Zəkanın mənşəyi

Miçio Kaku

Toplum
Photo

İnsanların nə üçün getdikcə daha zəki hala gəlməsi barədə Çarlz Darvindən bəri müasir dövrümüzə qədər çox sayda insan düşünüb fikir bildiriblər.

Önə sürülən bir fikrə görə, beynin təkamülü böyük ehtimal ki, mərhələ-mərhələ meydana gəlmişdir və prosesin ilk mərhələsi Afrikadakı iqlim dəyişiklikləriylə bağlıdır. Meşələr azaldıqca və havalar soyuduqca əcdadlarımız müdafiəsiz qaldılar və açıq ərazilərə çıxmağa məcbur oldular. Bu yeni və təhlükəli çevrədə həyatda qalmaq üçün iki ayaq üzərində durmaq və ovlanmaq zəruri oldu. Bu vəziyyət əllərin sərbəst qalmasına və bunun sayəsində də alət istifadəsinə təkan verdi. Alətlərin hazırlanması və istifadəsi beynin inkişafını artıran əsas faktorlar oldu. Bu yanaşmaya görə, təkcə qədim insanlar alətləri deyil, alətlər də onları yaratdı.

Əcdadlarımız alətləri əllərinə alan kimi bir anda zəki hala gəlmədilər. Bu dolanbaclı və uzun, mürəkkəb proses idi. Açıq sahələrdə ətrafdakı nəsnələri daha təsirli şəkildə istifadə edə bilənlər, bunu bacarmayanlarla müqayisədə daha asanlıqla həyatda qalırdılar. Buna görə də, həyatda qalan fərdlər arasında mutasiyalar uzun bir proses içərisində yayıldı və nəticədə böyük beyinlərə sahib, alət istifadəsində olduqca bacarıqlı canlılara çevrildik.

Başqa bir yanaşma isə sosial və kollektiv quruluşa vurğu qoyur. İnsanlar ovlanmaq, əkinçilik, savaş, inşaat kimi fəaliyyətlərdə, yüzlərcə fərdin ahəng və koordinasiya içində çalışdığı qruplar əmələ gətirməyi bacarırlar. Bu qruplar digər primatlarınkıyla müqayisədə daha qələbəlikdi və bu vəziyyət insanları digər heyvanlardan daha əlverişli mövqeyə daşıyırdı. Bu yanaşmaya görə, çox sayda fərqli fərdin davranışlarını kontrol etmək və dəyərləndirmək üçün böyük bir beyinə gərək var. Bu düşüncəni digər tərəfdən belə də başa düşə bilərik: Çəmiyyətdəki digər fərdləri aldatmaq, yola gətirmək, kontrol etmək və onlara hiylə qurmaq üçün böyük beynə ehtiyac var və digər insanların meyllərini, duyğularını, istəklərini anlayıb, onları öz mənfəətləri üçün istifadə edənlər, bunu etməyənlərlə müqayisədə böyük üstünlük əldə etmiş olur. Bax bu yanaşma, Makiavellist zəka nəzəriyyəsidir.

Digər yanaşmaya görə, sonradan meydana gələn dilin inkişafı, zəkanın təkamülünü tətiklədi. Dilin ortaya çıxması abstrakt düşüncəni, plan və sxemlər yaratmağı, cəmiyyət olaraq təşkilatlanmağı və bənzər bir çox xüsusiyyətləri də özüylə bərabər gətirir. İnsanlar, başqa heç bir heyvanla müqayisə olunmayacaq dərəcədə geniş, on minlərlə kəlmədən ibarət söz ehtiyatına sahibdilər. Dilin köməyiylə rabitə yarada bilir, fərdləri izləyib qeydiyyata ala bildiyimiz kimi, abstrakt qavramlardan istifadə edərək fikirlər irəli sürürük. Dil, harada qazancın daha böyük olduğunu, hansı yerlərin təhlükəli olduğunu digərlərinə söyləməyimizə imkan yaradır. Dil həm də tüklü mamontu qovalayarkən, ovçu qruplarını idarə etməyə rəvac verirdi ki, bunlar da həyat mücadiləsində böyük üstünlüklərdir.

Dişilərin daha zəki erkəkləri partyor olaraq seçdiyini vurğulayan “cinsi secmə” prosesi də digər bir yanaşmadır. Heyvanlar aləmində, tipik olaraq canavar sürülərində görə biləcəyimiz kimi, alfa erkək avtoritet və gücünü istifadə edərək sürünü bir yerdə qərarlaşdırmaq və ona meydan oxuyan bütün digər canavarları diş və pəncələriylə məğlub etməyə məcburdur. Fəqət milyon illər ərzində insanlar getdikcə daha zəki hala gəldiyindən, sürünü təkcə güc vasitəsiylə bir yerdə saxlamaq çətinləşdi. Bir azca hiyləgərliyə və zəkaya sahib olan bir fərd pusqu quraraq, yalan söyləyərək, aldadaraq ya da qrup içindəki digər nümayəndələrlə anlaşaraq alfa erkəyi devirə bilər. Bu səbəbdən, gələcək alfa erkəklərin ən güclü olması zəruriyyəti də aradan qalxdı və zaman-zaman ən zəki və hiyləgər olan fərd lider mövqeyə keçdi. Bu mərhələ qadınların zəki erkək seçiminin səbəbi ola bilər (inək dərəcəsində bir zəkadan çox, oyun qurucu zəka). Cinsi seçmə bu şəkildə təkamül prosesimizi zəki olmaq istiqamətində sürətləndirmiş ola bilər. Bu halda beynimizi inkişaf etdirməyə sürükləyən məqamın dişilərin daha stratejik düşünüə bilən, zəkasıyla digər fərdləri sıradan çıxarıb lider olan erkəkləri seçməsi ola bilər.

Bu sadaladıqlarımız zəkanın mənşəyinə dair nəzəriyyələrdən sadəcə bir neçəsidir; hər birində boşluqlar və ağlabatan tərəflər ola bilər, ancaq aralarındakı ortaq cəhət kimi gələcəyi simulyasıya etmək bacarığı nəzərə çarpır. Məsələn, liderin əsl funksiyası mövcud ehtimallardan sürü üçün ən uyğun olanını seçməkdir. Buna görə də, böyük bir beyin və inkişaf etmiş zəkanın təkamülünə yol açan aparıcı gücün gələcəyi simulyasiya etmək bacarığı olduğunu söyləyə bilərik. Gələcək təxminləri ən yaxşı şəkildə təsəvvür edənlər, eyni zamanda aldatmağı, kontrol etməyi, hiylə qurmağı, planlamağı bacaranlar, digər qrup nümayəndələrinin ağlında olanları oxuya bilənlər və nəticədə rəqiblərinin önünə keçə bilənlərdir.

Buna bənzər olaraq dil də gələcəyi simulyasiya etməyimizə imkan verir. Heyvanlar demək olar ki, inkişaf etməmiş, sadəcə ani təhlükələr qarşısında bir-birlərini xəbərdar etməyə yarayacaq dil quruluşuna sahibdilər. Bununla yan-yana, heyvan dilləri gələcək və keçmiş zaman duyumunu özündə ehtiva etmir. Heyvanlar felləri zaman formalarına görə istifadə etməyi bacarmır, bu mənada keçmiş və gələcək zamanı istifadə etmək bacarığı zəkanın inkişafı prosesində kilid mərhələyə şərait yarada bilərdi.

Harvardda psixoloq olan Dr. Daniel Gilbertin yazdıqlarına görə “Dünya səhnəsinə ilk çıxışından sonrakı bir neçə yüz milyon il boyunca beyinlərimiz sürəkli şəkildə mövcud an içində taxılıb qaldı, təbiətdəki çox sayda beyin hələ də eyni vəziyyətdədir. Fəqət, sənin ya da mənim beynim belə deyil, çünki üç milyon il bundan əvvəl bizim atalarımız “indi”nin boyunduruğundan qurtulacaq hansısa yol tapmağı bacardı.”

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR