Liberallar nə üçün öz dəyərləri uğrunda yenidən mübarizə aparmalıdırlar?

Toplum
Photo

Məqalənin müəllifi Richard V. Reeves Brukinq İnstitutunun əməkdaşıdır.

Köhnə bir zarafatda deyilir, liberal o kəsdir ki, mübahisə zamanı hətta öz tərəfini belə tuta bilmir. Ancaq bu, artıq o qədər də gülməli deyil. Müasir liberalizmin əsaslarına təcavüzkəranə meydan oxunur. On illərlə (qalibiyyətdən) süstləşən Qərbli liberalların mübarizənin necə aparıldığını yenidən öyrənmələri lazımdır.

Liberallar qismən öz şəxsi müvəfəqiyyətlərinin qurbanına çevrildilər. Liberalizm uzun müddət bir çox inkişaf etmiş iqtisadiyyatda əsasında fikir mübadilələrinin baş tutduğu qaydaları və çərçivəni yaratdı. Siyasi partiyalar fərqli ideyalarla, lakin demokratik qərar qəbul etmə prosesləri vasitəsilə və liberal parametrlər daxilində hakimiyyət uğrunda yarışdılar. Həmin parametrlərə fərdi söz və ifadə azadlığı, bazar əsaslı kapitalizm, ölkələr arasında ticarətin artımı və yüksək səviyyəli beynəlxalq əməkdaşlıq daxildir. Əlbəttə, Toni Bleir və Devid Kamerun, Bill Klinton və Corc Buş arasında fərqlər var idi. O dövrdə bu fərqlər dərin bölünmələr kimi görünürdülər. Bu gün isə onlar əhəmiyyətsiz görünür.

Siyasət fərqli bir böyütmə (magnification) səviyyəsinə fokuslandı. Nə vaxtsa qəbul edilmiş siyasət çərçivələri və idarəetmə normaları artıq sorğulanır. Tarix sona çatmadı. Lakin bunun baş verəcəyi ehtimalı ilə liberallar öz üstünlüklərini itirdilər.

Liberalllar liberalizm uğrunda yenidən mübarizə aparmalıdırlar. Lakin biz praktikadan kasadıq və formada deyilik. Populist liderlərin dünyəvi, emosional cazibəsi ilə müqayisədə, liberallar qansız texnokrat təəsüratı yaradırlar. Populistlər obraz və duyğularla, sərhəd divarları və patriotik müstəqillik vasitəsi ilə mübarizə aparırlar. Liberallar şəffaf diaqram və texniki sənədlərlə və diqqətlə təsdiqlənmiş arqumentlərlə cavab verirlər. Liberallar bar davasından çıxmağa çalışan zəngin universitet professorlarına bənzəyirlər.

Lakin liberallar həmişə belə olmayıb. Liberalizmin böyük qalibiyyətindən əvvəl, onlar mübarizə aparmaq məcburiyyətində qaldılar. Liberallar azad ticarətə, azad sözə və həyat tərzinə, bazarlarda ədalətli rəqabətə, irqi, cinsi və seksual bərabərliyə, o cümlədən sərvətin yenidən bölüşdürülməsinə qarşı olan korporativ maraqlarla mübarizə aparmağa məcbur idilər.

Xüsusilə 19-cu əsrdə liberal ideyalar siyasi arenada silahlandı və radikal dəyişikliklərə gətirib çıxardı. Bu gün Con Stuart Mill və Aleksis de Tokvill kimi liberallar sükunətli kitabxana divarlarını başdanbaşa örtən "Azadlıq haqqında" və "Amerikada demokratiya" kimi düşüncə klassikalarının mütəfəkkir və müəllifləri hesab edilir. Amma hər ikisi də dövrlərinin siyasi mübarizəsində sərt şəkildə iştirak ediblər. Tokvill, həmin ilin inqilabından sonra, 1848-ci ildə Fransa Qurucu Məclisinin üzvü seçilmiş və İkinci Respublikanın konstitusiyasını hazırlamağa kömək etmişdir. İnqilabi yüksəlişin ortasında, aristokrat yoldaşları öz hündür divarlı evlərində qorxudan gizlənərkən, Tokvill Sol Sahil küçələrindəki kütlələrə qoşulmuşdu. O, 1851-ci ildə 3-cü Napoleonun devrilməsinə qarşı çıxdığı üçün öz azadlığını itirmişdi.

Mill də hamiləliyə qarşı vasitədən istifadəyə dair məlumatların əlçatanlığını dəstəklədiyi üçün gənc yaşında həbsxanaya atılmışdı. Tokvill kimi, o da 1865-1868-ci illərdə Westminster millət vəkili olaraq xidmət göstərən seçilmiş bir siyasətçi idi. Millin dəftərxana ləvazimatları sövdəgəri W.H. Smitin əli ilə məğlubiyyətə uğraması onun qadınların seçki hüququna dəstəyi, Yamayka qubernatorunun irqçi hərəkətlərinə qarşı əzmkar müxalifəti, zəngin torpaq mülkiyyətçilərini tənqidi ilə nəticələndi.

Establişment Milli – ölənəcən – milli xəzinədən daha çox, milli çürükçü kimi gördü. Həyatının sonuna doğru o, azad bazar qrupu Cobden Club-dan çıxarıldı. Bunun səbəbi onun torpaq mülklərindən ağır vergitutma da daxil olmaqla, əmlak bazarının radikal islahatları üçün lobbiçilik edən Land Tenure Reform Association-ni dəstəkləməsi idi. Millin Association tərəfindən toplanan kütlə qarşısında dediyi kimi: "çoxluğun ehtirası azlığın şəxsi marağını ram etmək üçün lüzumludur". London Taymz qəzetində Millə həsr olunan nekroloq onun qeyri-populyar siyasi səbəblərdən ‘ehtiyatsız’ məşğuliyyətinə, fəlsəfədə ‘aramsız ədavətlər’ə və ‘qadınların xəyali haqları’nı müdafiə etməsinə yas tuturdu.

20-ci əsrin əvvəllərində böyük liberal lider və baş nazir Devid Loyd Corc öz postunu sağ və sol arasındakı ixtilafdan təfriqəçilik edərək yaxud soyuqqanlı texnokratik arqumentlər vasitəsilə qazanmadı. O, işləyən insanlar üçün “mədə vergisi” kimi çörəyi daha da bahalaşdıran taxıl üzərindəki tarifi qınadı, özünün 1910-cu il Xalq Büdcəsini qəbul etdirmək və rifah dövlətinin təməllərini qoymaq üçün Lordlar Palatasına qarşı şiddətli mübarizəyə başladı. Loyd Corc daha sonra 1911-ci il Parlament Aktı ilə qanunvericilik üzərindəki veto səlahiyyətini götürərək, Lordları atəşə tutdu.

Keçmişin liberal aslanlarından nə öyrənə bilərik? Üç əsas dərs göz qabağındadır.

İlk növbədə, liberallar həm cəmiyyətin, həm də iqtisadiyyatın aşağı təbəqələri üçün, o cümlədən gücsüzlər üçün və onlarla birlikdə mübarizə aparmalıdırlar. Liberalizmin kökündə iqtisadi, sosial və siyasi gücün yayılmasını tələb edən siyasi fəlsəfə durur. Bu səbəbdən liberallar azad, rəqabətçil, ədalətli bazarlar; sosial baxımdan liberal kültür və insan müxtəlifliyinə icazə verən qanunlar; və siyasətdə plüralizm istəyirlər.

Bu gün orta sinif və işçi sinif seçiciləri, habelə icmaları yuxarı orta sinifin arxasında daha da aşağı düşürlər. Liberallar, artan bölünməni qəbul etməkdə çox ləngdirlər və xüsusilə də sərvətlərin yenidən bölüşdürülməsi baxımından radikal həllər üçün fikir mübadiləsindən çox qorxurlar. Bu, populistlər üçün meydan açıb.

İkincisi, liberallar bazarların korporativ maraqların xeyrinə saxtalaşdırılmasına qarşı həmişə gözüaçıq olmalıdırlar. Bu, nə vaxtsa sona çatacaq mübarizə deyil. İqtisadi gücə malik olanlar ondan həmişə bazar dinamikasını öz məqsədlərinə uyğun şəkildə formalaşdırmaq üçün istifadə edəcəklər. Məsələn, Amerika və Böyük Britaniyadakı mənzil bazarı güclü şəkildə sərvət və siyasi hakimiyyətə malik olanların lehinə meyillidir.

Bir çox ölkənin anti-monopoliya və rəqabət siyasəti nəticə vermədi. Qloballaşma böyük çoxmillətli şirkətlərin gücünü artırıb. Marketinq konsentrasiyasının, məsələn, texnologiya sektorunda, bərabərsizliyi yemlədiyinə dair sübutlar artır. İnsanlar və Big Tech-lər arasındakı qaçılmaz mübarizədə, liberalların kimin tərəfində olacağını bilməkdə hansısa problemi olmamalıdır.

Üçüncüsü, liberallar anti-elita instinktlərini dəqiqləşdirməlidirlər. Nə qədər ki liberallar prinsipcə elitanın gücündən ehtiyatlı olmalıdırlar, o qədər "liberal elita" ifadəsinin ortaya çıxması böyük talehsizlikdir. Lakin, əfsus ki, bundan istifadə olunur. Liberallar, xüsusilə intellektual orientasiyalılar elit kolleclərin, peşə birliklərinin, bəlkə də hətta elit nəşrlərin (bunun kimi) nüfuzuna çox hörmətlə yanaşmağa başlayıblar. Liberallar, əlbəttə, peşəkarlığı qiymətləndirirlər. Və onlar kütləvi hərəkatların plüralizmə zərər verə biləcəyindən narahatdırlar. Mill və Tokvill, hər ikisi bu məqamlar barədə məharətlə yazıblar. Lakin elita mövcudluğunu davam etdirdiyi və öz şəxsi maraqlarına xidmət etdiyi müddətcə, liberallar onlara qarşı həmişə mübarizə aparacaqlar.

Müəyyən məqamda liberallar status-kvo ilə razılaşdılar. The Economist-in 2018-ci ilin sentyabr ayında, 175-ci ildönümü məqaləsində yazdığı kimi; "Bir çox liberal, düzünü desək, cəsarətli islahatları dəstəkləmək məsələsində mühafizəkar və qorxağa çevriliblər, ona görə ki, əksəriyyətlə müqayisədə böyük müvəffəqiyyət qazandıqları bir sistemi pozmaq istəmirlər". Lakin liberallar status-kvo ilə heç vaxt razılaşa bilməzlər. Korporativ maraqlar özlərini yenidən təsdiq edə bilərlər. Yeni güc konsentrasiyaları ortaya çıxır və onlar müəyyən edilməli, meydan oxunmalı və parçalanmalıdırlar. Fərdi azadlığa qarşı təhdidlər bilinməyən tərəflərdən gələ bilər.

Liberallar, tarixə istinad edərək, öz mübarizə ruhlarını yenidən bərpa etməlidirlər. Ən yaxşı ideyalar üçün yaxşı mənada partizan liberal siyasətə ehtiyacımız var; bu, populizmə düşmədən ehtiraslı, cəzalanmaqdan və düşmən qazanmaqdan qorxmayan bir siyasət olmalıdır. Liberalların inandıqları şeylər üçün yenidən mübarizə aparmaq vaxtı gəldi.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR