Remarkın sevgi barədə söylədiyi ən yaxşı 25 sitat

Ədəbiyyat
Photo

Böyük qəlbə sahib yazıçı olan Erix Mariya Remark sevgi haqqında o qədər təsirli və dərindən yazır ki, əsərlərinin mütaliəsindən ayrılmaq mümkünsüz hala gəlir. Aşağıda onun sevgi barədə söylədiyi 25 ən yaxşı sitatı yayımlanır.

1. Bir insanla üç gün içindəcə doğmalaşa bilərsən. Ancaq digər tərəfdəsə, illər boyunca səninlə bir yerdə yaşasa da, ən sevdiyin rəngin hansı olduğundan bixəbər olan insanlar ola bilər.

2. Ürəyincə olan insanı tapdıqda, başqa birinə nəzər salmaq belə istəməzsən.

3. Dünyanın ən kövrək nəsnəsi qadın sevgisidir. Bircə yanlış addım, söz, baxış kifayətdi ki, hər şey korlansın və daha heç nəyi düzəldə bilməyəsən.

4. Ən güclü, çökdürücü duyğu məyusluqdur. Küskünlük, qısqanclıq, hətta nifrətdən sonra da qəlbdə hansısa hisslər qalır, ancaq məyusluq özündən sonra yalnız boşluq duyğusu saxlayır.

5. Bir insan digərinə bir damcı doğmalıqdan, hərarətdən başqa nə verə bilər ki? Və bundan daha artıq nə ola bilər ki? Sən sadəcə heç kimi özünə yaxın buraxma, buna icazə vermə. Əgər buraxsan, içəri girməsinə izin versən, ondan ayrıla bilməyəcəksən, onu tutub saxlamaq istəyəcəksən. Həyatda isə heç nəyi tutub saxlamaq olmaz...

6. Üzrxahlıq sənin haqsız, qarşı tərəfinsə haqlı olduğunu göstərmir. Bu, sizin münasibətinizin şəxsi eqonuzdan daha dəyərli olduğu anlamına gəlir.

7. Sevəcəyin insan “səninlə yaxşı hiss edən” insan deyil. Yüzlərlə insan səninlə bir yerdə olarkən özünü yaxşı hiss edə bilər. Sevəcəyin insan “sənsiz olarkən pis hiss edən” insandır.

8. Qəlbin kiməsə tərəf can atanda, ona mane olma. Nəyə ehtiyacımız olduğunu ən yaxşı o bilir..

9. Biz sadəcə təsadüfən qarşılaşıb kiçik bir cığır boyunca birlikdə yüyürən və bir-birimizi heç bir zaman anlamayan yabançılarıq.

10. Dost qalmaq? Sönmüş hisslərin soyumuş lavasında kiçik bir dirrikmi sulamaq? Yox, bu bizlik deyil. Ötəri münasibətlərdə, kiçik mübahisələrdən sonra belə şey etmək olar, zatən onda da xeyli süni alınır. Sevgini dostluqla ləkələmək olmaz. Bitdisə, bitdi.

11. Heç kim sənə, əvvəllər sevdiyin insan qədər yadlaşa bilməz.

12. Bir-birimizi heç zaman unutmayacağıq, ancaq bir-birimizə geri də dönməyəcəyik.

13. Sevgi izahları, açıqlamaları anlamır. Ona əməl lazımdı.

14. Bunu yaddan çıxarma, oğlan: bir qadın uğruna fədakarlıq edərkən, heç vaxt, heç zaman və bir daha deyim ki, heç zaman onun nəzərində gülünc görünməzsən.

15. Mənə elə gəlir ki, qadın kişiyə onu sevdiyini söyləməməlidi. Qoy bu haqda onun parlaq, sevincək gözləri danışsın. Baxışlar hər sözdən daha ifadəli, daha anlamlıdır.

16. Qadına ya səcdə etməlisən, ya da onu buraxıb getməlisən. Qalan hər şey boşunadır, yalandır.

17. Sırtıq olmaqdan bu qədər çox çəkindiyimiz üçün laqeyd görünürük.

18. Ən böyük nifrəti, əvvəlcə qəlbimizin ən dərin güşəsinə toxunmağı bacarıb, sonra ruhumuza tüpürən insanlara qarşı hiss edirik.

19. Ona yaxın durmuşdum, onu dinləyib gülürdüm və bir qadını sevərkən kasıb olmağın nə qədər ağır durum olduğunu düşünürdüm.

20. Həqiqətən deyiləsi sözün olanda, uyğun söz tapmaq çətin olur.

21. Qədrini bilməyən bir insanın sevgisinə nail olmağa nə qədər çox çalışırsansa, onun göstərdiyi laqeydlik səni bir o qədər dərindən yaralayır.

22. Kimisə unutmağa çalışırsansa, deməli, onun barəsində hər zaman düşünürsən.

23. Heç kimə gərək olmadıqlarını düşünən insanlar, əslində çox zaman ən gərəkli olanlardır.

24. Nə qədər çox görüşdüyünüz önəmli deyil, bu görüşlərin sizin üçün hansı anlam kəsb etdiyi önəmlidir.

25. Səhər-səhər barəsində düşündüyün ilk insan və gecələməyə gedərkən barəsində düşündüyün son insan, ya sənin sevinclərinin, xoşbəxtliyinin səbəbkarıdır, ya da əzablarının, bədbəxtliyinin.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR