Fikirlər

Fridrix Nitsşe

Fəlsəfə
Photo

Diplomatiya, buruntaq hazır olanadək iti sığallayıb sakit saxlamaq qabiliyyətidir.

İnsanı xarici şəraitdən ziyadə, zehnindəki düşüncələr bədbəxt yaxud xoşbəxt hiss etdirir. Fikirlərini idarə etməyi bacaran insan, xoşbəxtliyini də idarə edə bilər.

Həqiqət ucbatından həlak olmayaq deyə sənətə qucaq açdıq.

Sevgi - bir kəsin nəsnələri olduğundan fərqli gördüyü bir haldır.

Özün haqqında xoş sözlər eşitmək istəyirsənsə, öl.

Bütün maneə və çətinliklər bizi yüksəyə qaldıran mərhələlərdi.

İnsanda nəcib cəhətləri görmək istəməyən və əsas diqqətini onun naqislikləri üzərində toplayan insan bununla öz nanəcibliyini yetərincə ələ vermiş olur.

Sevməyi və mehribanlığı uşaqlıqdan öyrənmək lazımdı.

Böyük zəkalar skeptik xassəyə malikdilər.

Bilgə bir qadının sevgisi özgüvənsizlikdən əziyyət çəkən bir kişini bu vəziyyətdən xilas edə bilər.

Nəticədə, insan arzuladığı nəsnədən çox arzulamaq prosesinin özünü sevir.

Güləyən, şən yırtıcı sentimental zəhlətökəndən yaxşıdır.

Qısqanclıq kəskin duyğu olsa da, böyük axmaqlıqdır.

Əksər insanlar yaxşı yaddaşa sahib olduqları səbəbindən orijinal mütəfəkkir ola bilmirlər.

Qadınla kişinin dostluğu mümkündü..Əgər aralarında bəlli dərəcədə fiziki ikrah varsa.

Ən ağıllı və güclü insanlar, digərlərinin fəlakət görəcəyi yerdə xoşbəxtlik tapırlar: labirint içində dolaşmaqda, özünə və digərlərinə qarşı duyduqları sərtlikdə, çətinliklərdə. Belə insanlar özləri üzərində qurduqları hakimiyyətdən həzz alırlar, asketizm onların ikinci təbiətinə, zərurətinə, instinktinə çevrilir.

Dünyanın çirkin bir yer olduğuna qənaət gətirən xristianlıq, onu həqiqətən də çirkin bir yerə çevirdi.

Düşməni bağışlamaq dostu bağışlamaqdan asandır.

İnsanlarla ünsiyyətdən qaçmıram, insanla insan arasındakı hədsiz uzaqlıq məni tənhalığa qovur.

Nə cəhənnəm var, nə şeytan. Ruh bədəndən əvvəl öləcək. Ölümdən qorxmağa gərək yoxdur.

Kimin üçünsə tənhalıq xəstənin qaçışıdır, kimin üçünsə xəstəlikdən qaçış.

Sevə bilmədiyin yerdən ötüb keçmək lazımdır.

Fəlsəfə insan üçün qəlbin labirintində, daxili dünyanın mərkəzində, heç bir tiraniyanın girə bilmədiyi sığınacaq yaradır və bu tiranları qəzəbləndirir.

Hər kəsə layiq olduğunu vermək: bu ədalətli davranaraq xaos yaratmaq anlamına gəlir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR