Bu əməliyyət mənim həyatımı xilas etdi, ancaq səsimi aldı

Stephen Hawking

Müsahibə
Photo

Kimsəsiz adada vallar: Müsahibə

BBC-nin “Desert İsland Disks” proqramı 1942-ci ildə yayımlanmağa başladı və radionun ən uzun müddətli proqramıdır, indi İngiltərədə milli qurum kimi tanınır. Bu illər ərzində proqrama qatılan qonaqlar möhtəşəm görüntü sərgiləyiblər. Proqrama yazıçılar, musiqiçilər, aktyorlar, rejissorlar, məşhur idmançılar, komediyanlar, müəllimlər, bağbanlar, rəqqaslar, siyasətçilər, karikaturistlər, kral ailəsinin nümayəndələri və alimlər qatılıb. Qəzaya tuş gəldiyi söylənilən qonaqlara, tənha bir adaya düşəcəkləri təqdirdə, seçəcəkləri səkkiz ədəd valın hansılar olacağı barədə suallar ünvanlanır. Qonaqlardan həmçinin yanlarında aparmaq istədikləri lüks bir (cansız) əşya və kitab adı da soruşulur. (Müəyyən bir dini mətnin - İncilin, Quranın yaxud oxşar tipdə bir cildin - Şekspirin əsərləriylə birgə orada olduğu fərz edilir)

Valları səsləndirəcək zəruri cihazların mövcud olduğu qəbul edilir. Proqramı tanıdan ilk açıqlamalar zamanı “..bir qrammafon və valları səsləndirəcək sonsuz sayda qrammafon iynəsinin mövcudluğu fərz edilir..” söylənirdi. Bu gün isə günəş enerjisiylə çalışan CD pleyerin valları səsləndirəcək cihaz olduğu qəbul edilir.

Proqram həftəlik yayımlanır və adətən qırx dəqiqə davam edən müsahibə ərzində qonağın seçdiyi vallar çalınır. Ancaq Stiven Hokinqlə aparılan və 1992-ci ilin Miladında yayımlanan bu müsahibə istisnaydı və daha uzun davam etdi.

Müsahibəçi Sue Lauleydir.

Sue: Stiven, şübhəsiz ki, bir çox yöndən baxanda, normal fiziki yaşamdan qopuq halda və təbii rabitə imkanlarından məhrum olaraq tənha bir adada yalnız qalmaq halhazırda sənin hiss etdiyin, bələd olduğun yaşantıdır. Bu sənin üçün nə dərəcədə tənhalıq sayılar?

Stiven: Özümü normal həyatdan qopuq görmürəm və əhatəmdəki insanların da normal həyatdan qopuq olduğumu deməyəcəyini sanıram. Özümü əlil insan kimi hiss etmirəm, sadəcə motor neyron xəstəliyinin bəd funksiyalarına sahib insan kimiyəm, daha çox sanki, rəng koru kimiyəm. Bilirəm ki, həyatım tərif etdiyimiz normal yaşam şəklinə uymur, fəqət ruhi baxımdan normal hiss edirəm özümü.

Sue: “Desert İsland Disks” proqramında yer alan digər qəza qurbanlarından fərqli olaraq sən hal-hazırda zehni və intellektual baxımdan özünəyetərli olduğunu söyləyirsən, səni məşğul edəcək nəzəriyyələrin və ilham qaynağının mövcudluğunu isbat etmiş durumdasan.

Stiven: Sanıram, mən təbiətcə bir az özünəqapanıq insanam və ünsiyyət zamanı yaşadığım çətinliklər məni özümə güvənməyə daha artıq məcbur etdi. Fəqət uşaq olanda söhbətcil idim. Hərəkətlənməyim üçün digər insanlarla müzakirəyə gərək duyuram. Hər hansı bir təklif irəli sürməsələr belə, sadəcə başqalarına izah etməkdən ötrü düşüncələrimi nizamlamağım mənə yeni çıxış yolu göstərir.

Sue: Bəs emosional doyum barədə nə düşünüsən, Stiven? Parlaq bir fizik də bu ehtiyacını təmin etmək üçün digər insanlara gərək duyur yəqin ki.

Stiven: Fizika sferasında hər şey çox yaxşıdır, ancaq tamamilə soyuqdur. Təkcə fizikaya sahib olsaydım, həyatımı davam etdirə bilməzdim. Digər insanlar kimi mənim də istiliyə, sevgiyə və şəfqətə ehtiyacım var. İstənilən halda, sevgi və şəfqət görmək baxımından bəxtim xeyli dərəcədə yaxşı gətirib, bu mənada mənim yetərsizliklərimə sahib olan bir çox insandan daha yaxşı haldayam. Musiqi də mənim üçün çox əhəmiyyətlidir.

Sue: Hansından daha çox həzz alırsan, fizikadan, yoxsa musiqidən?

Stiven: Fizikada fəaliyyətim uğurlu olanda, hiss etdiyim zövqün musiqidən duyduğum ləzzətdən daha şiddətli olduğunu söyləməliyəm. Ancaq insanın karyerasında işlər həmişə yaxşı getmir, uğurlu məqamlar bir neçə dəfə olur, digər tərəfdənsə bir val istədiyimiz zaman səsləndirilə bilər.

Sue: Tənha adada ilk dinləyəcəyin val hansı olacaq?

Stiven: (Fransis) Pulenkin “Gloria”sı Pulenkin “Gloria”sı. Onu ilk dəfə keçən bahar Kaloradoda, Aspendə dinlədim. Aspen əslində xizərksürmə mərkəzidir, ancaq yazda fizika toplantıları keçirilir orada. Fizika mərkəzinin yaxınlığında musiqi festivalı keçirilən böyük bir çadır var. Qara dəliklər buxarlaşdığı zaman nə baş verəcəyini analiz etməyə başladığınızda, orada məşqdən ötrü ifa edilən melodiyaları eşitmək olur. Bu ideal məqamdır, mənim iki əsas zövqümü- fizika və musiqini birləşdirir. Əgər dediyiniz tənha adada bu iki yaradıcılığa sahib ola bilsəm, xilas edilmək istəmərəm. Nəzəri fizikada hər kəsə söyləmək istədiyim hər hansı bir kəşfi həyata keçirənədək, yəni.. Sanıram fizikayla bağlı mətnləri mənə elektronik poçtla gətirəcək bəlli bir peyk kanalına sahib olmaq qaydalara zidd sayılar.

Sue: Radio fiziki yetərsizlikləri gizləyə bilər, ancaq bu dəfə digər yetərsizliyi də gizləyir. Stiven, sən yeddi il əvvəl sözün əsl mənasında səsini itirdin. Nə baş verdiyini anlada bilərsənmi?

Stiven: 1985-ci ilin yazında Cenevredə, böyük zərrəcik sürətləndiricisi CERN-dəydim. Vaqnerin “Ring” operalarını dinləməkdən ötrü Almaniyaya, Bayrota getməyi planlayırdım, ancaq sətəlcəm oldum və tələsik xəstəxanaya yerləşdirildim. Çenevrədəki xəstəxananın həkimləri arvadıma dəstəkləyici makinaya bağlı qalmağın mənim üçün yararsız olacağını söyləmişdilər. Ancaq o belə düşünmürdü. Təyyarəylə geriyə, Kembricdəki Addenbroks xəstəxanasına aparıldım, orada Roger Grey adlı bir cərrah “trachesotomy” (nəfəs borusunu açmaq) əməliyyatı həyata keçirdi. Bu əməliyyət mənim həyatımı xilas etdi, ancaq səsimi aldı.

Sue: Ancaq, deyəsən həmin zamana qədər səsin çox pozulmuşdu və anlaşılması çətiniydi. Bəlkə də bu səbəbdən danışıq qabiliyyətin əvvəl-axır səni tərk edəcəkdi, elə deyil?

Stiven: Səsim pozuntuya uğrasa da, anlaşılması xeyli çətinləşsə də mənə yaxın insanlar hələ də məni başa düşə bilirdilər. Tərcüməçi vasitəsiylə seminarlar verir və elmi yazıları diktə edə bilirdim. Ancaq əməliyyatdan bir müddət sonra bərbad vəziyyətdəydim. Səsimi geri qaytarmadığım təqdirdə, həyata davam etməyin mənasız olacağını hiss edirdim.

Sue: Sonra isə Kaliforniyalı komputer mütəxəssisi sənin pis vəziyyətdə olduğunu hiss etdi və sənə bir səs yolladı. İndi necə çalışır?

Stiven: Onun adı Uolt Uoltosz idi. Qaynanası da mənim xəstəliyimə tutulmuşdu və onun rabitə yaratmasına yardımçı olmaq üçün bir komputer proqramı yaratmışdı. Ekranda bir kursor hərəkət edir. İstədiyiniz variantda olduğu zaman baş və ya göz hərəkətiylə və ya mənim vəziyyətimdəki kimi əllə bir düyməni çalışdırırsız. Bu formada ekranın aşağı hissəsindəki yazılı sözləri seçə bilirsiz. Söyləmək istədiyiniz ifadə əmələ gəldikdə, səs sintezatoruna göndərilə ya da bir diskdə saxlanıla bilər.

Sue: Ancaq bu yavaş baş verir.

Stiven: Yavaşdır, normal danışığın onda biri qədər sürətlidir. Ancaq səs sintezatoru indi ilk zamanlardakından daha aydındır. İngilislər onu Amerikan aksenti sayır, Amerikalılar isə Skandinav ya da İrlandiya aksenti. İstənilən halda hər kəs onu anlaya bilir. Böyük uşaqlarım, səsim pisləşdikcə zaman-zaman onun təbii halına alışdılar, ancaq əməliyyat olduğum dönəmdə sadəcə altı yaşı olan ən kiçik oğlum məni heç anlaya bilmirdi. İndi heç bir çətinliyi yoxdur. Bu mənim üçün böyük əhəmiyyət kəsb edir.

“Nəsnələr necə işləyir” kitabının müəllifi fizik: Düsturları yox, prosesi dərk etmək vacibdir (Müsahibə)

Sue: Bu vəziyyət həm də hər hansı bir müsahibəçinin suallarını bilmək və ancaq kifayət qədər hazır olduqdan sonra o suallara cavab vermək istəyəcəyini göstərir. Elə deyilmi?

Stiven: İndiki proqram kimi uzun proqramlar üçün sualları bilmək daha məqsədəuyğun olar əlbəttə, əlavə olaraq saatlarca səsyazmaya gərək duymaram. Bu, digər tərəfdən mənə daha artıq kontrol imkanı yaradar. Ancaq reallıqda suallara anında cavab verməyi tərcih edirəm. Bu fəaliyyətimi seminarlardan və populyar konferanslardan sonra həyata keçirirəm.

Sue: Söylədiyin kimi bu proses sənin kontrolunun olduğunu göstərir və bunun sənin üçün çox əhəmiyyətli olduğunu bilirəm. Ailən və dostların bəzən sənin inadcıl və hökmsevər olduğunu söyləyirlər. Bu cür səciyyələndirmələrlə razısanmı?

Stiven: Qərarlı insanlar bəzən inadkar kimi xarakterizə edilir. Mən qərarlı olduğumu söyləməyi tərcih edərəm. Əgər olduqca qərarlı insan olmasaydım, indi burada olmazdım.

Sue: Sən həmişə belə idinmi?

Stiven: Sadəcə həyatım üzərində digər insanlarla eyni dərəcədə kontrol sahibi olmaq istərəm. Adətən əlil insanların həyatları başqaları tərəfindən idarə edilir. Heç bir sağlam insan buna dözə bilməz.

Sue: Yaxşı, ikinci valını eşidək.

Stiven: Bramsın skripka konserti Bramsın skripka konserti. Bu mənim aldığım ilk LP (long-playing) idi. 1957-ci il idi, 33 dövrlü vallar Britaniyada ilk dəfə gün üzünə çıxmışdı. Atam bir maqnitofon almağı bəsit istəklərə məsuliyyətsizcəsinə təslim olmaq hesab edirdi, fəqət onu, ucuz qiymətə alacağım hissəciklərdən bir maqnitofon montaji yarada biləcəyimə inandırdım. Bu Yorkşirli bir kişi kimi onu təmin etdi. 78-lik bir qrammafonun qılafına dönmə mexanizması və yüksəldici yerləşdirdim. Əgər onu saxlasaydım, indi çox dəyərli hesab edilərdi.

Elmlə maraqlananlar üçün 10 serial

Bu maqnitofonu hazırladıqdan sonra onda səsləndirəcəyim bir melodiyaya gərək duydum. Bir məktəb yoldaşım məktəbdə bizim çevrəmizdə heç kəsdə olmadığı üçün Bramsın skripka konsertini təklif etdi. Deyəsən otuz beş şillinq idi, belə xatırlayıram. Həmin dövrdə ələxsus mənim üçün bu bahalı qiymət idi. Valların qiyməti yüksəlib, ancaq həqiqətən bu gün daha ucuzdular.

Bu valı ilk dəfə bir dükkanda eşidəndə mənə qəribə təsir bağışlamışdı və onu bəyəndiyimə əmin deyildim. Ancaq özümü onu bəyəndiyimi söyləmək məcburiyyətində hiss etdim. İllər sonra isə mənim üçün böyük önəm kəsb etməyə başladı. Yavaş-yavaş cərəyan edən bölümün başlanğıcını səsləndirmək istərəm.

Sue: Ailənizin əski bir dostu, sən uşaq olarkən ailənizin “son dərəcə zəki, çox ağıllı və çox ekssentrik” olduğunu söylədi. Geriyə baxanda bunun haqlı tərif olduğunu düşünürsənmi?

Stiven: Ailəmin zəki olub-olmadığı barədə bir söz deyə bilmərəm, fəqət şübhəsiz ki, biz ekssentrik olduğumuzu hiss etmirdik. Ancaq olduqca ağıryana məmləkət olan St. Albanianda yaşayarkən onların standartlarına görə belə görünə bilərdik.

Sue: Və atan tropikal xəstəliklər mütəxəssisiydi.

Stiven: Atam tropikal xəstəliklərlə bağlı araşdırmalar sürdürdü. Yeni dərmanları yerində təcrübədən keçirmək üçün tez-tez Afrikaya gedərdi.

Sue: Beləlikdə də ananın sənin üzərində daha artıq təsiri yaranırdı yəqin. Əgər belədisə, bu təsiri necə ifadə edə bilərsən?

Möhkəm olmaq üçün faciəni yumor və çevikliklə qarşıla

Stiven: Yox, mən atamın daha çox təsirinin olduğunu deyərdim. Onu özümə model kimi götürdüm. O elmi araşdırmaçı olduğu üçün, insanın böyüdükdə elmi araşdırmalar həyata keçirməli olduğunu təbii sayırdım. Sadəcə fərq bundan ibarət idi ki, tibb və biologiya məni özünə cəlb etmədi, çünki onların tam doğru olmadıqlarını düşünürdüm və daha təsviri görünürdülər. Mən daha təməl bilgi sferası istədim və bunu fizikada tapdım.

Sue: Anan sənin həmişə “güclü şəkildə təzahür edən macəra duyğusu” adlandırdığı cəhətə sahib olduğunu söylədi. “Ulduzların onu cəlb edəcəyini görürdüm” dedi. Bunu xatırlayırsanmı?

Stiven: Gecələrin birində Londondan evə gec qayıtdığımı xatırlayıram. Həmin dövrdə təsərrüf məqsədiylə küçə işıqlarını gecə yarıları söndürürdülər. Kəhkəşan gözlərimin önündəydi və səmanı daha əvvəllər heç rastlamadığım şəkildə gördüm. Yaşayacağım tənha adada küçə lampaları olmayacaq, ona görə də ulduzların yaratdığı gözəl bir mənzərəylə əhatələnəcək yəqin.

Sue: Uşaq olarkən parlaq uşaq olduğun aydındı, evdə bacınla birgə oynadığın oyunlarda çox bacaracaqlıydın, ancaq məktəbdə hardasa son sıralara qədər düşə bilirdin və bu vecinə olmurdu, deyilmi?

Stiven: St. Albansdakı ilk illərimdə beləydim. Həmin sinfin çox parlaq bir sinif olduğunu deməliyəm və mən imtahanlarda sinif çalışmalarında göstərdiyim uğurdan daha böyük uğur qazanırdım. Əslində bacarıqlı ola biləcəyimdən əmin idim. Mənim o dərəcədə alt qatda yer tutmağıma səbəb olan cəhətlərim sadəcə yazı xəttimim səliqəsizliyi və dağınıqlığım idi.

Sue: Üç nömrəli valın hansıdır bəs?

Stiven: Oksfordda bakalavr tələbəsi olarkən Aldouks Hakslinin “Point Counterpoint” adlı romanını oxumuşdum. Bu roman 1930-cu illərin portreti kimi düşünülmüşdü və böyük obrazları var idi. Əksəriyyəti təbii deyildi, ancaq olduqca insani bir obraz varıydı və Hakslinin öz modeli olduğu bəlliydi. Bu adam Cənab Osvald Mosleyi təmsil edən bir xarakter kimi təsvir edilən İngilis faşistlərinin liderini öldürür. Daha sonra partiyaya bu işi özünün həyata keçirdiyini bildirir və qrammafona Bethovenin Strinq Quartet Op. 132 Bethovenin Strinq Quartet Op. 132 n-li əsərini qoyur. Üçüncü bölümün ortasında qapını açır və faşistlər tərəfindən vurulur.

Bu həqiqətən çox pis roman idi, ancaq Hakslinin musiqi seçimi doğruydu. Mənim tənha adamı sarıb-sarmalayacaq bir sunami dalğasının yolda olduğunu bilsəydim, bu kvartetin üçüncü bölümünü səsləndirərdim.

Sue: Riyaziyyat və fizika təhsili üçün, öz hesablarına görə dərslərlə gündə ortalama olaraq sadəcə bir saat məşğul olduğun Oksforda, University Collegə getdin. Oxuduqlarıma görə qayıq sürməkdən, pivə içməkdən və insanlarla axmaq zarafatlar etməkdən zövq alırmışsan. Problem nədəydi? Niyə çalışa bilmirdin?

Stiven: Əllinci illərin sonu idi və gənc insanların çoxu sosial nizam barədə xəyal qırıqlığına uğramışdılar. Maddi rifahdan başqa heç bir gözlənti yox idi. Mühafizəkarlar “Heç bir vaxt bu qədər yaxşı olmadınız” sloqanıyla üçüncü seçkini yeni qazanmışdılar. Mən və yaşıdlarımın çoxu həyatdan bezmişdi, darıxırdı.

Cəmiyyətin elmə münasibəti

Sue: Yenə də tələbə yoldaşlarının həftələrcə baş sındırıb çözə bilmədiyi problemləri bir neçə saat ərzində həll etməyi bacarırdın. Sözlərindən belə aydın olur ki, sənin xüsusi bir qabiliyyətə sahib olduğunun fərqindəymişlər. Sən fərqinə varmışdınmı bu qabiliyyətinin?

Stiven: O vaxtlar Oksfordda fizika dərsləri gülünc dərəcədə asanıydı. Həftə ərzində bir-iki problemi həll edəcəyin dərslərə girib, digər dərslərə girmədən də keçinmək olurdu. Bir neçə tənlikdən başqa nəsə yadda saxlamağa gərək olmurdu.

Sue: Əllərinin və ayaqlarının istədiklərini etmədiyini ilk dəfə Oksfordda hiss etdin, deyilmi? O zamanlar bu hadisəni öz-özünə necə izah edirdin?

Stiven: Əslində öncə avarı doğru-dürüst şəkildə çəkə bilmədiyimi hiss etdim. Daha sonra ümumi otaqdan düşərkən pilləkənlərdən çox pis şəkildə yıxıldım. Yıxılandan sonra kollecin həkiminə baş çəkdim, çünki beynimin zədələnməsindən qorxurdum. Ancaq o anormal vəziyyətdə olmadığımı düşünürdü və mənə pivə içməyi azaltmağı məsləhət verdi. Oksforddakı final imtahanlarımdan sonra yayı keçirmək üçün İrana getdim. Geri qayıdanda zəifləmişdim, fəqət bunun o dönəmlərdə keçirdiyim mədə xəstəliyindən qaynaqlandığını düşünürdüm.

Sue: Hansı mərhələdə təslim oldun və həqiqətən məsələnin ciddi olduğunu qəbul edib tibbi yardım almağa qərar verdin?

Stiven: O zamanlar Kembricdə idim və milad ərəfəsində evə getdim. Bu 1962-ci ili 1963-cü ilə bağlayan çox soyuq bir qışıydı. Elə arzusunda olmasam da, anam məni St. Albansdakı göldə konki sürməyə sürüklədi. Yıxıldım və ayağa qalxmağa çalışarkən ağır çətinlik yaşadım. Anam məsələnin ciddiliyini qavradı. Və məni ailə həkiminin yanına apardı.

Sue: Daha sonra üç həftə xəstəxanada qaldın və sənə ən bəd xəbəri verdilər.

Stiven: Əslində o hadisə Londondakı Barts xəstəxanasıyla əlaqəlidi. Çünki, atam Bartsda çalışırdı. Test edildiyim müddət ərzində xəstəxanada qaldım. Ancaq mənə heç bir zaman həqiqi problemimin nə olduğunu söyləmədilər. MS (Multiple Skleroz) olmadığımı və vəziyyətimin tipik olmadığını söylədilər. Gələcəyimə dair hansısa təklif irəli sürmədilər, fəqət mən gələcəyimlə bağlı qənaətlərinin bəd olduğunu anladım və buna görə də artıq heç nə soruşmadım..

(Ardı var)

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR