Nitşe və Freydi özünə aşiq edən, dünyanın ilk psixoanalitik qadını Lu Salome

Hər şeydən biraz
Photo

Lu Andrea Salome 1861-ci ilin 12 fevralında Sankt Peterburqda doğuldu. Atası sərt xarakterli rus generalı idi. Fəqət bu vəziyyət Lu Salomenin qanun-qayda tanımayan, sərbəst bir qadın kimi böyüyüb yetişməsinə əngəl olmadı.

Salome Sürixdə teologiya, fəlsəfə və sənət tarixini oxuyub öyrəndi. İntellektual və ağıllı olan bu qadın narsist xarakteriylə və feminist özəllikləriylə də fərqlənirdi və 1800-lərin ikinci yarısının demək olar bütün filosoflarını cəlb edib özünə heyran buraxmışdı. Yaxından tanıdığımız, oxuduğumuz, yaradıcılıqlarından xəbərdar olduğumuz Nitşe, Freyd və Rilke kimi yaradıcı insanlar ona qarşı şiddətli eşq bəsləyirdilər.

Dünyanın ilk qadın psixoanalitik ünvanını daşıyan, 19-cu əsr dahilərinin həyatına təsir göstərən Lu Andre Salomenin maraq doğuran həyatı beləydi.

Lu Andre Salome kiçik yaşlarından etibarən dünyəvi quruluşu sorğulamağa başlamışdı. Həyatını, doqmalardan yan keçərək, ənənəvi qavramları yenidən dəyərləndirərək qurmaq lazım gəldiyinə inanırdı. Adət-ənənə və qayda-qanunlarla maraqlanmadığından, sərbəstliyi, öz istədiyi kimi davranmağı xarakterinin ən təməl cəhətinə çevirmişdi.

Lu Salome: “Qəti şəkildə öz həyatımı yaşaya bilərəm. Və nə olarsa olsun belə edəcəyəm. Bu istəyimlə heç bir prinsipi təmsil etmirəm; bundan daha gözəl bir duyğunu, daxilimdə olan bir yaşantını, həyatın doğmalığı, istiliyi olan, nəşə dolu və qaçıb getməyə çalışan bir yaşantını təmsil edirəm”.

21 yaşı olarkən, sağlamlıqla bağlı yaşadığı ciddi problemlər səbəbindən anasıyla birgə Romaya köçdü. Alman yazıçısı Malvida Von Meysenbag Lu Salomenin anasının yaxın rəfiqəsiydi, buna görə də bir müddət Romada onun evində yaşadılar.

Həmin evdə yaşadıqları zaman Salome yazıçı Paul Re ilə tanış oldu. Paul onun düşüncələrinə və gözəlliyinə heyran qalmışdı, ona evlilik təklif etsə də gənc qadın qəbul etmədi.

Lu Salome öz dövrünün özgürlük qavramını aşan azadlıq anlayışına sahib idi. O dönəmlərdə qadınların fəlsəfə oxuması alışılmış durum deyildi, hətta buna izin də verilmirdi. Fəqət bu qadın apardığı mücadilədən qalib çıxmağı bacardı və şəxsi azadlığını əldə edən qadın filosof oldu.

“Tanrının mövcud olmaması mümkünsüz olduğu kimi, mənim də Tanrının var olduğunu vurğulayan bir doqmaya inanmağım mümkünsüzdü”

sözləri Lu Salomenin düşüncə cəsarətinin öz dövrünə görə nə qədər irəli getdiyinin göstəricisiydi.

1882-ci ilin may ayında Fridrix Nitşeylə tanış oldu. Birlikdə toplum, dinlər, kultura barədə müzakirə aparırdılar. Salomenin azad ruhu, gözəlliyi və fikirləri Nitşenin ağlını başından almışdı. Ancaq bu eşq təktərəfli, qarşılıqsız qalacaqdı..

Eşqinin qarşılığını görməmək və evlilik təklifinin rədd edilməsi Nitşeni dərin iztirablara sürüklədi. Nitşenin dərin əzabları bu gün oxuduğumuz bir çox möhtəşəm əsərlərin ərsəyə gəlməsində ilham qaynağı oldu…

Faşist, qadın düşməni və yumorsuz - Nitsşe niyə səhv başa düşülüb?

İrvin Yalomun “Nitşe ağlarkən” və Lanse Olsenin “Nitşenin öpüşləri” adlı romanları bu əsərlərdən bəziləridir.

“Hansı ulduzlardan düşüb bir-birimizi tapdıq biz.

Bu qədər düz bir cümlənin bu qədər qarmaqarışıq olmasına səbəb olan qadın.” Bu sözlər, “Nitşe ağlarkən” adlı kitabın;n, Nitşenin bu eşqə dair duyğularını aydınlığa çıxaran cümlələrindən biridir.

Sonralar Fridrix Andreas Salomenin həyatına girdi. Salome bu münasibətin ciddiləşməsindən də uzaq qalmaq istəyirdi, ancaq evlənmək məcburiyyətində qaldı. Çünki Fridrix Andreas, evlilik təklifi rədd edilərsə intihar edəcəyini söyləmişdi.

Lu Salome evlilik müddətində Fridrix Andreasla birlikdə olmadı.

Evliliyə rəğmən 34 yaşına qədər bəkarətini qorudu. Onun düşüncəsinə görə əsas məsələ bədənlərin deyil, zehinlərin birgəliyi idi və bu təmin olunmadıqca bədənlərin birləşməsi anlamsız olacaqdı.

Evlilikdə sevgi şərtdirmi?

Fəqət Salome sədaqəti də mənimsəmirdi, sədaqət və evliliyin, sevginin azğın qatili ola biləcəyini düşünürdü.

Evlilik əsnasında, əri xəbərdar ola-ola, başqalarıyla flirtləşməyə davam etdi. Ərini istəmirdi, ancaq onu intihar qərarından vaz keçirdə bilmədiyi üçün, başqa yolunun olmadığını düşünürdü. Və bu məqamda məşhur alman şairi Rilke girdi həyatına..

Rayner Mariya Rilke narsist gözəl Salomenin ilk dəfə aşiq olduğu və ilk dəfə birlikdə olduğu kişi idi. Rilke o zamanlar 20-li yaşlarındaydı, Salome isə 30-lu yaşlarının sonlarını yaşayırdı. Lu Salome “Yeganə Gerçəkliyim” adlandırdığı Rilkeni daxili dünyasının təzahürü olan bu sətirlərlə anladırdı..

Sən bütün şübhələrin qarşısında dururdun, toxunduğun, uzandığın və gördüyün hər şeyin mövcudluğuna şahidlik edirdin. Dünya buludlu görünüşündən arındı, ilk miskin şeirlərimin aşkar cəhətləri olan axış və çözülüşdən xilas oldum, nəsnələr doğuldular, hər şeyin şəffaf və yavan olduğunu yavaş-yavaş, çətinliklə öyrəndim, yetkinləşdim, sadə şeylər söyləməyi öyrəndim. Bütün bunlar, özümü formasızlıq içində itirmək təhlükəsiylə üz-üzə qaldığım anda səni tanımaq xoşbəxtliyinə yetdiyim üçün oldu..

Rilke də Salome qarşısında sehrə düşmüşdü. Ağlını bir kənara buraxmışdı. Gənc kişi daha kişiyana və daha güclü görünmək üçün Lu Salomenin təklifini qəbul edərək Rene adını Raynerlə əvəzləməyi belə qəbul etmişdi. O da sevdiyi qadına bu sözlərlə izhar edirdi:

“..sənin əhatənə düşən tozlu, bəsit günəş şüası ruhunun parlaq dalğasında minqat saflaşır, durulaşır, parlaqlaşır. Mənim şəffaf qaynağım, dünyanı səndən görmək istəyirəm, çünki o zaman təkcə səni, səni, səni görürəm..”

Lu Salome əlli yaşına çatanda psixologiyaya maraq duymağa başladı. Fəlsəfə pəncərəsindəki problemləri çözmək istərkən, işə psixologiya elmini də qataraq əlini gücləndirmək istədi. 1911-ci ilin payızında Veymar Psixo-Analitika konqresinə qatıldı.

Psixoanaliz əslində nədir?

Bu dönəmdə yolları Ziqmund Freydlə kəsişir. Lu Freydlə tanış olmaq üçün məktublar yazır. İlk məktubla başlayan bu müddət 25 il boyunca davam edir. Bir-birlərinin zəkasına və baxışlarına eşq duyurlar. Freyd onun sahib olduğu bilgi bolluğuna qarşı duyduğu heyrəti gizləyə bilmir və onun barəsində

Froyd Yunqa qarşı: seks anlayışı üzərinə acı ədavət

“Qorxunc zəkadır..Ona yaxınlaşan hər kəs varlığının səmimiyyətindən və ahəngdarlığından çox güclü şəkildə təsirlənirdi, qadınlara xas olan zəifliklərin, hətta insana xas olan zəifliklərin belə əksərən onun varlığında tapılmadığının, həyatı boyunca bu zəiflikləri aşmış olduğunun fərqinə varardı”

sözlərini təriflə söyləyir.

Öz ideallarını yaradan, sənət, teologiya, fəlsəfə təhsilinə Freydsayağı psixoloji təməl də əlavə edən Salomenin dünyanın ilk “psixoanalitik qadını” olması elə də təəccüblü olmadı. Özünə və həyatına dair inancını Freydə yazdığı bu sözlərlə göstərmişdi:

Ən önəmlisi yaşamaq inancının əslən və həyati olaraq var olmasıdır ki, bu da həyatda sağ qalıb yaşamağımız anlamına gəlir.”

Lu Andre Salome 76 yaşında vəfat edəndə Freyd “Ona duyduğum eşqi və heyranlığı aşkarcasına söyləməyi çox istərdim” deyərək dərin peşmanlığını dilə gətirmişdi.

Salome Freydə yazdığı məktubların birində, Nitşedən ilhamlanaraq 1882-ci ildə yazdığı “Həyat İlahisi” şeirindən bəhs edir. Şeiri ona göndərir. Böyük əks-səda oyandıran və Lu Salomenin həyatının məzmununu ifadə edən o şeir budur:

Həyat İlahisi

Əlbəttə, bir dostun sevdiyi kimi

Sevirəm səni, ey əsrarəngiz həyat.

Səninlə güldüm, səninlə ağladım,

Mənə nəşə verdin, ya da iztirab.

Səni bütün zərərlərinlə birlikdə sevirəm,

Və məni yox etməyin gərəkirsə

Qollarından ayrılaram,

Dostunun köksündən qoparılan bir dost kimi..

Bütün gücümlə sarılıram sənə!

Alovlarınla yandır məni,

Qovğanın atəşində mən də olum,

Əsrarını daha dərinlərə endir.

Yaşamaq və düşünmək minlərcə il boyunca!

Daha sıx-sarmala məni qollarına.

Əgər mənə bəxş edəcək nəşən qalmadısa,

Qoy olsun.. Əzabların ki var hələ.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR