ehtiyac duyurlar. Ancaq qalan insanlar üçün elmi gerçəklərin keyfiyyətli qavrayışı yetərlidir və elmi bilgiləndirmə prosesi bu tənliklər olmadan, sadəcə kəlmələr və diaqramlar vasitəsiylə də həyata keçirilə bilər.

İnsanların məktəbdə öyrəndikləri elm təməl çərçivəni yarada bilər. Ancaq günümüzdə elmi inkişaf sürəti o qədər yüksəkdir ki, litsey yaxud universitetdən məzun olduqdan sonra da yeni araşdırma və tapıntılar getdikcə çoxalır. Mənə məktəb zamanında molekulyar biologiya, yaxud tranzistorlar barədə heç nə öyrədilməmişdi, fəqət genetik mühəndislik və komputerlər gələcəkdə həyat tərzimizi dəyişdirəcək ən önəmli iki sahədi. Elmi-kütləvi kitablar və elm haqqında dərgi yazıları yeni araşdırmaları izləməyə yardımçı ola bilər, ancaq ən uğurlu elmi-kütləvi kitablar belə nüfusun çox kiçik qismi tərəfindən oxunur. Geniş kütlələrə yetişəcək ən əsas informasiya vasitəsi televiziyadı. Doğrudu, televiziyalarda az sayda da olsa, çox yaxşı elmi proqramlar var, ancaq bəziləri elmi araşdırma mövzularını bəsit formada, sanki sehr kimi nümayiş etdirir, onların mahiyyətini açıqlamır, elmi ideyalar çərçivəsinə necə uyğunlaşdıqlarını göstərmirlər. Elmi proqram hazırlayanlar cəmiyyəti təkcə əyləndirmək deyil, həm də bilgiləndirmək, maarifləndirmək məsuliyyəti daşıdıqlarını dərk etməlidirlər.

Yaxın gələcəkdə xalqın elmlə bağlı, barəsində qərar verəcəyi əsas mövzular hansılardı? Ən təcili mövzu nüvə silahı problemidi. Qida təminatı və istixana effekti kimi digər fundamental problemlər təsirlərini nisbətən yavaş halda göstərirlər, fəqət bircə nüvə müharibəsi Dünya üzərindəki insan həyatını bir neçə gün içində sona çatdıra bilər.

Şərqlə Qərb arasındakı gərginlik soyuq müharibənin bitməsiylə səngidi və bu proses nüvə müharibəsindən duyulan qorxunu cəmiyyətlərin şüurundan uzaqlaşdırdı. Fəqət bütün dünya əhalisini dəfələrlə öldürməyə gücü yetəcək silahlar var olduqca bu təhlükə aktualdı. Keçmiş Sovet dövlətlərində və Amerikada nüvə silahları şimal yarımkürəsindəki əsas şəhərlərə atılacaq istiqamətdə yerləşdiriliblər. Dünyəvi müharibənin başlaması üçün bircə komputer xətası, ya da silahların yönləndirildiyi ölkələrdə baş verən etiraz yetərlidi. Nisbətən kiçik güclərin də nüvə silahlarına yiyələnmələri daha çox narahatlıq yaradır. Əsas və böyük güclər hər halda bütün bu müddət ərzində məsuliyyətlə davranıblar, ancaq Liviya, İraq, Pakistan və hətta Azərbaycan kimi kiçik güclərə bu cür güvənə bilmərik.

Bu vəziyyətdə əsas təhlükə, bu ölkələrin milyonlarla insanı öldürməyə gücü yetsə də, kifayət qədər təkmilləşməmiş silahlara sahiblənməsində deyil, əsas təhlükə bundadır ki, iki kiçik güc arasında yaranan bircə nüvə müharibəsi, nəhəng silah depolarına sahib böyük gücləri də öz arxasınca sürükləyə bilər.

Xalqın, bu təhlükəni qavramaları və silah endirimini qəbul etmələri üçün bütün hakimiyyətlərə qarşı təzyiq göstərməsi çox önəmlidir. Hər halda nüvə silahlarını bütövlüklə ortadan qaldırmaq praktik sayılmaz, fəqət silah sayını azaldaraq təhlükələri kifayət qədər sovuşdura bilərik.

Əgər nüvə müharibələrinin qarşısını ala bilsək, hamımızı yox edəcək başqa təhlükələr yenə olacaq. Uzaq və yad bir sivilizasiyanın bizimlə bağlantı yaratmamasını, digər sivilizasiyaların bizim səviyyəmizə çatdıqlarında özlərini yox etməyə meyilli olmalarıyla izah edən xoşagəlməz zarafat var. Fəqət mən xalqın, bu fikrin yanlış olduğunu isbat edəcəyimizə yetəcək qədər həssas olduğuna güvənirəm.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR