Miladla bağlı ən böyük yalanlar

Hər şeydən biraz
Photo

Böyük ehtimalla 3 kral olmayıb. İsa isə sarışın deyildi

Təzəlikcə doğulan çağa İsaya siz “Gəzən ölülər”lə (“Walking Dead” TV serialındakı zombilər – tərc) xaç çəksəniz, necə olar? Əgər siz Ohayoda yaşayan cütlüksünüzsə və onların həyətinin qarşısında belə bir zombi miladı (Milad: İsanın doğumu – tərc.) quraşdırmısınızsa, onlar mütləq narazı qalarlar və mübahisə düşər. Amma halbuki bu, o qədər də qeyri-adi bir şey deyil. Onlayn satış saytlarında pişiklərinkindən tutmuş “Star Wars” qəhrəmanlarınacan milad qurğuları satılır. İstəyənlər üçün Milad zamanı çimərkən istifadə edəcəkləri rezin ördəyin miladı qurğusu var, hətta irland milad qurğusu da var ki, 3 müdrik kişi hədiyyə kimi yonca, Ginnes pivəsi və qızıl külçə doğurlar. 2003-cü ildə çəkilən milad filmi - “Həqiqi Məhəbbət”də məlum olduğu kimi məktəbdəki məzun mərasimində bir meçə lobster, Hörümçək Adam və nəhəng yaşıl osminoqun iştirakı ilə baş tutan milad səhnəsi tamaşaya qoyulmuşdu, sanki filmdə demək istənilirdi ki, miladın təsəvvür edilməsi üçün milyon cür variant var.

Bununla belə, bu milad səhnələri ənənəvi olanlardan heç də daha qeyri-təbii deyillər. Digər bir çox bayramlar kimi milad da dinin və folklorun qarışığından ibarət ictimai ritualdır. İsanın miladını əks etdirən əksər təsvirlər isə sizin ehtimal edəcəyiniz kimi “İncil”də bəhs edilən hekayə ilə (guya İsa tövlədə “3 kralın” iştirakıyla ağdərili müqəddəs ailədə doğulub) ziddiyyət təşkil edən səhvlərlə doludur. Onlardan bəziləri əsrlər boyu mürəkkəbləşdirilib, spekulyasiyaya və sənətdəki ixtiralarla dəyişikliyə məruz qalıblar, buna görə də daha zərərsizdirlər. Lakin artıq onların təhrif edildiyini etiraf etməyin vaxtıdır. Ən az narahatlıq doğuran məqam milad yerinin özüdür, bu yer adətən çör-çöp və mamır basmış tövlə, yaxud mağara kimi təsvir edilir. “İncil” hekayətində Məryəm və Jozefin göstəriş əsasında Bethelemə gəldiklərindən, amma “mehmanxanada yer olmamasından bəhs edilir”. Siz buradakı “mehmanxana” sözünə aldanmayın, o, birinci əsrdə otel mənasında yox, ziyarətçilər üçün qonaq otağı mənasında işlədilirdi. “İncil”də deyilir ki, İsa heyvanlar üçün nəzərdə tutulan yem qabında uzandırılmışdı, Bethelem kimi yoxsul yerlərdə quldurlardan qorumaq üçün heyvanları adətən evin birinci mərtəbəsində saxlayardılar.

Ona görə də böyük ehtimalla ssenari belə baş tutub: İsa qohumlarının evində adətən heyvanların saxlanıldığı evin bir guşəsində dünyaya gəlib. Əksər milad səhnələrinin göstərdiyinin əksinə olaraq, bu, o qədər də cəlbedici görünmür. Həmin populyar təsvirlərdə müəyyən dərəcədə çəkicilik və həssaslıq var: körpənin ətrafında bir yerə toplaşan müqəddəs ailə müəyyən elementlərlə bəzədilib və onların üzərinə parlaq ulduzun şüası düşür. Bu ilahi təsvirlər xətalı detalçılığın yayğınlaşmasının və saysız-hesabsız milad ilahiləri ilə mədəni şüura qazılmasının səbəblərini izah edə bilər.

İngilis Miladının “yaradıcısı” Çarlz Dikkensdir?

Söhbət insanların tez-tez oxuduqları İsa doğularkən “inəklər başını aşağı salırdı” kimi nəğmələrdən gedir. Bu misralar “Yemlikdən Uzaqda” mahnısından - 19-cu əsrin sonlarında yayılan məşhur ilahidəndir, bu ilahi İsa doğularkən heyvanların onu əhatə etdiyi fikri daxil olmaqla, bir çox Xristian miflərini təşviq edir. Amma bu, söz yazarının deyil, musiqi yazarının əlavə etdiyi detaldır. Bir çox milad təsvirlərinə görə, İsanın doğulduğu yerə çobanlarla birgə qoyunlar gəlib, müdriklər dəvələrini buraya sürüblər, amma bu, fərziyyədir. Hətta Papa XVI Benedikt “Nazaretdən olan İsa: Körpəlik hekayələri” kitabında etiraf edir ki, ““İncil” hekayətlərində heyvanların adı çəkilmir. Əgər heyvanlar olubsa belə, onların hansı növ olduğu məlum deyil.

Əksər təsvirlərdə ən çox göstərilən heyvan eşşəkdir, populyar təsvirdə Bakirə Məryəm heyvanın arxasında oturaraq sürür, əri Jozef isə onun təkbaşına getməsinə icazə verir. Bununla belə, “İncil”də onların hansı nəqliyyat vasitəsindən istifadə etdikləri yazılmayıb. Alimlərin zənnincə, Məryəm ona görə eşşəyə minib ki, onun və ərinin maliyyə vəziyyəti çox aşağı idi, amma başqa bir ehtimala görə, onlar tək səyahət etmək istəməyib, daha təhlükəsiz və yayğın vasitə olan karvandan istifadə ediblər. İsanın Tanrının yaratdığı digər məxluqlarla yanaşı təbiətdə doğulması həmçinin bütün canlılar arasındakı harmoniya görüntüsünü gücləndirir – amma orada heyvanların ümumiyyətlə olmaması da mümkündür.

Milad səhnəsində yer alan insan qəhrəmanlar isə heyvanlardan daha çox problem çıxarırlar. Bir çox milad səhnələrində ipək libaslar, zərif türbanlar geymiş və dəbdəbəli qızıl zinət əşyaları taxmış üç hökmdar təsvir olunur. Ancaq “İncil”də yazılanlara görə, təkcə “Şərqdən olan Maq” körpə uşağı ziyarət etmək üçün qəribə ulduzu izləyərək gəlmişdi. Əslində “maq”, yaxud “müdrik insan” çox güman ki, Persiyadan olan ruhani sinfinə aid edilib. Onlar bir qayda olaraq münəccimlərin tələbələri olurdular və qalaktikadakı anomaliyaya əsaslanaraq məlumat aldıqlarını deyirdilər. Əgər İsanın ziyarətçiləri saray əyanları idilərsə, “İncil” hekayətlərini yazanlar böyük ehtimalla bu detalı əlavə edərdilər. Ancaq bunun əvəzinə, Renessans sənətkarları İsanın miladında krala bənzər fiqurlar təsvir etməklə, bu xətanı daha da genişləndiriblər.

Yüksək Renessans Dövrünün ən məşhur əsərləri

Ziyarətdə neçə maqın iştirak etdiyi məlum deyil. “İncil”də yazılana görə, müdrik adamlar üç hədiyyə gətirmişdilər – qızıl, buxur və mir – onların 3 nəfər olması fikrinin ortaya çıxmasına da səbəb ola bilsin bu 3 hədiyyə olub. (Gözəl Milad ruhanisi “Biz Üç Kral”ın ortaya çıxması heç şübhəsiz bu ideyanı gücləndirib). Xristian ənənəsi hətta bu “3 kral”a adlar da verib: Melxior, Qaspar və Baltasar, amma bu da fərziyyədir. Tarix boyunca bu təsvirin oturuşmasına da səbəb onun nüfuzediciliyi ola bilər. Dünyəvi kralların bir körpənin qarşısında “kainatın kralı” kimi təzim etməsi unudulmaz səhnədir.

Amma bu təsvirlərin əksəriyyətinə nüfuz etmiş ən zərərli detal, əksər Qərb narrativlərindəki qəhrəmanların dəri rəngləridir. Müqəddəs ailə bir qayda olaraq forfor kimi ağdərili təsvir edilir, Anqlo-Sakson təsvirlərdə isə gözəl mavi gözlər və al yanaqlar öz əksini tapır. Bu, əlbəttə, “Sears.com”-da satılan milad dəstlərində də öz əksini tapır, "Pottery Barn Kids's" milad təsvirlərində isə sarışın möhtəşəm saçlı Məryəm var. "Sam's Club"da belə görünür, bu ağlığı satış üçün vacib detal hesab edirlər - onların "14 parçadan ibarət Ağdərili Milad Səhnəsi" 79,71 dollara sizin ola bilər. İrving Berlinin "Ağ Miladın Həsrətində" deyərkən, nəyi nəzərdə tutduğu isə məlum deyil.

“İsanın rəngi”ni yazan Edvard Blum və Pol Harveyə görə, Renessenas təsvirlərində İsa bir qayda olaraq avropalı görünüşündə təsvir olunsa da, İsanın ağdərili təsvirləri 19-cu əsrin ortalarına qədər ABŞ-da populyar olmayıb. Harvey və Blum qeyd edirlər ki, gənc Birləşmiş Ştatlarda İsanın ağ rəngə transformasiya olunması bir tərəfdən də onu ağ gücün rəmzinə çevirib. Əsrlər boyunca populyar olan narrativlərdəki problemlər əsasən zərərsiz idisə, bu, olduqca problematik görünür. Bu, qüsurlu bir şəkildə zərərli kültür normalarını yayır: əgər ağlıq saflıq və düzgünlük kimi qiymətləndirilirsə, qaralıq da günahla və şeytaniliklə əlaqələndirilir.

Avropada Renessans hansı ölkədə və necə baş verdi?

Əslində “İncil” İsanın (həmçinin müqəddəs ailənin) dəri rəngiylə bağlı susqundur, bu detalların yoxluğu Xristian inancı üçün üstünlük yaradır. Bəzi elm adamlarının dediyinə görə, “əlyazmalarda İsanın dəri rənginə toxunulmaması xristianlığın müxtəlif etnik qruplardan olan insanlar arasında yayılmasına imkan yaradıb”. Bununla belə, elm adamları razılaşırlar ki, İsa Yaxın Şərqdən olub, bu isə o deməkdir ki, heç şübhəsiz onun tünd dərisi, qara saçları və qara gözləri olub.

Bütün kültür ənənələri – xüsusilə min illər əvvələ gedənlər vaxt keçdikcə dəyişikliyə məruz qalırlar. Ona görə də standart milad səhnəsinin onun nəzərdə tutduğu mənadan fərqli yozumlarının olması başadüşüləndir. Bəli, səhnənin ana fikri yerində qalıb. Amma bu anları illər keçdikcə ağılsızcasına təkrarlamaq, cüzi xətaları və ehtimalları tarixi fakt kimi qəbul etmək riskini özüylə gətirib. Eşşəklərə və tövlələrə gəldikdə isə, uğursuzluğa uğramaq riski böyükdür. Amma bu səthi xətalara yetərincə diqqət etməklə, həm inanclılar, həm də inancsızlar İsanın tarixçəsi haqqında qüsurlu hekayələrin də fərqinə vara bilərlər. Bu isə öz növbəsində ritualların kiçik, ya böyük, dini, ya qeyri-dini olmasından asılı olmayaraq və təkcə pişiklərə, lobsterlərə, yaxud zombilərə aid edilmədən, hamısının diqqətlə analizdən keçirilməli olduğu mənasına gəlir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR