Önyarğılar insanın instinktləridir

Georg Kristof Lixtenberq

Kitab - müəllif
Photo

Georg Kristof Lixtenberq 18-ci əsrin alman fiziki və mütəfəkkiri olub.

Aforizmlər

Önyarğılar müəyyən mənada insanın instinktləridir. İnsanlar düşünüb-daşınıb qərar verməkdə çətinlik çəkdikləri bir çox məsələləri önyarğıları sayəsində heç yorulmadan həll edirlər.

Mükəmməliyin ölçüsü bizik. Universal bir ölçü axtarsaydıq mükəmməllik ortadan qalxar, hər nəsnə eyni səviyyədə olardı.

Platon, ehtirasların və təbii instinktlərin ruhun qanadları olduğunu söyləməklə çox ibrətverici ifadə istifadə edir. Bu cür bənzətmələr həm mövzunu açıqlayır, həm də bir insanın dərk etdiyi çətin qavramları hər kəsin anladığı dilə çevirir.

Yaradıcılığında təqlidçiliyə böyük yer ayıranların axtarış güclərini zəiflətdikləri deyilir. Bu doğru müşahidədir. İtaliya memarlığının çöküş səbəbi budur. Təqlid edən və təqlidçiliyinin səbəblərini anlamayan adam, ona yol göstərən əl onu buraxan kimi adətən uğursuzluğa düçar olur.

Bilgələşmək, dərk etmək və mühakimə etmək məqsədilə istifadə etdiyimiz düşünüş alətinin yol verə biləcəyi yanlışlara getdikcə daha artıq aşina olmaq deməkdir. Mühakimə edərkən ehtiyatlı olmaq bu gün hər kəsə tövsiyyə ediləcək davranışdır. Hər fəlsəfi yazıçıdan on ildən bir gerçəkliyi əks etdirən təkcə bircə dənə ideya əldə etsəydik, qazandığımız dəyər yenə də yetərincə zəngin olardı.

Faydalı hesab etdiyimiz və asanlıqla həyata keçirə biləcəyimiz nə qədər işin cüzi hissəsini gerçəkləşdirməyi bacarmağımız təəccüblüdür. Tez zamanda çox öyrənmək ambisiyası adətən bir mövzunu incəliklərinə qədər araşdırmağımıza əngəl olur. Digər tərəfdən bir nəsnə və yaşantını xırdalıqlarına qədər tətqiq etmək bu duruma bələd olan insana belə çətin görünür, çünki geniş bilgiyə çatmağın əhatəli araşdırmadan keçdiyini də yaxşı bilir.

Göstəriş üçün deyil, istifadə üçün öyrənildi.

İnsan dünyanın bütün heyvanları arasında ən çox meymuna yaxındı.

İnsan qüruru əcaib şeydir, onu, üzə çıxan anda basdırmaq mümkün olmur. A dəliyi bağlandısa, “nə baş verdi ki?” deyə sorğulamadan B dəliyindən başını göstərir, o da bağlanınca C dəliyinə keçir.

Ən qədim atalar sözü yəqin ki, budur: Əndazəni aşmaq zərər gətirər.

Bütün təhlükəli maddələr kimi zarafat və yumor də diqqətlə istifadə edilməlidir.

Ağıl və təxəyyül bu adamda çox bədbəxt bir evlilik sürdürdü..

Kaş bir kral olaydım, bu məhdud və bərbad qabiliyyətlərimlə Böyük L. deyə çağırılaydım.

Mən öz daxili dünyama elə bir fikir hürriyyəti gətirməliyəm ki, ya əfəndi olmalıyam, ya da heç kim; görə bilməli, eşidə bilməli, müqayisə etməliyəm, ancaq daxilimdə sadəcə bircə hakim olmalı, əsla iki hakim deyil.

Bir tanışım bədənini üç hissəyə ayırmışdı: Baş, döş və beldən aşağısı; və tez-tez bu arzunu dilə gətirirdi: kaş ən üstdə yaşayan kirayəşinlər ən altdakılarla daha yaxşı keçinəydi.

Sənsiz hər şey nə qədər də dadsızdı. Dünya gözümə soyuq, boş bir otaq kimi görünür, ən yeni şeylər belə içimdə sanki daha əvvəllər onları üç kərə görmüşmüşəm kimi duyğu yaradır.

Qum saatları adama sadəcə zamanın sürətlə axdığını deyil, günlərin bir günündə çevriləcəyimiz bir ovuc tozu da xatırladır.

Bircə qum dənəsinin bir ucundan digər ucuna ildırım ya da işıq sürətiylə hərəkət edən bir nəsnə, bizə yerində durmuşmuş kimi, tərpənməz halda görünəcək.

Əlbəttə, rahibələr qətiyyətli bir bakirəlik andiçməsi həyata keçirməklə qalmayıblar, pəncərələrinin önündəki dəmir məhəccərlər də möhkəmdir. Ah, bu məhəccərləri keçə bilsəydik, o andı da pozdurmağı bacarardıq.

Biz Protestantlar, dini baxımdan artıq xeyli aydınlanmış bir çağda yaşayırıq. Bəs onda yeni bir Lüter ortaya çıxsaydı indiki halımız necə olardı? Bəlkə də bizim əsrimizə də gələcək günlərin birində qaranlıq əsr deyiləcək. Küləyi durdurmaq və ya istiqamətini dəyişdirmək belə insan düşüncəsini sabitləşdirməkdən asandır.

Təsadüf nəticəsində tapılan kəşflərin ən cüzisinə sahib olan, insan ağlının fəaliyyətiylə genişləyən və insana kainat içində nə qədər xırda olduğunu ən yaxşı hiss etdirən elm bəlkə də astronomiyadır.

Heç bir qızı, özünə həyat yoldaşı seçərkən ana-atasının istəyiylə davranmadığı üçün eyibləyə bilmərəm. Deyirsiz indi, bütün bu müddət ərzində sürəkli ayna qarşısında tamaşa etdiyi, cilalayıb təmizlədiyi, bəzənməsini, süslənməsini və qorunmasını bunca zamandır yeganə qayğısına çevirmiş bir nəsnəni xoşlamadığı, qatlaşa bilməyəcəyi bir adama mı bəxş etsin?

İnsanlar bir hadisənin necə baş verdiyini söyləyə bilməzlər, sadəcə bir hadisənin necə baş verdiyi barədə düşündüklərini ifadə edə bilərlər.

Alkiviad günlərin bir günü köpəyinin quyruğunu kəsir. Səbəbini soruşanda belə cavab verir: Sırf Afinalılar söhbət etməyə mövzu tapsınlar deyə belə etdim.

Böyük insanlar da xətalara yol verir, hətta o qədər çox ki, adamda lap onları aşağılamaq istəyi yaranır.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR