Lars fon Trier: Biz həmişə filmimizin aktrisalarına aşiq oluruq

Sənət
Photo

Lars fon Trier rejissorluğunun 30 qaydası

1. Film narahatedici olmalıdı - ayaqqabı içindəki çınqıl kimi.

2. Film çəkməyin çox çətin olması, kino dünyasının ən yayğın və sürəkli dəstəklənən yalanlarından biridir. Ən azından digər işlərlə müqayisədə film çəkmək texniki baxımdan o qədər də çətin iş deyil. Hətta ortabab bacarıqlara sahib meymun da rejissor ola bilər.

3. Film çəkmək üçün ən azından iki keyfiyyətə sahib olmalısız: birincisi, ucadan qışqırmağı bacarmaq lazım. İkincisi, deməyə sözünüz olmalıdı - bax o zaman pıçıldamaq da olar.

4. Heç zaman tuş gəldiyin ilk tülküyə inanma. Bu lənətolası kino biznesində işləyən istənilən insana verə biləcəyim ən önəmli məsləhət budur.

5. Hər filmim üçün qaydalar yaradıram. Zamanla dəyişən qaydalar. “Qaranlıqda rəqs edən”in qaydaları? Deyim, bu “Doqma”dı, sadəcə əlavələriylə. Musiqi və s-lə. Yüz kinokameranı da bir növ “Doqma” saymaq olar.

Qaranlıqda rəqs edən

6. Hər növbəti filmimdə özüm üçün yenilik edirəm.

7. Ətrafımız sujetlə doludur. Hətta bu otaq da özündə min cür hekayə gizləyir. Bu stulun bura necə gəlib çıxdığını bilirsizmi? Onun üzərində kim otururdu? Niyə başqası deyil, məhz bu stul burdadı? Bəs buraya gətirilməyən o biri stul hardadı?

8. Bütün filmlərim idellarla real dünyanın toqquşmasından bəhs edir. Ya baş rolda olan kişi hadisələr boyunca idellarını itirir. Ya da baş rolda olan qadın gedişatda idellarını tapır.

9. Əgər provokasiyaya əl atmaq istəyirsizsə, gərək özünüzdən güclünü provokasiyaya çəkəsiz, əks təqdirdə fərasətinizdən süi-istifadə etmiş olacaqsız.

Bernardo Bertaluççi kimi idi? - Nekroloq

10. Ssenari yazılarkən cansız olur. Aktyorlarla birgə izinə düşməyə başladıqda, canlanır. Buna görə də aktyor heyətim yığılıb hazır olanda, həmişə ssenaridə azca dəyişiklik aparıram.

11. Ancaq axmaq adam aktyorlarla işləməkdən qorxmur. Ancaq, necə deyərlər, əgər bu məsələdə qalib gələ bilmirsizsə, onlara qoşulun. Bu metodun sayəsində mənə aktyorlarla işləmək ildən-ildən daha maraqlı olur.

12. Aktyora impovizə üçün plan lazımdır. Plansız improvizə topsuz tennis oynamaq kimidir.

13. İş zamanı ifaçıyla rejissor arasında mücadilə yarana bilər, ”Qaranlıqda rəqs edən” filmi zamanı Byörkla aramda baş verdiyi kimi. Aktyor gərək əvvəldən anlasın ki, rejissor hər şeyi bilən insandır. Onda proses baş tutacaq: bu inam məsələsidir. Əgər bu işdə qarşılıqlı inam olmasa, böyük rejissorların heç biri nəyəsə nail ola bilməz. Aktyorlarla aparılan işin uğurlu olması onlarla qurduğunuz insani münasibətlərdən asılıdır. Biz hər zaman filmimizin ifaçılarına aşiq oluruq. Və gərək aktyorlar da öz hisslərini izhar etmək imkanına malik olsunlar.

14. Mən yaradıcılığın diktatorial formalarının effektivliyinə inanıram. Buna görə də, çəkiliş meydançasında həddən artıq qarışıq fikirlər cövlan etdikdə, bu mərəkədən uzaq durmağa çalışıram.

Elmlə maraqlananlar üçün 10 serial

15. Heç kimi istəmədiyi işi həyata keçirməyə məcbur etmək olmaz. Bu, çox önəmli qaydadı.

16. Çəkiliş zamanı iş ritmimi artistlərimin ritminə uyğunlaşdırmağa çalışıram. Hər birinin özünəməxsus ritmi var. Şarlotta Qinsbur ya da Emili Uotsonla (“Dalğaları yararkən” filmində) işləyərkən bir neçə dubl kifayət edirdi. İlk iki dubl artıq əla çıxırdı. Hər ikisi də instinktiv çalışmaq metoduna sahibdir. Bu aktrisaların valehedici intuisiyası var. Qəribədir ki, kişilərlə həmişə daha çətin olur. Doğru intonasiyanı tapanacan çoxlu sual verirlər. Bu baxımdan məşqlər önəmli olur.

Şarlotta Qinsbur

17. Repetisiya zamanı kameranı hara qoyacağıma qərar verirəm. Aktyorlara dekorasiyaya öyrəşib rahatlamağa imkan yaratdıqdan sonra kameranı hara qoyacağım dəqiqləşir. Bu işləməyin ən təbii metodudur. Buna görə də tez-tez kiçik, rəqəmsal kameralardan istifadə edirəm: onların manevrə qabiliyyəti hərəki dəyişikliyi yüngülləşdirir.

18. Kinoçəkmə texnologiyalarına fetişist maraqla mübtəla oldum.

İran kinosu – mif, yoxsa həqiqət?

19. “Melanxolia”nın operatoru bir dəfə belə bir mövhumat dilə gətirmişdi. Məni, xeyli sayda digər rejissorun zaman-zaman düşdüyü tələyə, mən də düşməyim deyə xəbərdar edib inandırmağa çalışırdı - demə, onların filmlərindəki qadınlar illər getdikcə daha çox gəncləşir və çılpaqlaşırmışlar. Mənimsə bu ideya o qədər xoşuma gəldi ki, zamanla öz qadın qəhrəmanlarımı mütləq şəkildə daha gənc və daha çılpaq etmək niyyətindəyəm.

20. Filmin stili, onu izləyən daha intellektual auditoriyanın göz yaşlarını təmizə çıxarmış olur. Əgər hekayətin üslubu kifayət qədər zərif və həssasdısa, o zaman intellektual özünü ağlamağa buraxa bilər.

21. Rejissordan filminin nə anlama gəldiyini soruşmaq lazım deyil. Kinoda hər zaman izah olunmayacaq və analizə gəlməyəcək nələrsə olur. Əgər onları izah etməyə qalxsan, ortaya banallıq və kütlük çıxacaq. Məndə bəlli bir surətin, təsvirin, şəklin, xəyalın yarandığını və nəyinsə məni kino çəkməyə sürüklədiyini və bu barədə özümü sorğu-suala tutmadığımı söyləmək mənim üçün daha asandır. Rejissordan filminin nə barədə olduğunu soruşmaq, toyuqdan toyuq supu barədə soruşmaq kimidi.

22. Mən sözlərlə ifadə edilə biləcək nəsə axtarmıram. Əgər nəsə formülə edilə bilirsə, niyə film çəkəsən ki? Filmlər, sözlərin ifadə edə biləcəyindən daha geniş olduqları üçün belə gözəldilər.

Nəyə görə Federiko Fellini İtaliyan kinosunun maestrosudur?

23. Janr kinematoqrafiyanın genetik materialıdır. Və bu material müxtəlif cür istifadə və tərtib edilə bilər. Hələ də yeni janrların ortaya çıxması mümkündü. Mən hətta buna əminəm.

24. Sonluğu ərsəyə gətirmək hər zaman çətindir. Süni həppi endlər dəqiq pisdir. Finalda müqavimət hissinin, qarşıdurma, ziddiyyət yaşantısının olması xoşuma gəlir.

25. Film çəkmək, məni alkoqol qəbuluna sürükləyən ağır bir işdir. Narkotik qəbul edərək işlədiyim zamanlar da olub. Ancaq alkoqol hamısından yaxşıdı, çünki təşvişi yüngülləşdirir. Narahatlıq müəyyən həddə çatanda, ondan qurtulmaq üçün hər şeyə hazır olursan. Gerçək panik ataka düçar olanda, məni vəziyyətdən çıxaracaq yeganə nəsnə alkoqol olur.

26. Filmlər üzərində çalışmaqdan duyduğum qorxu bir yana qalsın, həyatdakı hər şeydən də qorxuram.

27. Mən filmləri tamaşaçı üçün çəkmirəm. Kinonu ancaq özün üçün çəkə bilərsən və ola da bilər bu zaman özünü tamaşaçı qismində təsəvvür edəsən.

28. Kino məktəblərinin əsl bəlası əndazəsiz ehtiramdır. Kinoya və onun keçmişinə ifrat hörmətlə yanaşanda, imkanlarının, qüvvənin diapozonunu daraldırsan, həmişə eyni reseptlərdən istifadə etməli olur, eyni cür filmlər ortaya çıxarırsan. Mənim məktəblərə qarşı duyduğum etiraz bununla bağlıdır. Mən filmlərə qarşı son dərəcə böyük sevgi bəsləyirəm, fəqət onlara sitayiş etmirəm, pərəstiş duymuram.

29. Müasir kinonu izləmirəm. Çünki, ya özün kino çəkirsən, ya da başqalarınkın izləyirsən.

30. Lütfən, mənim filmlərimi müzakirə etməkdən əl çəkin. Ondansa, gedin öz filmlərinizi çəkin.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR