Hannah Arendt: alman mütəfəkkirdən 15 fikir

Fəlsəfə
Photo

Hannah Arendt, alman politoloqudur. Əslində bir çoxumuz onu fəlsəfəçi kimi tanısaq da, o, həyatı boyu bu adı rədd etmişdir; Arendt, fəlsəfə "fərdin özü"nə dair problemlərlə məşğul olur, mənim işlərim isə "təkcə insana deyil, dünyada yaşayan və dünyanı örtən bəşəriyyətə" fokuslanıb, deyərək politoloq adlandırılmağı üstün tutmuşdur.

Hər nə qədər özü belə düşünsə də, Arendt liberal, mühafizəkar və ya marksist kimi kateqoriyalara əsasən təsnif edilə bilməyəcək fəlsəfi vizyona və siyasi baxışa malik filosofdur. 14 oktyabr 1906-cı ildə Almaniyada anadan olması, həqiqətən də, Arendt-in həyatında nəzərə çarpan təsirlərə səbəb olmuşdur. O, özünü heç vaxt "anadangəlmə yazar" adlandırmayıb, "sadəcə xatırlamaq və anlamaq üçün, belə bir dövrdə yaşadığına görə" yazmışdır. Dövrünün ən yaxşı məktəblərində klassik yunanca və latınca öyrənən, 20-ci əsr düşüncəsində mübahisəsiz əhəmiyyətə malik olmuş Karl Jaspers və Martın Heidegger kimi filosoflarla işləmək imkanı tapan Arendt, az sonra milyonlarla insanla birlikdə öz həyatına da tamamilə təsir göstərən antisemitizm faktıyla üz-üzə gəlmişdir.

Mühacir kimi əvvəlcə Fransaya, daha sonra isə ABŞ-a gedən Arendt-in "yerindən çıxarılma" ilə başlayan bu yeni həyatı, siyasət nəzəriyyəsinin ən cəlbedici əsərlərini yazdığı tarixlərin də başlanğıcına işarə edir. Arendt-in, xüsusilə bu gün üçün maraqlı tərəfi, bir çox aspektdən fərqli bir dünyada yaşaması müqabilində təhlillərinin günümüzün hələ də davam edən problemlərinə istiqamətlənmiş bir çox qiymətləndirməni ehtiva etməsidir. Onun üzərində dayandığı problemlər, müxtəlifliyi baxımından bir çox fərqli sahədə yenidən araşdırıla bilərsə də, bu gün fərdin sərhədləri keçmiş xüsusi və ictimai sahə daxilindəki mövqeyinə dair fikirləri, qloballaşdıqca bərabərsizliyin və ayrı-seçkiliyin də eyni həddə yayılaraq dini və etnik mənşəli zorakılığa çevrilməsi istiqamətindəki təhlilləri və ən mühümü, yaşadığımız şərtləri yenidən düşünmək çağırışı, günümüzün guya haqlı səbəblərlə hər sahədə yayılan zorakılıq faktını düşündükdə, daha da əhəmiyyət qazanır.

Martın Heidegger ilə birlikdə Marburg Universitetində fəlsəfə üzrə çalışan Arendt-in onunla uzun, fırtınalı romantik münasibəti olmuşdur. Bu münasibət, Heidegger-in nasizmə simpatiyasına görə, bəzi vaxtlar tənqid olunmuşdur. Ayrılmalarına baxmayaraq, onların enişli-yoxuşlu dostluqları ömür boyu davam etmişdir. Münasibətlərinin sona çatmasına yaxın, Heidegger-dən istədiyi halda qopa bilməyən Arendt, 10-cu bənddəki fikri ifadə etmişdir.

1. Pisliklərin çoxu heç vaxt yaxşılıq və pislik haqqında baş yormamış insanların işidir.

2. Dünənin kədərləri və sabahın narahatlıqları ilə təchiz edilmiş qəlbdən, bu gün üçün nəsə gözləmə.

3. Əgər düşündüyüm hər şeyi fikrimdə saxlaya biləcək qədər güclü yaddaşım olsaydı, mənə elə gəlir ki, heç nə yazmazdım.

4. Mənim üçün əhəmiyyətli olan düşünmə prosesinin özüdür.

5. Hansısa insanı yox saymaq, onu öz varlığından şübhə etməyə yönəldir.

6. İnsan, zəruriyyətə nə üçün məruz qaldığını bilmədiyi təqdirdə, azad ola bilməz və özünü zərurətdən xilas etməyə çalışması da onu heç vaxt azad etməz.

7. Zorakı vasitələrin texniki inkişafı artıq elə nöqtəyə gəlib ki, heç bir siyasi məqsəd, insan ağılının sərhədləri daxilində, bu vasitələrin dağıdıcı potensialına uyğun deyil; nə də silahlı qarşıdurmalarda bu vasitələrin istifadəsinə haqq qazandıra bilər.

8. Cəmiyyətin gələcəyi fərdə nəsə vəd etmir; fərdin gələcəyi ölümdən başqa nəsə vəd etmir.

9. İqtidar ilə zorakılıq bir-birinə əleyhdardır, iqtidarın bitməyə başladığı yerdə zorakılıq başlayır.

10. Hər zaman, hətta gənc qızkən də, yalnız sevgi içərisində mövcud ola biləcəyimi bilirdim və tam olaraq da bu səbəbdən itib-batmaqdan qorxurdum, (nəticədə) mən də öz müstəqilliyimi əlimdən aldım.

11. Həyatımda heç vaxt bir xalqı yaxud da kollektivi tam olaraq sevmədim, nə almanları, nə fransızları, nə işçi sinifini. Yalnız dostlarımı sevirəm və sevginin digər formalarına da qabiliyyətim yoxdur.

12. Nəticələri düşünmədən çoxluğun fikrinə itaət insanın bəsitliyidir.

13. Hətta ən radikal inqilabçılar da inqilabın ertəsi günü mühafizəkar olurlar.

14. Heç nə, etdiklərimizi düşünməkdən daha əhəmiyyətli deyil.

15. Zorakılıqla dəyişən dünya, yalnız daha çox zorakılığın mövcud olduğu dünya ola bilər.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR