Qadınların səsvermə hüququ qazandığı ilk ölkə

Tarix
Photo

Qadınların səsvermə hüququ qazandığı ilk ölkə - Yeni Zelandiya

125 il əvvəl bu gün Aotearoa (Maorilər ölkəni belə adlandırırlar) - Yeni Zelandiya qadınların səsvermə hüququnun qazandığı ilk ölkə kimi tarixə keçdi.

Bu hadisə qadınların cəmiyyətdəki əvvəlki işəyaramaz mövqelərini tərk edərək, kişilərlə bərabər hüquqlarının təmin edilməsi yönündə beynəlxalq qadın hərəkatının tərkib hissəsi idi.

Amma maraqlıdır, nəyə görə bu qlobal hadisə ilk dəfə Atlantik okeanının bir küncündəki kiçik və təcrid olunmuş bir adada baş vermişdi?

Səhnənin qurulması

19-cu əsrin sonunda Aotearoa - Yeni Zelandiya mütərəddid və sürətlə dəyişən bir təmas nöqtəsiydi, britaniyalı ilk köçkünlər burada əksər vaxt yerli Maori xalqının zərərinə olaraq, sistemli müstəmləkəçilik siyasəti aparırdılar. Köçkünlər Britaniyayla ən yaxşı formada uzlaşan yeni dünya cəmiyyəti yaratmaq arzusundaydılar, bu cəmiyyət sənaye inqilabının - Britaniyanın qaranlıq şeytani zavodlarının mənfi xüsusiyyətlərindən arınmış olmalıydı.

Ölkədə əksər insanlar universal kişi səsvermə hüququnu, daha yumşaq sinfi quruluşu, irqlərarası maariflənmiş əlaqələri və qadınların həyat tərzinin yaxşılaşmasını nəzərdə tutan humanizmi dəstəkləyirdilər.

19-cu əsrin sonlarında Yeni Zelandiyada qadınların tələblərdən ibarət uzun siyahısı vardı. Bura bərabər əmək haqları, qadınlara qarşı zorakılığın aradan qaldırılması, qadınların iqtisadi azadlığı, yaşlılara təqaüdlərin verilməsi, evlilik, boşanma, səhiyyə, təhsil islahatları, o cümlədən hər kəs üçün sülh və ədalət daxil idi.

Qadın həqiqətən natamam varlıqdırmı?

Qadınların səsvermə hüququ cəmiyyətdə geniş dəstək qazanmış və bu dəstək qadınların bərabərliyi üçün həmrəylik rolunu oynamışdı. Qadın hüquqları fəalı Kristina Henderson sonralar deyəcəkdi ki, qadınların özlərinin mövcudluqları qədər qədim olan “uzunömürlü işəyaramazlıq komplekslərindən” azad olmalarında 1893-cü il “mənəvi və ruhani bir ruh yüksəkliyi” yaratdı.

Yeni Zelandiyanın ilk qlobal qadınlarına iki digər faktor - əhali sayının az olması və genişmiqyaslı mühafizəkar ənənələrin yoxluğu - da yardım etmişdi. Britaniyada Con Stüart Mill qadınların səsvermə hüququ ilə bağlı ilk petisiyanı Britaniya parlamentində hələ 1866-cı ildə təqdim etmişdi, ancaq burada qadınların səsvermə hüququ qazanması 1918-ci il müharibəsinə qədər uzanmışdı.

Qadınlar əxlaqlı vətəndaşlar kimi

“Qabaqda gedən müstəmləkə” kimi Yeni Zelandiyada xüsusilə resurs şəhərlərində kişi bolluğu vardı. Bu isə praqamatik olaraq, qadınlara həyat yoldaşı, ana və əxlaqi yolgöstərən kimi üstünlük qazandırırdı.

Cəmiyyətdə quldur subay kişilərin çoxluğu qorxu yaradırdı. Nəticə etibarilə də bu, ailə dəyərlərini dəstəkləyən mühafizəkar kişilərin qadınların səsvermə hüququnu dəstəkləməsinə gətirib çıxardı. 1880-lərdə depressiya və bunu müşayiət edən yoxsulluq, seksual qeyri-azadlıq və sərxoş qarmaqarışılıq qadınların oturuşmuş ana obrazı kimi dəyərini artırırdı. Qadın seçicilər isə cəmiyyətdə sabitlik vədləri verirdilər. Yeni Zelandiya həmçinin Beynəlxalq fenimist hərəkatından da böyük dəstək alırdı. Feminizmin ilk dalğasında gedən qadınlar əksərən özlərinin həyat verən və qayğı göstərən bioloji fərqliliklərinə əsaslanırdılar, bu isə onları əxlaqlı vətəndaş kimi göstərirdi. Yerli feministlər Britaniyada, Amerikada və Avropada aldıqları ən yaxşı təhsildən yararlanır və yayırdılar. Qadınların Xristian Mötədilliyi Birliyinin (QXMB) lideri Mari Levitin 1885-ci ildə Yeni Zelandiyanı ziyarət edərkən məqsədi yerli şöbələrin açılması idi. Bu addımın ölkənin ilk milli qadın təşkilatının yaranmasına töhfə vermək kimi birbaşa təsiri oldu, öz növbəsində bu təşkilat qadınlar üçün platforma rolunu oynadı.

Elm dünyası qadınların haqqını yetərincə verirmi?

Tarixə baxanda görürük ki, qadınlara səsvermə hüququ verilən digər yerlərdə də liberal və bərabərçi inanclar, kişilərin qadınlara nisbətdə çoxluğu və daha az mühafizəkarlıq meylləri hökm sürüb. ABŞ-ın dörd qabaqda gedən dağlıq ştatında Vyoming (1869), Yutah (1870), Kolarado (1893) və Aydahoda (1895) qadınlara səsvermə hüququ verilmişdi. Cənubi Avstraliya (1894) və Qərbi Avstraliya (1899) bu məsələni 19-cu əsrdə həll edərkən, birinci dünya müharibəsində əvvəl ABŞ-ın digər qərb ştatları, Avstraliya, Finlandiya və Skandinaviya da bu siyahıya qoşulmuşdular.

Yerli qurum

Diribaş qadın liderlərinə görə Yeni Zelandiyanın bəxti gətirmişdi. Onların arasında ən nüfuzlusu Keyt Şeppard idi. 1887-ci ildə Şeppard QXMB-nin Kristçörç şöbəsinin başına keçdi və səs kampaniyasına liderlik eləməyə başladı.

Kampaniyanın liderləri yaxşı təşkil olunmuşdular və zəhmətkeş idilər. Onların taktikası petisiyalara, pamfletlərə, məktublara, ictimai çıxışlara və siyasətçilərə lobbiçilik eləməyə əsaslanırdı – bu, 20-ci əsrin əvvəlində hər yanda mövcud olan səsvermə hüququ militanlığından əvvəlki dinc dövrə təsadüf edirdi.

İnadkar qadınlar əngəlləri aşırdılar. 1893-cü ildə Səsvermə Aktı keçənə qədər parlamentdə bunun üçün dəfələrlə cəhd olunmuşdu. Qeyd etmək vacibdir ki, səsvermə hüququ fəalları ictimai fikri öz tərəflərinə çəkə bilmişdilər. 1891 və 1893-cü illər arasında imzatoplama kampaniyalarında ümumilikdə 31, 872 imza yığılmaqla – bu say Aotearoadakı yetkin qadınların dörddə birinə uyğun gəlirdi - kütləvi dəstək ifadə olunmuşdu.

Qadınlar praqmatik şəkildə parlamentdə qanunları irəli sürə biləcək kişilərlə əməkdaşlıq edirdilər. Xüsusilə veteran mühafizəkar Ser Con Hol qadınların səsvermə hüququnu daha əxlaqi və sivil cəmiyyətə aparan vasitə kimi görürdü.

İndi “Səsvermə 125”-in qutlama şüarı olan “whakatū wāhine – qadınlar ayağa qalxın” proqressiv və bərabərçi ənənələrin davam etdirilməsi niyyətini əks etdirir.

Elmi metodla seksizmə qarşı mübarizə aparan kitab

Mədəniyyətlərin müxtəlif olduqlarını qəbul etmək indi çox vacibdir. Keçmişə baxsaq, feminist hərəkatı, müstəmləkəçiliyin nişanəsi kimi görünə bilər, amma o, Maori qadınlarının səsverməsini də dəstəkləyirdi. Meri Te Tai Mangakāhia yenicə formalaşan Maori parlamentində qadınlara səsvermə və oturmaq hüququna icazə verən təklif irəli sürüb.

Bu gün Yeni Zelandiya sürətli sosial və iqtisadi dəyişiklikləri təcrübədən keçirən kiçik ölkə kimi qalmaqda davam edir. Bununla yanaşı o, öz müstəmləkə keçmişindən qaynaqlanan bəzi xüsusiyyələri - pivələyən, regbi oynayan kişilərdən ibarət sərt, maskulin bir yer, həm də dəyişilməz ənənələrdən yoğrulmuş, çay içən və evdarlaşmış qadınlardan ibarət cəmiyyət – hələ də özündə saxlamaqda davam edir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR