Oxumadığın çoxsaylı kitablara görə özünü günahkar bilmə

Kitab - müəllif
Photo

Giriş

Kitab rəfində oxumaq üçün vaxtının olmadığı kitablar çoxdurmu? Oxumadığın kitablar səndə hansısa günah hissi yaradırmı?

Əgər belədirsə, onda sən yəqin ki, qədim yapon sənəti olan tsundoku-dan əziyyət çəkirsən, yəni, oxuya biləcəyindən artıq kitablar alırsan.

Bunun əvəzinə sən özünün alış-veriş siyahını qısalda və Varren Baffet, yaxud Bill Qeyts kimi oxuma siyahına fokuslanmaq üçün plan qura bilərsən.

Mütaliənin bilik qaynağı olduğunu unutma

Zövq üçün ucuz və mənasız bir trilleri oxumaqda hansısa pis bir şey yoxdur. Amma digər tərəfdən də, yaxşı bir biznes kitabı sənin üçün bilik qaynağı, yaxud bir probleminin həlli yolu ola bilər.

İctimai kitabxanalar nəyə görə əhəmiyyətlidir?

Bir dəfə “New York Times”ə müsahibəsində Bill Qeyts belə demişdi:

“Bugünlərdə mən maraqlı yerlərə baş çəkirəm, elm adamlarıyla görüşürəm və onlayn mühazirələrə qulaq asıram. Amma bununla belə, mütaliə mənim üçün yeni şeyləri öyrənməkdən və biliyimi sınamaqdan ötrü əsas vasitə olaraq qalır”.

Qeyts tək deyil, Varren Baffetdən uğurunun sirri barədə soruşulanda, o, məzun olmaq ərəfəsində olan bir dəstə tələbəyə belə demişdi:

“500 səhifə oxuyun... hər gün. Bilik ancaq belə işləyir. O, mürəkkəb faiz dərəcəsi kimi artır. Bunu hamınız edə bilərsiniz, amma mən zəmanət verirəm ki, hamınız bunu edə bilməyəcəksiniz”.

500-ü yaddan çıxarın, bəs heç olmasa günə necə 50 səhifə oxumaq olar?

Eyni vaxtda biznes kitabından əlavə başqa kitablar da oxuyun

Mən eyni vaxtda iki və ya üç kitab oxumağı sevirəm. Belə eləməklə, birisindən yorulanda, digərinə keçə bilirəm. Çoxlu kitablar oxumaq birinci kitabdakı fikirləri qəribə formada ikinci kitabdakı fikirlərlə qarışdırmağa imkan yaradır.

Bu dünyada hansı kitabı və ya məqaləni hamının oxumasını istərdiniz?

Məsələ həzm olunması çətin olan çoxsaylı kitabları oxumaqda deyil. Məsələ budur ki, əgər sən eyni vaxtda birdən çox kitab oxuyursansa, o zaman əlinə kitab götürmək üçün səndə həvəs olur.

Audio kitablar dinlə

Audio kitablar siyahındakı biznes kitablarını oxumaq üçün əla üsuldur. Sən onları işə gedib gələrkən, qatarda və ya idman edərkən dinləyə bilərsən. Format sənin üçün rahatdırsa, oxuma sürətini bir, bir dəfə yarım, hətta iki dəfəyəcən artıra bilərsən.

Mən “Amazon”un “Whispersync” texnologiyasını xüsusilə sevirəm, bunun sayəsində audio kitabı telefonumda dinləyir, sonra da mütailəni “Kindle”də davam etdirə bilirəm.

Pis kitabları kənara qoy

Oprahın (Oprah Uinfri – tanınmış amerikalı intellektual teleaparıcı-tərc) əgər kitab 50 səhifədən artıq getmirsə, kənara qoy məsləhəti məşhurdur. Mən bu məsləhətə belə düzəliş edərdim: “əgər zövqlü və ya faydalı deyilsə”.

Əgər səndə də belədirsə, narahat olma.

Bill Qeytsin də pis kitabları kənara qoya bilməmək kimi problemi var. Bir dəfə “Time”yə verdiyi müsahibəsində o, demişdi ki, xoşlamadığı kitablara daha çox vaxt sərf edir, çünki səhifələrin kənarlarına əks arqumentlər və fikirlərini yazmaqla məşğul olur.

Kitab məsləhəti üçün dostlarına müraciət et

“Time”yə müsahibəsinə Bill Qeyts Con Bruksun “Biznes Macəralarını” özünün ən üstün tutduğu kitablardan biri olduğunu deyib:

Təkcə kitabqurdlarının yol verdiyi 10 davranış

“”Biznes Macəraları” bir çox şirkətlərin nəyə görə uğur qazanmasından və ya müvəffəqiyyətsizliyə uğramasından bəhs edən, Bruksun “Nyu-Yorker”dəki esselərindən ibarət topludur. “Kseroks Kseroks Kseroks Kseroks” başlıqlı esse ən ağıllı ad seçiminə, içindəki hətta ondan da yaxşı olan dərslərə görə isə mükafata layiq görülməlidir. “Mikrosoft”u idarə edərkən, bu kitab mənim üçün ilham mənbəyi idi.

Bəlkə də sən “Amazon”dakı “İndi al” düyməsini basmadan, Qeytsin və ya Baffetin yanından nəsə almadan ötüşə bilməzsən, amma növbəti əlinə götürəcəyin kitabı müəyyənləşdirmək üçün onların kitab siyahılarından yararlana bilərsən.

Özünüz üçün anti-kitabxana yaradın

Livan əsilli amerikalı investor və müəllif Nəssim Taleb inanır ki, indiyədək oxumadığın kitablar oxuyub bitirdiklərindən daha əhəmiyyətlidir.

“Qara qu quşu” kitabında o, oxuculara xəbərdarlıq edir: rəfinizə oxumadığınız kitabları əlavə etmədən, siyahınızda, yaxud şəxsi kitabxananızda olan çoxsaylı kitabları oxumaqdan çəkinin. O, oxumadığımız kitablardan ibarət şəxsi anti-kitabxana yaratmağı tövsiyyə edir.

“Anti-kitabxananız ən azından sizin maliyyə vəsaitləri, girov dərəcələri və mövcud gərgin daşınmaz əmlak bazarı haqqında bilmədiklərinizi özündə ehtiva etməlidir”.

Başqa sözlə desək, hər halda, tsundoku-da pis heç nə yoxdur.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR