Yalqız yaşayıb yalqız ölən sevgi filosofu

Hər şeydən biraz
Photo

Yalqız yaşayıb yalqız ölən (pudel itlərindən başqa) sevgi filosofu

Fiona Zublin

Artur Şopenhauer hər şeyi anlamışdı. Onun yalqız qalması təəccüblü deyil.

Sevmək üçün sizin düşüyündünüzdən daha çox şey var. “OZY” şirkətinin “Qəribə sevgi” seriyaları sevgi və sədaqətin müxtəlif aspektlərini göstərir.

Artur Şopenhauer Flor Vaysla tanış olanda onun 39, qadının isə 17 yaşı vardı.

Onların hər ikisi Berlində göldə qayıq gəzintisi şənliyinə qatılmışdı, qızın gəncliyi və gözəlliyindən məmnun qalmış alman filosof ona (gizlicə) üzüm salxımı göndərmişdi. Vays daha sonra yazırdı ki, heç kəs görmədən üzümləri gəmidən bayıra atmışdı, “qoca kişi Şopenhauer”in onları verməsi onda ikrah hissi oyatmışdı. Onun növbəti addımı Vaysın atasından onunla görüşmək üçün icazə istəməsi oldu. Dövrünün aparıcı filosoflarından olmasına baxmayaraq, bu cür qayğı Şopenhauer üçün uğurla nəticələnmədi.

O, həmçinin dövrünün ən böyük pessimistlərindən biri idi və Şopenhauer haqqında daha çox öyrəndikcə ona verilən həmin adın mənası daha yaxşı başa düşülür. Onun diqqət ayırdığı başlıca məqam sevgi və münasibətlər , onların insanları dərindən bədbəxt etməsi idi. 1818-ci ilə aid “Sevgi metafizikası” essesində Şopenhauer qeyd edir ki, “sevginin həm həqiqiliyini, həm də əhəmiyyətini heç kəs şübhə altına qoya bilməz”, yalnız sevginin əsas məqsədi nəslin davam etdirilməsidir, “həyat eşqi” ifadəsi onun başlıca narahatlığı idi.

Kafka qorxunc bir sevgili idi

Şopenhauer dəlillərinin əsası kimi onu göstərirdi ki, aşiq olanda insan qeyri-ixtiyari onun çatışmazlıqlarını düzəldəcək şəxsi seçir. Boyu qısa olan kişilər uzunboy qadınlara, iri burnu olanlar kiçik burnu olanlara aşiq olur və s. Baxmayaraq ki, o, fikirlərin bəziləri aşkar fiziki görünüş ilə bağlı olmur – “daha çox kişi kimi kişi olan daha çox qadın kimi qadın olanı arzu edəcək”, deyir. Lakin bu, nadir hallarda bizi həqiqətən xoşbəxt edəcək insanlara doğru yönəldir. Şopenhauer yazır ki, törəmək stimulu hamını özünə elə çəkir ki, “aşiq bütün xoşagəlməz keyfiyyətlərə göz yumur, hər şeyi gözdən qaçırır, heç nəyə əhəmiyyət vermir və özünü əbədi olaraq ehtiras obyekti ilə birləşdirir. Bu illüziya onu tamamilə kor edir və nəsil artırmaq istəyi başa çatdıqdan sonra illüziya yox olur və onun yerində nifrət etdiyin ömür yoldaşı qalır”. Filosofun fikrincə, Şekspir melodramına baxmayaraq, əvəzi ödənilən sevginin əvəzi ödənilməyən sevgidən daha çox bədbəxt həyata səbəb olma ehtimalı var.

“O, insan həyatında cinsi cazibədarlığın əhəmiyyətini təsvir edən ilk mütəfəkkirlərdən idi”, Brok Universitetində fəlsəfə professoru və Şopenhauer haqqında iki kitabın müəllifi R.Raj Sinqh deyir (baxmayaraq ki, R.Raj Sinqh özünün daha çox Haydegger yönümlü olmasına inanırdı). “O deyir ki, təşkilatlanmış nikah ailə və cəmiyyətin işə qarışması hesabına daha rasional davranış forması kimi baş verir”. İnsanlar aşkar iki uyğun fərd axtarır… baxmayaraq ki, siz heç bir səbəb olmadan romantik şəkildə aşiq olursunuz, çünki həyati qüvvə, həyat eşqi sizi bir yerə gətirir”.

Şopenhauer özünü sevgi üzrə yeganə filosof hesab edirdi. Digərləri mövzuya toxunsalar da, Şopenhauer onların tənqidi fikirlərini səthi hesab edirdi, digərləri ilə yanaşı Platon və İmmanuel Kantın da sevgi fəlsəfəsini məhəbbət haqqında öz şəxsi fikirləri xeyrinə inkar edirdi. Onun mövzu ilə bağlı 1818-ci ildəki essesi geniş anlamda nəzəri idi, çünki həmin dövrə qədər onun heç bir əhəmiyyətli münasibəti olmamışdır (məlum olduğu qədər), lakin bu, “perspektivli kobudu” elə də narahat etmirdi. Yenə də, digər filosofları tənqid etməsi belə düşünməyə əsas verə bilər ki, onun həmin sahədə müəyyən təcrübəsi olub. “O deyir ki, sevgi fenomeni ilə bağlı Kantın şəxsi təcrübəsi olmayıb”, Sinqh yazır, “buradan belə məna çıxarmaq olar ki, o, özünün müəyyən təcrübəsinin olmasına inanırdı”.

Nəyə görə çox ağıllı insanlar xoşbəxtliyi tənhalıqda tapırlar?

“Sevgi metafizikası”nın nəşrindən 3 il sonra 30 yaşı keçmiş Şopenhauer, özünün fikrincə, ən uzun sürən münasibəti olduğu Karolin Rixter ilə tanış oldu. Onlar heç vaxt evlənmədilər. Şopenhauer nikahın üstünlükləri barədə düşünürdü, lakin özünü Rixterin doğru qadın olması fikrinə inandıra bilmədiyi aşkardır. Onlar ayrıldıqdan sonra o, Flora Vaysın diqqətini çəkmək üçün əlindən gələni etdi, lakin gənc qız onun üzümlərini və qəzəbli görkəmini bəyənmədi, sevgi filosofu tək qalmağa qərar verdi və 27 il ərzində davamlı olaraq sevdiyi pudel itləri ilə yaşadı. Onların hamısının adı Atma idi, çox güman ona görə ki, Şopenhauer itlərin kiçik fərdiliyinin mövcudluğuna inanırdı, hətta onları çox ağıllı məxluqlar hesab edirdi. 72 illik həyatı boyunca Şopenhauer əmin idi ki, “Sevgi metafizikası” da daxil olmaqla, onun gənc insan kimi tamamladığı iş həqiqətdi. “O, dəyişməməsi ilə qürur duyurdu”, Sinqh deyir, “O, hesab edirdi ki, onun 30 yaşında nəşr etdirdiyi əsas işi fəlsəfədə son söz idi”.

Şopenhauer tarixin ən böyük pessimistlərindən biri kimi tanına bilər, lakin Sinqhin qeyd etdiyi kimi, onun yazıları jarqondan azad dili və gündəlik problemlərə diqqət yetirməsi səbəbi ilə bir çoxları, hətta filosof olmayanları cəlb edir. “Onun fəlsəfəsi çox praktikdir; yerdəki həyat haqdadır”, Sinqh deyir, “İnsanların bir-biri üçün əhəmiyyətsiz olması kimi…yaxud sevgi problemi kimi”.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR