Türklər yeni bioqrafiyada sevimli Arabesk simvolunu yenidən kəşf edirlər

Sənət
Photo

Paul Benjamin Osterlund İstanbullu müstəqil jurnalist və yazardır. O, Thomson Reuters Foundation, City Lab, Roads & Kings, Al Jazeera English, The National, The Verge, The Outline, Middle East Eye kimi nəşrlərlə əməkdaşlıq edir.

Arabesk ikonu Müslüm Gürses illərlə haqsızlığa uğrayanlar və məzlumların fatehi, yoxsullar və işçi sinfindən olan Anadolu gəncliyinin səsi olmuşdur və bu, onun öz şəxsi ağrılı təcrübəsində mükəmməl şəkildə təcəssüm etmişdir. İllər keçdikcə o, modern türk musiqisində autsayderdən ən sevilən musiqiçilərdən birinə və 2013-cü ildə 59 yaşındakı vaxtsız ölümündən sonra böyüməyə davam edən bir əfsanəyə çevrildi.

Onun əfsanəvi statusu bu yaxınlarda nümayiş olunan, izləyiciləri Gürsesin məşhurluq qazanmış çətin, emosional və fiziki ağrı ilə dolu həyatının mərkəzinə aparan iddialı, eyni zamanda yaxşı çəkilmiş bioqrafik "Müslüm" filmində öz kluminasiya nöqtəsinə çatdı. Müslümün anası qəddar alkoqol kimi təsvir olunan atası tərəfindən qətlə yetirilmiş və qardaşı təslim olmaqdan imtina etdikdən sonra əsgərlər tərəfindən vurularaq öldürülmüşdür. Gürses 24 yaşında dəhşətli avtomobil qəzası keçirdi və nəticədə elə qorxunc şəkilə düşdü ki, onu ölü sayaraq morqa köçürtdülər, yalnız personal onun hərəkət etdiyini fərq etdikdən sonra xəstəxanaya çatdırıldı. O, qismən eşitməsini itirdi və başında elektrod gəzdirmək məcburiyyətində qaldı.

Gürses iztirabını musiqiyə çevirdi və gəncliyinin böyük qismini keçirdiyi cənubdakı Adana şəhərində yerli mahnı yarışmasının qalibi olduqdan sonra bir yeniyetmə kimi kariyerasına başladı. Boğuq, hüzünlü baritonu və dərin itki və ürəkdağlayan sözləri ilə Gürses, oxumağa başladığı və əyalətdən şəhərə köçün artdığı bir vaxtda, 1970-ci illərin sonlarında meydana çıxan bir janrın – Arabeskin ən yaxşı xəzinələrindən birinə çevrildi.

"Arabesk, kəndlərdən şəhərlərə köç edən insanlar və sənətçilər tərəfindən kollektiv şəkildə yaradılan bir şey idi" – "Arabesk və Müslüm Gürses" kitabının həmmüəllifi akademik Caner Işık Gürsesin ölümündən qısa müddət sonra Haberturk TV-yə verdiyi müsahibədə belə deyirdi. Bu janr Anadolunun və aşağı ödənişli işçilər olaraq şəhərlərə gəlmiş anadoluların sinonimidir. Heç kəs bunu Şanlıurfa vilayətindəki kəndlərini tərk edərək Adanaya gəlmiş yoxsul fermerlərdən ibarət bir ailənin son nəsli olan Gürsesdən daha yaxşı təcəssüm etdirmir. Gənc Gürses burada ayaqqabıçı şəyirdi işləmişdi.

Işık deyir: "O, nifətin, kinin və qəzəbin məğlub etdiyi biri olmadı yaxud kabadayıya çevrilmədi. Əksinə, o, arxaduran, paylaşmağı sevən və buna çalışan, kasıb və məzlum insanların çətin vəziyyətini başa düşən biri oldu".

Onun səsi 1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəllərində, Gürses konsertlərində özlərini ülgüc tiyələri ilə doğramaqla məşhur olan dikbaş pərəstişkarlarla, əsasən Anadolu əsilli gənc, işçi sinifi kişilərdən ibarət olan legionla dəbə mindi. İllər keçməsinə baxmayaraq, Arabeskin türk mədəniyyətindəki rolu dövrün siyasi vəziyyəti ilə birlikdə əyilib-bükülərək tranformasiya oldu.

"Arabeskin ortaya çıxış illəri olan 1970-ci illərdən etibarən Meynstrim xeyli dəyişdi. Həmin on il boyu kültür daha çox polemikləşdirilmiş bir məsələyə çevrildi, nəticədə 1980-cı il çevrilişindən etibarən sadəcə popun bir növü olan (arabesk) ən azından dövlətin nöqteyi-nəzərindən milli bir təhdidə çevrildi" – Kings College Londonun musiqi professoru Martin Stokes al-Monitora bildirir. Stokes "Arabesk debat: Müasir Türkiyədə musiqi və musiqiçilər" (1994) kitabının müəllifidir.

"1980-ci illərin ortalarından Turqut Özalın liberalizmi arabeski populist məqsədlər üçün istifadə edirdi və "elitanın" toxunulmaz olduğunu və dövlətin vətəndaş cəmiyyətinə məsələsindəki qavrayışını dəyişən islahatlara təcili olaraq ehtiyac olduğunu bildirirdi. Nəticədə arabesk meynstrimə çevrildi və deyərdim ki, növbəti iyirmi il üçün beləcə də qaldı. Popun digər formaları ona uyğunlaşmaq məcburiyyətində qaldı və başqa yol da yox idi" – Stokes bildirir.

2006-cı ildə tanınmış şair Murathan Mungan Gürses üçün bir alboma kuratorluq etdi. Albomda Bob Dylan, Leonard Cohen, David Bowie və Bjork da daxil olmaqla bir çox sənətçinin mahnısını türkcə ifa edilirdi. Musiqi müxbiri Müjde Yazıçı Erginin sözlərinə görə, Gürsesi məmur və təhsilli kütləyə xitab üçün istifadə etmək qəsddən düşünülmüşdü.

"Murathan Mungan illərlə Gursəsə arxa çevirmiş intellektuallara ona qulaq asmaq və onu başa düşmək üçün imkan verir" – Yazıçı Ergin Al-Monitora bildirir: "O həmin dövrdə öz pərəstişkarlarından bir qədər tənqid almışdı, lakin ölümünə qədər dinləyicilərinin marağını itirmədi".

"Müslüm" 26 oktyabrda premyeraya çıxdı və üç gündə 600 min bilet satıldı. Bu, türk kinosunda kiçik bir müvəffəqiyyət deyildi. Filmin çəkilişində məşhur veteran aktyorlardan Timucin Esen iştirak etmişdi. O, həssas, nüanslı performansıyla Gürsesi canlandırırdı. Film, Gürses ailəsinin Şanlıurfadan Adanaya hərəkəti ilə başlayır və travmatik təcrübəsi və həyat hekayəsi onunku ilə rəqib olan Muhterem Nur ilə evlənməsinə gətirib çıxaran tragediyaları canlandırır.

Rəngarəng kostyumları, qalın bığları və qara qıvrım süpürgə saçları ilə tanınan Gürses, simpatiya və insanlığını ətrafa saçırdı və ehtimal ki, bənzər fəsadlarla üzləşən gənclərin azğın fanat bazasını cəlb edən bu xüsusiyyətlərdir. O, heyranları tərəfindən Müslüm ata mənasına gələn "Müslüm Baba" deyilərək anılırdı.

"Hesab edirəm ki, coşqulu gənc kişilərdən ibarət fanat kütləsi Türkiyədə və qonşu ölkələrdə hər kəsdən daha çox Morrisseyi xatırladaraq, Arabesk dünyasında Gürsesi olduqca qeyri-adi hala gətirdi" – Stokes bildirir.

Hərçənd Gürses müqəddəs deyildi. O, atasından ağır alkoqol istehlakını miras almışdı və ən azı bir dəfə içkili olduğu zaman, həyat yoldaşına qarşı şiddət tətbiq etmişdi. Film bu faktı müvafiq şəkildə əks etdirmişdir. Bununla yanaşı, Nur Gürsesin həyatında balanslaşdırıcı güc idi və hər ikisi Gursesin ölümünə qədər bir-birinə dərindən bağlı qaldılar.

Baxmayaraq ki, bəziləri hələ də Arabeskə istehza edir – məşhur pianist Fazil Say bir dəfə arabesk dinləyicilərini milli xainlər adlandırmışdı – bu gün hiphop və elektron musiqi də daxil olmaqla, digər janrların arasına sızmağı bacarmışdır.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR