Bizim dediklərimiz nəzərdə tutduqlarımıza qarşı

Emosional intellekt
Photo

Təsəvvür edin, siz fəlsəfə mühazirəçiliyi üçün namizədlər tərəfindən verilən tövsiyyə məktublarını gözdən keçirirsiniz. Birisində belə yazılıb: “Mənim keçmiş tələbəm Dr. Cek Smit alicənab, punktual və mehriban insandır. Dərin ehtiramla, Professor Cill Cons”. Zənnimcə, siz bunu oxuduqdan sonra, Consun Smiti pis filosof və bu iş üçün uyğunsuz namizəd olduğuna eyham vurduğunu fikirləşəcəksiniz. Amma o, bu mesajı necə çatdırdı? Hansı yolla bunu sizə ötürdü? Cons, Smitin zəif filosof olduğunu (birbaşa) demir. Onun dediyindən məntiqi olaraq bu məna da çıxmır. Smit alicənab, punktual, mehriban və əla filosof da ola bilər. Lakin bununla belə, Cons necəsə əks mesaj verib.

Filosoflar deyirlər ki, biz mesajı belə dolayı yolla ötürəndə, hansısa bir mənanı eyham vurmuş oluruq və onlar eyham vurulmuş bu cür mesajı implikatur (ingilis dilində eyham mənasını bildirən “implicate” sözündən yaranıb-tərc) adlandırırlar. Bu termini britaniyalı filosof Pol Qris (1913-88) icad edib, o, implikatur barədə özünün klassikə çevrilmiş “Məntiq və Söhbət” (1975) məqaləsində bəhs edib, 1989-cu ildə isə bu məqalə onun “Sözlərin yoluyla etüdlər” kitabında yenidən nəşr olunub. Qris implikaturun bir neçə formasını müəyyən edib, onlardan ən vacibi isə söhbət implikaturudur. Qris yazırdı ki, söhbət implikaturu sözlərin daşıdığı mənadan yox (onların semantikası), onların necə istifadə və interpretasiya edilməsindən (onların praqmatikliyindən) asılıdır.

Qrisin iddiasına görə, həmsöhbətlərin işbirliyində olması gözlənildiyi üçün – onların arasında baş tutan danışığın məqsədinə uyğun töhvələr verilməsi üçün söhbət implikaturları ortaya çıxır. Daha spesifik olarsaq, onlar bu cür xülasə edə biləcəyimiz 4 söhbət prinsipini özlərində ehtiva edirlər: 1. lazımi miqdarda məlumat vermək (kəmiyyət prinsipi); 2. düzgün məlumat vermək (keyfiyyət prinsipi); 3. münasib məlumatı vermək (münasibət prinsipi) 4. Aydın məlumat vermək (üslub prinsipi). Qrisə görə, danışıq zamanı bu prinsiplərin birisi və yaxud ikisi pozulanda, söhbət implikaturu yaranmış olur. Bu cür hallarda biz ehtimal edə bilərik ki, danışan yalnız başqa bir şeyi nəzərdə tutmaq üçün, yaxud onun birbaşa mənasına nəyisə əlavə etmək üçün həmsöhbət olmaq istəyir və bu, eyham vurulmuş mənadır.

Conun məktubu bunun üçün bir nümunədir. Əgər o, bunu yazmaq zəhmətinə qatlanıbsa, deməli, biz Conun işbirliyinə töhvə verməyə çalışdığını güman edirik. Amma onun verdiyi məlumat açıq-aydın kifayət deyil, o, kəmiyyət prinsipini pozub. Buna görə də, biz bu nəticəyə gəlirik ki, o, birbaşa demək istəmədiyi başqa bir şeyi çatdırmağa çalışır, yekun nəticə də budur ki, onun çatdırmağa çalışdığı məsələ Smitin iş üçün munasib namizəd olmamasıdır (Bu nümunə Qrisin nümunələrindən birindən götürülüb). Məsələn, bu kimi digər nümunələr vardır: “Bundan yaxşı davranış ola bilməz” (istehza əlaməti) - kiminsə özünü pis aparması mesajını daşıyır; aşkarca mövzunu dəyişməklə (istehza münasibəti) mülahizənin şit olduğu mesajını vermək: yaxud bir şeyi əcaib formada (sərt davranış) təsvir etməklə, bunun əcaib olduğu mesajını ötürmək (məsələn, qoca atı köhlən at adlandırmaqla).

İndicə verilən bu nümunələrdə danışan əslində prinsipi pozur, lakin bəzən istehzanın qarşısını almaq üçün implikatur meydana çıxır. Tutalım ki, sən maşınına benzin vurmalısan, bir nəfər sənə deyir: “Qabaqda küncdə yanacaqdoldurma məntəqəsi var” (Qrisin bir başqa nümunəsi). Əgər danışan məntəqənin açıq olmadığını düşünsəydi, onda onun cavabı münasibət prinsipini pozardı, ona görə də onların işbirliyində olması ehtimalını saxlamaqdan ötrü, biz onların məntəqənin açıq olduğuna inanmalarını ehtimal etmək məcburiyyətindəyik. Ona görə də onların danışığı özlüyündə hərfi mənada olana əlavə kimi eyham mənası daşıyır, baxmayaraq ki, belə bir şey deyilməyib və deyiləndən bu məntiqi çıxarmamaq da olar.

Qrisin zənnincə, danışıq və onun daşıdığı istənilən söhbət implikaturu arasıdakı bağlılıq rasionaldır və danışanın prinsipləri onlara aid olan sözlərdəki hərfi mənalarla, konteksdəki detallarla və arxa fondakı biliklə birlikdə işlətdiyi ehtimalından çıxış edərək, belə bir nəticə çıxara bilərik ki, söhbətdə eyham vurulmuş mənalar fikirdə tutulub və ya nəzərə alınıb. Qris demir ki, dinləyicilər mütləq implikaturu fərq edən kimi mütləq bu əqli nəticə prinsiplərindən keçəcəklər – onlar eyham vurulmuş ismarıcı intiusiya ilə də tuta bilərlər – lakin o, söhbət implikaturlarının bir qayda olaraq prinsiplər əsasında nəzərdə tutulması məsələsində təkid edir.

Qris qeyri-müəyyənliyi, ayrılmazlığı, ləğv oluna bilinməsi daxil olmaqla, söhbət implikaturunun bir neçə fərqləndirici xüsusiyyətini ayırd edir. Söhbət implikaturu əlavə izah gətirilməklə ləğv oluna bilər, bu izah danışanın müvəqqəti olaraq prinsiplərdən “çəkildiyini” və implikaturun nəzərdə tutulmadığını aydınlaşdırır. Məsələn, Cons belə bir şey əlavə edə bilərdi: “Amma bu o demək deyil ki, o, pis filosofdur, tam tərsinə”.

Söhbət implikaturları bu mənada ayrılmazdır ki, onlar (bəzi istisnalar var amma) o, danışanı dediyinin hansı tərzdə olmasından deyil, tərkibindən götürülür və əgər danışan ifadə eləmək üçün başqa sözlər seçsəydi, hələ də meydana çıxa bilərdilər. Ən nəhayət, söhbət implikaturları qeyri-müəyyən ola bilərlər, çünki bir çox sayda interpretasiyalar ola bilər və bunların hər biri danışanın işbirliyində olduğu ehtimalını var saya bilər. Məsələn, “Culiyet günəşdir” deyərkən, Romeo Culiyetin gözəl, nurlu, həyat dolu və s. olduğuna dair eyham vura və bütün bu interpretasiyalar da eyham vurulmuş mənaya töhvə verə bilər. Metaforalar və dilin digər yaradıcı yanaşmaları bir qayda olaraq, bu cür qeyri-müəyyən implikaturlar yaratmaq məqsədi güdür.

Nə deyilməsi ilə nəyin söhbət əsasında eyham vurulması arasındakı fərq təkcə texniki fəlsəfi məsələ deyil. O, həmçinin insani ünsiyyətin necə praqmatik və qeyri-hərfi olmasına vurğu edir. Biz müntəzəm olaraq danışığımızın zəngin olması üçün söhbət əsaslı implikaturlara müraciət edirik, beləliklə, vaxta qənaət edir və həssas məlumatı ehtiyatla çatdırmış oluruq. Lakin bu rahatlıq etik və leqal problemləri də özüylə gətirmiş olur. Biz bir şeyi eyham vurmaqla əslində nə dediyimizə görə məsuliyyət daşıyırıqmı?

Real həyat hadisələrinə nəzər salaq. 1966-cı ildə məhkəmədə bankrota dair dinləmələr zamanı amerikalı film prodüsseri Samuel Bronstondan İsveçrədə bank hesabının olub-olmadığı soruşulmuşdu. O cavab vermişdi: “Şirkətin Zürixdə təxminən 6 aydır hesabı var” – bununla onun özünün olmadığına eyham vurulurdu. (Əgər olsaydı, bunu deyərdi, ona görə də biz olmadığını fikirləşirik). Amma eyham vurulmuş bu informasiyanın həqiqət olmadığı üzə çıxdı. Bronston yalançı şahidlikmi eləmişdi? Əslində o, saxta nəsə deməmişdi (Məhkəmə onun yalançı şahidlik elədiyinə dair qərar çıxarmışdı, amma ittiham sonradan ABŞ Ali Məhkəməsi tərəfindən geri çevrildi).

Oxşar məsələlər razılıq zamanı da ortaya çıxır. “Biz yuxarı qalxaqmı?” – adətən seksə dəvətə eyham kimi başa düşülür. Danışan seksə razılığımı nəzərdə tutur? (Və Bronston cavabındakı implikaturu inkar etsəydi necə olardı?) Mübahisələri və çaşqınlıqları aradan qaldırmaqdan ötrü biz daha aydın şəkildəmi ünsiyyət qurmalıyıq? İnsani ünsiyyətin praqmatikliyə əsaslandığını nəzərə alanda bu tövsiyyə keçərlidirmi?

Qrisin söhbət əsaslı implikatura dair izahını heç də bütün filosoflar və linqvistlər qəbul etmirlər, amma hər kəs onun insani ünsiyyətdə yayğın olan real fenomeni qaldırdığı məsələsində razıdır. Qris bizi çox vacib bir alətlə təmin edib, özümüzün emosional alətlər qabında bu alətə sahib olmaqla, biz söhbət əsaslı implikaturları və onların qaldırdığı məsələləri hər yerdə tapmış oluruq.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR