Nəyə görə Federiko Fellini İtaliyan kinosunun maestrosudur?

Sənət
Photo

BBC-nin tarixin ən möhtəşəm 100 xarici filmi sorğusunda Fellininin 4 filmi var, amma bəzi tənqidçilər onu yaxşı rejissor hesab etmirlər. Onların nədə səhv etdiklərini Kris Naşavati yazır.

1993-cü ildəki vəfatına qədər Federiko Fellini ən yaxşı xarici film nominasiyasında 4 Oskara layiq görülmüşdü. Həmyerlisi Vittorio De Sika ilə birgə o, Oskarda rekordçudur. Amma ölümündən 25 il keçəndən sonra onun irsinə düşən kölgə qazandığı mükafat və təltiflərəcən uzanıb. Bununla belə, nə deyilməsindən asılı olmayaraq, maestro təkcə yerli filmə (“Fellinesk”) özünəməxsus və hipnotik vizyon qazandırmamış, həmçinin eksperimentlər aparmaqla və təhkiyə ilə qəribə təsvir dəyişmələrini birləşdirmək kimi risklər etməklə, növbəti rejissor nəslinin qarşısında yeni cığır açmışdı.

Onlardan biri - Martin Skorzes bu yaxınlarda etiraf edib ki, o, Fellininin 1963-cü ildə çəkdiyi “8 1/2” şahəsərinə hər il təkrar-təkrar baxır. “Mənim üçün “8 1/2” hər zaman təməl daşı olub, - o deyib: azadlıq, yenilik hissi, əsaslı ciddiyyət və istəyə can atmanın dərinliyi və kamera hərəkətlərinin və kompozisiyaların fiziki dinamikası heyrətamizdir”. Bunları eləmək heç də asan məsələ deyil.

Qaranlıq kinoteatrlarda oturmaq üçün bilet alan və zövq almaq üçün ekran qarışında oturan bizlər üçün Fellininin kinoya baxış tərzini tamamilə yenilədiyini demək, mübaliğə olmaz. O, bizi ingiliscə danışanların dünyasının və heç bir zaman təsəvvür edilməyən çılğın fantaziyaların üfiqlərinə apardı (hələ də aparmaqda davam edir). O kinoda elə bir fərdi üslub yaratdı ki, sehrli və möcüzəvi formada universal idi, belə planetimiz daha kiçik və məhrəm görünürdü.

Fellininin 1963-cü ildə çəkdiyi “8 1/2” Martin Skozes üçün təməl daşıdır, o hər il filmə təkrar-təkrar baxır.

Amma bununla belə, həmişə “amma” kəlməsi olub, elə deyilmi? – bunu qəbullanmaq mənim üçün nə qədər çətin olsa da, tənqidçi icmanın hər zaman Fellini ilə münasibətləri qəliz olub. Özünün lirik avtobioqrafik əsərində Paolin Kael snayperini qaldırır və “8 1/2” filminə tuşlayır: “Bir başqasının xəyali həyatı kino üçün əla materialdır, xüsusilə o xəyal məhsuludursa, özlüyündə valehedicidirsə, yaxud da o, qeyri-xəyali bir həyatı maraqlı şəkildə təhkiyə edirsə, - Kael yazır: amma “8 1/2”də bunların heç birisi yoxdur: bu kino nə qədər təəccüblü olsa da, Freydçi təşviş və arzularla yüklənmiş Hollivud qəhrəmanlarının şirin xəyallarına bənzəyir”. Of!

Təbii ki, Kael yeganə iriçaplı tənqidçi deyil ki, Fellininin filmlərini çıxdaş edir, onların sənət simbolizmi və qrotesk sürrealizmlə yüklənmiş boş qazan olduqlarını, dərinliyə nüfuz etmək istədikləri halda buna müvəffəq olmadıqlarını iddia edir. Kael sonuncu belə tənqidçi də olmayacaq.

2008-ci ildə yayımlanan “Sən görmüsənmi?..” adlı antologiyasında isə Devid Tomson yazır: “Məsələ onda deyil ki, “8 1/2” sonsuzadək davam edə bilər, amma adama elə gəlir ki, o artıq davam edib”. O, bununla yekunlaşmır. Kitabın bir yerində 1974-də çəkilən “Amarkord” filmi ilə bağlı yazır: “Fellini yuxusunda da kino çəkə bilər, amma o, bunu eləməyə məcburdurmu?” 1960-cı ildəki “La Dolce Vita” ilə bağlı istehza edir: “Mübaliğəli səhnələr, epik simvolizmlər və gözyaşardan uzunçu metaforalardan başqa, heç nə baş vermir”. Fellininin arvadının və muzası Culyetta Masinanın çəkildiyi və mənim üçün ən hissiyatlı performanslardan biri olan “Kabiriya gecələri” haqqında o belə yazır: “Mən özümün bayağı tərəfimlə hələ də onu zəhlətökən aktrisa hesab edirəm”. Hə, yaxşı ki, ən azından o, “bayağı tərəf” ifadəsini işlədir.

Fellini kinosevərlərə tamamilə yeni baxış təzdi qazandırdı

Mən deyərdim ki, Kael və Tomson nəinki səhv edirlər, həmçinin onların mühakimələri tamamilə cəfəngiyyatdır. Təkcə De Sikanın “Umberto D”si istisna olmaqla (hər baxanda bu film məni yerlə yeksan edir), Fellini hər zaman İtaliyan kinosunun ən introspektiv, ən art və bəli, ən dərin film yaradıcısı olub (Antonioninin pərəstişkarlarından üzr istəyirəm). Başqa heç kən onu qədər incə üsulla kədəri və sevinci birləşdirə bilməz. Və əlbəttə, bunu iddia edən təkcə mən deyiləm. BBC-nin xarici dildəki 100 ən yaxşı film sorğusunda Fellini 4 filmlə De Sika ilə birgə ən çox filmi olanlardan sonra 2-yeri bölüşdürür. Birinci yerdə isə hərəsinə 5 filmi olan İngmar Berqman və Luis Bunyuel qərarlaşıb. Maraqlananlar üçün Fellininin siyahıdakı film sıralamasını göstərək: “8 1/2” 7-ci pillədə, “La Dolce Vita” 10-cu pillədə, “La Strada” 83-cü pillədə, “Kabiriya gecələri” isə 87-ci pillədə qərarlaşıb. Nostalgiya üslubundakı “Amarkord” da az qalsın siyahıya düşürmüş, amma yalnız 112-ci pillə ilə razılaşmalı olub.

Sirk performansçıları və küçə musiqiçiləri

1920-ci ildə Adriatik sahilindəki Rimini şəhərində (coğrafi olaraq Rosebud ərazisindəki bu bölgəyə o, “Amarkord” və “Roma” filmləri ilə bir daha təkrar-təkrar qayıdırdı) doğulan Fellini özünün film yaradıcısı karyerasına Roberto Rosselininin 1945-ci ildəki neo-realist “Roma, Açıq şəhər” filmində ssenarist kimi başlayıb. 15 il sonra isə Fellinidən başqa heç kəsdən relizmə (neo- yaxud bir başqası) birdəfəlik arxa çevirməsini gözləmək olmazdı. Onun Rosselinidən təsirlənən erkən filmləri, məsələn, 1953-cü ildəki “İ Vetello”nu daha sentimental filmlər “La Strada”, “Kabiriya Gecələri”yol açmaq üçün kənara atıldı, bu filmlərdə isə aşağı siniflərdən olan sirk artistlərinin və küçə musiqiçilərinin vasitəsilə bəşəriyyətə duyulan ağrı göstərilirdi.

Fellininin ilkin neo-realizmi 1954-cü ildə sentimental film “Las Strada”ya yol açmaq üçün bir kənara qoyuldu.

Sonra əlbəttə, ortaya “La Dolce Vita” - Bu Romanın mənəvi cəhətdən küt yüksək təbəqəsi üzərindən başdöndürən bir səyahət idi. “La Dolce Vita” elə bir master klass idi ki, Fellinini dövrünün ən yaxşı kino rejissorlarından biri kimi tanınmasına töhvə verdi.

Amma bu film həm də təəccüblü olmasa da, sənətkarda mənəvi və sənət böhranına səbəb oldu (karyeradakı bu cür böyük uğura başqa cür necə reaksiya vermək olar?) ki, nəticə etibarilə də bu böhran onun “8 ½” filminin ortaya çıxmasına səbəb oldu. Bir daha öz alter-eqosu Mastroyani vasitəsilə danışmaqla, Fellini “8 ½”ni özünün ən reflektiv və gülməli filmlərindən birinə çevirdi. Giriş tamaşaçıların asanca oxuması üçün nəzərdə tutulan ağ-qara gündəlik kimi idi, sonra şüur axını gəlirdi ki, bunun da vasitəsilə gələcəkdə sənətkarın keçmişinə açar tapılacağına ümid edilirdi. Fellinin karyerasında yenilik olan bu cəhətdə təhkiyə görüntüdən sonra gəlirdi. Və bu necə bir görüntü idi! Mən filmlərdəki səhnələrə ildə bir dəfə mütləq baxıram.

Mən demək istəmirəm ki, Fellininin 1970-lərdən sonrakı bütün filmləri “klassik” statusa layiqdirlər. Bunu iddia etməyəcəm. Amma əgər siz Nino Rotanın əttökən çəkilişlərinə qulaq assanız və Danilo Donatinin şirin-şəkər səhnələrinə baxsanız, Fellinin onlardan nə qədər yüksəkdə olduğunu görərsiniz. Mən bu fikirdəyəm ki, Akademiya 1993-cü ildə fəxri mükafat verəndə, düzgün iş görmüşdü. Ölümündən bir il qabaq baş tutmuş tədbirdə öz mükafatını götürməyə gedərkən, 73 yaşlı rejissor təşəkkür edərkən və arvadı Cülyettaya ağlamağını kəsməsini xahiş edərkən çox mütəəssiredici idi. O başqa nə deyə bilərdi ki? Filmləri artıq hər şeyi demişdi.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR