Nəyə görə çox ağıllı insanlar xoşbəxtliyi tənhalıqda tapırlar?

Emosional intellekt
Photo

Yeni araşdırmaya görə, bizim başqa insanların yanında rahatlıq tapmağımız təkamülün məhsuludur.

Təzəlikcə nəşr olunan araşdırma bizim irsi ehtiyaclarımızın müasir hisslərimizə təsirindən bəhs edir. Amma tədqiqatçıların tapıntısı çox ağıllı insanlar arasında az adamı təəccübləndirəcək. Araşdırmanın nəticəsinə görə, əksər insanlar doğmalarının ətrafında rahatlıq tapdıqları halda, ağıllı insanlar tənhalıqda dinclik tapırlar.

Sinqapur Menecment Universitetinin və Sinqapur və London İqtisadiyyat, Siyasət Elmi Universitetinin araşdırmaçıları Norman P. Li və Satoşi Kanazava xoşbəxtliyin “savanna nəzəriyyəsi”ni araşdırmaqla məşğuldurlar.

Eyni zamanda “təkamül irsi hipotezi” və “uyğunsuzluq hipotezi” kimi də adlandırılan savanna nəzəriyyəsinə görə, biz ətrafımızdakı şərtlərə əcdadlarımızın verə biləcəyi kimi reaksiya veririk. Belə ki, biz psixoloji olaraq insanlıq hələ savannada yaşayan dövrdəki əcdadlarımızın ehtiyaclarına uyğun təkamül eləmişik.

Tədqiqatda Milli Yetkin Sağlamlığı Araşdırması təşkilatının 2001-2002-ci illərdə 18-28 yaş arası 15, 197 fərd arasında keçirdiyi müsahibələr əsasındakı dəlillər analiz edilib. Tədqiqatçılar respondentin yaşadığı yerlə (urban, yaxud aqrar ərazi) onun həyat məmnuniyyəti arasındakı qarşılıqlı əlaqəyə nəzər salıblar Onların maraqlandıran sual bu olub ki, əhali sıxlığı və dostluqlar xoşbəxtliyə necə təsir edir.

Böyük qruplar arasında özümüzü necə hiss edirik

Tədqiqat aşkarlayıb ki, əhalinin sıx yaşadığı bölgələrdə ümumilikdə insanlar daha az xoşbəxtdirlər. Araşdırmanın müəllifləri buna savanna nəzəriyyəsinin təsdiqi kimi baxırlar, çünki böyük şəhərlərin sübut elədiyi kimi biz təbii olaraq böyük qruplarda özümüzü naqolay hiss edirik, bizim beynimiz 150 nəfərlik qruplarda fəaliyyət göstərmək üçün təkamül edib:

• Bizim neokorteksimizin ölçüsünü digər primatlarla və onların yaşadığı qrupların ölçüləriylə müqayisə etdikdə, məlum olur ki, insanlar üçün qruplardakı təbii say 150 nəfərdir. (Dunbar, 1992).

• Kompüter simulyasiyaları riskdən qaçmaq təkamülünün ancaq 150 adamdan ibarət qruplarda olduğunu göstərir. (Hintze, Olson, Adami, & Hertwig, 2013).

• Müasir ovçu-yığıcı cəmiyyətlərdə qrupların orta ölçüsü 148,4 nəfərdir. (Dunbar, 1993).

• Mesopotamiyadakı neolit kəndlərindəki insan qrupları 150-200 nəfər arasında dəyişirdi. (Oates, 1977).

• Qrupun miqyası 150-200 nəfəri keçəndə, o, üzvləri arasında daha böyük əməkdaşlığı və qarşılıqlı əlaqəni təmin etmək üçün adətən iki hissəyə parçalanırdı. (Chagnon, 1979).

• Hər il adambaşına göndərilən bayram açıqcaları bir qayda olaraq 153,5 nəfər üşün hesablanır. (Hill & Dunbar, 2003).

Amma buna baxmayaraq, tədqiqat ortaya çıxarıb ki, ətrafda çox sayda insandan qaynaqlanan neqativ, ortabab ağlı olan insanlara daha pis təsir edir. Tədqiqatçıların zənnincə, bizim ən ağıllı əcdadlarımız daha güclü strateji çevikliyə və fitri bacarıqlara görə, savannada böyük qruplara daha yaxşı adaptasiya oluna bilirdilər, ona görə də bu gün onların ağıllı törəmələri də şəhərlərdə daha az stres yaşayırlar.

Sənin ya dostların var. Ya da yoxdur.

Yaxşı dostluqların əksər insanların həyat məmnuniyyətini artırdığı kimi görünsə də, Li, Satoşi və Kanazava nə qədər təəccüblü olsa da qeyd edirlər ki, bu mövzunu indiyədək cəmi bir tədqiqat araşdırıb və bu tədqiqatın gəldiyi qənaətə görə, dostluqlar bağlılıq, kiminsə sənə ehtiyac duymasına ehtiyac duymaqı, o cümlədən təcrübələrin paylaşdırılması kimi psixoloji ehtiyacları təmin edir. Amma bununla belə, insanın nəyə görə bunlara ehtiyac duyduğu izah edilməyib.

Li və Kazanavanın fikrincə, biz bunun üçün elə savannaya baxmalıyıq. Tədqiqatçılar deyir ki, dostluqlar və ittifaqlar həyatda qalmaq üçün həlledici idi, bu birliklərdə onlar qrup ovçuluğunu, ərzaq bölüşdürülməsini, reproduksiyanı və hətta qrup şəklində uşaq böyüdülməsini təmin edirdilər.

Onların analiz etdiyi dəlillər yaxşı dostluqların (bir neçə yaxşı dost çoxsaylı zəiflərdən daha üstündür) əksər insanların həyat məmnuniyyətini artırdığını təsdiq edib.

Buna baxmayaraq, aşkarlanan sübutlar çox ağıllı insanlarda bunun əksi olduğunu göstərir: Ağıllı insanlar başqaları ilə olmaqdansa, hətta ətraflarındakı ən yaxşı dostlar olsa belə, tənhalıqda özlərini daha xoşbəxt hiss edirlər.

Əslində olduqca “sağlam” sosial həyat çox ağıllı insanların həyat məmnuniyyətini aşağı salır. Buna səbəb onların niyyətlərinin daha məqsədyönlü və faydalı, digər insanlarınkının isə zəhlətökən dərəcədə fikir yayındırması ilə əlaqədar ola bilərmi?

Hərçənd yeri gəlmişkən, bunun özü çox böyük əhəmiyyət daşıyır: onların araşdırması həmçinin bunu müəyyən edib ki, dostlarla sosiallaşmaya çox vaxt ayırmaq yüksək intellektin göstəricisidir! Bu karıxdırıcı ziddiyət ən azından ağlasığmaz kimi görünür. Təbii ki, əgər bu ağıllı insanlar mazoxist deyillərsə.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR