Xristofor Kolumb necə dirildi?

Tarix
Photo

Xristofor Kolumb narsist idi.

O inanırdı ki, başqa heç kimin nail ola bilməyəcəyi bir missiyanı həyata keçirmək üçün Tanrı tərəfindən seçilib. 1493-cü ildən sonra o, öz adını “xpo ferens” – “Xristdoğan” kimi imzalayırdı. O, qarşısına məqsəd qoymuşdu ki, Yerusəlimi yenidən fəth etmək üçün yetəri qədər var-dövlət toplayacaq. Onun bu təkəbbürü isə sonda həm özünün, həm də milyonlarla Yerli Amerikalının məhvinə səbəb oldu – amma bununla belə, o, Amerikaların ən uzunömürlü ikonu kimi özünün yenidən doğuşunu təmin etdi.

Kolumb qandallarda

1496-cı ildə Kolumb müasir Dominikan Respublikası ərazisindəki Santo Dominqoda salınan kaloniyanın başında dururdu –bu işə nifrət edirdi o. Kolumb digər “müstəmləkəçiləri”, xüsusilə zadəgan titulu daşıyanları özünün liderliyi altında birləşməyə inandıra bilməmişdi.

Bunlar ənənəvi müstəmləkəçi deyildilər. “Hindlər”ə tez varlanmaq üçün gedənlərdəniydilər. Kolumb onların tamahını cilovlaya bilmədiyindən, Saray ona fərsiz rəhbər kimi baxırdı. Müstəmləkə isə geniş mənada ictimai və iqtisadi baxımdan uğursuzluğa səbəb olmuş, Kolumbun İspan monarxlarına zənginləşmək üçün verdiyi vəd özünü doğrultmamışdı. Hələ üstəlik o, əlavə maliyyə dəstəyi üçün durmadan xahişlər göndərirdi, monarxlar da bunu həvəssizcə edirdilər.

1500-lərdə Hispaniyola adasında vəziyyət o qədər qorxunc şəkil aldı ki, Saray kəşfiyyat üçün Fransisko de Bobadillanı ora göndərməli oldu. Bobadillanın ilk gördüyü isə Ozama çayında 4 ispan “qiyamçısı”nın dar ağacından asılması səhnəsi idi. Kralın göstərişi əsasında Bobadilla vəzifədən sui-istifadə üstündə Kolumbu və 4 qardaşını həbs etdi və onları qandallayıb İspaniyaya göndərdi. Kolumb Sarayda onun sözünü dinləsinlər deyə 7 ay gözləməli oldu. Görüşə qədər o qandallarını çıxarmaqdan imtina elədi, hətta ölərsə, onu qandallarda dəfn etməyi vəsiyyət etdi.

İspan hakimlər Kolumbun ümumiyyətlə yoxa çıxmasını istəyərdilər, amma bununla belə, ona 1502-dən 1504-cü ilədək sonuncu səfərə çıxmağa icazə verdilər. Kolumb 1506-cı ildə öldü və o, ABŞ-da milli simvol kimi dirildilənə qədər sözün həqiqi mənasında tarixçilər tərəfindən görməzlikdən gəlindi.

Kolumbun kəşfi

18-ci əsrin ortalarında elm adamları Kolumba və Yeni Dünyanın erkən tarixinə dair sənədləri gün işığına çıxardılar.

Bu sənədlərdən ən vacibi Bartolome de las Kazas-ın 3 cildlik “Historia de las Indias” kitabı idi. Kitab İspaniyada təqiblə üzləşmişdi, çünki İspaniyanın yerli əhaliyə qarşı sərt davranışlarını ifşa edirdi. Müəllifin ispanların hindulara qarşı amansız davranışlarını təsvir etdiyi bu kitab ən sonda“Qara Əfsanə”nin ortaya çıxarmasına gətirib çıxardı. Onun yazdıqları ispan xarakterini repressiv, qəddar, dözümsüz, intellektual və mədəni baxımdan geridəqalmış kimi təsvir etməklə “qaralayırdı”. İspaniyanın motivləri nə olursa olsun, fəth Amerikanın yerki mədəniyyətlərinin məhvinə və Afrikanın qula çevrilməsinə gətirib çıxarmışdı.

Digər mənbə Xristofor Kolumbun ilk səfərinə dair özünün yazdığı və 1880-cı ildə nəşr olunan şəxsi gündəliyi idi. Nəşr Abraham Linkolnun dəniz qüvvələri üzrə köməkçisi Qustav Foksun diqqətini çəkmiş və o, ilk dəfə olaraq Kolumbun ilk səfər marşrutunu yenidən qurmağa cəhd etmişdi.

Kolumba olan yeni elmi maraq İspaniyanın Amerikalardaklı istənilən mövcud iddiasını rədd etmək üçün siyasi motivlərlə birgə ortaya çıxmışdı. 19-cu əsrin əvvəllərindən etibarən İspaniyanın Amerikadakı müstəmləkələri bir-birinin ardınca müstəqilliklərini elan edirdilər. Simon Bolivar və digər Kreol inqilabi liderlər özlərinin Roman əcdadlarını vurğulayan klassik fəlsəfəni o dərəcədə rəhbər tuturdular ki, “İspan Amerikası” ifadəsini dəyişib Latın Amerikası etmişdilər. İspaniyaya sonuncu zərbə isə ABŞ-ın Kubanı işğal etməsi və 1898-ci ildə 6 ay ərzində baş tutan İspan-Amerikan müharibələri ilə vuruldu. Puerto-Riko ABŞ ərazisi oldu, eyni ildə həm də Danimarkadan alınmış Vircin adalarının alınmasının 100 illiyi qeyd olunurdu.

Amerikan təkkübürü olmasaydı, Kolumb çox güman tarixin dumanına qarışardı

Kolumb Sərgisi

Fransada 1889-cu ildə rəyçilərin ən möhtəşəm Dünya Yarmarkası adlandırdığı tədbir keçirildi. Parisdə “Champs de Mars”da keçirilən yarmarkanın ən diqqətəlayiq nailiyyəti Eyfel Qülləsi idi.

Parisdən sonra ABŞ özünün Dünya Yarmarkasını təşkil etməklə, dünyaya sübut etmək istəyirdi ki, o, heç də Avropadan geri qalmır. Amma heç kim sərgiyə mövzu seçmək üçün qabağa düşmürdü, səhnə amerikalı yazıçı, “Başsız atlı” kitabının müəllifi Vaşinqton İrvinq özünün enişdə olan karyerasını dirçəltmək qərarına gəlib Xristofor Klolumbun ilk bioqrafiyasını yazmağa qərar verməsi və kitabın 1828-ci ildə ingilis dilində nəşr edilməsiylə qurulmuş oldu.

Müəllifin təmtaraqla təsvir etdiyi möhtəşəm qəhrəman yarmarkada böyük coşğuyla qarşılandı: “O, heç nədən ortaya çıxan təbii dühalı güclü insanlardan biri idi; hələ ilk başdan qarşısına çıxan məhrumiyyətlər və maneələri aşmış, öz cəsurluğu və çətinliklərə qalib gəlmək şücaəti ilə uğur qazanmışdı”.

Kolumb Sərgisi və Dünya Yarmarkası Kolumbun Yeni Dünyaya ayaq basmasının 400-cü ilinə təsadüf edirdi. 1892-ci ildəki açılış mərasimlərinə prezident Benjamin Harrisonun özü başçılıq edirdi. Eyni gündə Amerikan məktəblərində Sədaqət Andı təqdim edildi.

Çikaqoda Amerikanın ən yaxşı memarlarının cəmi 26 ay ərzində konstruksiya edib dizayn etdiyi 9 saraylı kolleksiyadan ibarət “Ağ Şəhər” yaradıldı. Ağ Şəhərin kənarında tozlu bir meydan vardı, o, indinin özündə belə karnavallar və yarmarkalar üçün istifadə edilir. Dünya Yarmarkasında ziyarətçilər ilk qazlaşdırılmış içkini, “Cracker Jacks”, “Təbii şirə” və saqqızı daddılar. 20 dəqiqəlik yolda hər biri 60-a qədər adam daşıyan 36 maşının transportasiya etdiyi Ferris təkəri 265 fut hündürlüyündə idi. Burada Kolumbiya Sərgisinin açıq olduğu 6 ay ərzində 28 milyondan çox bilet satıldı. Kolumb 19-cu əsr mətbuatının əzizinə çevrildi.

Kolumbun öldükdən sonra çəkilən 71 portreti “Grand Gallery”dən asılmışdı. İrvinqin təsvirlərindən sonra Kolumb Amerikan arzusunun təcəssümünə çevrilmişdi. Adi yun əyiricisinin oğlu öz böyük xülyası ilə dövrünün elm adamlarına meydan oxumuş və başqa heç kəsin getmədiyi uzaqlığa gedib çıxmışdı. Ən yaxşısı isə onun italyan olması idi. Çünki Amerika Yeni Dünyanın kəşfində İspaniyanın hansısa rolunun olduğunu inkar edirdi.

Prezident Harrison Kolumb Sərgisinin açılmasının - Kolumb günü ilə üstü-üstə düşməsi şərəfinə milli bayram elan etdi. Bu, 1937-ci ildə Konqress tərəfindən rəsmən təsdiqləndi.

Ehtiraslar bir də 1992-ci ildə ABŞ-da Kolumbun Amerikalara gəlməsinin 500 illiyinin qeyd edilməsinə hazırlıq görülərkən coşdu. Onun “kəşf”inin Amerikaların yerli əhalisinin məhvinə gətirin çıxarmasına görə etirazçılar Kolumbu “terrorçu” adlandırırdılar.

Halbuki Kolumb bundan 500 il əvvəl ölmüş bir insan idi. Buna rəğmən, o, hələ də yamanlanan bir əfsanə idi. Onun tarixçəsi mif və tarix arasındakı sərhədlərin necə bulanıq olduğunu – məhvin memarının necə milli simvola çevrildiyini gözlər önünə sərir.

William Francis Keegan Florida Universitetinin əməkdaşıdır.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR