Salman Rüşdi, “Florensiya sehirbazı” və Makiavelli

Ədəbiyyat
Photo

“Florensiya sehirbazı” romanında Makiavelliyə də yer verən Salman Rüşdi, bu mühüm mütəfəkkiri tənqidçilərə qarşı müdafiə edir.

Salman Rüşdi, “Florensiya sehirbazı” romanında Renessans İtaliyasından Hindistana qədər uzanan sehirli bir hekayə danışır. Bu roman cürbəcür təhkiyəçilər, səyyahlar, macəraçılar tərəfindən danışılan və moqol, osmanlı, babur, habelə Florensiya mədəniyyətinə istinadlar edən, tarixi nağıllarla qaynaşdıran əsərdir.

Hadisələr qismən Renessans dövründə, Florensiyada baş verir və romanın qəhrəmanlarından biri Nikkolo Makiavellidir. Dövrünün qabaqcıl siyasətçi, tarihçi, fəlsəfəçi və yazarlarından biri olan Makiavelli özünün “Şahzadə” kitabı ilə böyük bir mübahisənin əsasını qoydu: o, gücü, gücə sahib olmaq və qorumaq üçün hər yolun mümkün olduğunu müdafiə edən bir "Makiavellişünas" idi, yoxsa sadəcə gücün həqiqi təbiətini göstərmək istəyirdi?

Rüşdi, “Florensiya sehirbazı” barədə verdiyi bir müsahibədə ikinci variantı müdafiə edir. O, “Şahzadə”nin "hakimiyyətin təlimat kitabı" olmadığını, Makiavellinin çəkdiyi iztirablara görə amansız gücü çox yaxından araşdırma fürsəti əldə etdiyini və (gücün) təbiətini böyük bir reallıqla təsvir etdiyini deyir:

"Mən, Makiavellinin tarixin silləsini yediyini düşünürəm; çünki Makiavellinin özü Makiavellişünas deyildi. Makiavelli adı zaman ötdükcə kinizm və dələduzluq, amansızlıq və güc siyasəti mənasına gəlməyə başladı; kiçik kitabı “Şahzadə” buna səbəb oldu. Lakin bu kitabın yazılışını nəzərə almalıyıq. Bu şəxs ciddi bir demokrat idi və Florensiya respublikaya çevrilib Medici ailəsini qovduğu vaxt şəhərə xidmət edib. Medicilər geri qayıdıb hakimiyyəti yenidən ələ keçirəndə ona nifrət etdilər, işgəncə verdilər, onu, demək olar, öldürdülər, sürgünə göndərdilər və Makiavelli həyatının geridə qalanı ərzində evinə qayıtmadı; əyalətdəki bir villada sürgündə yaşamaq məcburiyyətində qaldı. Yəni, onun Medicilər kimi şahzadələrdən nifrət etməsi normaldı. O dövrdə təkcə Medicilər deyil, Borgia, Sforza kimi başqa böyük ailələr də dəhşətli dərəcədə amansızdı. Makiavelli də bu kiçik tezisində həyatın necə olmasını istədiyini deyil, gücün həqiqətdə necə işlədiyini yazıb; müşahidə etdiyi şeyləri, yəni gücün amansızlığını. Elçiyə bəla yoxdur. Qarşımızda gücün təbiətini tam dərk edən və böyük bir xəta ilə bunu açıq şəkildə, bütün çılpaqlığı ilə, heç yumşaltmadan yazan bir şəxs var. Amansız olmaq, nəzakətli olmaqdan daha yaxşıdır – deyirdi Makiavelli. Kitabın qeyri-adi bir hissəsində, Makiavelli hakimiyyətə gələn hökmdarlara tövsiyyələr verir və etmək gərəkənin, ən pis işləri ilk gündə etmək olduğunu deyir: öldürməli olduğunuz hər kəsi öldürün, ən pis şeyləri ilk gündə edin. Çünki sonra insanlar sizin üçün, əvvəlki kimi pis deyil – deyəcəkdir. Bunları, bu cür müşahidələri oxuyarkən müdhiş dərəcədə aydın, amma məyus, şübhəli bir zehin görürük, gücün təbiətini yazdığını görürük. Bunun düzgün şəkildə oxunmaması və insanların onu hakimiyyətin təlimat kitabını yazmaqda ittiham etməsi, doğrudan da böyük haqsızlıqdır.

Makiavelli şirin adam idi, çox yaraşıqlıydı. O, müəyyən qədər arvadbazdı, bu doğrudur, onu çox sevən həyat yoldaşını tez-tez aldadırdı, bununla belə, Renessansın ən böyük komediyasını yazdı. “Adamkökü (La Mandragola)” əsəri Rennesans dövründə yazılan ən uğurlu komediyadı. Makiavelli eyni zamanda tamamilə əyləncə məclislərinin adamı idi. Onun dostlarının birindən qalan gözəl bir məktub var; adı Agostino Vespucci, ki o da romanda, üç yoldaşın üçüncüsü, yeniçəridir".

- "Amerikada bir əmioğlusu var, Amerigo Vespucci".

- "Bəli doğrudur, florensiyalı Vespucci ailəsi çox genişdi və Amerigonun uzaqdan əmioğlusu idi. Yəni o, həqiqətən də yaşayıb; bir-birlərini yaxşı tanımırdılar, amma qohum idilər. Agostino Vespuccinin Makiavelliyə yazdığı bir məktub var. Makiavelli güman ki, Florensiya dövlət işi üçün şəhər kənarında olarkən, deyəsən, Romada ikən, Agostino, xahiş edirəm, dərhal geri qayıda bilərsinizmi – deyə yazır, çünki siz şəhərkənarına çıxanda əyləncə təşkil edəcək kimsə qalmır. Belə idi, Makiavelli belə bir şəxs, əyləncə məsliclərinin nəşəsiydi. Mən də bu adamın pis ad çıxardığını düşündüm".

- "Sanki özünüzü eyniləşdirirsiniz".

- "Uğurlu müşahidədir".

- "Əlbəttə, romandakı xarakterklərin özünüz olduğunu dediniz".

- "Bəli, doğrudur. Əslində Makiavelli barədə bütün bu məlumatlara Kembricdə tarix oxuyarkən rast gəldim, yəni bir sıra təhriflərə hədəfi olmamışdan xeyli əvvəl. Həmin vaxt əslində son dərəcə yaxşı olan bu adamın bu qədər üzdəniraq şeyləri təmsil etməyə başlaması mənə çox qəribə gəldi. Sonra, uzun illər sonra bu cür şeytanlaşdırma prosesi mənim də başıma gəldi və bəli, doğrusu, onunla bağlı nəsə yazmaq istəyim həqiqətən artdı; çünki bəlkə də bundan dörd yüz il sonra kimsə də mənim üçün eynisini edər – deyə düşündüm. Həmişə dörd yüz ilə qədər çəkir. Vatikanın Qaliley haqqında yanıldığını qəbul etməsi dörd yüz il çəkdi. Dörd yüz il sonra, bəli, əslində doğrudur, dünya günəşin ətrafında fırlanır, dedilər. Papanın bunu dərk etməsi üçün dörd yüz il lazım oldu".

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR